Əqil sözü azərbaycan dilində

Əqil

Yazılış

  • Əqil • 80.9524%
  • əqil • 19.0476%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əqil Etimadi
Əqil Etimadi (23 aprel 1987, Tehran, İran) — Azərbaycan əsilli Niderland futbolçusu, qapıçısı. Etimadi 2011-ci ilin dekabr ayından Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Niderlandın Herenven II, Herenven, Emmen, Vindam və Qroningen klublarında ikinci, üçüncü və birinci qapıçı olmuşdur.
Əqil Mehdiyev
Əqil Mehdiyev (20 iyul 1920, Nehrəm – 21 avqust 2011, Bakı) — Naxçıvan MR Səhiyyə Naziri (1995–2004), Naxçıvan MSSR və Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Mehdiyev Əqil Səftər oğlu 20 iyul 1920-ci ildə indiki Babək rayon Nehrəm kəndində anadan olub. 1939-cu ildə Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olub,Böyük Vətən müharibəsinin (1941–1945) başlanması iıə əlaqədar təhsili yarımçıq qoyub müharibəyə yollanmışdır. 1943–1952-ci illərdə Nehrəm kənd məktəbində müəllim və direktor işləmişdir. 1959-cu ildə Tibb İnstitutunu bitirdikdən sonra Babək rayon Qahab və Nehrəm kənd xəstəxanalarında baş həkim 1973–1984; 1993–1995-ci illərdə N.Nərimanov adına Respublika xəstəxanasının baş həkim, 1995–2004-cü illər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri vəzifəsində işləmişdir. Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkşafında böyük xidmətləri olmuşdur. Bu dövrdə kənd xəstəxanaları, doğum mərkəzi tikilib istifadəyə verilmiş, Naxçıvan Respublika xəstəxanasında naftalanla müalicə şöbəsi və cərrahiyə mərkəzi yaradılmışdır. Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (1-ci çağırış) deputatı seçilmişdir.1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ağsaqqalar şurasının sədri seçilmişdir. Əqil Mehdiyevin Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə 1973-cü ildə Səhiyyə əlaçısı,1974-cü ildə MSSR-nın, 1981-ci ildə isə Azərbaycan SSR əməkdar həkimi fəxri adlarına, "Şöhrət", "İstiqlal" ordenləri və medallarla təltif olunmuşdur. Cəlil Vəzirov Əqil Mehdiyevin həyat yolundan bəhs edən "Pəncərəmi açdım sabaha" adlı kitab yazmışdır.
Müslüm ibn Əqil
Müslüm ibn Əqil əl Haşimi (ərəb. مسلم بن عقيل الهاشمي‎) Əqil bin Əbi Talibin oğlu və Əbu Talibin nəvəsidir və Bəni Haşimdən idi. Əmoğlusu Hüseyn ibn Əlinin nümayəndəsi olaraq Kufə əhalisindən beyət almaq üçün bu şəhərə getdikdən sonra Übeydulla ibn Ziyad tərəfindən qətlə yetirilib. == İstinadlar == == Xarici keçidlər == Həzrət Müslim kim idi? Müslim ibn Əqilin qızlarının adı nə idi?
Əqil Kövsəri Ərdəbili
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. == Həyatı və yaradıcılığı == Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: == Tədqiqi == Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Abdullah ibn Əqil
Abdullah ibn Əqil (ərəb. عبد الله بن عقیل‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Nəsil == Əqil ibn Əbu Talibin Abdullah adlı iki övladı var idi: Abdullah əl-Əkbər (böyük) və Abdullah əl-Əsğər (kiçik). Bəzi mənbələr onun hər iki oğlunun Kərbəla döyüşündə şəhid olduğunu qeyd etmişlər. Bu Abdullah isə Abdullah Əkbərdir. Abdullah Əli ibn Əbu Talibin qızı Meymunə ilə evlənmişdir. == Kərbəla döyüşündə == Onun adı "Ziyarət-şühəda"da Əbu Abdullah ibn Müslüm ibn Əqil kimi çəkilir.
Əqil bin Əbi Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. == Həyatı == Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Əqil ibn Əbu Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. == Həyatı == Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2003 ••••••••••••••• 0.79
2007 •••• 0.21
2009 •••••••••••••••••••• 1.12
2011 •• 0.09
2013 ••• 0.15

əqil sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

zəka, şüur; hafizə, zehin, xatir, fikir.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"əqil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əqil nədir? #əqil sözünün mənası #əqil nə deməkdir? #əqil sözünün izahı #əqil sözünün yazılışı #əqil necə yazılır? #əqil sözünün düzgün yazılışı #əqil leksik mənası #əqil sözünün sinonimi #əqil sözünün yaxın mənalı sözlər #əqil sözünün əks mənası #əqil sözünün etimologiyası #əqil sözünün orfoqrafiyası #əqil rusca #əqil inglisça #əqil fransızca #əqil sözünün istifadəsi #sözlük