səd sözü azərbaycan dilində

səd

Yazılış

  • səd • 73.7500%
  • Səd • 25.6250%
  • SƏD • 0.6250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mahmud ibn Səd
Mahmud ibn Səd — 13-14-cü əsrlərdə yaşamış və Azərbaycanda fəaliyyət göstərmiş memar. O, Bibiheybət məscidinin, Molla Əhməd məscidinin və Nardaran qalasının memarıdır.
Səd Zəğlul
Sə’d Zəğlul (ərəb. سعد زغلول‎; iyul 1858 və ya 1 iyul 1859, Mutubis[d], Kəfr əş-Şeyx mühafəzəsi[d] – 23 avqust 1927, Qahirə) — Misir dövlət xadimi, 1924-cü ildə Misirin baş naziri.
Çuxur Səd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. == Tarixi == Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Abdullah ibn Səd
Abdullah ibn Səd (VII əsr, Məkkə – 656, Aşkelon, Cənub dairəsi, ərəb. عبد الله بن سعد بن أبي السرح‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, ərəb xilafətinin dövlət xadimi və hərbi rəhbəri. == Bioqrafiya == Onun tam adı Əbu Yəhya Abdullah ibn Sad ibn Əbu Sarh əl-Qureyşi əl-Əmiridir. Abdullah ibn Sədin doğum tarixi haqqında heç bir məlumat yoxdur. O, Qureyş qəbiləsinin Əmir ibn Luay nəslindən olmuşdur. Osman ibn Əffanın süd qardaşı idi. O, Hüdeybiyyə müqaviləsindən əvvəl İslamı qəbul edərək Mədinəyə köçür. Orada Məhəmməd peyğəmbər üçün vəhylər yazır. Bir müddət sonra İslamdan uzaqlaşaraq Məkkəyə qaçır. 630-cu ildə Məkkənin fəthindən sonra İslamı qəbul edir.
Səd Talvar (Bicar)
Səd Talvar (fars. سد تلوار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (11 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Səd ibn Ubadə
Səd ibn Ubadə (güm. 580-ci illər, Mədinə – 636 və ya 635, Hövran, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, 7-ci əsrin islam siyasəti xadimi, Mədinədəki Xəzrəc qəbiləsinin başçılarından biri. == Bioqrafiya == Onun tam adı Sad ibn Ubad ibn Dulaim ibn Haris ibn Numan ibn Əbu Həzeym əl-Ənsari əl-Səidi əl-Xəzrəcdir. Səid şəcərəsinin başçısı idi. Akabedə ikinci beyyət zamanı İslamı qəbul edir. O, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin təşəbbüskarlarından olub. Qureyşlilər bundan xəbər tutur və Akabedən qayıdarkən onun izinə düşərək Məkkəyə gətirirlər. Orada ona işgəncə verilir, lakin Cübeyr ibn Mutim və Haris ibn Hərbin sayəsində Mədinəyə qayıtmağı bacarır. Səd varlı bir insan idi və var-dövlətini gənc müsəlman cəmiyyətinin ehtiyaclarına xərcləyirdi.
Ömər bin Səd
Ömər bin Saad — Ərəb xilafətində tanınmış sərkərdə. Əməvilərin qoşunlarına rəhbərlik etmişdir. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi mükafatı sözü verilmiş, lakin buna nail olmamışdır. Onun adı ilə bağlı olan ən önəmli hadisə Kərbəla döyüşündə İmam Hüseynin tərəfdarlarına divan tutulması ilə bağlıdır. Ömər bin Saad həmin döyüşdə xilafət ordusuna rəhbərlik etmişdir.
Ömər ibn Səd
Ömər bin Saad — Ərəb xilafətində tanınmış sərkərdə. Əməvilərin qoşunlarına rəhbərlik etmişdir. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi mükafatı sözü verilmiş, lakin buna nail olmamışdır. Onun adı ilə bağlı olan ən önəmli hadisə Kərbəla döyüşündə İmam Hüseynin tərəfdarlarına divan tutulması ilə bağlıdır. Ömər bin Saad həmin döyüşdə xilafət ordusuna rəhbərlik etmişdir.
