qız sözü azərbaycan dilində

qız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qız • 68.9931%
  • Qız • 30.0008%
  • QIZ • 1.0061%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lolipop Qız
Lola Del Rio — Rockstar Games tərəfindən hazırlanan Grand Theft Auto IV seriyasının reklam üzüdür. Liberty (Nyu-York) şəhərində keçən açıq dünya, aksion-macəra oyununda bir çox insanın maraqla axtardığı Lolayı hələ də heç kim tapa bilməyib. Lola bir fahişədir və siz onun adını LCPD(Liberty City Police Department) bazasında görə bilərsiniz. O, ilk dəfə əxlaqsızlığa Star Junction küçəsində başlayıb daha sonra isə fərqli bölgələrdə bu işi davam etdirdiyi düşünülür. Lola demək olarki həmişə qırmızı lollipop əmzikli halda görülüb. Polis bazasında belə Lolanın haqqında çox az məlumat var. Oyundakı bəzi qəzetlər Lola Del Rionu tapan şəxsə mükafat verəcəklərini bəyan ediblər. GTA IV oyununun orijinal versiyasında Lolanı hələ də sübut etmək mümkün olmayıb. Hətta birçox form və fan səhifələrdə Lolanı axtarma təşkilatı belə qurulub. Beləliklə lolipop qız Liberty şəhərinin küçələrində hələ də kəşf edilməyi gözləyir.
Hörgüçü qız (Buqro)
"Hörgüçü qız" (fr. La Couseuse) — fransız akademik rəssamı Vilyam Buqronun 1869 – cu ildə işlədiyi rəsm əsəri. Əsər təsvir edilmiş qızın xarici görünüşünə görə bəzən "Hörgüçü Anna" da adlandırılır. Əsər hazırda ABŞ-də Omaha, Nebraska şəhərindəki Coslin İncəsənət Muzeyində saxlanılır.
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. == Etimologiyası və tarixi == İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı. Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir. Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı.
Qız-qov
Qız-qu
Qız (bürc)
Qız (lat. Virgo) — zodiakal bürc.
Qız (dəqiqləşdirmə)
Qız
Qız Qala
Qız Qala (Qoşaçay)
Qız Qalası
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Qız dostu
Gölfrend yaxudda qız dostu – Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan qadın cinsindən olan şəxsi ifadə edən termindir. Belə münasibətdə olan insanlar bir-birlərini “qiymətli” və “partnyor” kimi müəyyən edib, bir-birlərinə sevgilim, balım, əzizim kimi sözlərlə müraciət edirlər. Evli kişi ilə münasibətdə olan qadınlara “məşuqə” deyirlər. Bu terminin kişilər üçün olan formasına isə oğlan dostu deyirlər.
Qız monastırı
Qız monastırı - Şuşa şəhəri ərazisində yerləşən, XVIII-XIX əsrlərə aid tarixi monastır kompleksi. == Həmçinin bax == Yaşıl kilsə Alban Həvari kilsəsi Qazançı kilsəsi == İstinadlar == == Xarici keçidlər == "Şuşa rayonunun vandalizmə məruz qalmış abidələri". scwra.gov.az. İstifadə tarixi: 6 may 2022.
Qız piri
Qız piri — Şərur rayonunun Havuş kəndindən şimalında ziyarətgah. Pirin yaxınlığında şəlalə vardır. Pir təbii qayalıqdan axan su qaynağı və onun ətrafındakı kollardan ibarətdir. Bu ərazi yerli əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət olunur. Pirdə olan ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Belə rəvayət edilir ki, gecələr pirdə od yanarmış və o hərəkət edərmiş. Piri 5-8 əsrlərə aid etmək olar.
Qız qülləsi
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. == Tarixi == Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Sarı qız
Sarı qız — türk və monqol inanclarında mifoloji surət. == Surəti == Sarı qız surəti bütün türk xalqlarının mifologiyasında, inanclarında yeri olan hami ruhlardandır. Başlanğıcını qədim türk inanclarından götürmüş Sarı qız türk və monqol mifologiyalarında ortaq inaclardan gələn qədim köklü surətdir. Həmin surətin adına kumandin ovçuluq əfsanələrində "Taqnınq ezi Sarı kıs" (azərb. "Dağ əyəsi Sarı qız"‎) şəklində rast gəlinir. Təbiətin gizlin güclərindən olan bir mifoliji varlıq kimi o, Anadoludan başlayaraq Qafqaz, Türküstan, Altay bölgələrinə yayılmışdır. Qazax, qırğız və başqırdlarda "Sarı qız" surətində ruhun varlığına inanılmışdır. Dağ əyəsi, ruhu olan Sarı qızla türk mifoloji surətlərindən pərilərin – gözəgörünməz gözəl qızların əsasən dağlarda yaşamaları arasında mifoloji görüş cəhətdən birlik olması hesab olunur. == Tədqiqi == Sarı qızın daşıdığı əsas xüsisiyyətlər tanınmış türk folklorşünası Cəlal Bəydili tərəfindən ensiklopedik səviyyədə araşdırılıb. Bəha Səid bəy 1926-cı ildə çap olunmuş "Türk yurdu" dərgisindəki yazısında Anadoluda Sarı qız əfsanəsinə uyğunlaşmış xalq oyunu haqda məlumat vermişdir.
