əqiq sözü azərbaycan dilində

əqiq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əqiq • 89.5706%
  • Əqiq • 9.8160%
  • ƏQİQ • 0.6135%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əqiq
Əqiq – SiO2 — Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Haqqında == Xalsedonun zolaqları və təbəqəcikləri müxtəlif rəngdə olan, konsentrik-zonal və zolaqlı növ müxtəlifliyidir. Çox vaxt əqiqin quruluşunda xalsedonla yanaşı silisium oksidi ailəsinin digər mineralları, habelə müxtəlif karbonatlar və seolitlər, hötit, seladonit və s. iştirak edir. Rəngi: müxtəlif çalarlı boz, tutqun-ağ, yaşıl, çəhrayı, göy, qara. Əqiqlər (Ə) təkcə rəng müxtəlifliyinə görə deyil, həm də aqreqatlarının morfologiyasına və dekorativ xüsusiyyətlərinə, şəffaflıq dərəcəsinə, başqa mineral möhtəvilərinin xarakterinə görə də fərqlənirlər. Göstərilən xüsusiyyətlərin müxtəlif tərkibdə uzlaşması əqiqin bir sıra növ müxtəlifliklərinin əmələ gəlməsinə səbəb olur: rənginə görə – oniks (paralel təbəqəli), farforovik (tutqun-ağ), əlvan rəngli, muar tipli, alovlu, göy və s.; aqreqatlarının formasına görə– jeodalar, badamcıq- və salxımvarı, ulduz- və boru şəkilli Ə və b.; şəklinə görə – qala (bürc) şəkilli, brekçiyalaşmış, nöqtəli, landşaft tipli, gözlüklü Ə; başqa mineral möhtəvilərinin formasına görə – dendritli, mamırlı, oolitli Ə və s. Tez-tez əqiqin başqa mineralların, əsasən, kalsit və anhidritin konkresiyaları üzrə, həmçinin müxtəlif üzvi qalıqlar – ağaclar (ağac və ya oduncaq Ə), mərcanlar (mərcan Ə), mollüskalar (şelf-əqiq) üzrə psevdomorfozlarına rast gəlinir. Arizonada (ABŞ) bütün dünyada məşhur olan Daşlaşmış meşə və Monqolustanda Qobi səhrasının cənubunda Ulugey-Xid ətrafında silisium oksidinin (xalsedon, o cümlədən əqiq və b.) ağaclar üzrə psevdomorfozaları geniş sahələrdə kütləvi şəkildə təzahür etmişdir. Bunlar vulkan fəaliyyəti ilə əlaqədar olaraq yaranmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2004 •••••••••• 0.34
2006 •••••••••••••••••••• 0.68
2009 •••••••••••••• 0.48
2010 ••••••••••••••••••• 0.64
2011 ••••••••••••••• 0.51
2012 •••••••••••••••••• 0.60
2013 ••••• 0.15
2014 •••••••••••••••••••• 0.69
2015 •••••••••• 0.34
2016 ••••• 0.17
2017 ••••• 0.16
2018 •••••••••••••••••• 0.60
2019 •••••••••••••••••••• 0.70
2020 •••••••••••• 0.40

əqiq sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Müxtəlif rənglərə çalan laylardan ibarət olan, qiymətli daş kimi müxtəlif bəzək şeyləri hazırlanmasında və s.-də istifadə edilən bərk mineral. …Hamısının barmağında qırmızı əqiq üzük parlayırdı. M.S.Ordubadi. □ Əqiq kimi – iri, dən-dən və parlaq. Narın birini kəsdim. Zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal. Yəmən əqiqi, əqiqi-Yəmən – əqiqin qırmızı rəngli əla cinsi (şairanə təşbehlərdə). Dəryada dişintək dürrişəhvar tapılmaz; Ləlin kimi kan içrə əqiqiYəmən olmaz. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / əqiq

əqiq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ƏQİQ (qiymətli daş) ...Hamısının barmağında qırmızı əqiq üzük parlayırdı (M.S.Ordubadi); ŞƏVƏ O gah fil sümüyü, gah da şəvədən; Möhrələr götürüb qoyur deyəsən (Şəhriyar).

    Azərbaycan dilinin sinonimlər lüğəti / əqiq

əqiq sözünün rus dilinə tərcüməsi

  • 1 минер. агат (полудрагоценный камень)

    Azərbaycanca-rusca lüğət / əqiq
  • 2 I сущ. геол. 1. агат (минерал, разновидность халцедона) 2. сердолик (полудрагоценный поделочный камень) II прил. 1. агатовый 2. сердоликовый

    Azərbaycanca-rusca lüğət / əqiq

əqiq sözünün ləzgi dilinə tərcüməsi

əqiq sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. qiymətli daşlardan biri.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

qiymətli daş-qaş, aqat.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"əqiq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əqiq nədir? #əqiq sözünün mənası #əqiq nə deməkdir? #əqiq sözünün izahı #əqiq sözünün yazılışı #əqiq necə yazılır? #əqiq sözünün düzgün yazılışı #əqiq leksik mənası #əqiq sözünün sinonimi #əqiq sözünün yaxın mənalı sözlər #əqiq sözünün əks mənası #əqiq sözünün etimologiyası #əqiq sözünün orfoqrafiyası #əqiq rusca #əqiq inglisça #əqiq fransızca #əqiq sözünün istifadəsi #sözlük