etil sözü azərbaycan dilində

etil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • etil • 74.2597%
  • Etil • 25.2847%
  • ETİL • 0.4556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Etil metakrilat
Etil metakrilat (Etil 2-metil akrilat, Etil 2-metil-2-propenoat, UN2277)-kimyəvi formulu C₆H₁₀O₂,metakril turşusunun etil efiridir. Etil metakrilat normal şəraitdə rəngsiz mayedir, suda az həll olur, qaynama temperaturu 117 °C və ərimə temperaturu -75 °C-dən azdır. Molekulyar çəki isə 114.1 q/mol-dur. Etil metakrilat xassələrinə görə metil metakrilata bənzəyir, lakin onun qıcıqlandırıcı xassələri daha az nəzərə çarpır. Etil metakrilat akril polimerlərin - sintetik qatranların, latekslərin, emulsiyaların istehsalı üçün istifadə olunur .Metil metakrilatdan daha az bioloji təhlükəli olduğu üçün bu efir kosmetik prosedurlarda, xüsusən də dırnaq uzatmalarında istifadə olunur. Etil metakrilat buxarlarının inqalyasiyası öskürək, yanma, başgicəllənmə və baş ağrılarına səbəb olur. Böyük dozalarda ürəkbulanma, qusma və huşun itirilməsinə , dəri ilə təmasda yanmağa səbəb olur. Gözlərlə əlaqə aktiv lakrimasiyaya, gözlərdə ağrıya gətirib çıxarır. Etil metakrilat buxarı hava ilə yaxşı qarışır və partlayıcı qarışıqlar əmələ gəlir.Maddə qızdırıldığında və işığa məruz qaldıqda və ya güclü oksidləşdirici maddələrlə təmasda olduqda şiddətlə polimerləşir. Etil metakrilat (EMA) (əlçatmaz keçid).
Etil spirti
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Metil-etil keton
Metil-etil keton (butanon) CH3-C(O)-CH2-CH3-alifatik ketonların homoloji qrupunun ikinci üzvü olan ketonlar sinfinin kimyəvi birləşməsidir. Metil-etil keton asetonun qoxusunu xatırladan rəngsiz uçucu mayedir. Su ilə məhdud bir halda,əksər üzvi həlledicilərlə isə istənilən nisbətdə qarışır. Su ilə azeotrop bir qarışıq əmələ gətirir. Sənayedə metil etil keton alınmasının bir neçə metodu var onlardan biridə n-butanın maye fazalı sərbəst radikalın oksidləşməsi zamanı baş verir. Reaksiya zamanı 23% metil etil keton alınır və sirkə turşusu alınır. Əsas sənaye üsulu isə butilen fraksiyasının üç mərhələli işlənməsidir hansı ki, sintetik kauçuk zavodunda divinil istehsalında yan məhsul kimi istifadə olunur. Metil etil keton toksiki maddədir. Bədənə dəri vasitəsilə daxil ola bilər; gözlərə, dəriyə, mərkəzi sinir sistemininə, tənəffüs yollarına zədə verə bilər. 3-5 dəqiqə ərzində 1 mq / l konsentrasiyasında bir insana gözlərin, burun və boğazın selikli qişasının qıcıqlanması -na səbəb olur, 30 mq / l - qıcıqlanma dözülməz hala gəlir.
Acacia etilis
Senegalia etilis (lat. Senegalia etilis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin seneqaliya cinsinə aid bitki növü.
Etilen
Etilen (C2H4) - alken sırasına daxil olan doymamış karbohidrogendir. Etilen, üzvi maddələri quru distillə etdikdə əmələ gəlir. İşıq qazı və krekinq qazlarının tərkibində çox olur. Laboratoriyalarda etileni etil spirtindən, qatı sulfat turşusu vasitəsilə, su ayirmaqla alırlar. Etilen rəngsiz, iysiz və yanıcı qazdır, suda pis, spirt və efirdə yaxşı həll olur. Etilen qazından sənayedə müxtəlif sintezlər üçün istifadə edilir. Ondan etil spirti, etilxlorid, dixloretan, etilenoksid, iprit və başqa maddələr alırlar. Yüksək təzyiqdə müxtəlif temperaturlarda və müxtəlif katalizatorlar vasitəsilə etileni polimerləşdirərək ondan maye olefin karbohidrogenləri, yüksəközlülü sürtkü yağları, kayçukabənzər elastik bərk polimer alırlar. Etilenin özü vasitəsiz olaraq az işlənir. Onu bəzən meyvələri tez yetişdirmək üçün tətbiq edilir, asetilenlə qatışığını metal emalında işlədir və ya ondan narsilen adlanan natrkotok maddə kimi təbabətdə istifadə edirlər.