Topla qız
Topla qız (ing. Girl with Ball) — Roy Lixtenşteynin 1961-ci ildə çəkdiyi rəsm əsəri. Yağlı boya texnikası ilə çəkilən pop-art rəsmi, illər boyu Filip Conson tərəfindən saxlanılmış və hazırda Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Rəsm Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb. "Topla qız" Roy Lixtenşteynin ilk solo sərgisində və "Newsweek"in şou icmalında nümayiş olunmuşdur. Bu rəsm orijinal mənbəni əhəmiyyətli dərəcədə dəyişdirib, Lixtenşteynin işlərinin nümunəsi hesab olunur, baxmayaraq ki, bu rəsm əsərinin mexanik görünüşü şişirilib. Bu rəsm müasir gözəllik formasının davamlı təsviridir. == Tarixi == "Topla qız" 1961-ci ildə "Mount Airy Casino Resort"un Pokono dağlarında reklamı üzərində əsaslanıb. 1955-ci ildən nəşr olunan reklam Nyu-York regionunda xeyli yayılmış və "The New York Times" və "New York Daily News" kimi tanınmış qəzetlərdə nəşr olunmuşdur. Lixtenşteynin rəsminə baxmayaraq, reklam iyirmi ildən çox qəzetlərdə nəşr olunmuşdur.
Uzanmış qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir. O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Şahzadə qız
Şahzadə qız ümumiyyətlə, sülalələrdə qadın üzvlərə verilən ümumi bir zadəgan tituludur. Bəzi ölkələrdə taxt-taca sahib olmaq imkanı yoxdur, lakin bəzi ölkələrdə tək başına taxt-taca sahib ola bilərlər. Tarixdə mənsub olduqları ölkənin və sülalələrin maraqları naminə başqa ölkələrin hökmdarları və ya əhəmiyyətli məmurları ilə evləndirilmişdirlər. Buna misal olaraq tez-tez görülən Bizans sülalələri ilə Osmanlı sülaləsi arasındakı evliliklərdir. Sözün qədim türk dilində qarşılığı kunçuy, Azərbaycanca şahzadə qızdır.
Şokoladçı qız
Şokoladçı qız (Gözəl şokoladçı qız)-(fr. La Belle Chocolatière, alm. Das Schokoladenmädchen) — XVIII əsr isveçrəli rəssam Jan Liotarın ən məşhur tablosu. Burada əlində isti şokolad aparan qulluqçu xanım təsvir olunub. Əsər pastel texnikası ilə perqament üzərində işlənib. == Yaranma tarixi == Şəklin yaranma versiyalarından biri belədir- 1745-ci ildə knyaz Ditrixşteyn o dövrdə haqqında çox danışılan Vyana şokoladını dadmaq üçün kafelərin birinə baş çekir.Bu zaman ona xidmət göstərənlər arasında müflis olmuş Melxior Baltaufun qızı Anna olmuşdur. İlk baxışdan xanıma vurulan knyaz , ailəsinin etirazlarına baxmayaraq onunla evlənir və bu şəkili toy hədiyyəsi kimi Liotara sifariş verir. Rəssam xanımı quluqçu qiyafəsində təsvir edərək, bununla da ilk baxışdan sevgini ifadə etməyə çalışıb.Bu hekayə sonradan bu şəkli öz loqotipində istifaə edəcək Baker şirkəti üçün əsas ilham mənbəyi olmuşdur. Digər bir veriyaya görə isə əsər knyazın gələcək həyat yoldaşı Şarlotta Baltaufun, vyanalı bankir olan atasının evində ərsəyə gəlib. Digər bir əfsanəyə görə isə , Liotar qulluqçunun gözəlliyinə o qədər heyran qalmışdır ki, onu təsvir etməyə qərara gəlmişdir.
Şahzadə (qız)
Şahzadə qız ümumiyyətlə, sülalələrdə qadın üzvlərə verilən ümumi bir zadəgan tituludur. Bəzi ölkələrdə taxt-taca sahib olmaq imkanı yoxdur, lakin bəzi ölkələrdə tək başına taxt-taca sahib ola bilərlər. Tarixdə mənsub olduqları ölkənin və sülalələrin maraqları naminə başqa ölkələrin hökmdarları və ya əhəmiyyətli məmurları ilə evləndirilmişdirlər. Buna misal olaraq tez-tez görülən Bizans sülalələri ilə Osmanlı sülaləsi arasındakı evliliklərdir. Sözün qədim türk dilində qarşılığı kunçuy, Azərbaycanca şahzadə qızdır.
