Əbil sözü azərbaycan dilində

Əbil

Yazılış

  • Əbil • 98.5632%
  • əbil • 0.8621%
  • ƏBİL • 0.5747%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 885 nəfərdir.
Əbil Cəbizadə
Əbil Sadıqov
Sadıqov Əbil Şahverdi oğlu — Ehtiyatda olan kapitan, Laçın rayon İcraiyyə Komitəsinin katibi (1974–1991), Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü. == Həyatı == 1928-ci ildə Laçın rayonunun Dəyirmanyanı kəndində anadan olmuşdur. 1942-ci ildə Mığıdərə kənd orta məktəbini bitirdikdən sonra 1949-cu ilin sentyabrınadək Mığıdərə kəndinin də daxil olduğu 7 para kəndi özündə birləşdirən "Baş Sovet" adına kolxozda baş mühasib vəzifəsində işləmişdir. 1949-cu ildə Ağdam 2 illik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1951-ci ildə həmin institutu bitirərək təyinatla Mığıdərə kənd orta məktəbində fizika-riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1953-cü ildə Sov. İKP sıralarına üzv qəbul olunmuş, həmin ildən 1957-ci ilə qədər Mığıdərə kənd orta məktəbində partiya təşkilat katibi vəzifəsində işləmişdir. Bundan sonra Laçın rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə təyin edilmiş, 1959-cu ildə isə Laçın rayon Partiya Komitəsinin təqdimatı ilə imtahan verərək Bakı Ali Partiya məktəbinə qəbul olunmuşdur. 1963-cü ildə Bakı Ali Partiya Məktəbində təhsilini başa vurmuş, Laçın rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmin il rayon partiya komitəsinin plenum üzvü, 2 seçki rayon partiya komitəsinin büro üzvü seçilmişdir.
Əbil Yusif
Əbil Yusif (Əbil Məhəmməd oğlu Yusifov, 31 yanvar 1910, Ordubad - 29 mart 1984, Bakı) — dramaturq, nasir, ikinci dünya müharibəsinin iştirakçısı. == Həyat və fəaliyyəti == Əbil Yusifov 31 yanvar 1910-cu ildə Ordubad şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu, Yerevan Kənd Təsərrüfatı İnsitutunu (1932-ci il), Moskvada K.A. Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında, eyni zamanda Dil və Fəlsəfə insitutunda oxumuşdur. Azərbaycan Mətbuat İdarəsində baş siyasi redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri olmuş (1937-1940-cı illər), cəbhə qəzetlərində çalışmışdır. Azərbaycan Teleqraf Agentliyində redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində baş redaktor işləmişdir. "Babek", "Ramiz", "Odlar içində", "Yadigar", "Məhəbbət abidəsi", "Vətən" pyesləri tamaşaya qoyulmuşdur. "səngərdən gələn səslər", "Bir güllə", "Qızıl gül", "Şeypur səsləri" povestləri, hekayələri, cəbhə xatirələri var. == Təltifləri == 2 "Qırmızı Ulduz", II dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur. == Həmçinin bax == İbrahim Yusifoğlu == Mənbə == Naxçıvan Ensiklopediyası. 1.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53%) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir. Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Abdülrza Əbilov
Abdülrza Hacıbala oğlu Əbilov (23 aprel 1931, Bakı – 20 may 2009, Bakı) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Abdülrza Hacıbala oğlu Əbilov 1931-ci il aprelin 23-də Bakı şəhəri Xırdalanda anadan olmuşdur. 1934–1949-cu illərdə Bakı şəhəri 92 saylı orta məktəbdə oxumuşdur. 1951-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "İstilik texniki qurğuları və avtomatikası" ixtisası üzrə bitirmiş və təyinatla Sumqayıt şəhəri İstilik Elektron Müəssisəsinə göndəril-mişdir. 1956–1957-ci illərdə Azərbaycan Elmlər Akademiyası (EA) Energetika İnstitutunun (Eİ) "Avtomatika və telemexanika" laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə Moskva şəhərində Moskva Kompleks Avtomatlaşdırma İnstitutunun məqsədli aspiranturasında oxumuşdur. 1963–1967-ci illərdə Azərbaycan EA Energetika İnstitutunun "Avtomatik idarəetmə sistemi" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. 1967-ci ildə Elektron hesablama Maşınlarının köməyilə kimya-texnologiyası proseslərinin modelləşdirilməsi və optimallaşdırılması işlərinin təşkili məqsədilə Azərbaycan EA Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) köçürülmüşdür. 1969-cu ildə "Neft-kimya proseslərinin optimallaşdırılması" laboratoriyasını təşkil etmiş və ona 30 ilə yaxın müddətdə fasiləsiz rəhbərlik etmişdir. Professor A. H. Əbilov 2009-cu ildə vəfat etmişdir.
