* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Güclü yağmurlardan və ya əriyən qarlardan əmələ gəlib, qarşısına gələn nə varsa alıb aparan su daşqını; daşqın. Yağışdan sonra güclü sel başladı. – Dağlardan axan sellər alaçıqlara dolub, bəzilərini yumalayıb aparır. S.S.Axundov. Haray çəkib gəlir bahar; Daşır sellər, aşır sular. R.Rza. Dağlara səs düşsün, çöllərə səda; Gurlayan sellərin dinlə səsini. N.Xəzri. □ Sel kimi – müqayisələrdə: çoxluq, bolluq bildirir. Qan sel kimi axır. Pul sel kimi başından tökülürdü. – Eşşək qulaqlarını sallamış, xamuş durmuşdu, Əhməd də göz yaşlarını sel kimi axıdaraq yalvarmağında davam edirdi. B.Talıblı. Camaat, arvadlı-kişili, sel kimi axıb gəlirdi. B.Bayramov. 2. məc. Arasıkəsilmədən hərəkət edən insan kütləsi, izdiham, axın haqqında. [Əbülhəsən bəy:] …Sən bu selin qarşısında dura bilməyəcəksən. M.S.Ordubadi. 3. xüs. Bir yerdən çıxan maqnit, işıq, qaz və s. kütləsi. İşıq seli. Qaz seli.
Azərbaycan dilinin izahlı lüğəti / sel2 /ərəb. sayl-güclü axım / MUR kəskin daşqın nəticəsində, başlıca olaraq dağ çayları dərələrində qəflətən baş verən palçıq və ya daşlı-palçıq axını. Daşqınlar yamaclarda çoxlu miqdarda aşınma materiallarının toplanması şəraitində intensiv leysan və güclü qar əriməsi nəticəsində əmələ gəlir. Kontinental iqlimə malik dağlıq rayonlar üçün səciyyəvidir. Azərbaycanda B.Qafqazın cənub yamacının çay dərələri üçün səciyyəvidir. сель mud-flow, mud stream, stone-run
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / sel1 1. ər. sayl – gur axın 2. Bəziləri ərəb dilindən alınma hesab edilir. Məncə, su, islanmaq, sıyıq sözləri ilə kökdaşdır və bizdən ərəblərə keçərək formaca dəyişib. Selav(selab) sözü də var. Sel və ovmaq (selin olduğu yer) sözlərinin birləşməsindən əmələ gəlib, dialektlərdə çox, ədəbi dildə az işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sel2 I сущ. 1. поток: 1) стремительно несущаяся в каком-л. направлении масса воды. Güclü sel сильный поток, leysan seli ливневый поток 2) распространяющаяся, устремляющаяся в каком-л. направлении масса воздуха, света, звуков. İşıq seli световой поток, maqnit seli магнитный поток, hava seli воздушный поток 3) перен. множество, масса кого-л., чего-л., движущегося в одном направлении. İnsan seli людской поток, maşın seli поток машин 2. сель (грязевой или грязекаменный поток, внезапно возникающий в русле горной реки вследствие резкого паводка, вызванного бурным снеготаянием или сильными ливнями и др. причинами). геогр. Palçıq seli грязевой сель, daş seli каменный сель, bahar seli весенний сель II прил. селевой. Sel axınları селевые потоки, sel suyu селевая вода, sel hövzəsi селевой бассейн, sel gətirmələri селевые выносы ◊ el gücü, sel gücü сила народа – сила потока; сообща можно горы свернуть; sel kimi axışmaq идти (хлынуть) потоком, двигаться сплошной лавиной; sel kimi yağır льет как из ведра
Azərbaycanca-rusca lüğət / sel1 i. 1. stream, torrent, flow; məc. (göz yaşı və s.) current; dağ ~i mountain stream / torrent; ◊ insan ~i stream of people; göz yaşını ~ kimi tökmək / axıtmaq to shed* torrents of tears, to weep* in torrents; 2. high water
Azərbaycanca-ingiliscə lüğət / sel1 [ər.] сущ. 1. сел (гужлу марфадин, живедин ятар); / пер. ара датӀана гьерекат ийизвай инсанрин кӀватӀал, авахьзавай вилин накъвар, экъич жезвай ивияр ва мс.; 2. хуьс. сел (магнитдин, экуьнин, газдин ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / selI (Hamamlı) dərz, küləş, ot və s. daşımaq üçün iri araba. – Otu, küləşi selə yığıf aparırıx II (Balakən) paltar qurutmaq üçün kəndir III (Balakən) tələnin bərkidildiyi ağac. – Cələnin seli qırılıp
Azərbaycan dilinin dialektoloji lüğəti.