Əlik sözü azərbaycan dilində

Əlik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Əlik • 76.2500%
  • əlik • 23.7500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. == Toponimikası == Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. === 2011-ci il === 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Əlik bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əlik kəndi
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. == Toponimikası == Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. === 2011-ci il === 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Hacı Əlikram
Hacı Əlikram (1940, Bakı) — Azərbaycan İslam Partiyasının ilk sədri. == Həyatı == Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya "vətənə xəyanət"), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib. Azərbaycan İslam Partiyasının ilk sədri olub. Hacı Əlikram Azərbaycanın müstəqilliyi uğrunda başlayan xalq hərəkatının da fəal iştirakçılarından olub. Hacı Əlikram və qardaşı bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.
Pərviz Əlikramoğlu
Quliyev Pərviz Əlikram oğlu (Pərviz Əlikramoğlu) — balaban, tütək, zurna, klarnet və saksofon ifaçısı. == Həyatı == Pərviz Əlikramoğlu 8 yanvar 1990-cı ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri İlqar Məmmədov adına 3 saylı orta məktəbə gedib. Uşaq vaxtından musiqiyə xüsusi marağı olmuşdur. Valideynləri onun hüquqşünas kimi görmək istəsələr də, Pərviz musiqi sahəsini seçmişdir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır. Valideynləri də bu marağı hiss etmiş və beləliklə o, öz təhsilini Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbində almağa başlamışdır. Oxuduğu illər ərzində klassik, caz və milli musiqi üslubları ilə dərindən və ciddi məşğul olmuşdur. 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi vaxtda hərbi hissədə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Qışlaq-i Əlikərimi (Biləsuvar)
Qışlaq-i Əlikərimi (fars. قشلاق الي كريمي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (34 ailə).
Yulana Əlikişizadə
Yulana Yusufovna Əlikişizadə — Azərbaycan baletmeysteri. == Həyatı == Əlikişizadə Yulana Yusufovna 1938-ci il yanvarın 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı Xoreoqrafiya məktəbini, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət institutunu bitirmişdir. BXM-ni bitirdikdən dərhal sonra Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına balet artisti vəzifəsinə qəbul edilərək, 1978-ci ilə kimi burada çalışmışdır. Truppada çalışdığı illərdə o repertuarda olan bir çox balet tamaşalarında əsas partiyaları ifa etmişdir. Balet artisti kimi fəaliyyətini başa vurduqdan sonra Y.Əlikişizadə müxtəlif illərdə Azərbaycan Dövlət Mahnı teatrı (1978-1987; 1990-1992; 1994-1997), Azərbaycan Milli Dram teatrı-1988, "Qaya" Dövlət estrada-simfonik orkestri (1988-1990), Azərbaycan Dövlət Musiqili Komediya teatrında (1992-1994) balet qrupunun rəhbəri vəzifəsində çalışmışdır. Y.Əlikişizadə istər balet artisti, istərsə də baletmeyster kimi çalışdığı dövrlərdə Azərbaycan incəsənətini dünyanın bir çox ölkələrində-Fransa, Lyuksemburq, Hindistan, Nepal, Birma, İsveçrə, Almaniya, Pakistan, Belçika, Əlcəzair, Tunis, Türkiyə və s. təmsil etmişdir. 1998-ci ilin əvvəllərindən Yulana Əlikişizadə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında baş baletmeyster vəzifəsində işləməyə dəvət olunmuşdur. Onun rəhbərliyi altında balet truppası son illərdə böyük uğurlar əldə etmişdir.
Əlikan (Urmiya)
Əlikan (fars. ‎علي كان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 596 nəfər yaşayır (132 ailə).
Əlikiçik
Əlikiçik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sağ tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Əli kiçik, Qafqazın 5 verstlik xəritəsində Əli qoçaq (Али кочак) formasında qeyd edilmişdir. Kəndin digər adı Əli kuçak olmuşdur. Kəndin adı erməni mənbələrində Əli kuşak formasında da qeyd edilir. == Toponimi == Toponim Əli kiçik şəxs adı əsasında əmələ gəlmişdir. F.Sümər qeyd edir ki, Zəngilər dövlətinin türkmən əmirlərindən biri də Zeynəddin Əli Küçük idi. Belə qənaətə gəlirik ki, kəndin adı həmin şəxsin adını özündə əks etdirir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Əlikli
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Əliklilər
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Əliklər
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Əlikoma dağı
