* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Yırtıcı, sərt heyvan balası. Həyətlərində ənik bir it var.
Azərbaycan dilinin izahlı lüğəti / ənik2 Yırtıcı heyvan balası. (“Koroğlu” dastanının lüğəti) Sarp qayalarda yurd olmaz, Müxənnətə söz dərd olmaz. Çaqqal əniyi qurd olmaz Yenə qurd oğlu qurd oldu. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası / ənik1 “Küçük” mənasında işlədilir (əlik sözü də var və tarixən “vəhşi keçinin dişisi” mənasında işlədilib). Mahmud Kaşğarinin “Lüğət”ində ən(en) feili “doğmaq” kimi şərh olunub (qancıq sözü də yəqin ki, “əncik”dən törəyib). Ənik həmin feildən düzəlmiş isimdir, qabaqlar uşaq mənasında işlədilib (həmin lüğətdə urağut yenidi, yəni arvad doğdu cümləsi də verilib), sonra heyvan (ən çox: it balası) anlamını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ənikI (Beyləqan, Kürdəmir) küçük, it balası. – Axşamnar əniyi bağla (Kürdəmir) II (Ucar) uzaq qohum. – Bizim əniklərdən Ucarda da var
Azərbaycan dilinin dialektoloji lüğəti.