Qız bürcü
Qız (lat. Virgo) — zodiakal bürc.
Qız qalası
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir.
Yatan qız
Yatan qız (ing. Girl Asleep) — eyniadlı pyes əsasında 2015-ci ildə çəkilmiş sürrealist Avstraliya filmi. == Təsvir == Filmdə hadisələr 1970-ci illərdə Avstraliyada cərəyan edir. Qreta Driskol – yeni şəhərdə, yeni məktəbində ilk gününə başlayan 14 yaşlı qızdır. İlk dərs günündə onunla Eliot adlı nəşəli oğlan uşağı arasında bağlılıq yaranır. Həmin andan dostlaşırlar. Üstəlik bir qrup gənc qız da, onu tək qalmasın deyə öz aralarına soxurlar. Ancaq Qreta bu qızların heç birini xoşlamır. Nədənsə Qretanın anası elə bilir ki, qızının məktəbdə yol-yoldaşı yoxdur. O, bununla əlaqədar qızının on beşinci ad günü şənliyinə bütün məktəbi dəvət etmək istəyir.
Gürcüstanın qızıl dövrü
Gürcüstanın qızıl dövrü (gürc. საქართველოს ოქროს ხანა) — Gürcüstan Krallığının orta əsrlərdə öz sərhədlərini maksimum genişləndirdiyi, 11–13-cü əsrləri əhatə edən tarixi period. Bu dövr hərbi genişlənmə ilə yanaşı, orta əsrlər Gürcüstan memarlığının, rəssamlıq və poeziyasının çiçəklənməsi, dini incəsənətin inkişafı, dünyəvi ədəbiyyatın ilk iri həcmli əsərlərinin yazılmasına təsadüf edir. İki əsrdən çox davam edən qızıl dövr monqollar kimi köçərilərin davamlı istilaları və eyniadlı köçəri qruplar tərəfindən qara ölümün yayılması səbəbindən tədricən sona çatdı. Gürcüstan ənənəvi müttəfiqi olan Şərqi Roma İmperiyasının sonun gətirən Konstantinopolun süqutundan sonra Gürcüstan daha da zəiflədi. Bu proseslərin nəticəsi olaraq, 15-ci əsrdə Gürcüstan xristian Avropadan ayrılmış, düşmən olaraq gördüyü Türk-İran qonşuları ilə əhatə olunan təcrid olunmuş bir anklava çevrildi. == Qızıl dövrün mənşəyi == === IV David === Qızıl dövr Böyük Türk İşğalları dövründə 16 yaşında taxt-tacı qəbul edən, II Georgi və Kraliça Helenanın oğlu IV Davidin ("Qurucu David" və ya "Böyük David" də deyilir) hakimiyyətiylə başladı. Məhkəmə naziri Georgi Çqondidinin himayəsi altında böyüyən IV David zamanla feodalların özbaşınalığını basdırdı və xarici təhdidlərlə effektiv mübarizə aparmaq üçün əlindəki hakimiyyəti mərkəzləşdirdi. 1121-ci ildə Didqori döyüşü zamanı daha böyük türk ordularını qətiyyətlə məğlub etdi və bir neçə gündür gürcü süvarilərinin arxasınca qaçan Səlcuqlu türklərini Gürcüstandan qova bildi. Tiflisin müdafiəsini təmin edən və yeni bir dirçəliş dövrünü başladan IV Davidin ordusu tərəfindən çox sayda qənimət və əsir ələ keçirildi.
Gədəbəy qızıl yatağı
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır. == Tarixi == Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır. Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company — AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur. == Hasilatın Pay Bölgüsü == Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur.
Gənc qızın gündəliyi
" Gənc qızın gündəliyi " ilk dəfə 1947-ci ildə niderland dilində çap olunmuş avtobioqrafik əsərdir, 65-dən artıq dilə çevrilib və Holokostla bağlı olan ən çox oxunmuş kitabdır. Yüz ən çox satılmış kitabdan biridir. Gündəlik 1955-ci ildə Brodveydə səhnələşdirilmiş,Toni və Pulitser mükafatlarını qazanmışdır. 13-cü yaş gününə hədiyyə olaraq gündəlik alan Anna Frank, ona hər gün başına gələn maraqlı hadisələrdən yazmağa başlayır. Az sonra yəhudilərin soyqırımı başlayır və atası Otto öz ailəsini bu faciədən qorumaq üçün gizlətmək qərarına gəlir və onlar Annanın "Gizli artırma" adlandırdıqları, Ottonun iş yerində yerləşən kiçik otaqlarda yaşamağa başlayırlar.Daha sonra onlara Van Daan ailəsi və dentist cənab Dussel də qoşulur. Anna burada da yazmağa davam edir. == Mövzusu == Anna gündəliyinə yazmağa bu sözlərlə başlayır: Anna Kitti adlandırdığı gündəliyinə yazmağa 1942-ci il iyunun 12-dən başlayır. Hələ normal yaşayışına davam edən Anna dostları Hanneli və Sanne ilə söhbətlərindən, yəhudi liseyinə yazılmasından, burada dostluq qurduğu Ceklindən, ətrafa qarşı hisslərindən yazır. Tez-tez, heç kimi özünə əsl dost bilmədiyindən, yalnızlıqdan şikayətlənir. Yəhudi məktəbində oxudulmağa məcbur edilməsindən, Hitlerin anti-yəhudi qanunlarından, qohumların və özünün niyə Almaniyanı tərk etməli olduqlarından bəhs edir.