Səd ibn Əbu Vəqqas
Səd ibn Əbu Vəqqas (ərəb. سعد بن أبي وقاص‎; 595, Məkkə – təq. 674 və ya 675, Mədinə) — Məhəmməd peyğəmbərin səhabəsi, ilk iman gətirənlərdən biri. == Həyatı == İlk mühacirlədən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Əhli-sünnətin nəzərinə görə, cənnətlə müjdələnmiş on nəfərdən biridir. Ömər ibni Xəttabın Qadisiyyə müharibəsinin qəhrəmanlarından olmuşdur. Deyilənə görə, bəzi səhabələr onun əsl-nəsəbində şəkk etmiş, yadına salaraq ona əziyyət edirlərmiş. Rəvayətə görə Peyğəmbər onun nəsəbini sabit etmişdir və o, Bəni Zöhrə qəbiləsindəndir. İbni Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında qeyd etmişdir ki, Bəni Zöhrə Peyğəmbər (s) dünyadan getdikdən sonra Səd ibni Əbi Vəqqas və Əbdürrəhman ibni Ovfun ətrafına yığıldılar.
Səd əl-Səltənə karvansarası
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. == Tarixi == Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Səd əl-Səltənə karvansarayı
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. == Tarixi == Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Səd ibn Hənzələ ət-Təmimi
Səd ibn Hənzələ ət-Təmimi (ərəb. سعد بن حنظله تمیمی‎) — Hüseyn ibn Əlinin səhabələrinin öndə gələnlərindən biri. Aşura günü Kərbəla döyüşündə şəhid olmuşdur. == Adı == Kərbəla şəhidləri arasında tarixi mənbələrdə onun adı cüzi dəyişiklərlə qeyd edilib, başqa bir mənbədə isə onun doğru adının Hənzələ ibn Əsəd əş-Şibami olduğu açıq-aşkar qeyd olunub. Görünür, oğlunun adını atanın adı ilə səhv salmış və Əsəd Səd olaraq təhrif edilmişdir. == Kərbəla döyüşündə == Səd böyük döyüşçü və Hüseynin görkəmli səhabələrindən biri idi. Aşura günü döyüş qızışdıqda o, Hüseynin yanına getdi və döyüş meydanına getmək üçün ondan icazə istədi. İcazə alıb Hüseynlə vidalaşdıqdan sonra döyüş meydanına yollandı. Aşura günü günortadan əvvəl döyüş meydanına getdi. O, Xalid ibn Əmr əl-Əzdi və Umeyr ibn Əbdullah əl-Məzhicidən sonra döyüş meydanına getdi və cəsarətli döyüşdən sonra çoxlu əsgərləri öldürdü və yaraladı və Əli ibn Əbu Talibin ailəsinin müdafiəsi üçün Kərbəla səhrasında şəhid oldu.
Səd ibn əl-Hərs əl-Ənsari
Səd ibn əl-Hərs əl-Ənsari (ərəb. سَعد بن الحَرث (الحارِث) الأنصاری‎) — 680-ci ilin (hicri 61-ci il) Aşura günü Kərbəla döyüşündə şəhid. == Kərbəla döyüşündə == Səd Xəzrəc qəbiləsindən idi. Səd və qardaşı Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari Nəhrəvan döyüşündə xəvariclərdən idilər və Ömər ibn Sədin ordusu ilə Kufədən Hüseynlə vuruşmağa gəlmişdilər. Aşura günü günorta çağı Hüseyn ibn Əlinin bütün səhabələri şəhid olduqdan sonra Hüseyn səsləndi: "Ah, bizə kömək edəcək bir köməkçi yoxdurmu? Ah, Peyğəmbərin ailəsini müdafiə edəcək bir müdafiəçi yoxdurmu?" Hüseynin çadırlarında olan qadınlar və uşaqlar çağırışı eşidib ağlamağa başladılar. Səd və onun qardaşı Əbu əl-Hütuf qadın və uşaqların fəryadı ürəklərini tutduqda, xəvaric şüarını səsləndirdilər: “Hökm yalnız Allaha məxsusdur və Ona asi olana itaət olmaz” və sonra bəyan etdi ki, "Hüseyn Peyğəmbərin qızının oğludur, Qiyamət günü onun şəfaətini özümüzə arzulayırıq. O, belə vəziyyətdə, köməkçisi olmayan, Kərbəla səhrasında tək dayanıb kömək diləyən halda biz onunla necə döyüşə bilərik?" Onlar Ömər ibn Sədin ordusuna qarşı çıxdılar və qılınclarını qınından çıxardılar. Səd və qardaşı şəhid olana qədər çoxlu əsgər öldürdülər. Ancaq başqa bir mənbə hekayəni bir qədər fərqli şəkildə nəql edir.