Kamal Əbilov
Kərrar Əbilov
Kərrar Əbilov (28 aprel 1930, Şuşa, DQMV – 28 yanvar 2016) — Azərbaycan siyasətçisi, Vahid Azərbaycan Partiyasının sədri. Psixologiya elmləri namizədi == Həyatı == Kərrar Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji və bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb. Onun "Odlu axın" adlı ilk hekayəsi 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çap edilib. Həmin vaxtdan başlayaraq o, "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakı", "İnşaatçı", "Bilik" qəzetlərində, "İnqilab və Mədəniyyət" jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib və eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə Leninqrad Universitetini fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K. Əbilov təhsil sisteminin təkmilləşməsi, paklığı, sağlamlığı uğrunda həmişə mübarizə aparıb və təhsildə pərakəndəliyə qarşı, sistemin bütövlüyü, tamlığı uğrunda var qüvvə ilə çalışıb. K. Əbilov Azərbaycanın müstəqilliyi, azadlığı, vahidliyi uğrunda mübarizənin həmişə ön sıralarında olub, Vahid Azərbaycan ideyasının təşəkkül tapıb təkmilləşməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi-psixoloji birliyinin yaradılması yolunda mümkün olan bütün vasitələrdən istifadə edib və etməkdədir. Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, "Vahid Azərbaycan" qəzetinin yaradılmasında aparıcı rol oynayan K. Əbilov həm də həmin qurumların rəhbəri olaraq qalır. Onun 1988-ci ildə yaratdığı Azərbaycan Milli Qurtuluş Cəbhəsi Ermənistanla sərhəddə və Dağlıq Qarabağda yerləşən, azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi yolunda çox tutarlı tədbirlər həyata keçirib və quduzlaşmış erməni millətçilərinin qarşısını ala biləcək özünümüdafiə dəstələri yaratmaqla azərbaycanlıların bu kəndlərdə kütləvi qırğınının qarşısını ala bilib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb.
Mahmud Əbilov
Əbilov Mahmud Əbdülrza oğlu (15 sentyabr 1898, Ukur, Quba qəzası – 30 yanvar 1972, Bakı) — hərbi xadim, general-mayor. == Həyatı == Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabr ayının 15-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Yeniyetməlik dövründə valideynlərini itirmiş və kənd rus məktəbində cəmi iki sinif oxumuşdur. 1920-ci ildə XI Qızıl ordunun tərkibində döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak etmişdir. Bakı və Tiflis hərbi məktəblərini bitirmişdir (1921, 1930). Görkəmli hərbi xadim M.Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlmiş, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilmiş, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir. M.Əbilov Faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq etmiş və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunmuşdur. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Nurlan Əbilov
Qoca-Əbilxeyr xan
Kart-Əbülxair Xan ( 1687 - 1730 ) — Böyük Sifət xanı ( 1717 - 1730 ). == Bioqrafiya == Əbülxeyr 1687-ci ildə anadan olub . Əbülxeyr gənc ikən atası Aytək Sultanın ölümündən sonra o, kiçik qardaşı Yolbarislə birlikdə Abdolla Binin əlində idi. Cunqar istilasından sonra Abdullahi Bi öldü. Əbilxeyr və Yolbarış 1710-cu ildə keçirilən Qaraqum yığıncağında iştirak etdilər. 1715-ci ildə Tauke xan getdi və Orta Yüz xanı oldu. Əbülxeyr və onun kiçik qardaşı Yolbaris taxtda oturmaq istəyirlər. Amma Küsrau sultanın oğlu Xəyib oturur. 1717-ci ildə Ayagöz döyüşündə Ulu Yüz xanı Tursin həlak oldu. Əbülxeyr Böyük Yüzün növbəti xanı olacaq .
Sübhan Əbilzadə
İbrahim Əbilov
İbrahim Əbilov (1881, Ordubad, Naxçıvan qəzası – 23 fevral 1923, İzmir) — Azərbaycan Respublikasının ilk diplomatlarından biri. == Həyatı == İbrahim Məhərrəm oğlu Əbilov 1881-ci ildə Ordubadda anadan olmuşdur. Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur. 1903-cü ildən Petrovsk-Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşulmuş, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in (menşevik) üzvü kimi fəaliyyət göstərmişdir. 1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından olub. 1908-ci ildə Güney Qafqazda və Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan "İctimaiyyun-Amiyyun" (azərb. "Mücahid"‎) sosial-demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilmişdir. 1909-cu ildə Bakıya qayıdan Əbilov 1912-ci ildə dərc olunan "Bakı həyatı" qəzetində redaktor vəzifəsində işləmişdir. Çar hökuməti tərəfindən dəfələrlə həbs edilən İbrahim Əbilov Tiflisdə menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmiş və onun sosialist fraksiyasına başçılıq etmişdir.
