sədəmə sözü azərbaycan dilində

sədəmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sədəmə • 85.7143%
  • Sədəmə • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sədəmə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Çarpma, vurma, şiddətlə vurma. 2. məc. Gözlənilmədən başa gələn bəla, müsibət, fəlakət, afət; insanın maddi və ya mənəvi halını sarsıdan hadisə; mənəvi zərbə. Fəqət, görürsünüz, bədən ruzgarın sədəmələrinə davam etməyir. N.Nərimanov. □ Sədəmə toxunmaq – fəlakətə məruz qalmaq, bəla üz vermək, zərər dəymək, zərbə dəymək. [Qəhrəman:] Balaca Sabirə heç bir şey olmasın. Ona bir sədəmə toxunmasın. S.Rəhimov. [Hacı Rəsul:] Başımdan on beş dava keçib, bu az ömrümdə on beş padşah dəyişib, amma heç mənə sədəməsi toxunmayıb. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / sədəmə
  • 2 ə. 1) çarpma, toxunma, toqquşma; 2) qəflətən baş verən.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sədəmə

sədəmə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. удар: 1. резкий сильный толчок 2. перен. какое-л. несчастье, неожиданная неприятность, жизненная невзгода, вызывающие сильные душевные потрясения у кого-л. Sədəmə toxundu kimə получил удар кто

    Azərbaycanca-rusca lüğət / sədəmə

sədəmə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. ягъун, галукьарун, акъурун, кӀевиз ягъун; // акьун, галукьун; 2. пер. хабарни авачиз кьилел атай бала, мусибат, сед; инсан къарсурдай кар; sədəmə toxunmaq кьилел бала атун, кьил баладик акатун, сед хьун, гуч хьун, зарар галукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / sədəmə

sədəmə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Cəbrayıl) xörək adı. – Fatma, sədəmə bişir! II (Qax, Meğri, Naxçıvan) bax sadama ◊ Sədəmə vurmax (Naxçıvan) – ziyan, zərər vurmaq. – Qorxuram, mənə sədəmə vurar; – Bizə sədəmə vuran olmaz

Azərbaycan dilinin dialektoloji lüğəti.

"sədəmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sədəmə nədir? #sədəmə sözünün mənası #sədəmə nə deməkdir? #sədəmə sözünün izahı #sədəmə sözünün yazılışı #sədəmə necə yazılır? #sədəmə sözünün düzgün yazılışı #sədəmə leksik mənası #sədəmə sözünün sinonimi #sədəmə sözünün yaxın mənalı sözlər #sədəmə sözünün əks mənası #sədəmə sözünün etimologiyası #sədəmə sözünün orfoqrafiyası #sədəmə rusca #sədəmə inglisça #sədəmə fransızca #sədəmə sözünün istifadəsi #sözlük