Hamar-tikanlı qızılgül
Havuş qız qalası
Havuş qız qalası — Şərur rayonunun Havuş kəndinin şərqində sıldırım qayalar üzərində abidə. Qayanın içərisində oyulmuş tacvari sonluqdan ibarətdir. Xalqa arasında "Qız evi", "Qız qayası"da deyirlər. Abidənin orta əsrlərə aid olması ehtimal edilir.
Henri qızüzümü
Parthenocissus henryana (lat. Parthenocissus henryana) — Vətəni Mərkəzi Çin olan bitki. == Botaniki təsviri == Sarmaşan, оduncaqlaşmış gövdələri оlan, yarpaqları tökülən lianadır. Cavan gövdələri 4 hissəlidir. Yarpaqları növbəli, əlvari mürəkkəb оlub, 5 хırda yarpaqları qısa saplaqlarda yеrləşir. Хırda yarpaqları оval-nеştərvari оlub, ucu bizdir, yuхarı tərəfində kənarları dişli, açıq-yaşıl, gümüşü-ağ zоlaqlıdır, alt tərəfi isə qırmızı rənglidir, uzunluğu 7 sm-ə çatır. Yarpaqlarla bir buğumda şaхələnmiş bığcıq inkişaf еdir və ucları ilə dirəyə yapışır. Çiçəkləri yaşıl rəngdədir, yarpaq qоltuğundan çıхan salхımşəkilli еnsiz hamaşçiçəklərdə tоplaşmışdır. Mеyvələri yumru, sulu, giləmеyvəyə bənzər göy rənglidir. == Ekologiyası == İşıq sеvəndir.
Hirkan qızçiçəyi
Hirkan qızçiçəyi - (lat. Bellis hyrcanica Woronow.). Mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - VU D2 == Qısa morfoloji təsviri == Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir.
Hümaşah Sultan (III Muradın qızı)
Hümaşah Sultan (1580) — Osmanlı sultanı III Muradın qızı. == Həyatı == Hümaşah Sultanın Manisada doğulduğu bilindiyi üçün onun Səfiyyə Sultanın qızı olduğu təxmin edilir. Lakin onun nə doğum və vəfat tarixi, nə dəqiq adı, nə də ərinin kim olduğu aydın deyil. Osmanlı yazıçısı Entoni Alderson onu "Hüma" adlandırır və qeyd edir ki, o, ardıcıl olaraq Lalə Qara Mustafa Paşa (Sokolloviç) və Nişar Mustafazadə Mehmed Paşa ilə evli olub. == Mədniyyətdə == Hümaşah Türk tarixi dram teleserialı olan "Möhtəşəm Yüz İl Kösəm"-də III Murad və Səfiyyə Sultanın qızı olaraq təsvir edilmişdir. Rolu türkiyəli aktrisa Vildan Atasever canlandırıb. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Alderson. The Structure of the Ottoman Dynasty (PDF) (ingilis). Oksford: Clarendon Press. 1956.
Hümaşah Sultan (II Bəyazidin qızı)
Hümaşah Sultan (1466, Amasya ili – 1510, Üskub) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Hümaşah Sultan 1466-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Amasyada keçən Hümaşah Sultan 1482-ci ildə Antalya sancaqbəyi Bali Paşayla (ö. 1494) evləndi. Toy mərasiminin ardından İstanbula çağırılan Bali Paşa vəzirliyə yüksəldi. Paşanın 1494-cü ildə vəfatıyla Hümaşah Sultan dul qaldı. Paşanın ölümüylə inşası yarım qalan Bali Paşa məscidi Hümaşah Sultanın səyləriylə 1504-cü ildə tamamlandı. == Mənbə == Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011).
Həbibə Məmməd qızı
Həbibə Məmməd qızı (d. 1919 - v. 1984) — Azərbaycan yazıçısıdır. == Həyatı == Bakıda anadan olmuş, məktəbi bir müddətdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == Həbibə gənc yaşlarından əmək və yaradıcılıq fəaliyyətinə başlamış, “Azərbaycan qadını”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdir. Onun “Təsadüf” adlı ilk hekayəsi 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş, daha sonra yazıları “Gənc işçi”, “Müəllim”, “İnqilab və mədəniyyət”, “Azərbaycan qadını” və başqa qəzet jurnallarda mütəmadi olaraq çap edilmişdir. Həbibənin Kiçik hekyələr adlı kitabı 1953-ci ildə nəşr olunmuşdurş. O, “Dilarə bağa gedir” (1959), “Xoruzun neçə rəngi var” (1960), “Sünbül kukla” (1964) adlı başqa kitablarındakı əsərlərini uşaqların həyatına, təlim-tərbiyəsinə həsr etmişdir. == Kitabları == 1965 - “Ayrıla bilmədim” 1969 - “Xəzri həmişə əsmir” 1970 - “Günəş məndən göyçəkdir” 1972 - “Bahar çiçəkləri” 1982 - “Onu hamı sevirdi” Həbibənin yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