Etilendiamin
Etilendiamin (1,2-diaminoetan) H2NCH2CH2NH2 – amin sinfinə aid üzvi maddədir. Ammiak iyi verən rəngsiz maye, nəmli hava ilə əlaqədə tüstülənir . T qay. 116.5 oC, T ər. 8.5 oC, sıxlıq 0.899 q/sm3 (20oC). Etilendiamin suda yaxşı həll olur (məhlulun qızdırılması ilə), etanolda daha zəif, efirdə bir qədər pis, benzol və digər karbohidrogenlərdə isə heç həll olmur. Güclü əsasdır. Tərkibində iki aminoqrup olduğu üçün turşularla iki sıra duz əmələ gətirir. Bəzi metallarla (məsələn Cu, Mn, Co) kompleks birləşmələr əmələ gətirir. Etilendiamindinitrat qızdırıldıqda etilendinitraminə çevrilir ki, bu da partlayici maddədir.
Etilendiamintetrasirkə turşusu
Etilendiamintetrasirkə turşusu - Azərbaycan dilində qısaldılmış formada EDTS, ingilis dilində isə EDTA və bundan sonra –orjinalda olduğu EDTA kimi istifadə olunacaq,kimyəvi formulu (HOOCCH2)2N(CH2)2N(CH2COOH)2 – ibarət dördəsaslı karbon turşusudur, ağ rəngdə kiçik kristallara malik tozdur, suda az həll olur, bütün üzvi həlledicilərdə həll olur, qələvilərdə həll olur, metal kationları ilə etilendiamintetraasetat duzlarını əmələ gətirir. O, etilendiaminin monoxlorsirkə turşusu ilə kondensasiyasından alınır. EDTA ikilinatriumduzlarının dihidratları (komplekson ııı, trilon B, Na2-ЭДТА) şəklində toxuculuq, dəri, kağız, lakboya sənayesində, metal, kauçuk istehsalında, kinematoqrafiyada, suyun yumşaldılmasında istifadə olunur. Analitik kimyada ETDA-dan istifadə etməklə 60-dan çox elementi təyin etmək mümkün olur. Təbabətdə ETDA-dan orqanizmdə olan zəhərli və radioaktiv metalları çıxarmaq üçün, qanın konservləşdirilməsi üçün istifadə olunur. EDTA kobalt duzu toksikologiyada sinil və ya xlorsianla zəhərlənmə zamanı antidot qismində istifadə olunur. Stomatologiyada diş kanallarını endodontik emalında istifadə olunur. EDTA farmaseptik texnologiyalarda selikli qişa vasitəsilə orqanizmə daxilolmanı gücləndirən komponent kimi istifadə olunur1. Həmçinin kənd təsərrüfatında gübrə kimi istifadə olunur (elementlərin xelat formasında). Qidalandırıcı elementlərin xelat forması istər köklər və istərsə də yarpaqlar vasitəsilə yaxşı mənimsənilir.
Etilenoksid
Etilenoksid (C2H4O) xarakterik, şirintəhər efir iyli, 298 K temperaturda rəngsiz qaz və ya 273K temperaturda axıcı mayedir. Qaynama temperaturu 283.7 K, ərimə temperaturu -384.3, suda, spirtdə, efirdə və digər üzvi həllediclərdə yaxşı həll olur. Etilenoksid əsasında alınan polimer-polietilenoksid [-OCH2CH2-]n suda, benzolda, karbon dördxloriddə, xloroformda və bir sıra digər həlledicilərdə həll olur. Aşağı molekul kütləli polietilenoksid toxuculuq sənayesində köməkçi komponent, hidravlik mayelərdə qatılaşdırıcı, kosmetikada, farmokologiyada, keramika və həmçinin poliuretanlar istehsalında istifadə olunur. Yüksək molekul kütləsinə malik polietilenoksid filizin zənginləşdirilməsində flokulyant və koaqulyant kimi, çöküntülərin, asılqanların və kömür tozunun və s. qatılaşdırılmasında və ayrılmasında flokulyant və koaqulyant kimi istifadə edilir. Suda həll olan polietilenoksid plenkalar qida məhsullarının, mürəkkəbi və boyaların, aqrokimyəvi preparatların qablaşdırılmasında istifadə olunur. Polietilenoksid həmçinin neftin təkrar hasilatının effektivliyini artırmaq üçün də istifadə edilir. Etilenoksid və propilenoksidin blok birgəpolimerləri qeyri ionogen səthi aktiv maddələrdir (SAM). Aşağı molekul kütləli polietilenoksid etilen oksid qlikollarla polibirləşməsi ilə alınır.
