* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Möhkəm dəmir, polad. Çünki sənin heykəlin nə tuncdan, nə çəlikdən; Ölməz o abidənin özün oldun memarı. R.Rza. // məc. Polad kimi, dəmir. Bir çəlik yaysan, əyilməzsən sən; Qalalar çöksə, sökülməzsən sən. M.Müşfiq. Azəri yurdunun zəhmətkeş oğlu; Çəlikdir duruşu, dəmirdən qolu. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / çəlik2 is. Əl ağacı, əsa. [Müəllim] çəliyini əlinə alıb, yavaş-yavaş Qaçaygilə getdi. Ə.Vəliyev. Çəliyini yerə o döyə-döyə; Asta addımlarla qalxır kürsüyə. B.Vahabzadə. // Əkilmək üçün qısa kəsilmiş budaq; qələm.
Azərbaycan dilinin izahlı lüğəti / çəlik1 “Söykənmək” mənasında çölə feili olub. Çəlik həmin feildən düzəlmiş isimdir. Çölə feili çəl şəklinə düşüb, ondan da çevik qəlibi üzrə çəlik kəlməsi əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çəlik1 ÇƏLİK I is. Əlağacı, əsa. – Bax bunun kimi! – deyə keçisaqqal cəld ayağa durub çəliyini ona göstərdi (S.Qədirzadə). ÇƏLİK II is. Polad. Çəlik bir mətanət göstərib yenə; Olmadıq həyatda müztərib yenə (M.Müşfiq). ÇƏLİK III sif. Arıq. – Vaxtım yoxdur, – deyib Rəfael traktora çıxdı və qocanın zarıltılı səsini çəlik atın kişnəyişi ilə boğdu (H.Nəzərli).
Azərbaycan dilinin omonimlər lüğəti / çəlik2 1 сущ. посох, трость. Çəliyə söykənmək опираться на посох, çəliklə gəzmək ходить с посохом (с помощью посоха) 2 сущ. устар. сталь. Çəlik kimi как сталь (крепкий)
Azərbaycanca-rusca lüğət / çəlik