KONKAKAF Qızıl Kuboku
KONKAKAF Qızıl Kuboku (ing. CONCACAF Gold Cup; isp. Copa de Oro de la CONCACAF; fr. Coupe D'or du CONCACAF) — KONKAKAF üzvü olan milli komandalar arasında keçirilən ən nüfuzlu futbol turniri. == Turnirin nəticələri == (1) Üçüncü yer Kosta-Rika və Yamayka arasında paylaşıldı. (2) Təşkil olunmadı. İtalik şriftlə yazılanlar KONKAKAF üzvü olmayan, amma turnirə dəvət olunmuş qonaq millilərdir.
Kafirin qızı (roman)
Kafirin qızı - Orxan Kamalın yazdığı və 1959-cu ildə nəşr olunan roman. Müəllif romanı elə həmin ildə yazıb. == Məzmun == Ədəbiyyatımızda sosialist realist görüşünün ən mühüm nümayəndələrindən biri olan Orxan Kamal həmişə əməyin yanında olan qələmindən qadın dünyasını məharətlə ifadə etmək üçün daim istifadə etmişdir. Orxan Kamal qadının da fəhlə olduğu romanlarında çarxın əyri dişliləri arasındakı mübarizəni təsvir etməyə davam edir. Həmişə qoruduğu insanpərvər və parlaq görünüşü ilə...
Kaliforniya qızıl hərisliyi
Kaliforniya qızıl hərisliyi — 1848-ci il yanvar ayının 24-də ştatın paytaxtı olan Sakamento yaxınlığında başlayıb. Həmin gün taxta zavodunun su hovuzunu Ceyms Vilson Marşal Amerikan çayı sahilində qızıla oxşar nəsə tapır. Metalın azot turşusu ilə yüngülvarı yoxlanışı göstərir ki, Marşalın əlində saxladığı metal noxud boyda yüksək əyarlı qızıl dənələridir. Taxta zavodunun sahibi isveçrəli mühacir və qızılaxtaran sahibkar qızılaxtaranların əraziyə gəlişini qarşısını almaq üçün bu tapıntını gizlətməyə çalışır. Lakin onların bütün cəhdləri nəticəsiz qalır, kəşfi yalnız bir həftə sirr olaraq saxlamaq mümkün olur. Kəşf xəbəri yayılan kimi, ABŞ-nin digər ştatlarından və xaricdən təqribən 300.000 insan Kaliforniyaya gəldi. == Tarixi == Qısa bir müddətdə xəbər San-Fransisko şəhərinə qədər yayılır. Yerli qəzetlər təzə xəbəri çap etməyə tələsir. Bəziləri isə bunu növbəti qəzet sensasiyası kimi qəbul edir. Əlbəttə ki, qızlın aşkar olduğu ərazidə külçə axtarışına çıxan inşalar insanlar peyda olur.
Kaliforniya qızılı (film, 1991)
Kaliforniya qızılı (ing. California's Gold) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli film. Proqram 1991-ci il ilə 2012-ci il arasında yayımlanmışdır.
Kazanlık qızılgülü
Keşiş qızı
Keşiş qızı — ingilis yazıçı Corc Oruellin 1935-ci ildə yazdığı romandır. Bu, keşişin titulu qızı Dorothy Hare'nin hekayəsindən bəhs edir, onun amneziya tutması ilə həyatı alt-üst olur. Bu, Oruellin ən rəsmi eksperimental romanıdır, tamamilə dramatik formada yazılmış bir fəsildən ibarətdir, lakin o, heç vaxt bununla kifayətlənməyib və ölümündən sonra onun yenidən çap edilməməsi barədə göstərişlər verib. Bu göstərişlərə baxmayaraq, Orwell ölümündən sonra "varislərimə bir neçə funt qazandıra biləcək hər hansı kitabın" ucuz nəşrlərinin çapına razılıq verdi. == Fon == Oruell 1929-cu ilin dekabrında Parisdən qayıtdıqdan sonra növbəti beş il ərzində Southwolddakı valideynlərinin evindən istifadə etdi. Southwold şərq Suffolk sahilində kiçik bir əyalət şəhəridir. Ailə yerli icmada yaxşı qurulmuşdu və bir çox yerli insanlarla tanış oldu. Onun bacısı Avril şəhərdə çayxana işlədirdi. Sent Feliks Məktəbində idman zalı müəllimi və bir din xadiminin qızı olan Brenda Salkeld onun evlilik təklifini rədd etsə də, uzun illər onun işi ilə bağlı dost və daimi müxbir olaraq qalmalı idi. Rana Balaj Oruelldən repetitorluq edirdi, Orwell isə Southwold-da yazılar yazırdı və Londonda və onun ətrafında bir serseri kimi gizli ekspedisiyalarını davam etdirirdi.
Kol qızılağacı
Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü. == Areal == Çində, Yaponiyada, Rusiyada, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır.