İlqar Əbilhəsənov
İmamverdi Əbilov
İmamverdi Xankişi oğlu Əbilov (19 dekabr 1927, Züd-Ost Qoltuq, Neftçala rayonu – 9 aprel 2016, Neftçala rayonu) — azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Züd-Ost Qoltuq[1]] kəndində anadan olmuşdur. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə balıq vətəgələlərində başlamış, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır. 1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub. Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.
İmran Əbilov
İmran Rəşid oğlu Əbilov (d. 23 oktyabr 1935, Mahmudavar, Masallı rayonu) — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989), Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, heyvandarlığa dair bir sıra kitabların müəllifi, Qarabağ müharibəsi veteranı. == Həyatı == İmran Əbilov 1935-ci ilin oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində doğulmuşdur. 1953-cü ildə Lənkəran Pedaqoji texnikumunu bitirmiş, Masallı rayonu Boradigah kəndində müəllim işləmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü alaraq fərqlənmə diplomu ilə bitirmişdir. 1959–1962-ci illərdə Masallı rayonu Həsənli kəndində baş mütəxəssis, Masallı rayon Partiya komitəsində təlimatçı, rayon komsomol komitəsinin birinci katibi, Azərbaycan Mərkəzi Komsomol Komitəsində təşkilatçı, 1963–1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, 1969–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1991–1997-ci illərdə Dövlət Quşçuluq Şirkətinin vitse-prezidenti, 1997–2011-ci illərdə Respublika Nazirlər Kabinetinin baş məsləhətçisi işləmişdir. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür. == Mükafatları == İki "Şərəf nişanı", bir "Xalqlar dostluğu" ordeni, "Yubiley" medalı, Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı" və s. mükafatlarla təltif edilmişdir. Azərbaycanda "Sovet-Hindistan", "Kuba-Azərbaycan", Hindistanda "Sovet-Hindistan" simpoziumlarının, Moskvada "Ümumdünya Baytarlıq", Misirdə və Bolqarıstanda "Beynəlxalq" və "Avropa", "Buffalo" Konqreslərinin təşkilində fəal iştirak etmişdir.
Şamil Əbiltay
Şamil Bisenqali oğlu Əbiltay (qaz. Шәміл Бисенғалиұлы Әбілтай; 24 fevral 1948) — sovet və Qazaxıstan bəstəkarı. == Həyatı == II Dünya Müharibəsində döyüşən atası Bisenqali Əbiltay anası Əzirxanım Abdirovna ilə kollektiv təsərrüfatın işçiləri idilər. Babası Əbiltay məşhur küyşi idi. Şamil Əbiltay dörd yaşından dombra çalmağa başlamışdır. 1974-cü ildə Voronej şəhərində keçirilən xalq çalğı alətləri üzrə ümumittifaq ifaçılar müsabiqəsinin laureatı, 1980-ci ildə Qazaxıstan Lenin komsomolu mükafatı laureatı, 1994-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən Qurultayda bütün türk dünyasının "Ozanı" (carçı) adlandırıldı. 1998-ci ildə "Qazaxıstanın əməkdar xadimi", 1999-cu ildə isə Karaqanda vilayətinin Ulıtau rayonunun fəxri vətəndaşı adlarına layiq görüldü. 1962-ci ildə Quryev Musiqi Məktəbinə qəbul olur, 1966-cı ildə oranı bitirir. 1966-1972-ci illərdə Almatıdakı Kurmanqazı Konservatoriyasında təhsil alırdı. 1972-ci ildən etibarən Cambul adına Qazaxıstan Dövlət Filarmoniyasında küyşi üzrə müəllimik etməyə başladı və burada 13 il işlədi.
Şəhriyar Əbilov
Şəhriyar Əbilov — Tanınmış aktyor, aparıcı == Həyatı == Əbilov Şəhriyar İbrahim oğlu 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə məktəbi birdiyi il Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsinə daxil olub. Ali təhsili iə yanaşı aktyor dərnəyində fəaliyyət göstərib. 2002-ci İldə Neft şirkətinin Günəşli Neft Yatağında neftçi (operator) işləyib, 2006-cı ildə "Qəfəs" Realiti şousunda iştirak edib və qaliblərdən biri olub. Uzun müddət restoranlarda, toylarda, konsertlərdə aparıcı kimi fəaliyyət göstərib. 2010-cu ildən bu günə kimi mütəmadi olaraq filmlərdə iştirak edir. 2011–2012-ci ildə 101 Anten FM radio kanalında DJ fəaliyyəti göstərib. 2012–2017-ci illərdə "Azad Azərbaycan TV" telekanalında Səhər proqramı ilə aparıcılığ fəaliyyətinə başlayıb, ardından Fort Boyard yarışmasında iştrakçı kimi iştrakçısı olub. "Böyük Səhnə", "Big Show", "Oyuncaq" kimi layihələrinin aprıcısı olub. 2021 ildə Aztv televiziyasında çalışır "Evimizdə" verlişinin aparıcısıdı.
