şəl sözü azərbaycan dilində

şəl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şəl • 75.0000%
  • Şəl • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdal çayı şəlalələri
Abdalçay şəlalələri — Abdalçay şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Siqnax dağının şərq yamacında, onun zirvəsindən təqbirən 1 km məsafədə, eyniadlı çayın dərəsində yerləşir. == Yerləşdiyi ərazi == Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdalçay Tovuz rayonunun dağlıq hissəsində, Zəyəmçayın orta axınında yerləşən kiçik bir dağ çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürərək, əvvəl şimal istiqamətində, sonra isə Sığnaq dağını keçərək, şimal-qərb istiqamətində axıb, Zəyəmçaya tökülür. Çayın uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyllilik dərəcəsinin xeyli yüksək (90-100 ‰) olmasını şərtləndirir, yəni hər bir kilometrdə çay 90–100 m aşağı düşür. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır.Dərə dibinin meyilliyi xeyli yüksıkdir, yamacları dik və sıx meşəlikdir, onun kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar (daykalar, lava laylarının çıxışları) isə dərəboyu piyada hərəkəti xeyli çətinləşdirir və bəzi yerlərdə, hətta mümkünsüz edir. Bu səbəbdən dərə insan ayağı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ və sol suayırıcıların yastı yalları boyu yerləşən kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.), sakinlərinin böyük əksəriyyəti bu şəlalələrin mövcudluğundan tam xəbərsizdir. == Şəlalə haqqında == Abdalçay hövzəsinin ərazisi geomorfoloji baxımdan Kiçik Qafqazın şimal-şərq yamacının ortadağlıq qurşağı ilə alçaqdağlıq qurşağın təmasında, Şəmkir antiklinor quruluşlu qırışıqlı — qaymalı tektonik-maqmatik mənşəli günbəzvari massivlə təmsil olunmuş eyniadlı morfostrukturun şimal-qərb hissəsində yerləşir. Səthi sıx erozion-denudasion dərə şəbəkəsi ilə kəskin parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir. Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb litoloji-petroloji tərkibli və tektonik dislokasiyaya məruz qalmış vulkanik və qismən də vulkanik-çökmə süxur kompleksləri üzrə formalaşmışdır.
Abdalçay şəlalələri

Afurca şəlaləsi
Afurca şəlaləsi — Azərbaycan Respublikasının Quba rayonu ərazisində şəlalə. == Haqqında == Vəlvələ çayının Yan silsiləsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında eyniadlı çayın üzərindədir. Çayın yatağında Yura yaşlı əhəngdaşı suxurlarının səthə çıxması və sıldırım pillə əmələ gətirməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınmışdır və dövlət tərəfindən mühafizə olunur. Hündürlüyü 60 metrdir. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild, Bakı. 2009. səh.141.
Ajek şəlaləsi
Ajek (ubıx же (аже) — qar, к (куа) — oğul) — Rusiyanın Krasnodar diyarında şəlalə. Ajek şəlaləsi Ajek çayı üzərində, çayın Soçi çayına töküldüyü yerdə yerləşir. Şəlalə Xostinski rayonu daxildədir. Ajek şəlaləsi Soçi Milli Parkı ərazisi daxilində olub Orexovka kəndindən 6,5 km qərbdə yerləşir. == Etimologiyası == Şəlalənin və çayın adı ubıx dilindən tərcümədə «qar oğlu» (же (аже) — qar, к (əsas söz куа) — oğul) və ya «qarla doğulan» deməkdir. Belə bir adın yaranmasına səbəb Saxarnoy dağının cənub yamacıdır. Məhs bu ərazidə olan qar papağının olmasıdır. Qış aylarında yağan yağntılar nəticəsində bu ərazidə qar örtüyü formalaşır. Qonşu zirvələrdə isə qar örtüyü tez əriyir. Başqa bir ehtimala görə Ajek — «maral oğlu» deməkdir.
Akiu şəlaləsi
Akiu şəlaləsi (秋保大滝, Akiu Ōtaki) – Yaponiyanın Miyaqi prefekturasının Senday şəhərinin Tayhaku rayonunda yerləşən şəlalə. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Mənzərəli Gözəllik Yeri statusuna malikdir.