Heydərabad (Sədərək)
Heydərabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qəsəbə. == Statusu == Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Heydərabad qəsəbəsi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Heydərabad qəsəbəsi Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Heydərabad qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə 1970-ci illərdə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 23 mart 2000-ci il tarixli qərarı ilə Sədərək kəndindən ayrılmışdır. Bunun nəticəsində qəsəbə müstəqil idarə vahidi halına gəlmişdir. Ermənistanla sərhəddə yerləşdiyinə görə, dəfələrlə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən silahlı hücumlara məruz qalmışdır. 1992-ci ildə artilleriya mərmiləri ilə qəsəbə darmadağın edilmişdir. Bu səbəblə qəsəbə əhalisi məcburi köçkün olmuşdur. Məcburi köçkünlər Sədərək kəndində və Naxçıvanın digər bölgələrində məskunlaşmalı oldular. 1997-ci və 1998-ci illər arasında bərpa edilərək inşaat və yaxşılaşdırma işləri edildi və yeni ofis binaları, ictimai müəssisələr, ticarət mərkəzləri və s.
Hüseyn Məhəmmədzadə Sədiq
Hüseyn Məhəmmədzadə Sədiq (15 iyul 1945, Təbriz, Pəhləvilər İranı[d] – 21 avqust 2022, Tehran, Tehran ostanı, İran) — alim, dilçi, şair, türkoloq, professor. == Həyatı və təhsili == 1945-ci ildə Təbrizin Sürxab məhəlləsində anadan olmuşdur. Tehrana gedib orada Tehran Universitetində fars ədəbiyyatı üzrə bakalavr dərəcəsi, daha sonra Türkiyənin İstanbul Universitetində türk dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi almışdır. Təhsilini Türkiyədə davam etdirərək, 1983-cü ildə həmin universitetdə fars, ərəb və türk dillərinin müqayisəli ədəbiyyatı üzrə doktorluq dərəcəsi almışdır. === Vəfatı === Tehranın Firuzgər xəstəxanasında avqustun 24-də beyin fəsadı xəstəliyindən dolayı vəfat edib. 25 avqust 25, 2022-ci ildə Təbriz şəhərinin "Vadi rəhmət" qəbiristanlığında dəfn edilmişdir. == Fəaliyyəti == Müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub. 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan "Yoldaş" , "Yeni Yol", "Inqilab yolunda" ve "Bulleten" dərgisinin baş redaktoru olub. === Siyasi fəaliyyəti === İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub. === Ədəbi-mədəni fəaliyyəti === İnqilabdan sonra ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.
Katolik sədaqət aktları
Katolik sədaqət aktları – Katolik Kilsəsinin liturgiyasına əlavə olaraq, Allaha və ya müqəddəslərin şərəfinə ibadət etmək üçün xüsusi adətlər, ayinlər və aktlar. Birləşmiş Ştatlar Katolik Yepiskoplarının Konfransı sədaqət aktlarını "öz imanının, mədəniyyətinin və İsa Məsihin İncilinin kəsişməsindən yaranan sevgi və sədaqət ifadəsi" kimi təsvir edir. İbadətlər kilsədə yerinə yetirilsə və ya bir keşiş tərəfindən idarə olunsa da liturgik ibadətlərin bir hissəsi hesab edilmir, əksinə paraliturgiyadır. Vatikanda İlahi İbadət İcması Populyar Dindarlıq və Liturgiya haqqında Kitab nəşr edir. Katolik sədaqət aktlarının müxtəlif formaları var: novenalar kimi rəsmiləşdirilmiş, çoxgünlük dualardan tutmuş, yürüşlər və ya Evxaristik pərəstiş kimi fəaliyyətlərə, skapulyarların taxılmasına, müqəddəslərin ehtiramına, müqəddəslərin kanonik tacqoymalarına Marian və ya Xristoloji təsvirlər və hətta Məryəm bağını salmaq kimi bağçılıq aktları da daxildir. Katolik ibadətlərinin məşhur nümunələri Xaç Yolu, Rozariya, müxtəlif litaniyalar, Məryəmə, Müqəddəs Qəlbə , Məlaikə namazı, Məryəmin Ləkəsiz Qəlbi və İsanın Müqəddəs Simasına sədaqət, həcc ziyarətləri, Oktyabrda rozariya, may ayında isə Məryəm ayının müşahidəsidir. Katolik Kilsəsi liturgiyanı kilsənin həyatında və missiyasında mərkəzi hesab etsə də, Sacrosanctum Concilium -da qeyd edir ki, Sədaqət aktlarının əhəmmiyyəti böyükdür.
