* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Kiçik, tikanlı kolda bitən, müxtəlif rənglərdə olan ətirli bir gül. Qızılgülün ürəyə xoş gələn ətri otağa yayıldı. – Qızılgül olmayaydı; Saralıb solmayaydı; Bir ayrılıq, bir ölüm; Heç biri olmayaydı. (Bayatı). // Xalçada və s.-də bu şəkildə naxış.
Azərbaycan dilinin izahlı lüğəti / qızılgül1 “Qırmızı gül” deməkdir, kök, əslində, qız yox, qır olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qızılgül1 QIZILGÜL Nəcibogilin həyətində meyvə ağacı yox idi. Mərhum atası həyətin bir başında qızılgül, yasəmən, akasiya ağacları basdırmışdı (H.Abbaszadə); VƏRD (kl.əd.) Demə hər surətdə bitəcrübə mərdüm göz ilə; Bərg hər növi ki, gülşəndə bitər vərd olmaz (M.V.Vidadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / qızılgül2 I сущ. бот. роза, розан: 1. род растений сем. розоцветных 2. цветок этого растения. Al-qırmızı qızılgüllər алые розы, yabanı qızılgül дикая роза II прил. розовый: 1. относящийся к розе. Qızılgül kolu розовый куст, qızılgül ləçəyi розовый лепесток 2. приготовленный из лепестков роз. Qızılgül suyu розовая вода, qızılgül mürəbbəsi розовое варенье, qızılgül yağı розовое масло
Azərbaycanca-rusca lüğət / qızılgül1 I. i. bot. rose II. s. rose; ~ kolu rose-bush; ~ yağı attar (of roses)
Azərbaycanca-ingiliscə lüğət / qızılgül1 сущ. 1. марвар, марварцуьк; // марвардин (мес. пеш); 2. гамуна, гуьлуьтда ва мс. гьахьтин гишир.
Azərbaycanca-ləzgicə lüğəti / qızılgül