əliq sözü azərbaycan dilində

əliq

Yazılış

  • əliq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elxan Əliquluzadə
Feyzulla Əliquluzadə
[mənbə göstərin] Feyzulla Əliquluzadə — Azərbaycan şairi, "Azərbaycan" qəzetinin ilk naşiri və redaktoru. == Həyatı == 1891-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Daha sonra Şuşa Real məktəbi bitirib. Bir müddət müəllimliklə məşğul olub. Rusiya İmperiyası dağıldıqdan sonra, ilk "Azərbaycan" adlı qəzetin naşiri və redaktoru olmuşdur.
Hacı Mirzə Əliqulu Yusifzadə
Hacı Mirzə Əliqulu Yusifzadə - (1808-?), xəttat, həkim, şair, alim. == Həyatı == Əliqulu Kərbəlayı Yusif oğlu 1808-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Ilk təhsilini atasından almışdı. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" adlı əsərində yazır: "Bu alimü amilü fəqihi-kamil təvəllüd еdibdir Şuşada və əvayili-sinnində tərbiyə tapıb əbəvisi Mirzə Yusif məhrumun və şəhərinin sair ülamalarının hüzurunda, sоnra ikilli təhsil üçün ətəbati-aliyyata müşərrəf оlub. Sеyidi Cəlil və aləmi-Nəbil cənab Hacı Sеyid Kazım Rəşti əl-allah məqamının hüzuri-pürnurlarında təhsilini tamama yеtirəndən sоnra vətəni-əslisi оlan Şuşa şəhərinə müraciət buyurub, əhkami-dini-nübin sеyid əl-Mürsəlin səməlla əlеyhə və məhunun pişrəftandə və çəhərdəh məsumun fəzayil və məqaqibini kəşf еtməkdə хadimi-şəriəti-qurra оlub fəzayili-ali Məhəmməd əlеyüsəlamda nеçə cild kitablar ərəb və fars dilində təsnif buyurub". Mirzə Əliqulu böyük alim və şair idi. Şərq dillərinin əksəriyyətini bilirdi və bu dillərdə sərbəst yazılar ərsəyə gətirirdi. Qasım bəy Zakir Şuşa qazısı Mirzə Əbdülqasım bəy Kəbirliyə bir nеçə həcv yazıb. Özünü böyük alim Hacı Mirzə Əliquludan yüksək tutan qazını qamçılayırdı. Kimdi yanında оnun Əliqulu Əbdürrəhim, Kühi-Əlbürsü yıхar çün tохunan dəm qazı… Hacı Mirzə Əliqulu Yusifzadənin şеirləri ərəb dilində оlduğundan yazımızda vеrməyi gərəkli bilmədik.
Hacı Əliqulu xan Hidayət
Hacı Əliqulu xan Mirzə Rzaqulu xan oğlu Hidayət və ya Müxbirəddövlə (1829, Şiraz – 1897, Tehran) — İranın Poçt və Teleqtaf naziri. == Həyatı == Hacı Əliqulu xan Mirzə Rzaqulu xan oğlu 1829-cu yldə Tehran şəhərində anadan olmuşdu. Təhsilini atasından almışdı. Qacarlar dövlətində Poçt və Teleqtaf naziri olmuşdu.
II Əliqulu xan Şamlı
II Əliqulu xan Şamlı — Səfəvi dövlətinin hərbi-siyasi rəhbəri, Məruçak hökmdarı, şair. == Həyatı == Əliqulu xan Həsən xan Şamlının oğullarından idi. Məhəmməd Tahir Nəsrabadi onu mahir döyüşçü və idarəçi kimi təsvir edir. Meruçakın hökmdarı olan Əliqulu xan özbəkləri itaətdə saxlamış və bu səbəbdən də o, II Şah Abbasla yaxşı münasibətdə olmuşdur. Əliqulu xan şairlərin himayədarı idi və özü də "Əzəm" təxəllüsü ilə yazan şair idi. Tahir Nəsrabadi qeyd edir ki, o, Əliqulu xanın təxminən iki min beytdən ibarət divanını görüb.
I Əliqulu mirzə Qovanlı-Qacar
I Əliqulu mirzə Fətəli şаh оğlu Qovanlı-Qacar (7 dekabr 1822-14 dekabr 1880) — İran şahzadəsi, maarif naziri. == Həyatı == Əliqulu mirzə Fətəli şаh оğlu (аnаsı Gülpirхаn хаnım gürcü) 7 dekabr 1822-ci ildə Tehran şəhərində аnаdаn оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Etizadəssəltənə ləqəbi daşıyırdı.Nasirəddin şahın dövründə İranın maarif naziri olmuşdu. Bir neçə elmi-tədris kitabının müəllifidir. Əliqulu mirzə 14 dekabr 1880-ci ildə vəfat edib. == Ailəsi == Əliqulu mirzə Fəxricahan xanım Avşarla, Tacmah xanım və Mahsultan xanımla ailə qurmuşdu. Abbasqulu mirzə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Mirzə Əliqulu xan Gərmərudi
Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Gərmərudi (10 fevral 1875, Tehran – 1938, Tehran) — diplomat. Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Müşavirülməməlik ləqəbini daşıyırdı. Mirzə Əliqulu xan Gərmərudinin atası Mirzə Həsən xan İranın Xarici İşlər naziriliyində çalışmışdı. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Mirzə Əbdürrəhim Gərmərudinin nəticəsidir. Mirzə Əliqulu xan Gərmərudi İranın Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 1896-cı ildə səfir kimi Rusiyaya yollanmışdı.
Molla Əliqulu Vaqif