Kəskin revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1–5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir. KRQ — A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ — miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou (1538 −1616) dur. Thomas Sydenham (1624–1668) 1686-cı ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812-ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18-ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760-cı illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778-ci ildə bunu nəşr etdirmişdir.
Madaqaskar muymulu qızılquşu
Madonna qızılgüllə (Rafael)
Madonna qızılgüllə (it. San Michele sconfigge Satana) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafael əsəri 1518-1520-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Madonna qızılgüllə əsəri hal-hazırda İspaniyada Madrid şəhərində Prado muzeyində saxlanılır.
Mariin qızlar gimnaziyasının binası
Mariin qızlar gimnaziyasınin keçmiş binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində Atamanskaya küçəsində yerləşən bina. Bina klassizm stilində inşa edilmişdir. Tikilmə tarixi 1886-cı ilə təsadüf edir. Layihənin müəllifi A. A. Yaşenko olmuşdur. Bina Rusiya regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1917-ci ildə oktyabr inqilabından sonra gimnaziya fəaliyyətini dayandırmışdır. Sovetlər dönəmində binada Kənd Təsərrüfatı texnikumu yerləşirdi. Hazırda isə binada bina Novoçerkassk texnikumunun sənaye texnologiyası və idarə etmə kafedrası və tədris korpuslarından biri yerləşir. == Təsviri == Binanın üç mərtəbədən ibarətdir. Binada ev kilsəsi belə mövcuddur.
Milyon qızıl gül
"Milyon qızılgül" - (lat. - Dāvāja Māriņa meitenei mūžiņu, Mari qıza həyat verdi) latviyalı bəstəkar Raimonds Pauls tərəfindən bəstələnmiş musiqi əsəri. Əsər SSRİ-də yaransa da, dünyanın bir çox ölkəsində yerli dillərdə oxunmuşdur. == Tarixi == Sözləri latviyalı şair Leons Briedisə və musiqisi bəstəkar Raimonds Paulsa aid olan "Dāvāja Māriņa meitenei mūžiņu" (Azərbaycan dilinə tərcüməsi: Mara qıza həyat verdi) əsəri ilk dəfə 1981-ci ildə "Mikrofona aptauja" proqramında Ayya Kukule və Liqa Kreicberq tərəfindən səsləndirilmiş və həmin il qalib seçilmişdir. Paulsun ən məşhur əsərlərindən birinə çevrilən əsər, 1982-ci ildə şair Andrey Voznesenskinin sözləri ilə Alla Puqaçova tərəfindən oxunmuş və bu hali ilə bütün Sovet məkanında, daha sonra isə bütün dünyada məşhurlaşmışdır. Məhz bu səbəbdən də, əsər daha çox "Milyon qızılgül" (rus: Миллион алых роз) adı ilə tanınmışdır. Əsərin orijinal latış dilindəki versiyasında qız uşağına xoşbəxtliyi verməyi unudan anadan bəhs edərkən, rus versiyasında isə aktrisaya aşiq olmuş rəssamdan (Niko Pirosmani) bəhs edilir.
Milyon qızılgül
"Milyon qızılgül" - (lat. - Dāvāja Māriņa meitenei mūžiņu, Mari qıza həyat verdi) latviyalı bəstəkar Raimonds Pauls tərəfindən bəstələnmiş musiqi əsəri. Əsər SSRİ-də yaransa da, dünyanın bir çox ölkəsində yerli dillərdə oxunmuşdur. == Tarixi == Sözləri latviyalı şair Leons Briedisə və musiqisi bəstəkar Raimonds Paulsa aid olan "Dāvāja Māriņa meitenei mūžiņu" (Azərbaycan dilinə tərcüməsi: Mara qıza həyat verdi) əsəri ilk dəfə 1981-ci ildə "Mikrofona aptauja" proqramında Ayya Kukule və Liqa Kreicberq tərəfindən səsləndirilmiş və həmin il qalib seçilmişdir. Paulsun ən məşhur əsərlərindən birinə çevrilən əsər, 1982-ci ildə şair Andrey Voznesenskinin sözləri ilə Alla Puqaçova tərəfindən oxunmuş və bu hali ilə bütün Sovet məkanında, daha sonra isə bütün dünyada məşhurlaşmışdır. Məhz bu səbəbdən də, əsər daha çox "Milyon qızılgül" (rus: Миллион алых роз) adı ilə tanınmışdır. Əsərin orijinal latış dilindəki versiyasında qız uşağına xoşbəxtliyi verməyi unudan anadan bəhs edərkən, rus versiyasında isə aktrisaya aşiq olmuş rəssamdan (Niko Pirosmani) bəhs edilir.