Anhel şəlaləsi
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. == Haqqında == Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Anqel şəlaləsi

Anxel şəlaləsi

Ası şəlaləsi
Ası şəlaləsi (başq. Абҙан шарлауығы, Асы шарлауығы) — Başqırdıstan ərazisindən axan İnzer çayı üzərində yerləşən şəlalə. İnzibati cəhətdən Arxangel rayonu əraszisində yerləşir. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. Şəlalənin hündürlüyü 6 metrdire. Turistik və elmi əhəmiyyət daşıyır Üzən daş qayası karbonatlı suxurlardan təşkil olunmuşdir. Üzəri mamırla örtülüdür. Bəti çatlarında ağaclar bitmişdir. İnzer çayı onun cənub hissəsindən axır. Yaxınlıqda Abzan və Ası kəndləri yerləşir.
Atış şəlaləsi
Atış şəlaləsi (başq. Атыш — döyüşən, atan) — Cənubi Uralda, Başqırdıstanın Beloretski rayonunda yerləşən şəlalə. == Ümumi məlumat == Atış şəlaləsinin hündürlüyü 4,5 metr, eni isə 6 metrdir. Əsrlər boyu qayanın arasından axan şəlalə, diametri 20 m, dərinliyi 7–10 m olan iki su qazanını xatırladır. Atış şəlaləsi zamanı yaranan göl Lemeza çayına axır. Şəlalənin yaşı çox böyükdür. Atış şəlaləsinin üzərindən axdığı dağ 570 milyon il yaşı olan əhəng daşıdır. Şəlalədəki ekoloji vəziyyətə baxmayaraq, Atış şəlaləsi hazırda Başqırdıstanın təbii gözəlliklərini bilənlər üçün ən məşhur yerlərdən biridir. Lemesanın çayının kənarından olan yol, şəlaləyə açılır, bu da avtomobilin şəlaləyə gəlməsinə imkan verir. == Qalereya == == Xarici keçidlər == Vikianbarda Atış şəlaləsi ilə əlaqəli mediafayllar var.
Azərbaycan şəlalələri
Azərbaycan şəlalələri — Azərbaycan ərazisində mövcud şəlalələr. Azərbaycanın ən yüksək şəlaləsi Mucuq şəlaləsidir. Qəbələ rayonu ərazisində, Dəmiraparan çayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Böyük Qafqazın ən əzəmətli dağlarından biri - Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycandakı digər ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvəliçay üzərindəki məşhur Afurca şəlaləsidir. Bu şəlalə dövlət tərəfindən mühafizə olunur. Qusar rayonunun dağ dərələrində də öz mənzərəsi ilə diqqəti çəkən şəlalələr var. Onların ən məşhuru Laza və Şahnabaz şəlalələridir.
Baatara şəlaləsi
Baatara — Livanda şəlalə. Ölkənin Dağlıq Livan (Mountain Trail) bölgəsində, Cbeil rayonu ərazisindədir. Ümumi hündürlüyü 225 metrdir. Baatara Livan dağlıq silsiləsində yerləşən Tannorin şəhəri yaxınlığındadır. == Ümumi məlumat == Şəlalənin yerləşdiyi ərazi "Üç körpü çuxuru" (Three Bridge Chasm) adlanır. Məhs şəlalə bir birinin üzərində yerləşən üç körpü formalı çuxura tökülür. Bu çuxur yura dövrünün əhəngdaşlarında təşkil olunmuş və geomorfoloji baxımdan karst qıfıdır. Baatara şəlaləsinin yaşı 160 milyon ildir. Ətraf ərazidə ot örtüyü olduğundan uzaqdan şəlaləni görmək mümkün deyil. Ancaq çox yaxınlaşdıqdan sonra şəlalə görsənir.Mağaranın formalaşmasında yağış və qar sularının fəaliyyəti böyükdür (eroziya).
Bal şəlalələri
Ballı şəlalələr (qaraç.-balk. Бал чучхурла) — Qaraçay-Çərkəz Respublikasında şəlalələr qrupu. Şəlalələr Alikonovka və Eçki-Baş çayları üzərində yerləşib Maloqaraçayevsk rayonuna daxildirlər. Bu adla həm də yaxınlıqda yerləşən təbii-rekeresiya mərkəzi və turizm bazası adlanır. Şəlalələrə ən yaxın yaşayış məntəqəsi Kommunstroydur. Rayon mərkəzi Uçkekendən şəlalələrə qədər məsafə 10 km, Kislovodsk şəhərinə olan məsafə isə 20 km-dir. Ballı şəlalələr qrupuna 5 şəlalə daxildir. Onlardan üçü: Jemçujnıy, Skrıtıy və Şumnıy (Şeytan dəyirmanı) Alikonovka çaynda yerləşir. Digər iki şəlalə isə, Böyük və Kiçik Ballı şəlalə Eçki-Baş çayındadır. Çay 18 metr hündürlükdən Alikonovka çayına tökülərək Böyük Ballı şəlaləsini yaradır.
