* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Əsas, təməl, özül, bünövrə. Əsli çürükdür. // Mahiyyət, kök. İşin əsli budur. 2. sif. Əsilli, nəcabətli, əsil-nəcabət sahibi, nəcib. Əsil adam. – Əsil al, çirkin olsun; Bədəsil gözəl alma. (Ata. sözü). Övlad nəcib, əsil (z.) çıxsa; Xoşbəxt olar həm atalar. N.Rəfibəyli. 3. Mənbə, çıxış, başlanğıc. Bu işin əsli 20 il qabaqdan hesab edilməlidir // məc. Həqiqət, gerçəklik, doğruluq. Bu xəbərin əsli yoxdur. – [Müəllim:] Sizin barənizdə yeni bir söz eşitmişəm. Amma bilmirəm, əsli var, ya yox. Ə.Vəliyev. 4. Surət, yaxud tərcümə olmayan, ilk halında olan yazı; orijinal. Surəti əslinə uyğundur. Məqalənin əsli. Məktubun əsli. // Sif. mənasında. Əsil məktubu isə yenə də Toğrula göndərmək lazımdır. M.S.Ordubadi. 5. sif. Həqiqi, doğru, düzgün. Əsil adın nədir? Əsil gözəl buna deyərlər. Əsil mərəkə başlandı. □ Əslinə baxsan (baxdıqda, qalanda) – əslində, həqiqətdə, həqiqətə gəldikdə. Əslinə baxsan, günah ondadır. // Həqiqətən, nə cür lazımsa, o cür, bir şeyin ən yaxşı nümunəsini, idealını təmsil edən, həqiqi. Əsil sənətkar. Əsil insan. Əsil şair. – [Nadir bəy:] Lakin yenə təkrar edirəm, məncə; Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. H.Cavid. // Başlıca, əsas, ən mühüm. Əsil məsələ budur. Əsil mətləbə keç. Onun əsil sənəti müəllimlikdir. – Tahir nə qədər fikirləşirdisə də, əsil mətləbini demək üçün münasib bir ifadə tapa bilmirdi. M.Hüseyn. // Həqiqətən, gerçəkdən. Əsil iş görən kənarda qalıb. 6. Nəsil, soy, nəsəb, mənşə. Əslin qarabağlıdır; Sinəm çarpaz dağlıdır; Nə gedən var, nə gələn; Deyən, yollar bağlıdır? (Bayatı). Mən də öyrəndim ki, [qızın] əsli mərdəkanlıdır. S.Hüseyn. Bir gün dedim: – Gözəlim; Sənin əslin haralı? Ə.Cavad. 7. sif. Ən birinci, ən köhnə, ilk. Onun əsil vətəni Qarabağdır. Əsil yurduna dönmək. 8. sif. Xalis, saf, təmiz, qatışıqsız. Əsil kərə. Əsil motal pendiri. Əsil qızıl. Əsil şal parça. – Xonçada olar … üç pud qənd, bir pud şirni və bir ədəd əsil tirmə şal. R.Əfəndiyev. 9. Məhz, həmin, lap. [Qasım:] Əsil bu paltarda oynamaq lazımdır. S.Rəhman. 10. Əslində şəklində – 1) kökündə, bünövrəsində; 2) ibtidada, başlanğıcda, lap əvvəlində. Əslində o, dərzi olmuşdur. Əslində o, xanəndə idi; 3) həqiqətdə, əslinə baxılarsa. Əslində o da bu fikirdə idi. – Əslində anası onlara çox az-az görünər. S.Rüstəm. Əslində isə rəisin hirsi soyumadı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / əsil3 ə. əsilli, nəcabətli, əsli-nəsəbli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əsil1 Əsil-nəsil deyirik. Sinonimlər birləşməsidir. “Soy-kök” deməkdir. Əsl sözü isə ərəb mənşəlidir. Üsul sözü ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əsil3 1. ƏSİL Əsil al, çirkin olsun; Bədəsil gözəl alma (Ata. sözü); ƏSİLLİ Xotkar qızı, şah nəsilli; Ağır elli, xan əsilli (“Koroğlu”); NƏCABƏTLİ [Leyli:] İbn-Salam, sən nəcabətlisən, uca ruhlusan... (Ə.Məmmədxanlı). 2. əsil bax xalis 1 3. əsil bax 1, orijinal; 2. həqiqi; 3. təbii 1
Azərbaycan dilinin sinonimlər lüğəti / əsil1 ƏSİL – YALANÇI Lakin yenə təkrar edirəm, məncə, əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir (H.Cavid); Onun qəhrəmanlığı yalançı qəhrəmanlıqdır.
Azərbaycan dilinin antonimlər lüğəti / əsil2 прил. родовитый, принадлежащий к знатному роду, благородного происхождения. Əsil adam человек благородного происхождения, аристократ
Azərbaycanca-rusca lüğət / əsil1 s. 1. (nəcib, nəcabətli) noble; (i.s.) of noble origin, (i.s.) of lofty lineage; ~ adam a noble man* / person; 2. bax əsl II
Azərbaycanca-ingiliscə lüğət / əsil1 [ər.] сущ. эсил (1. асас, темел, бине; // мана, пун; 2. прил. эсил авай, эсиллу, асиллу, хъсан, къени (мес. кас); 3. сифте кьил, эвел кьил, эвел; // пер. гьакъикъат, герчеквал, дугьривал; 4. оригинал; 5. прил. гьакъикъи; дугъри, дуьзгуьн, герчек, дуьз; əsil usta эсил устӀар; əsil insan эсил инсан; // əslinə baxsan (baxdıqda, qalanda) асул лагьайтӀа, дуьз лагьайтӀа, гьакъикъатда; 6. асул, асас, кьилин, лап важиб тир, лап кьетӀен (мес. метлеб, месэла); 7. эсил-несил, сихил, несил, куьк; 8. лап сад лагьай, лап куьгьне, виликан, сифтегьан; 9. халис, саф, михьи; əsil gümüş эсил гимиш; əsil nehrə yağı эсил кварцин дуьдгъвер; 10. лап, гьагьа; 11. əslində а) эсилдик, куькуьник; б) сифте, вилик, лап эвелдай; в) асулдай, гьакъикъатда).
Azərbaycanca-ləzgicə lüğəti / əsil