qız sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qadın cinsindən olan uşaq, övlad. Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. N.Nərimanov. Gəlinlər, qızlar ağır-ağır enib qalxırdılar. Çəmənzəminli. 2. Hədd-büluğa çatmış, lakin hələ ərə getməmiş qadın cinsli cavan. Qızlar, oğlanlar yanaşı oturmuşdular. M.Hüseyn. [Bəşir:] Ana, … mənə nə bəy və nə də dövlətli tacir qızı lazım deyil, arayıb bir kasıb qızı taparsan. S.S.Axundov. [Buğacın anası] atını məhmizləyib qırx qızla birgə çölə, ovlağa sarı üz qoydu. M.Rzaquluzadə. // Bakirə mənasında. □ Qız almaq – evlənmək, evləndirmək. Qız kimi – tərbiyəli, utancaq, məsum, ismətli. Gizli bir eşq var bənzər dənizə; Qız kimi qısılıb ana Təbrizə; Odur ki, çıxmayıb üzə Şahgölü. S.Tahir. Qız köçürmək – qız ərə vermək. Qadınlar toplanıb oynayır, çalır; Qızı köçürməyə az zaman qalır. M.S.Ordubadi. Qız qalmaq – ərə getməmək. Gülpərinin bəd xasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu. S.S.Axundov. Qız vermək – birinə qızını verib onunla qohum olmaq. Əmir həzrətləri, siyasətlər əksəriyyətlə qız verib, qız almaq və qohum olmaq əsasında qurulubdur. M.S.Ordubadi. …Kasıbına mərddi, – dedik; Mərd kasıba qız vermədik. M.Araz.

