* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Teatr tamaşalarının göstərildiyi xüsusi meydança. Pərdə qalxdı, səhnə göründü. – Divanə gedir, bir neçə saniyədən sonra dəstə dəxi dağılıb, səhnədə bir Şah Abbas və bir də Məstavər öz dükanında qalır. Ü.Hacıbəyov. Səhnəyə təzə bir pianino qoyulmuşdu. İ.Əfəndiyev. // Teatr fəaliyyəti, teatr. Səhnə ustaları. – Kələntərli keçən ildə … artistkalardan üçünün xəstələnib uzun müddət səhnədən aralandığını, repertuar planının pozulduğunu söylədi. İ.Hüseynov. Natiq indi bütünlüklə səhnəyə bağlanmışdı. B.Bayramov. 2. Teatr tamaşasının ayrıca bir hissəsi, ayrıca bir parçası; şəkil, məclis. Sonuncu səhnə daha maraqlıdır. – Əsər bədii cəhətdən nöqsansız deyildir. Müəyyən səhnələrdə əhvalat dramatizm və kəskin münaqişələrlə deyil, söhbət və təhkiyə yolu ilə verilir. M.Arif. 3. Pyesdə, ədəbi əsərdə, şəkildə təsvir olunan ayrıca epizod. Əsərdə dramatik səhnələr çoxdur. Romandan qəhrəmanın ölüm səhnəsini bir də oxumaq. 4. Həyatda təsadüf edilə bilən hadisə, epizod, əhvalat. Ölüm səhnəsi. Məhəbbət səhnəsi. – Bu qanlı səhnəyə heyran qalmayın; Mən öz gözlərimlə görürəm bunu. S.Vurğun. Alagöz öz daxili aləmi ilə bir cəzirə kimi yaşayan evdən qaçmış, həyatın faciəli səhnəsinə düşmüşdü. S.Rəhimov. 5. məc. Fəaliyyət sahəsi (əsasən tərkib halında işlənir; məs.: tarix səhnəsinə çıxmaq, səhnədən getmək və s.). [Pəri Bəhrama:] Özün məktəb görmüş cavansan, məhəbbət səhnəsində ülviyyət dolaşarmı? C.Cabbarlı. Bu plantasiya bir həyat səhnəsi idi. H.Seyidbəyli.
Azərbaycan dilinin izahlı lüğəti / səhnə2 SƏHNƏ1 ə. 1) orta, aralıq, meydan, meydança; 2) zalda tamaşa göstərilən hündür yer. SƏHNƏ2 ə. 1) görkəm, xarici görünüş; 2) sifətin ifadəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / səhnə1 Ərəbcə “meydan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / səhnə2 I сущ. сцена: 1. специальная площадка, на которой даются театральные представления; театральные подмостки. Açıq səhnə открытая сцена, böyük səhnə большая сцена, kiçik səhnə малая сцена, səhnəyə çıxmaq выйти на сцену, səhnəni işıqlandırma освещение сцены 2. театр, театральная деятельность. Səhnə ustaları мастера сцены, dram səhnəsi драматическая сцена, opera səhnəsi оперная сцена, səhnəni sevmək любить сцену 3. отдельная часть действия, акта театральной пьесы. Birinci pərdənin ikinci səhnəsi (şəkli) вторая сцена первого действия 4. отдельный эпизод в пьсе, литературном произведении, картине. Kütləvi səhnə массовая сцена, məhəbbət səhnəsi любовная сцена, lal səhnə немая сцена, ölüm səhnəsi сцена смерти 5. эпизод, происшествие, которые можно наблюдать, видеть в жизни. Döyüş səhnəsi сцена битвы, tarixi səhnələr исторические сцены II прил. сценический: 1. являющийся сценой. Səhnə meydançası сценическая площадка 2. относящийся к изображению на сцене, представлению в театре. Səhnə yaradıcılığı сценическое творчество, səhnə sənəti сценическое искусство 3. принятый на сцене. Səhnə nitqi сценическая речь, səhnə priyomları сценические приёмы 4. создаваемый, воплощаемый на сцене. Səhnə obrazı сценический образ, səhnə təcəssümü сценическое воплощение; səhnədən getmək: 1. уходить, уйти со сцены (оставить театр); 2. сходить, сойти со сцены: 1) перестать ставиться 2) утратить свою роль, значение, популярность, оставив поприще своей деятельности ◊ səhnə açmaq устраивать, устроить сцену к ому-л
Azərbaycanca-rusca lüğət / səhnə1 i. 1. (teatrda, həm də məc.) stage; ~yə qoymaq to stage (d.); to put* on the stage (d.); to produce (d.); 2. scene; ~ düzəltmək to make* a scene
Azərbaycanca-ingiliscə lüğət / səhnə1 [ər.] сущ. 1. сегьне, сцена; театр; // сегьнедин; 2. шикил, межлис; 3. эпизод, шикил; 4. вакъиа, агьвалат, эпизод; 5. пер. сегьне, майдан.
Azərbaycanca-ləzgicə lüğəti / səhnə