Lahıc Dağlarında Əks-Səda (1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Lahıc dağlarında əks-səda (film, 1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Mir Sədi ağa
Mir Sədi ağa — övliya. == Həyatı == Mir Sədi ağa 1898-ci ildə Azərbaycanda Qubadlı rayonunun Mirlər kəndində dünyaya gəlmişdir. Mir Sədi ağa Nəqşibəndilik təriqətinin böyuk mürşidlərindən biri olmuşdur. Mir Sədi ağa Mir Həmzə Nigarinin soyundandır. Zəmanəsinin böyük övliyası olan bu zat sovet rejiminin repressiya qurbanlarındandır. Ömrünün 17 ilini fasilələrlə məhbəsdə keçirib. Kəramətlərilə məşhurdur. Bundan əlavə Mir Sədi ağanın qəzəlləri, şerləri və nəsihətləri vardır. 1961-ci ildə Qubadlı rayonunda dünyasını dəyişib.
Mirzə Cavad xan Sədəddövlə
Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə (1856–1930) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. 1893-1896-cı illərdə İranın Belçikada səfiri, 1909-cu ildə 2 ay müddətində İranın baş naziri olmuşdur. == Həyatı == Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə Xoy şəhərində anadan olmuşdu. Atası təzkirəçi idi. Babası isə Səfərəli Xoyi Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi. Mirzə Cavad xan Teleqraf idarəsində və qəzet redaksiyasında çalışmışdı. Bir müddət də Təbriz şəhərində "Müzəffəriyyə" mədrəsəsində işləmişdi. Əliqulu xan Müxbirəddövlə Azərbaycana gələndən sonra onun yanına işə düzəlmişdi. Müxbirəddövlə onu teleqrafa rəis təyin etmişdi. Mirzə Cavad xan sonra Xarici İşlər nazirliyinə daxil olmuşdu.
Modern insan və Tanrı (Baqir Sədr)
Modern insan və Tanrı — Baqir Sədrin fəlsəfi əsəri. == Məzmun == "Modern insan və Tanrı" kitabı iki fundamental tezisi – Allahın varlığını və həzrət Məhəmmədin peyğəmbərliyini yeni bir üslubla isbatlamağa çalışır. Bu üslub müasir elmlərdəki müddəaları isbatlamaq üçün istifadə edilən və ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modeldir. Müəllif metodun çətinliyinə baxmayaraq, sadə misallarla mövzunun mənimsənilməsini asanlaşdırmışdır. Oxucu kitabı mütaliə etdikcə "elm" və "iman"ın öz induktiv məntiqi əsaslarında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayırmağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qəbul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olunursa, onda elm də inkar olunmalıdır.
Molla Sədra
Sədrəddin Şirazi və ya Molla Sadra (1571, Şiraz – 1641, Bəsrə) — müsəlman filosofu. == Həyatı == Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır. == Molla Sadra fəlsəfəsinin əhəmiyyəti == Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur.
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı.
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 1552-ci ildə Şamaxı yaxınlığında, Bico kəndində, din xadimi ailəsində anadan olmuşdur. Böyük mütəfəkkir kimi tanınır. Şamaxı dini mədrəsəsində təhsil aldıqdan sonra, İstanbula getmişdir. Atası onun qayıdıb gəlməsini və ailə qurmasını tələb etsə də, o, İstanbulda ömrünü elmə sərf etməyə üstünlük vermişdir. İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuşdur. "Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifidir. Bir çox əsərlərinin əlyazmaları Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanılır.
Musa Sədr
Seyyid Musa Seyid Sədrəddin oğlu Sədr (15 aprel 1928 və ya 15 may 1928, Qum) — İran islamşünas alimi. == Həyatı == İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin "Eşqəli məhəlləsi"ndə ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi. Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir. 1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir. Musa Sədr 28 yaşında ailə həyatı qurur. Onun bu izdivacdan iki oğlu (Sədrəddin, Həmid), iki qızı (Hura, Məlihə) dünyaya gəlir. Livan səfəri Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır, amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.