Buz şəlaləsi
Buz şəlaləsi – buzlaq yatağının çox meyilli olduğu yerdə buzlağın parçalanıb yarıqlar və pillələr əmələ gətirdiyi hissədir. .
Coren şəlaləsi
Coren şəlaləsi (浄蓮の滝, Jōren no taki) – Yaponiyanın Şizuoka prefekturasının İzu şəhərində yerləşən şəlalə. İzu yarımadasının mərkəzində, Kano çayı üzərində yerləşir. Şizuoka Prefektura Təbiət Abidəsidir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Yapon folkloruna görə Coren şəlaləsində başdan çıxarıcı əfsanəvi qadın olan Coroqumo yaşayır.
Detyan şəlaləsi
Detyan şəlaləsi (çin. 板約瀑布, 德天瀑布; vyet. Détiān pùbù, Bǎnyuē pùbù), Vyetnamda Banzek kimi tanınır , — dünyada böyüklüyünə görə dördüncü şəlalə, iki ölkə sərhəddində yerləşmiş. Çin və Vyetnam ərazisində olan kiçik şəlalələr yağışlı mövsümdə birləşərək böyük bir sistem əmələ gətirir. == Yerləşməsi == Şəlalə boyu uzanan yol sonda iki dövlət sərhəddində yerləşən qayalığa gətirib çıxarır. Məhs bu yer çin və vyetnam arasında olan sərhəd hesab olunur. Tzin sülaləsinin torpaqları ilə fransa müstəmləkəsinin əraziləri arasında müəyyənləşdirilmiş sərhəd məhz burdan keçirdi. 1979-cu ildə, Çin-Vyetnam müharibəsi zamanı şəlalə bölgəsi çin ordusunun yerləşmə ərazisi idi. Şəlalənin Vyetnamala sərhəd mövqeyə malik olması uzun müddət mübahisə mövzusu olmuşdur. Uzun sürən danışıqlardan sonra, 1999-cu ildə sərhəd bölgüsü nizamlandı.
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.
Edessa şəlalələri
Edessa və ya Edessis şəlalələri ― Yunanistanın Edessa şəhərində yerləşir. Şəlalələr XIV əsrdə baş verən güclü zəlzələdən sonra yaranmış təbiət möcüzəsidir. O vaxtdan bəri ərazidə baş vermiş daha kiçik miqyaslı zəlzələlər səbəbiylə şəlalələrin morfologiyalarında bir çox dəyişiklik baş vermişdir. Bu şəlalələrin əsas mənbəyi Aqra-Nissiou bataqlığıdır. Şəlalələr 100 000 m²-dən böyük ərazi və qayanın üzərindəki 1,1 km uzunluğundakı cığır boyu tökülür.Şəlalələr Edessa şəhərini ziyarət edənləri əsas cəlb edən obyektdir. Bölgədə on iki şəlalə var ki, bunlardan dördü asanlıqla görünür. Şəlalələrin yerləşdiyi parka gedən yollara şəhərin düzənliyindən Qədim Edessaya qədər uzanan daş döşənmiş yol daxildir. Bu keçid 20-ci əsrin əvvəllərinə qədər Qədim Edessa, Edessa Akropolu və Selanikini birləşdirən qədim yolun bir hissəsi olmuşdur. == Tarixi == === Formalaşmaları === Edessa şəlalələri 14-cü əsrdə geoloji və ya atmosfer hadisəsindən sonra meydana gəlmişdir. Əvvəlcə suyun əsas hissəsi şəhərin qərbindəki hövzədə toplanırdı.
Eravan şəlaləsi
Eravan (tay. น้ำตกเอราวัณ, oxu. "namtok eravan") — Tailandda şəlalə. Ölkənin Kançanaburi bölgəsində, Eravan Milli Parkı (tay. อุทยานแห่งชาติเอราวัณ) ərazisində yerləşir. Kaskad tipli şəlalə 7 piildən ibarətdir. Kaskadların ümumi hündürlüyü 831 metrdir. Şəlalə Monqlay və Omtala çayları hövzəsində yerləşir. == Ümumi məlumat == Eravan şəlaləsi Kançanaburi şəhərinin (tay. กาญจนบุรี), 65 km-də yerləşir.