    Azərbaycan dilinin izahlı lüğəti / qız

qız sözünün etimologiyası

  • 1 Mənbələrdə qısır qısraq ifadəsi var və hələ cinsi əlaqəyə girməmiş dişi ata deyiblər. Zənn edirəm ki, qısır sözünün qədim mənası qız sözü ilə eyni olub. Evli qadın qız adlandırılmır, qız yalnız ərə gedənə qədər qız adlanır. Deməli, qız və qısır eyni kökə malikdir. İndi qısır sözünün mənası dəyişib, bakirə olmayan heyvan da doğmursa, ona qısır deyirlər. Tuva dilində qız (qıs) “dişi” mənasında da işlədilir. Bizdə cici kəlməsi dişi sözünün təhrifindən yaranıb. Qız sözünü “bakirə dişi” kimi başa düşmək olar. Tuva dilində qancıq yerinə, qız it birləşmə­sin­dən istifadə edirlər. Rus dilində дочь və доить sözləri eyni kökə malikdir дочь –“süd verə bilən”, yəni “dişi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qız

qız sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 QIZ [Sevil:] Hə ..daş düşsün qızın olan gününə (C.Cabbarlı); DÜXTƏR (arx.) Var tamahım, doğrusu, bir düxtərə; Elçi də saldım Məşədi Səftərə (Ə.Nəzmi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qız

qız sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QIZ I is. Qadın cinsindən olan uşaq, övlad. Qızlar, oğlanlar yanaşı oturmuşdular (M.Hüseyn). QIZ II f. Bərk istilik almaq, hərarət almaq. Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı. (Ə.Əbülhəsən).

    Azərbaycan dilinin omonimlər lüğəti / qız

qız sözünün rus dilinə tərcüməsi

  • 1 1. девочка, девушка, девица, барышня; 2. дочь; 3. девственница;

    Azərbaycanca-rusca lüğət / qız
  • 2 I сущ. 1. девочка (ребёнок женского пола) 2. девушка (достигшая физической зрелости, но не состоящая в браке). Ərlik qız девушка на выданье 3. дочь: 1) ребёнок женского пола по отношению к своим родительям 2) перен. о женщине или девушке, кровно связанной со своим народом, страной. Vətənimizin şanlı qızları славные дочери нашей Родины 4. qızım дочка, доченька (ласковое обращение к девочке, девушке, к молодой женщине). Qızım, bir stəkan su gətir доченька, принеси стакан воды II прил. девичий. Qız paltarı девичье платье, qız gözəlliyi девичья красота ◊ Qız qalası Девичья башня (название древнейшего памятника в Баку); qız almaq женить сына, qız qalmaq (qarımaq) оставаться, остаться в девках; засиживаться, засидеться в девках, qız qaçırma увод девушки, qız evi дом (семья) обрученной невесты, qız köçürmək (qız vermək) выдавать, выдать дочку замуж, qızı oldu kimin родилась у кого дочь, qız uşağı ребёнок женского пола; qız kimi utancaq стыдливый как девочка (о мальчике)

    Azərbaycanca-rusca lüğət / qız

qız sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. girl; şair. lass, lassie; qarımış ~ spinster, old maid; 2. (övlad) daughter; ◊ Qızını döyməyən dizini döyər at. söz. ◊ Keep your daughter in order or you will regret it later II. s. maiden; ~ xala maiden aunt; ◊ ~ qalası Maiden Tower

    Azərbaycanca-ingiliscə lüğət / qız

qız sözünün fransız dilinə tərcüməsi

qız sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. руш; руш аял; // рушан (мес. ван); 2. агакьнавай, гъуьлуьз тефенвай жегьил руш; // вичин рушвал гумай руш; qız kimi руш хьтин (руш хьиз), регъуь, гьаялу, тербиялу; qız qalmaq руш яз амукьун, гъуьлуьз тефин, гъуьлуьз тефена амукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qız

qız sözünün türk dilinə tərcüməsi

"qız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qız nədir? #qız sözünün mənası #qız nə deməkdir? #qız sözünün izahı #qız sözünün yazılışı #qız necə yazılır? #qız sözünün düzgün yazılışı #qız leksik mənası #qız sözünün sinonimi #qız sözünün yaxın mənalı sözlər #qız sözünün əks mənası #qız sözünün etimologiyası #qız sözünün orfoqrafiyası #qız rusca #qız inglisça #qız fransızca #qız sözünün istifadəsi #sözlük