Musiqi sədaları (film)
Musiqi sədaları (ing. The Sound of Music) — 1965-ci il ABŞ istehsalı olan müsiqili filmdir. 1959-ci il tarixli eyni adlı Broadway musiqi ilə uyğunlaşdırılmışdır. Mahnıda olduğu kimi bu film də Hovard Lindsey və Rassel Kruzun kitabına əsaslanır. Filmin ssenarisini Ernest Leman yazmışdır. Robert Vayz filmin həm prodüserliyini, həm də rejissorluğunu boynuna götürmüşdür. Əhəmiyyətli rollarda Culiya Endryus, Kristofer Plummer, Eleonor Parker, Peggi Vud və Riçard Haydn oynamışlar. Filmin musiqiləri Riçard Rocers və Oskar Hammerştayn II-yə aiddir. "Musiqi sədaları", 1966-ci ildə 10 nominasiya üzrə namizəd olduğu Oskar mükafatından "Ən yaxşı film", "rejissor", "musiqi", "səs" və "fantastika" dərəcələrində 5 dəfə qazanmışdı. Həmçinin ABŞ-də "mədəni, tarixi və estetik olaraq əhəmiyyətli" filmlər arasına seçilmiş və Konqres Kitabxanasının Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Musiqi sədaları (film, 1965)
Musiqi sədaları (ing. The Sound of Music) — 1965-ci il ABŞ istehsalı olan müsiqili filmdir. 1959-ci il tarixli eyni adlı Broadway musiqi ilə uyğunlaşdırılmışdır. Mahnıda olduğu kimi bu film də Hovard Lindsey və Rassel Kruzun kitabına əsaslanır. Filmin ssenarisini Ernest Leman yazmışdır. Robert Vayz filmin həm prodüserliyini, həm də rejissorluğunu boynuna götürmüşdür. Əhəmiyyətli rollarda Culiya Endryus, Kristofer Plummer, Eleonor Parker, Peggi Vud və Riçard Haydn oynamışlar. Filmin musiqiləri Riçard Rocers və Oskar Hammerştayn II-yə aiddir. "Musiqi sədaları", 1966-ci ildə 10 nominasiya üzrə namizəd olduğu Oskar mükafatından "Ən yaxşı film", "rejissor", "musiqi", "səs" və "fantastika" dərəcələrində 5 dəfə qazanmışdı. Həmçinin ABŞ-də "mədəni, tarixi və estetik olaraq əhəmiyyətli" filmlər arasına seçilmiş və Konqres Kitabxanasının Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Möhsün Sədr
Möhsün Sədr (1871, Məhəllat, Mərkəzi ostanı – 19 oktyabr 1962, Tehran) — İranın baş baziri. == Həyatı == 1945-ci ilin iyununda Güney Azərbaycanda İşlər ciddiləşdi. İranda yeni hökumət böhranı dərinləşməyə başladı. Bir tərəfdən İbrahim Həkimi hökuməti istefa vermişdi, digər tərəfdən yeni təyin edilmiş Baş kazir, 70 yaşlı Möhsün Sədr (Sədr-ül-Əşrəf) Məclisdən etimad ala bilməmişdi. Məclisin müxalifət azlığı və Xalq Partiyası Baş Nazir vəzifəsinə Möhsün Sədrin namizədliyini müdafiə etmirdilər. Onlar Sadri irticaçı şəxslərdən biri hesab edirdilər. Seyid Ziya tərəfdarlarının və Məclisdə müxalifət çoxluqunun ciddi cəhdlərinə baxmayaraq Məclisdən etimad almaq məsələsi iki aya qədər yubandı. Əşrəf Sədr Rza şah dövründə Ədliyyə naziri işləmişdi. Onun dövründə Mazandaran düzənliyinin Rza şaha verilməsi hüquqi cəhətdən əsaslandırılmışdı. O, Məhəmmədəli şah dövründə Qanuni Əsası və demokratiya uğrunda mübarizə aparıb Rusiyanın köməkliyi ilə həbs edilmiş demokratların istintaq işini aparmışdı.