Eyşabad şəlaləsi
İşoba şəlaləsi və ya Eyşabad şəlaləsi- Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehastanının İşoba kəndində yerləşən şəlalədir.
Falmer şəlalələri
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Fudo şəlaləsi
Fudo şəlaləsi (不動の滝, Fudō no taki) – Yaponiyanın İvate prefekturasının Haçimantay şəhərində yerləşən şəlalə. Api çayının qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Fukivare şəlalələri
Fukivare şəlalələri (吹割の滝) – Yaponiyanın Qunma prefekturasının Numata şəhəri yaxınlığında yerləşən şəlalə. Bəzən "Şərqin Niaqarası" da adlandırılır. Şəlalə mənzərəli görünüşünə görə tanınır və turist axınına məruz qalır. Şəlalənin 4 kilometr yaxınlığında Oyqami onseni yerləşir.Kataşina çayı Hiraqava və Kurihara çayları ilə birlikdə Fukivare yarğanını əmələ gətirir. Çayın sağ sahilində Şoci qayası yerləşir. Fukivare şəlalələri ilə Niqura qayası arasındakı 1,5 kilometrlik məsafədə bir çox çuxur yerləşir. Yarğan ətrafındakı cığır 1991-ci ildə tamamlanmışdır.Şəlalənin eni 30 metr, hündürlüyü 7 metrdir. Şəlalə suyun eroziyasından yaranmışdır. Yaxınlığında Masutobi adlı digər şəlalə yerləşir. Şəlalənin yaxınlığında Hannya, Byobu və Şişi qayaları da yerləşir.
Furtouq şəlaləsi
Furtouq şəlaləsi (inquş Фурто́угера хурхал, Dmitri Mendeleyev adına Furtouq şəlaləsi) — Rusiyada, İnquşetiya Respublikası ərazisində yerləşən şəlalə. Furtuoq şəlaləsi Lyajqin şəlaləsindən sonra İnquşetiyanın ən hündür ikinci şəlaləsidir. Hündürlüyü 12 metr olan bu şəlalə dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşir. Maksimum eni isə 5 metrdir. Şəlalə sərhəd keçid məntəqəsinin və Hərbi Gürcüstan yolunun yaxınlığındadır. İl boyu bol suludur. Furtouq şəlaləsinin yerləşdiyi bölgədə Erzi Dövlət Təbiət Qoruğu var. Furtouq şəlaləsi Ceyrax dərəsinin başlanğıcında (Ceyrax rayonu), Şahid dağların ətəklərində yerləşir. Furtouq kəndi şəlalədən 1 km aralı yerləşir. Cənub-şərqdə Ceyrax rayon mərkəzi yerləşir.
Gülaxır şəlaləsi
Gülaxır şəlaləsi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşinin Ərzil dehastanının Gülaxır kəndində yerləşən şəlalədir. == Adının mənası == Gülaxır sözü Azərbaycan dilində "şanlı" mənasını verir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 0.15

şəl sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Cəbrayıl, Qazax, Mingəçevir) kiçik və nazik budaq. – Yel bərk əsdiyinəö:rə ağacın şəlləri qırıx-qırıx oldu (Qazax) II (Oğuz) yarpaq. – Ağaşdan şəllər töküldü; – Payız şəli töküldü III (Ağcabədi, Zəngilan) üzərinə tənək dırmaşdırılmış ağac. – Şəlin altında çay içirdix’, birdən Zeyniş gəldi (Ağcabədi); – Bı şəldə iki səbət üzüm var (Zəngilan) IV (Oğuz, Şəki) lobya bitkisinin yanına basdırılan uzun ağac. – Doxsan bağ şəl qırmışam (Oğuz); – Şəli dağdan qırıf getiriyıx (Şəki)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şəl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəl nədir? #şəl sözünün mənası #şəl nə deməkdir? #şəl sözünün izahı #şəl sözünün yazılışı #şəl necə yazılır? #şəl sözünün düzgün yazılışı #şəl leksik mənası #şəl sözünün sinonimi #şəl sözünün yaxın mənalı sözlər #şəl sözünün əks mənası #şəl sözünün etimologiyası #şəl sözünün orfoqrafiyası #şəl rusca #şəl inglisça #şəl fransızca #şəl sözünün istifadəsi #sözlük