Əbilcə
Əbilcə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Toponim Əbil şəxs adına -cə şəkilçisini əlavə etməklə yaranmışdır, "Əbilə məxsus yer" mənasındadır.
Əbilkənd
Əbilkənd — İrəvan xanlığının Zəngibasar mahalında kənd adı == Tarixi == 1918-ci ildə əhalisi qovulmuşdur. 1922-ci ildə əhali qayıdaraq yenidən məskunlaşmışdır. 1948-1951-ci illərdə əhali Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Həbibkəndi də adlanmışdır. Əbil (Həbil) şəxs adından və kənd sözündən ibarətdir.
Əbilov
Əbilov — Azərbaycanda çox yayılmış soyadlardan biri. Bu soyadı olan tanınmış insanlar Mahmud Əbilov — hərbi xadim, general-mayor. Kərrar Əbilov — 1993-cü il prezident seçkilərində namizəd İbrahim Əbilov — Azərbaycan Respublikasının ilk diplomatlarından biri. İmamverdi Əbilov — filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əbilyataq
Əbilyataq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Niyazoba kənd inzibati ərazi dairəsində kənd.
Əli Əbilzadə
Əli Bəkir oğlu Əbilzadə (1930, Bakı, Azərbaycan SSR, SSRİ – 1993, Bakı, Azərbaycan) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Azərbaycan SSR əməkdar məşqçisi. == Həyatı == Əli Əbilzadə 1930-cu ildə Bakıda anadan olub. 1946-cı ildə — 16 yaşında olarkən o vaxtlar Mərkəzi Pionerlər Sarayında yaranmış futbol bölməsinə üzv yazılıb. İlk məşqdən sonra futbol mütəxəssisi Mixail Alimkin ona hücumda oynamağı məsləhət görüb. 1950-1960-cı illər ərzində "Neftyanik"in heyətində ümumilikdə 134 oyun keçirib, 39 qol vurub. 1961-ci ildən məşqçilik fəaliyyətinə başlaylb. 1961-1962-ci illərdə "Neftyanik"də baş məşqçi Boris Arkadyevin köməkçisi kimi çalışıb. Sonralar Azərbaycanın bir çox komandalarında baş məşqçi işləyib. Əli Əbilzadə 1993-cü ilin aprel ayında Bakı şəhərində vəfat edib.
Mayramkan Əbilqasımova
Mayramkan Əbilqasımova (qırğ. Майрамкан Абылкасымова; 7 noyabr 1936 – 2021) — Qırğızıstan şairəsi. O, "Lenin komsomolu" mükafatı laureatı (1970) olmuş, Qırğızıstanın xalq şairi (1980) adına layiq görülmüşdür. == Həyatı == Müəllim ailəsində anadan olmuşdur. 1958-ci ildə Qırğızıstan Qadın Pedaqoji İnstitutunu bitirmişdir. 1961-ci ildə "Balaca dostlara" adlı ilk şeir toplusu nəşr olunmuşdur. "Çiçəklər var bu bahar" (1965), "Ürəyimdə iman saxlayıram" (1968), "Vətən" (1973), "Tükənməz mahnı" (1977) , "Mənim mavi gözlü İssık-Kulum" (1986) şeir və şeirlər toplularının müəllifidir. ), "Tükənməz mahnı" (1977) , "Mənim mavi gözlü İssık-gülüm" (1986). Şeirlər rus, belarus, tacik, qazax, monqol, alman, polyak, ingilis, fransız dillərinə tərcümə olunmuşdur. == Təltif və mükafatlar == "Lenin komsomolu" mükafatı (1970) "Şərəf nişanı" ordeni Toktoqul Satılqanov adına Qırğızıstan SSR Dövlət mükafatı (1984).
Gündüz Əbilov
Gündüz Əliş oğlu Əbdülov (1976, Şuşa, DQMV) — Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general mayor. == Həyatı == Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. 2024-cü il noyabrın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gündüz Əbdülova “general-mayor” ali hərbi rütbəsi verilib. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == === Hərbi xidməti === 2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir. Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir. === Səhiyyə sektoru === 2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub.

əbil sözünün leksik mənası və izahı

"əbil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əbil nədir? #əbil sözünün mənası #əbil nə deməkdir? #əbil sözünün izahı #əbil sözünün yazılışı #əbil necə yazılır? #əbil sözünün düzgün yazılışı #əbil leksik mənası #əbil sözünün sinonimi #əbil sözünün yaxın mənalı sözlər #əbil sözünün əks mənası #əbil sözünün etimologiyası #əbil sözünün orfoqrafiyası #əbil rusca #əbil inglisça #əbil fransızca #əbil sözünün istifadəsi #sözlük