Müqtəda əs-Sədr
Müqtəda əs-Sədr (ərəb. مقتدى الصدر‎; 4 avqust 1974, Nəcəf) — İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi liderlərindən biri və şiə müqavimətinin simvoludur. == Həyatı == Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər. Müqtədanın 1980-ci ildə qətlə yetirilən babası Böyük Ayətullah Məhəmməd Baqir əs-Sədr S. Hüseynə müxalif olan və İranla analoji olaraq, İraq İslam Respublikasının yaradılmasının tərəfdarı idi. Məhəmməd Baqir əs-Sədr İraq-İran müharibəsi zamanı İranın dini lideri Ayətullah Xomeynini dəstəklədiyinə görə, Səddam Hüseyn tərəfindən öldürülmüşdü.
Mürsəl bəy Sədrəddinbəyov
Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov (Şəki)— Nuxa Qəza Polis İdarəsinin rəisi, Nuxa qubernatoru, Müsavat Partiyasının üzvü. == Həyatı == Mürsəl bəy Sədrəddinbəyov Şəkidə anadan olmuşdur. Hacı Çələbi xanın nəslindəndir. Müsavat Partiyasının Şəki özəyinin üzvü olmuşdur. O, partiyaya cəlb etdiyi polis idarəsinin əməkdaşları Əhmədağa Yusifbəyov və Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl bəyin qurduğu təbliğat sisteminin təsir dairəsi Şəkinin hüdudlarını aşaraq Qəbələ və Ərəş nahiyələrini də əhatə edirdi. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov iştirak edirdilər. == Ailəsi == Yazıçı Bəhram Çələbinin atası Nütvəli bəyin ata bir, ana ayrı qardaşıdır. Mürsəl bəyin atası Həsən bəy bir neçə dəfə evlənmişdir. Sonuncu izdivacından üç oğul: Nütvəli, Ələkbər, Niyazi və bir qız Təhminə xanım dünyaya göz açmışlar.
Mədinə Səduaqasova
Mədinə Bakıtjanovna Sadvakasova (qaz. Мәдина Сәдуақасова, d. 8 sentyabr 1979, Almatı) — Qazaxıstan pop müğənnisi, "Jas Kanat" müsabiqəsinin qalibi (1999), Qızılorda vilayətinin "İlin adamı", Prezident orkestrinin və "Qulder" ansamblının keçmiş solisti, teleaparıcı, ali təhsilli psixoloq.. == Həyatı == Mədinə Sadvakasova Almatı şəhərində anadan olmuşdur. Hələ uşaq olarkən onun ailəsi cənuba – Qızılordaya köçmüşdür. Orada diş həkimi olan atası dəmiryolçu, müəllim olan anası isə evdar qadın olur. Orta məktəb illəri, tələbə həyatı, musiqi məktəbi – bunların hamısı müğənni üçün Qızılorda şəhəri ilə bağlıdır. Kiçik qızın boya-başa çatması və müğənni olmaq istəyi də orada yarandı. Mədinə hələ uşaqlıqdan onu əhatə edənlərdən diqqət və sevgi görmüşdü. Bunun səbəbi təkcə onun cazibədarlığı deyildi.
Məhəmməd Əmin ibn Sədrəddin Şirvani
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 1552-ci ildə Şamaxı yaxınlığında, Bico kəndində, din xadimi ailəsində anadan olmuşdur. Böyük mütəfəkkir kimi tanınır. Şamaxı dini mədrəsəsində təhsil aldıqdan sonra, İstanbula getmişdir. Atası onun qayıdıb gəlməsini və ailə qurmasını tələb etsə də, o, İstanbulda ömrünü elmə sərf etməyə üstünlük vermişdir. İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuşdur. "Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifidir. Bir çox əsərlərinin əlyazmaları Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanılır.
