* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Qoyun, keçi, dəvə və başqa heyvanların xırda yumrular şəklində olan ifrazatı (nəcisi). Balam, nə işimiz var? Deyərik: dəvə gördün, qığın da görmədim. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qığ2 Qoyun, keçi, dəvə və s. nəcisi. (“Koroğlu” dastanının lüğəti) Koroğlu yenə də almaçıya Qıratdan yaxşı-yaxşı muğayat olmağı, bir kimsə soruşsa, dəvə gördün, de ki, heç qığını da görmədim, deməyi tapşırdı. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikası / qığ1 Türkmənlər bunun yerinə qumalaq işlədirlər, qom (yumru) sözü ilə bağlıdır. Görünür, qığ elə qom kəlməsinin təhrifi ilə bağlı yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qığ