əmlik sözü azərbaycan dilində

əmlik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əmlik • 79.1667%
  • Əmlik • 20.8333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

əmlik sözünün leksik mənası və izahı

  • 1 is. Yenicə ota düşən və eyni zamanda anasını əmən quzu, keçi. Əmliklər çəkdirəm şişə; Bir ağır yığnağım ola! “Koroğlu”. Bir əmliyin bir tümənə satılır; Xəzəl oldu yenə pulların, dağlar! Aşıq Ələsgər. Gəl oturma belə tək; Kürdə bir əmlik kəsək. M.Rahim. // Sif. mənasında. Əzizim, bahar barı; Şirindir bahar barı; Kəsmə əmlik quzunu; Qoy gəlsin bahar, barı. (Bayatı). Yaylağın sərin havası, əmlik quzunun əti kazakları kefləndirib şirin yuxuya vermişdi. “Qaçaq Nəbi”. Yaxşı əmlik quzu kəsmişəm, çox gözəl İsfahan şərabı da vardır. M.S.Ordubadi. □ Əmlik kimi – bəslənmiş quzu kimi, lap gənc, gözəl, şux. Yalan ha deyil, bəxtli olmasan, belə əmlik kimi qızı almazdın. A.Şaiq. [Uşaqlar] … bəslənmiş əmlik kimi analarının yanına düşüb yüyürürdülər. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / əmlik

əmlik sözünün rus dilinə tərcüməsi

əmlik sözünün inglis dilinə tərcüməsi

əmlik sözünün fransız dilinə tərcüməsi

əmlik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. цӀийиз векьик акатнавай, гьеле некӀедихъни галамай кӀел, бацӀи; // əmlik kimi хвенвай кӀел хьтин, лап жегьил, иер, гуьзел (мес. руш).

    Azərbaycanca-ləzgicə lüğəti / əmlik

əmlik sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Yenicə ota düşən və eyni zamanda anasını əmən quzu. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, gəzdiyimi tapardım,  Qayalar başında qala yapardım, Ağ sürüdən əmlik quzu yapardım, Yeyib qurtlarınla ulaşım, dağlar!                             (“Koroğlu ilə Bolu bəy”)                      * Məclis qurduram həmişə, Işrətim, damağım ola!.. Əmliklər çəkdirəm şişə, Bir ağır yığnağım ola!..                            (“Qulun qaçmağı”)

Azərbaycan dastanlarının leksikası

"əmlik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmlik nədir? #əmlik sözünün mənası #əmlik nə deməkdir? #əmlik sözünün izahı #əmlik sözünün yazılışı #əmlik necə yazılır? #əmlik sözünün düzgün yazılışı #əmlik leksik mənası #əmlik sözünün sinonimi #əmlik sözünün yaxın mənalı sözlər #əmlik sözünün əks mənası #əmlik sözünün etimologiyası #əmlik sözünün orfoqrafiyası #əmlik rusca #əmlik inglisça #əmlik fransızca #əmlik sözünün istifadəsi #sözlük