Naxçıvan-Sədərək magistral yolu
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. == İnşa tarixindən == Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Nisbət Sədrayeva
Nisbət Sədrayeva (17 yanvar 1998, Göylər, Şamaxı rayonu) ― azərbaycanlı muğam ifaçısı. 2010-cu ildə "Kainat" Beynəlxalq Uşaq Muğam Festivalının, 2013-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş gənc ifaçıların II Respublika müsabiqəsinin, 2015-ci il V Televiziya Muğam Müsabiqəsinin və 2018-ci ildə Beynəlxalq Muğam Festivalının qalibidir. Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solistidir. == Haqqında == Nisbət Əlfəddin qızı Sədrayeva 1998-ci il 17 yanvar Şamaxı rayon Göylər kəndində anadan olub. 2004-2007-ci ildə Ə.Məmmədov adına Göylər kənd 1 saylı orta məktəbdə 4-cü sinifə qədər təhsil alıb. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Təhsilini Bakı şəhər 33 saylı Şuşa Uşaq musiqi məktəbində davam etdirib. Şuşa Uşaq musiqi məktəbində əməkdar artist Sevinc Sarıyevadan təhsil alıb. 2009-2015-ci illər də Bülbül adına Orta ixtisas musiqi məktəbində Fehruz Səxavət və xalq artisti Ağaxan Abdullayevin tələbəsi olub. 2010-cu ildə "Kainat” Beynəlxalq Uşaq Muğam Festivalında ”Heyratı” zərb muğamını ifa edərək 1-ci yerin qalibi, 2012-ci ildə SSRİ xalq artisti Bülbülün 115 illiyinə həsr olunmuş musiqi festivalında 2-ci yerin qalibi, 2013-cü ildə isə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə də 1-ci yerə layiq görülüb.
Novcadeh-i Sədət (Bostanabad)
Novcadeh-i Sədət (fars. نوجه ده سادات‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.918 nəfər yaşayır (431 ailə).
Nükət-Səda Sultan
Nükət-Səda Sultan (1760, Gürcüstan və ya Abxaziya[d] – 4 iyun 1850 və ya 15 may 1850, İstanbul və ya Beşiktaş, İstanbul ili) — I Əbdülhəmidin 14-cü arvadı və Osmanlı padşahı IV Mustafanın doğma anası. == Həyatı == I Əbdülhəmid öldüyü zaman hələ də Baş iqbal və gözdə olaraq qalan Nükət-Səda Sultan bu səbəbdən validə sultan ola bilməmişdir. Oğlu IV Mustafanın dönəmində onun yerinə validə sultan I Əbdülhəmidin 1776-cı ildə evləndiyi 11-ci arvadı Aişə Səniyəpərvər Sultan olmuşdur. == Vəfatı == Nükət-Səda Sultan oğlu IV Mustafanın 17 noyabr 1808-ci ildə devrilməsindən sonra uzun illər yaşamış və 4 iyun 1850-ci ildə vəfat etmişdir.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.

səd sözünün leksik mənası və izahı

  • 1 miqd. s. [fars.] Yüz (adətən afərin, mərhəba, heyif kimi sözlərin əvvəlinə gətirilərək onların təsir gücünü artırmaq üçün nida məqamında işlənir). [Ustadlar:] Hər görən söyləyə: ay səd afərin! Nəinki məclisdə yüz qanan ola. “Lətif şah”. Oxudum, öpdüm, gözə sürtdüm, dedim: səd mərhəba! Gözüm üstə var yerin, ey gülüzarın kağızı! M.P.Vaqif. Məst olmadığım dəm yox idi dəhrdə bir gün; Səd heyf ölən vəqtdə huşyar ölürəm mən. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / səd
  • 2 SƏD f. yüz. SƏ’D ə. 1) xoşbəxtlik, bəxtiyarlıq; 2) uğur gətirən şey; 3) astrologiyada: uğurlu ulduz. Sə’di-əkbər «böyük uğurlu ulduz» Müştəri; sə’di-əsğər «kiçik uğurlu ulduz» Zöhrə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / səd

səd sözünün rus dilinə tərcüməsi

  • 1 числ. устар. сто; употребляется в сочетаниях: səd afərin! səd mərhəba! браво! молодец во сто крат; səd heyf жаль во сто крат (очень жаль)

    Azərbaycanca-rusca lüğət / səd

səd sözünün ləzgi dilinə tərcüməsi

"səd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səd nədir? #səd sözünün mənası #səd nə deməkdir? #səd sözünün izahı #səd sözünün yazılışı #səd necə yazılır? #səd sözünün düzgün yazılışı #səd leksik mənası #səd sözünün sinonimi #səd sözünün yaxın mənalı sözlər #səd sözünün əks mənası #səd sözünün etimologiyası #səd sözünün orfoqrafiyası #səd rusca #səd inglisça #səd fransızca #səd sözünün istifadəsi #sözlük