* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | •••••• | 0.21 |
2008 | •••••••••••••••••••• | 0.73 |
2012 | ••• | 0.09 |
2017 | ••••• | 0.16 |
1 is. 1. İş heyvanı kimi istifadə edilən camışın erkəyi. Kəl arabası. – Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli. A.Səhhət. [Cavan oğlan] nazik gərməşov saplı şallağını tərpədib kəlləri hayladı. Ə.Vəliyev. 2. Əsasən dağlarda və meşələrdə yaşayan çöl heyvanı (bəzən “dağkəli” şəklində). Kəl ovuna çıxmaq. Kəl vurmaq. 3. məc. Yekə, qüvvətli, güclü, zorba adam haqqında. Kələ oxşayır. Lap kəldir.
Azərbaycan dilinin izahlı lüğəti / kəl1 Farslar bütün heyvanların erkəyinə kəl deyirlər; erkək qoyun, keçi... belə adlanır. Bizdə mənası daralıb, yalnız camışın erkəyinə kəl deyirlər. Kələ (buğa) sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kəl2 1 сущ. диал. молодой виноградный побег 2 сущ. буйвол (крупное жвачное животное сем полорогих, используется для перевозки тяжестей и как производитель). Kəl arabası арба, запряженная буйволами, kəlləri qoşmaq запрягать, запрячь буйволов 2. дикий бык 3. перен. о кряжистом, здоровенном человеке II прил. буйволиный, буйволовый. Kəl əti буйволиное мясо (буйволятина) ◊ kəl kimidir (он) здоров, как бык
Azərbaycanca-rusca lüğət / kəl1 сущ. 1. кел, кел гамиш, эркек гамиш (парцик кутадай); // келдин; кел квай (мес. араба); 2. суван гамиш; 3. пер. зурба, еке, къуватлу, гужлу кас.
Azərbaycanca-ləzgicə lüğəti / kəlCamışın erkəyi. (“Koroğlu” dastanının lüğəti) Boy uca, kürəklər enli, süysün elədi ki, kəl süysünü kimi... Boynunun əti girdin-girdin, bığlar kəl buynuzu kimi. (“Həmzənin Qıratı aparmağı”) * Elədilər ki, hərəsi bir kəl boyda. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıI (Şəki) keçəl ◊ Kəl olmax – keçəl olmaq. – Başına yara düşüf kəl o:ltdı II (Ordubad) üzüm tənəyinin cavan zoğu. – Buyil mevlərdə yaxşı kəl var; – Böyün mevlərdən kəli kəsdim
Azərbaycan dilinin dialektoloji lüğəti.