qıt sözü azərbaycan dilində

qıt

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qıt • 88.4615%
  • Qıt • 8.9744%
  • QIT • 2.5641%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adi qıtıqotu
Adi qıtıqotu (lat. Armoracia rusticana) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin qıtıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Armoracia amoracia (L.) Cockerell, Fl. Boulder Colorado 130. 1911, orth. var. Armoracia armoracia (L.) Cockerell ex Daniels, Univ. Missouri Studies, Sc. Ser., 2. No.
Asiya qıtəsinin faydalı qazıntıları
Asiya qitəsi faydalı qazıntılarla olduqca zəngindir.Ayrı-ayrı geoliji formasiyalar və geosinklinal sahələrlə müxtəlif filiz,qeyri-filiz faydalı qazıntı yataqları əlaqədardır. Asiyada qeyri-filiz faydalı qazıntılardan daş kömür və neftin olduqca böyük ehtiyatları vardır. == Daş kömür == Daş kömürün böyük yataqları şimal və şimal-qərbdə Tunqus, Lena, Çeremxova, Kuznetsk hövzələri, Karaqanda, Saxalin və s.yerlərdədir. Xarici Asiyada isə daş kömür yataqları Yaponiyada,Şimal-Şərqi Çində, Koreyada, Hindistanda və s. ölkələrdədir. == Neft-qaz == Neft-qaz ehtiyatları Qərbi-Sibirdə, Ərəbistan platformasının şərq və şimal-şərqində əyilmələr sahəsində məlumdur. Hazırda bu iki platforma neft-qaz yataqlarının zənginliyinə görə dünyada görkəmli mövqe tutur. Dağətəyi və dağarası əyilmələr sahəsinin tektonik strukturları ilə əlaqədar olan böyük neft-qaz yataqları İraqda, İranda, Zaqafqaziya depressiya sahəsində, Türkmənistanda və Mərkəzi Asiyanın bəzi çökəklərində, Cənubi və Cənub-Şərqi Asiyada yerləşir. Şimal və Ön Asiya qitənin başqa böyük sahələrinə nisbətən bu cəhətdən daha zəngindir. Hazırda neft çıxarılmasına görə Ön Asiyada İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Cənub-Şərqi Asiyada isə Birma mühüm yer tutur.
Qıtlıq
Qıtlıq (ing. Scarcity) — insana və bəşəriyyətə hər an mövcud olan qaynaqların məhdudluğunu, nadirliyini, çatışmazlığını, nisbi çatışmazlığını, bu qaynaqların istifadə olunduğu ödəniş üçün insanların hədsiz ehtiyacları ilə müqayisədə ifadə edən iqtisadi konsepsiya. == İqtisadiyyatın əsasları == İqtisad elminin əsasını iki vacib fakt təşkil edir: limitsiz ehtiyaclar; resursların qıtlığı. == İstehsal mənbəyi xüsusiyyətləri == Bütün iqtisadi mənbələr nadirdir, məhdud miqdarda mövcuddur. İstehsal ehtiyatlarının qıtlığı və qəti olması səbəbindən istehsalın özü məhduddur. Cəmiyyət istehlak etmək istədiyi mal və xidmətlərin bütün həcmini istehsal edib istehlak edə bilmir. == Optimal seçim problemi == İnsan bütün ehtiyaclarını mövcud qaynaqlar ilə təmin edə bilmədiyi üçün əvvəlcə hansı ehtiyacları ödəməli olduğunu seçməli, faydalarını bunları əldə etmək üçün lazımlı qaynaqlar ilə (utilitarizm) müqayisə etməli və ya mal və xidmətləri bir-birinə xüsusi fayda dəyərləri təyin etmədən müqayisə etməlidir. Hər halda, təcəssüm etdirildikləri mal və xidmətlərdən mümkün qədər çox məmnun olmaq mümkün qədər az resurs xərcləməyə qərar verilməlidir.
Qıtqılıda
Qıtqılıda — tarixi Azərbaycan qadın rəqslərindən biri. Melodiyası bir qədər "Nəlbəki" rəqsininkinə bənzəyir. == Tarixçə == Onun yaradıcısı və ilk ifaçısı ünlü qarmonçalan Teyyub Dəmirov olmuşdur. Məşhur qarmonçalan Qızxanım Dadaşovanın ifasında yadda qalıb. Bu rəqs ilk dəfə 1937-ci ildə Səid Rüstəmov tərəfindən nota salınıb. == Özəllikləri == Qadın dəstəsi ilə ifa edilir. Qadınların məişət durumunu əks etdirən xalq yumoru, yreinə düşən məzəli hərəkətlərlə boldur. Qızlar bir-birinin ardınca səhnəyə çıxaraq öz rəqsləri ilə deyingən qaynananı, kələkbaz cavan qadını, gah da qız-gəlini təsvir edirlər. Bu rəqsin əsas xüsusiyyəti ağır və mülayim hərəkətlərin birdən birə cəld və coşğun hərəkətlərlə əvəz edilməsindədir. Həmçinin burcutma, əl və çırtıq çalma hərəkətlərindən, göz-qaş ilə incə mimikalardan də geniş istifadə olunur.
Qıtqın yaşayış yeri
Qıtqın yaşayış yeri — Naxçıvan Muxtar Respublikasında arxeoloji abidədir == Tarixi coğrafi yerləşməsi == Əlincə çayın sol sahilində, Culfa bölgəsinin Xanağa kəndindən şərqdə yerləşir. Sahəsi 17600 kv.m-dir. == Mədəni təbəqə == Abidənin bəzi sahələrində qalınlığ 1 m-ə çatan mədəni təbəqənin üzəri açılmışdır. Yaşayış yerinin tikililəri əsasən çaydaşı, bişmiş kərpicdən hörülmüşdür. Toplanmış yerüstü arxeoloji materiallar əsasən şirli və şirsiz saxsı qab qırıqlarından ibarətdir. == Tarixi dövrləşdirilməsi == Arxeoloji material Qıtqın yaşayış yerinin IX-XVIII əsrlərdə fəaliyyətdə olduğunu sənədləşdirir. == Mənbə == Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 s.
Qıtıqotu
Qıtıqotu (lat. Armoracia) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Su qıtlığı
Su qıtlığı – suya olan tələbatın şirin su resursları tərəfindən qarşılanmamasıdır. Su qıtlığı problemi bütün qitələri əhatə edir. 2015-ci ildə Dünya İqtisadi Forumu növbəti onillikdə su qıtlığını ən böyük qlobal risk kimi qiymətləndirdi. Dünya əhalisinin üçdə ikisi (4 milyard nəfər) ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur. Yarım milyard insan isə il boyu ciddi su qıtlığından əziyyət çəkir. Dünyanın böyük şəhərlərinin yarısında su qıtlığı problemi vardır. Dünyadakı suyun cəmi 0.014 faizi şirin olmaqla yanaşı əlçatandır (dünyadakı suyun 97 faizi duzlu sudur). Texniki baxımdan isə insanlığı təmin etmək üçün kifayət qədər şirin su mövcuddur, lakin su resurslarının qeyri-bərabər paylanması nəticəsində bəzi coğrafi ərazilər həddindən artı nəmişlikdir, bəzi ərazilər isə quraqlıqdır. Əlavə olaraq son onilliklərdə şirin suya olan təlabatın artması su qıtlığını daha da kəskinləşdirir. Əgər indiki trendlər davam etsə gözlənilirki 2030-cu ildə suya olan təlabat su təminatını 40 faiz üstələyəcəkdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 1.35
2010 ••• 0.18
2011 •••• 0.26
2012 ••• 0.17
2013 ••••••• 0.44
2014 ••• 0.17
2015 •••••• 0.34
2019 ••••• 0.28
2020 •••• 0.27

