kəlik sözü azərbaycan dilində

kəlik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəlik • 87.5000%
  • Kəlik • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəlik (Salmas)
Kəlik (fars. كاليك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 330 nəfər. yaşayır (53 ailə).

kəlik sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Dəyməmiş, yetişməmiş, kal qovun, yemiş. Bostançının sovqatı kəlik olar. (Ata. sözü). // Qovunun, yemişin qabığı yaşımtıl, əti isə bərk olan növü. Uşağın qucağına üç-dörd kəlik verib evə göndərdim… Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / kəlik
  • 2 fars. kalək Dəyməmiş, yetişməmiş kal qovun // qovunun, yemişin qabığı yaşılımtıl, əti isə bərk olan növü. Biçirlər yağıların başını ura yerinin kəliyi kimi. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.) * Qara paşa gördü ki, qoşunun başı bostan kəliyi kimi yerlə yeksan olur. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

    Azərbaycan dastanlarının leksikası / kəlik

kəlik sözünün etimologiyası

  • 1 Azca iriləşmiş, hələ dəyməmiş yemişə bəzi dialektlərdə kəlik deyirlər. Sö­zün əsli farscadır və kalək şəklindədir. Kalək isə “kaltəhər” deməkdir (ka l“yetişməmiş” mənasını verir, -ək şəkilçisi isə kiçiltmə mənalı söz düzəldir. Mə­­sələn, mixək sözü mıx və -ək hissələrindən ibarət olub “kiçik mıx” de­məkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kəlik

kəlik sözünün rus dilinə tərcüməsi

kəlik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. бегьем дигмиш тахьанвай хелер, гатун хали; // хелердин хам къацу хьтин, як кӀеви са жуьре.

    Azərbaycanca-ləzgicə lüğəti / kəlik

kəlik sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı, Cəlilabad, Kürdəmir) yetişməmiş qovun və ya qarpız. – Uşaxlar bosdannan bir neçə kəlik gətirdilər (Bakı); – Mına iki dənə kəlik verir (Cəlilabad)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#kəlik nədir? #kəlik sözünün mənası #kəlik nə deməkdir? #kəlik sözünün izahı #kəlik sözünün yazılışı #kəlik necə yazılır? #kəlik sözünün düzgün yazılışı #kəlik leksik mənası #kəlik sözünün sinonimi #kəlik sözünün yaxın mənalı sözlər #kəlik sözünün əks mənası #kəlik sözünün etimologiyası #kəlik sözünün orfoqrafiyası #kəlik rusca #kəlik inglisça #kəlik fransızca #kəlik sözünün istifadəsi #sözlük