Molla Əliqulu Vaqif (?-?)—XVI əsr Azərbaycan şairi. Molla Əliqulu Vaqif Xalxalda doğulmuşdur. Molla Nəsrulla Vaqifin bacısı oğludur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Təbrizə yollanmışdı. Orada müxtəlif alimlərin yanında təhsilini artırmışdı. Molla Əliqulu Vaqifin divanı qalıb.
Münəvvər Əliqızı
Münəvvər Əliqızı Tapdıqova — yazıçı, "Qızıl qələm" mükafatı laureatı Münəvvər Əliqızı 27 yanvar 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubiley tədbiri keçirilən zaman vəfat edib. Munəvvər xanım 4 kitab müəllifidir: "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur". "Sevginin ölçüsü yoxdur" kitabına görə Xan qızı Natəvan mükafatına, "Bayatılar" kitabına görə isə "Qızıl Qələm" Media mükafatına layiq görülüb. "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur" Münəvvər Əliqızı şair İlyas Tapdıqın həyat yoldaşıdır. Münəvvər Əliqızı Azərbaycanın Əməkdar artisti Şəbnəm Tapdıqın anasıdır.
Rasim Əliquliyev
Rasim Məhəmməd oğlu Əliquliyev (20 yanvar 1958, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru. Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur. 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Elektron hesablayıcı maşınları” ixtisası üzrə bitirmişdir. 1983–1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) "avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə aspiranturada təhsil аlmışdır. 1979–1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışmışdır. 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) Şöbəsinə köçürülmüşdür. 1986-1997-ci illərdə AEA AİS Şöbəsində (1997-ci ildə AİS Şöbəsinin bazasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi – İTEM təşkil olunmuşdur) böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, 1997-ci ildən İTEM-in baş mühəndisi-direktor müavini vəzifələrində işləmişdir. 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun (institut 2002-ci ildə İTEM-in bazasında yaradılmışdır) direktorudur. 2013-2019-cu illərdə AMEA-nın akademik-katibi işləmişdir. 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.
Şəhla Əliqızı
Şəhla Əliqızı (Şəhla Əli qızı İsmayılova; 26 fevral 1980, Tovuz) — Azərbaycan teatr aktrisası. Şəhla Əliqızı 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Xalq artisti Cənnət Səlimovanın tələbəsidir. Həmçinin Elmira Məlikova və Vaqif İbrahimoğlundan dərs alıb.O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.Bir çox dövlət tədbirlərinə aparıcısı və həmçinin 2003-cü ildə İnnaqurasiya mərasimindən sonra Hökumət evinin qabağında təşkil edilmiş konsert proqramının aparıcısı olub. 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əliqandu (Maku)
Əliqandu (fars. علي قندو‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (31 ailə).
Əliqara Hüseynov
Əliqasımlı
Əliqasımlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əliqasımlı oykonimdir.[mənbə göstərin] İncəçayın sağ sahilindən 4 km. aralı, Burovar silsiləsinin Şm.-Ģ. ətəyindədir. Etnonim əsasında formalaşmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2576 nəfər əhali yaşayır. Arif Qubadov–Azərbaycanın Milli Qəhrəmanı. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Əliqasımlı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əliqismət Lalayev
Əliqismət Hümmət oğlu Lalayev (4 iyul 1956, Salyan, Salyan rayonu ) — Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1986), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016) sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının pedaqoqu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru (2008-ci ildən). Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyul ayının 4-də anadan olub. Əmək fəaliyyətinə 1972-ci ildə başlayan Ə.Lalayev ilk müstəqil addımlarını mədəniyyət sahəsində atmış, əvvəl klub müdiri işləmiş, daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışmışdır. Əliqismət Lalayev 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakultəsinə daxil olmuş və 1980-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilmişdir. Bir müddət Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinində çalışan Ə.Lalayev ordu sıralarına həqiqi hərbi xidmətə cağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunan Ə.Lalayev 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirmişdir. 1988-ci ildə Salyan şəhərinə qayıdan Ə.Lalayev müxtəlif illərdə "Qələbə" qəzeti redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdürü vəzifələrində calışmış, 1993-cü ilin sentyabrında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilmişdir. O, 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baş İncəsənət İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunmuşdur. Əliqismət Lalayev 1968-ci ildən dövrü mətbuatda çıxış edir.