Əlikoma dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1630 m). Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır.
Əlikram Bayramov
Əlikram Bayramov (22 dekabr 1968, Puşkin rayonu) — Azərbaycan müğənnisi, nəğməkar şair. == Həyatı == Əlikram Urşan oğlu Bayramov 1968-ci il dekabrın 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuşdur. Körpə yaşlarından atasını itirir. "Əsrin gözəli" adlı mahnısı ona böyük uğur qazandırır. Evlidir. 1 övladı, 4 nəvəsi vardır. == Karyerası == Cavan yaşlarından başlayaraq, musiqi qrupu yaradır və uzun illər Biləsuvar rayon Mədəniyyət Evinin müdiri vəzifəsində çalışır. Peşəkar səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış edir. Əsrin gözəli, Gözləyəcəm, Yaz çiçəyi, Yaşayıram sənin üçün, Dəniz arzularım kimi bir çox mahnıların müəllifi və bəstəkarıdır.
Əlikram Hümbətov
Ələkrəm Ələkbər oğlu Hümbətov (1948, Lerik – 22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. == Həyatı == Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir. Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub.
Əlikram Hüseynov
Əlikram Həsən oğlu Hüseynov (20 aprel 1926, Bakı – 18 avqust 2006, Bakı) — Azərbaycan tarzəni, orkestrin solisti; Azərbaycan Respublikasının əməkdar artisti (1991) == Həyatı == Əlikram Hüseynov 20 aprel 1926-cı ildə Bakıda doğulub. 1942–1946-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşdur. Oxuduğu müddətdə Əhməd Bakıxanov və Adil Gəraydan dərs almışdır. 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun iştirakı ilə keçirilən musiqi müsabiqəsində Orta Mahuru çalmış, birinci yerə çıxmışdır. 1947-ci ildə həmçinin Praqada keçirilən Festivalda da orta mahuru çalmışdır. 1959, 1960, 1961-ci illərdə konsert və tədbirlərdə Azərbaycan opera müğənnisi Bülbülü müşayət etmişdir. Əlikram Hüseynovun ilk təyinatı Şəkiyə verilmişdir. 1957-ci ildən 2006-cı ilə qədər isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır. Rübabə Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Zeynalova, Arif Babayev, Baba Mahmudoğlu, Mənsum İbrahimov kimi sənətkarlarla çalışmışdır. Milli opera sənətinin inciləri olan "Leyli və Məcnun"da, "Əsli və Kərəm"də, "Şah İsmayıl"da və "Aşıq Qərib"də ifa etdiyi muğamlar onu bir tarzən kimi tamaşaçılara sevdirmişdir.
Əlikram Tağıyev
Əlikram Mirhəsən oğlu Tağıyev — (d.01.07.1945-ö.17.01.2022) tarixdə İmişli rayonunda anadan olub. M.F.Axundov adına APDİ-də ingilis və Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Fəlsəfə elmləri doktoru, professordur. == Əsas elmi nailiyyətləri == Fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşmış, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparmışdır. Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsindədir. Milli ideya ve milli ideologiya problemləri ilə məşğul olur.Azərbaycan Texniki Universitetində və Azərbaycan Müəllimlər İnstitutunda professorurdur. Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Politologiya" şöbəsinin müdirdir. == Əsas elmi əsərlərin adları == Milli ideya ve milli ideologiya: problemlər və onların şərhi. Bakı. 2000, 11 ç, v.
Əlikram Xanışov
Əlikram Qabil oğlu Xanışov (8 fevral 2000; Göytəpə, Cəlilabad, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlikram Xanışov 8 fevral 2000-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2018-ci ildə V. Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbi bitirib. == Hərbi xidmətləri == Əlikram 2018-ci ildə əsgərlik borcunu Goranboy rayonunda N saylı hərbi hissədə yerinə yetirdikdən sonra 2020-ci il aprel ayında evə qayıtmışdı. O, 20 gündən sonra müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə yollanmışdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlikram Xanışov Talış Madagizin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. 30 noyabr 2020-ci ildə Cəlilabadda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əlikram Şahbazlı
Əlikram Novruz oğlu Şahbazlı (1 oktyabr 2001; Borbor, Şabran rayonu, Azərbaycan — 6 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlikram Şahbazlı 1 oktyabr 2001-ci ildə Şabran rayonunun Borbor kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olsa da, təhsilini yarımçıq saxlayaraq 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əlikram Şahbazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlikram Əliyev
Əliyev Əlikram Hacıağa oğlu (Əlikram Əliyev) (d. 1963, Bakı, Azərbaycan SSR) — "Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi"nin SABİQ rəisi - "Bakı Folklor Teatrı"nın SABİQ Bədii rəhbəri. == Həyatı == Əlikram Əliyev 1963-cü ildə Bakıda doğulmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasını bitirib. Ailəlidir, iki övladı var.
