ətli sözü azərbaycan dilində

ətli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ətli • 87.3315%
  • Ətli • 12.1294%
  • ƏTLİ • 0.5391%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ətli blinçik
Blinçik (rus. Блины) Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə. == Ərzaqlar == 16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün === Blinçik Üçün: === 2 yumurta 1 xörək qaşığı şəkər tozu bir çimdik duz 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin) 1 1/5 stəkan un 2 xörək qaşığı duru yağ === İçi Üçün: === 500 q çəkilmiş mal əti 1 ədəd orta boy soğan duz istiot qızartmaq üçün duru yağ == Hazırlanma qaydası == Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün.
Ətli dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Ətli dəvəayağı
== Təbii yayılması: == Cənubi Qafqaz (Naxçıvan), İranda geniş yayılmışdır. İranın şimal-qərbi, Təbriz yaxınlığı və Xoy şəhərinin ətrafından toplanılan nümunələrə əsasən təsvir edilmişdir. == Botaniki təsviri: == 20-40 sm hündürlüyündə, yoğun kökə malik yarımkoldur. Çiçək saplaqlarının əsasında yerləşən və sıx dəstələr əmələ gətirən yarpaqları nisbətən qalın ətli olub, göy-yaşıl, 1-4 sm uzunluqda, 2-6 mm enindədir. Yuxarı yarpaqları küt, aşağı yarpaqları tədricən daralaraq gövdəni yarı qucaqlayan, enli-pərdəvari haşiyələnmiş qına keçir. Çiçək saplaqlarının sayı az olub, çılpaq, hamar və zəif qırışlıdır. Çiçək saplaqları bir qədər yuxarıdan süpürgəvari budaqlıdır. Çiçəkləri 5-10 olmaqla dağınıq sünbülcüklərdə və ya son budaqcıqlarda olan sünbüllərdə süpürgəvari çiçək qrupunu əmələ gətirirlər. Sünbülcükləri 2-3 çiçəklidir. 1,5-2,5 mm uzunluqda olan sünbülcüyün xarici çiçəkyanlığı enli-yumurtavari və pərdəvari haşiyəlidir.
Ətli lobya şorbası
Ətli lobya şorbası — sulu yemək. == Tərkibi == Hər pay üçün: 163 q qoyun əti, 80 q qırmızı lobya, 20 q yağ, 20 q baş soğan, duz, istiot. == Hazırlanma qaydası == Hərəsi 40 q çəkidə 2–3 tikə qoyun əti suda bişirilir. Lobya yuyulub isladılır və ətə qatılıb bişirilir. Baş soğan doğranır və yağda qızardıldıqdan sonra şorbaya qatılır. Sonra şorbaya duz və istiot vurulub bişirilir.
Dağ Rayonlarında Ətlik Heyvandarlıq (1985)
Dağ rayonlarında ətlik heyvandarlıq (film, 1985)
Ətliçörək
Ətliçörək Konya və ətrafına xas, pidedən fərqli bir yemək. Qoyun əti, soğan, pomidor və bibər yaxşıca qarışdırılar və uzun açılan xəmirin üzərinə yayılaraq çörək sobasında bişirilər. İdeal uzunluğu 1.72 smdir. Ayran ilə birgə istehlak edilər, xüsusilə toy və sünnə mərasimlərində qonaqlara ikram edilər. Bu yeməyin bir növü də ət və pendir qarışığı ilə edilən xalq arasındakı təbiriylə (Mövlana) deyə xatırlanan yeməkdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.79 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2006 •• 0.45
2007 0.21
2009 •••• 1.12
2010 •••• 1.09
2011 •••••• 1.80
2012 •••••• 1.89
2013 ••••• 1.60
2014 •• 0.51
2018 0.15
2019 ••• 0.70
2020 0.27

ətli sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Ətcə dolğun; kök, ətli-canlı. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq. Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə. // Yaxşı, bol əti olan. Ətli qoyun. 2. Üstünü, yanlarını ət basmış. Ayrım qızı kiçik, qumral və yanları ətli gözləri ilə gülümsəyərək dedi: – Qoy istədiyi qədər şikayət eləsin. A.Şaiq. // Qalın. Carçıyev ətli, qırmızı dodaqlarını yayıb qımışdı. İ.Hüseynov. 3. Ətdən hazırlanmış, içərisində ət olan. Ətli xörək. Ətli dovğa. 4. məc. dan. Varlı.

    Azərbaycan dilinin izahlı lüğəti / ətli

ətli sözünün sinonimləri (yaxın mənalı sözlər)

ətli sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ƏTLİ – ARIQ Onların əlləri yumru, ətlidir, barmaqları olduqca qısadır (M.S.Ordubadi); Atlaz paltar, qırmızı çəkmə geymiş bu arıq qızın qaşları mötərizə, burnu sual işarəsinə oxşayırdı (Mir Cəlal).

    Azərbaycan dilinin antonimlər lüğəti / ətli

ətli sözünün rus dilinə tərcüməsi

  • 1 1. мясной; 2. мясистый, полный, тучный;

    Azərbaycanca-rusca lüğət / ətli
  • 2 прил. 1. мясистый: 1) с большим количеством мяса. Ətli balıq мясистая рыба, ətli toyuq мясистая курица 2) разг. толстый, полный (о теле, частях тела, о лице). Ətli bədən мясистое тело, ətli yanaqlar мясистые щеки, ətli burun мясистый нос 3) имеющий толстую, сочную подкожную часть, мякоть (о растениях, плодах). Ətli alça мясистая алыча, ətli albalı мясистая вишня, ətli zoğal мясистый кизил 2. упитанный (умеренно полный). Ətli qoyun упитанная овца, ətli mal упитанный скот 3. мясной (приготовленный из мяса, с мясом). Ətli xörək мясное блюдо, ətli konservlər мясные консервы 4. перен. разг. богатый, зажиточный

    Azərbaycanca-rusca lüğət / ətli

ətli sözünün inglis dilinə tərcüməsi

ətli sözünün fransız dilinə tərcüməsi

ətli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. як алай, ацӀай; куьк, дири; хъсан як квай (мес. гьер); 2. як алай, яцӀу, къалин (мес. пӀузарар); 3. як квай, якӀукай авур (мес. къафун); 4. пер. рах. варлу.

    Azərbaycanca-ləzgicə lüğəti / ətli

"ətli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ətli nədir? #ətli sözünün mənası #ətli nə deməkdir? #ətli sözünün izahı #ətli sözünün yazılışı #ətli necə yazılır? #ətli sözünün düzgün yazılışı #ətli leksik mənası #ətli sözünün sinonimi #ətli sözünün yaxın mənalı sözlər #ətli sözünün əks mənası #ətli sözünün etimologiyası #ətli sözünün orfoqrafiyası #ətli rusca #ətli inglisça #ətli fransızca #ətli sözünün istifadəsi #sözlük