qıt sözünün leksik mənası və izahı

  • 1 sif. Tapılmayan, qəhət, yox dərəcəsində az. Sərv ağacı hər ağacdan ucadır; Əsli qıtdır, budağında bar olmaz. Xəstə Qasım. □ Qıt olmaq – tapılmamaq, tapılmayacaq dərəcədə az olmaq, qıtlaşmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qıt

qıt sözünün sinonimləri (yaxın mənalı sözlər)

qıt sözünün antonimləri (əks mənalı sözlər)

qıt sözünün rus dilinə tərcüməsi

  • 1 недостаточный, нехватающий (о количестве)

    Azərbaycanca-rusca lüğət / qıt
  • 2 прил. 1. недостаточный (малый, недостающий в количестве); qıt olmaq быть совершенно недостаточным, не хватать (обычно о продуктах питания, о фураже) 2. дефицитный

    Azərbaycanca-rusca lüğət / qıt

qıt sözünün inglis dilinə tərcüməsi

qıt sözünün fransız dilinə tərcüməsi

qıt sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. кьитӀ (тир), жагъин тийир, якьан тийир, кьегьят, авачир дережада тӀимил тир; qıt olmaq кьитӀ хьун, жугъун тавун, якьун тавун, авачир дережада тӀимил хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qıt

qıt sözünün türk dilinə tərcüməsi

"qıt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qıt nədir? #qıt sözünün mənası #qıt nə deməkdir? #qıt sözünün izahı #qıt sözünün yazılışı #qıt necə yazılır? #qıt sözünün düzgün yazılışı #qıt leksik mənası #qıt sözünün sinonimi #qıt sözünün yaxın mənalı sözlər #qıt sözünün əks mənası #qıt sözünün etimologiyası #qıt sözünün orfoqrafiyası #qıt rusca #qıt inglisça #qıt fransızca #qıt sözünün istifadəsi #sözlük