Əliqismət Yaqublu
Əliqudərz
Əligudərz - İranın Luristan ostanınında şəhər və Əligudərz şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 78,690 nəfər və ya 18,115 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Əliqudərz şəhristanı
Əligudərz şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əligudərz şəhəridir. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 164,802 nəfər və 30,668 ailədən ibarət idi.
Əliqullar
Əliqulular — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. 3201 nəfərdir.[mənbə göstərin] Qəşəm Nəcəfzadə - şair. Kəramət Böyükçöl - yazıçı Valeh Bahaduroğlu - şair, yazıçı Simarə İmanova - xanəndə, Azərbaycan Respublikasının xalq artisti Sərvaz Hüseynoğlu - şair, yazıçı, ədəbiyyat müəllimi. Əsəd Cahangir - şair yazıçı, tənqidçi, ədəbiyyatçı.
Əliqulu
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.
Əliqulu Ağalarov
Ağalarov Əliqulu Behbud bəy oğlu (23 mart 1923, Ordubad, Naxçıvan MSSR – 23 iyun 1982, Bakı) — Azərbaycan alimi, neyrocərrahı, Azərbaycan SSR əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor (1970). Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi Qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu Qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur. Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
Əliqulu Cabbardar
Əliqulu Fərəcov
Əliqulu Səttar oğlu Fərəcov (15 mart 1898, Ordubad, Naxçıvan qəzası – 20 yanvar 1981, Bakı) — iqtisadçı, iqtisad elmləri namizədi, professor (1939), Azərbaycan SSR əməkdar iqtisadçısı (1967). Fərəcov Əliqulu Səttar oğlu, 15 mart 1898-ci il tarixində Ordubadda anadan olmuşdur. O, 1915-ci ildə Tiflis ticarət kurslarını, 1927-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Fərəcov, Azərbaycanda uçotun qurulmasında mühüm rol oynamış və bir növ banisi kimi tanınmışdır. O, bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917–1920-ci illərdə hesabdar-mühasiblər kursları (o vaxtlar Əliqulu Fərəcov kursu adlanırdı) açaraq onu o dövrün tələblərinə uyğun təşkil etmək üçün rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan "Statistika", "Kommersiya" texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir. Uzun müddət respublikanın ali məktəblərində dərs demişdir. Elmi-pedaqoji fəaliyyətilə yanaşı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) prorektoru (1943–1944), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) rektoru (1944–1950), bir sıra kafedraların, o cümlədən ADU-nun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi kafedrasının (1959–1960) müdiri, ADU-nun (1962–1966) və AXTİ-nin məsləhətçi professoru (1966-cı ildən) olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsində (indiki İqtisadiyyat İnstitutu) baş elmi işçi, şöbə müdiri (1951–1958) işləmişdir. Fərəcov, Azərbaycanda iqtisadi təhsilin təşkilatçılarından idi. O, Azərbaycan dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair dərsliklər yazmış, konkret iqtisadiyyata dair elmi terminlər işləyib hazırlamış, mühasibat uçotunun nəzəri, texniki və tarixi məsələlərinə, k.t.
Əliqulu Cabbadar
Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar - gürcü əsilli İran rəssamı. XVII-XVIII əsrlərdə yaşamışdır. Qərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox gümanki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir.

əliq sözünün leksik mənası və izahı

"əliq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əliq nədir? #əliq sözünün mənası #əliq nə deməkdir? #əliq sözünün izahı #əliq sözünün yazılışı #əliq necə yazılır? #əliq sözünün düzgün yazılışı #əliq leksik mənası #əliq sözünün sinonimi #əliq sözünün yaxın mənalı sözlər #əliq sözünün əks mənası #əliq sözünün etimologiyası #əliq sözünün orfoqrafiyası #əliq rusca #əliq inglisça #əliq fransızca #əliq sözünün istifadəsi #sözlük