Etilenqlikol
Etilenqlikol - ikiatomlu spirtlərin ən sadə nümayəndəsidir. CnH2n(OH)2 (n≥2). Etilenqlikol (CH2OH-CH2OH) (etandiol-1,2) — doymuş ikiatomlu spirtlərin ən sadə nümayəndəsidir. Qlikol sırasının ümumi formulu CnH2n(OH)2-dir. Qlikol adı onlara sıranın bir çox üzvünün şirin olduğu üçün verilmişdir (yunanca qlikos — şirin deməkdir). Etilenqlikol etilenin kalium permanqanat və ya digər oksidləşdiricilərlə oksidləşdirilməsindən, yaxud etileni etilenxlorhidrinə çevirib, sonuncunun hidrolizindən alınır. bundan başqa o, doymuş karbohidrogenlərin dihalogenli törəmələrinin qələvi məhlulu ilə qarşılıqlı təsirindən alınır. Şərbətə bənzər, şirin dada malik, rəngsiz, iysiz, zəhərli mayedir. Etilenqlikol 197,6 ºC-də qaynayır, suda, etanolda yaxşı həll olur. İkiatomlu spirtlərdə həm molekullar arası, həm də molekuldaxili hidrogen rabitəsi var.
Etilenxlorhidrin
Etilenxlorhidrin (2-xloretanol) kimyəvi formulu HOСН2—CH2Cl olan xlorüzvi birləşmədir. Bifunksional birləşmələrə aiddir. Üzvi sintezdə geniş istifadə olunur. Çox zəhərlidir. Etilenxlorhidrini ilk dəfə 1859-cu ildə Fransız kimyaçısı A.Vürs lehimlənmiş boruda etilenqlikolu doymuş hidrogen xloridlə qızdırmaqla almışdır. A.Vürs onun yüksək reaksiya qabiliyyətli olmasına dair çoxlu nümunələr vermişdir. Etilenxlorhidrin uçucu özlü mayedir, efir iyinə bənzər xoşagəlim iyə malikdir, suda, etanolda, dietilefirində, asetonda, 1,2-dixloretanda və xloroformda yaxşı həll olur, Karbondördxloriddə və karbohidrogenlərdə az həll olur. Müxtəlif tipli birləşmələr üçün, qeyri-üzvi birləşmələrin duzlarından tutmuş sellilozanın efirlərinə kimi çox yaxşı həlledicidir. Etilenxlorhidrin su ilə azeotrop qarışıq əmələ gətirir (etilenxlorhidrinin kütləsinə nəzarən 42,3%). Azeotrop qarışıq 97,85°С qaynayır.
Etilformiat
Etilformiat (C3H6O2) — qarışqa turşusunun etil efiridir. Mürəkkəb efirdir. Kimyəvi formulu: — H C O O C 2 H 5 {\displaystyle HCOOC_{2}H_{5}} . Almaniyanın Plank Universitetinin alimləri deyirlər ki, 300 m-lik "IRAM" teleskop köməyi ilə "Oxatan B12" Molekulyar Buludunda tapılan bu birləşmə meşə üzümünün iyini verir.. Lakin Rusiya alimləri sonuncu faktı qəbul etmirlər.
Senegalia etilis
Senegalia etilis (lat. Senegalia etilis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin seneqaliya cinsinə aid bitki növü.

etil sözünün leksik mənası və izahı

etil sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. хим. этил (группа из атомов углерода и водорода, входящая в состав многих органических соединений) II прил. этиловый. Etil spirti этиловый спирт, etil efiri этиловый эфир

    Azərbaycanca-rusca lüğət / etil

etil sözünün ləzgi dilinə tərcüməsi

"etil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#etil nədir? #etil sözünün mənası #etil nə deməkdir? #etil sözünün izahı #etil sözünün yazılışı #etil necə yazılır? #etil sözünün düzgün yazılışı #etil leksik mənası #etil sözünün sinonimi #etil sözünün yaxın mənalı sözlər #etil sözünün əks mənası #etil sözünün etimologiyası #etil sözünün orfoqrafiyası #etil rusca #etil inglisça #etil fransızca #etil sözünün istifadəsi #sözlük