* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “xədim” söz. cəmi] Xidmətçilər, qulluqçular. Xədəmələr durar sağu solunda; Cavahir bazubənd iki qolunda; Fəvvarələr işlər daim gölündə; Yaşılbaşlı ördək olar, qaz olar. Ə.Nəbati. Sol tərəfdə xədəmələr durmuşdular. Bunlar tələbə bileti istədilər. Salman və yoldaşları biletlərini göstərib keçdilər. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / xədəmə2 ə. «xadim» c. xüsusi rəsmi işlər görən xidmətçilər. Xədəmei-xassə xüsusi xidmətçilər; xədəmei-şahanə şahın xüsusi xidmətində olan əsgərlər; qvardiya.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xədəmə