Əliköməktəpə
Əliköməktəpə — Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndi yaxınlığında yerləşən eneolit dövrünə aid yaşayış yeri. Qazıntılar zamanı aşkarlanmış at sümüklərinə əsasən, güman edilir ki, at əhliləşdirilməsi məhz bu eneolit dövründə (daha dəqiq e.ə. V minillikdə) başlayıb, bununla da Əliköməktəpə abidəsi Qafqaz və Ön Asiyada atın əhliləşdirildiyi yer kimi tanınır. Fərman Mahmudovun araşdırmalarına görə, qazıntılar zamanı tapılmış çoxsaylı gil qablar abidənin ərazisində ikinci ən böyük tapıntıdı. Qazıntılar zamanı rənglə örtülmüş 300-dən artıq gil qab nümunələri aşkar olunmuşdur. Tapıntıların bir çoxu monoxrom rəsmlərlə bəzədilmişdir. Qəhvəyi və qırmızı rəsmlərin böyük hissəsi üçbucaqlar, romblar, düz və əyri xəttlərdən ibarətdilər. Həmçinin yaşayış yerində Enolit dövrünə xas olan dini inanc abidəsi sayılan dairəvi otaq aşkarlanmışdır. Tarix elmləri doktoru Rəşid Göyüşovun fikrinə görə, otağın yerləşdiyi bina ovsun mərasimlərinin keçirilməsi üçün istifadə olunurdu, bunun sübutu bina və otağın memarlıq quruluşundadı: binalar çiy kərpiclə dördkünc formada hörülmüşdür, otağın divarları isə gillə suvanmış, üstündə isə ağ gillə şirələnmişdir, həm də hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, IV cild, B.,1980 Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunlan // Azərbaycanda daş dövrü və eneolit, Bakı, 1984.
Əliköməktəpə yaşayış yeri
Əliköməktəpə — Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndi yaxınlığında yerləşən eneolit dövrünə aid yaşayış yeri. Qazıntılar zamanı aşkarlanmış at sümüklərinə əsasən, güman edilir ki, at əhliləşdirilməsi məhz bu eneolit dövründə (daha dəqiq e.ə. V minillikdə) başlayıb, bununla da Əliköməktəpə abidəsi Qafqaz və Ön Asiyada atın əhliləşdirildiyi yer kimi tanınır. Fərman Mahmudovun araşdırmalarına görə, qazıntılar zamanı tapılmış çoxsaylı gil qablar abidənin ərazisində ikinci ən böyük tapıntıdı. Qazıntılar zamanı rənglə örtülmüş 300-dən artıq gil qab nümunələri aşkar olunmuşdur. Tapıntıların bir çoxu monoxrom rəsmlərlə bəzədilmişdir. Qəhvəyi və qırmızı rəsmlərin böyük hissəsi üçbucaqlar, romblar, düz və əyri xəttlərdən ibarətdilər. Həmçinin yaşayış yerində Enolit dövrünə xas olan dini inanc abidəsi sayılan dairəvi otaq aşkarlanmışdır. Tarix elmləri doktoru Rəşid Göyüşovun fikrinə görə, otağın yerləşdiyi bina ovsun mərasimlərinin keçirilməsi üçün istifadə olunurdu, bunun sübutu bina və otağın memarlıq quruluşundadı: binalar çiy kərpiclə dördkünc formada hörülmüşdür, otağın divarları isə gillə suvanmış, üstündə isə ağ gillə şirələnmişdir, həm də hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, IV cild, B.,1980 Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunlan // Azərbaycanda daş dövrü və eneolit, Bakı, 1984.
Əlikəhrizi
Əlikəhrizi (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Əlikəhrizi (Muradlı) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Əlikəhrizi (Meşkinşəhr)
Əlikəhrizi (fars. عالي كهريزي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (24 ailə).
Əlikəhrizi (Muradlı)
Əlikəhrizi (fars. علي كهريزي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (35 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 1.80
2007 •••••••••••• 1.06
2008 ••• 0.24
2009 •••• 0.32
2010 •••• 0.27
2011 •• 0.17
2012 0.09
2013 •• 0.15
2016 •• 0.17
2019 •••• 0.28
2020 •• 0.13

əlik sözünün leksik mənası və izahı

  • 1 is. zool. Vəhşi keçi; keyik. Davanın şiddətli vaxtında dağın döşündə bir sürü əlik göründü. “Qaçaq Nəbi”. Görürsənmi bu guruldayan dağları, indi orada əliklər hürküşür, dəstələnib dağları aşır, qalın meşələrə girirlər. S.Rəhimov. Əlik qayadan atılıb düzənlikdə ox kimi süzür. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / əlik

əlik sözünün rus dilinə tərcüməsi

əlik sözünün fransız dilinə tərcüməsi

əlik sözünün ləzgi dilinə tərcüməsi

"əlik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlik nədir? #əlik sözünün mənası #əlik nə deməkdir? #əlik sözünün izahı #əlik sözünün yazılışı #əlik necə yazılır? #əlik sözünün düzgün yazılışı #əlik leksik mənası #əlik sözünün sinonimi #əlik sözünün yaxın mənalı sözlər #əlik sözünün əks mənası #əlik sözünün etimologiyası #əlik sözünün orfoqrafiyası #əlik rusca #əlik inglisça #əlik fransızca #əlik sözünün istifadəsi #sözlük