qızılgülü sözü azərbaycan dilində

qızılgülü

Yazılış

  • qızılgülü • 82.2785%
  • Qızılgülü • 17.7215%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəməşq qızılgülü
Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır. == Ekologiyası == Soyuğa, rütubətə, işığa davamlıdır.
Fransa qızılgülü
Kazanlık qızılgülü
Mandenova qızılgülü
Mandenova qızılgülü (lat. Rosa mandenovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 110-130 sm olan, düz dayanan, alçaqboylu koldur. Gövdəsinin qabığı yaşılımtıl-qonurdur. Tikanları möhkəm, düz, çiçəkli budaqlarda yuxarıya istiqamətlənmiş, bünövrəsi ellipsvaridir. Yarpaqların uzunluğu 6-8 sm-dir, yarpağın oxu çılpaq və hamardır, seyrək vəzicikli və tikancıqlıdır. Yalançı zoğları yaxşı inkişaf etmiş, yarpaqvari enəlmiş, uzunluğu 2-2,5 sm, eni 1 sm, qulaqcıqları iti, yuxarıya istiqamətlənmiş, hər tərəfdən çılpaq və hamar, vəziciklidir. Xırda yarpaqları 5-7 ədəd, yumurtavari –ellipsvari formadadır, bünövrəsi pazşəkilli daralmış, bir-birindən aralı yerləşmiş, xırda, uzunluğu 1,5-2 sm, eni 0,7-0,8 sm, üstü çılpaq və hamardır, alt tərəfi ancaq əsas damarcıqda zəif tükcüklü və seyrək, iri vəziciklidir, kənarları sadə dişli, dişcikləri iti, vəzicikləri yoxdur. İyun-iyul aylarında çiçəkləyir Çiçəkləri 2-3 ədəd, çiçək altlıqları yaxşı inkişaf etmiş qalxanvari çiçək qruplarında yerləşir.
Obtusifoliya qızılgülü
Obtusifoliya qızılgülü (lat. Rosa obtusifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Britaniyada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək olan, yaşıl gövdəli, qısa iynəli bitkidir. 5-7 ədəd yumurtavarı xırda yarpaqları hər iki tərəfdən tükcüklüdür. Saplağı sıx tükcüklü vəziciklərlə örtülmüşdür. Ləçəkləri 12-18 sm, ağ və ya açıq çəhrayıdır. Meyvələri 1-2 sm, yumurtavari və ya şarşəkilli, çılpaq, qırmızıdır. İyundan iyuladək çiçəkləyir. Bu növ hermofroditdir (erkək və dişi orqanları vardır) arılarla tozlanır.
Çin qızılgülü
Çin qızılgülü (lat. Rosa chinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Dekorativ kol bitkisi; otaqlarda becərilir. == Təbii yayılması == Çin, Şərqi Himalayda, Nepal, Hindistan və Pakistanda, Avropada, Kiçik Asiyada və Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1–2 m, gövdəsi düz dayanan koldur. Budaqları bənövşəyi-qonur, kəsiyində yumru, təxminən iynəsizdir. Yarpaqları mürəkkəb, uzunluğu 5-11 sm, yalançı zoğları saplaqla bitişik, kənarları bütöv, vəzicikli-tükcüklü, ucu bizdir. Çiçəkləri sadə (5 ləçəkli), yarımçoxləçəkli və ya çoxləçəkli, 2-5 olmaqla qruplarla yerləşmiş, bəzən tək, bir az ətirli və ya qoxusuz, diametri 4-5 sm-dir. Çiçək saplaqları 2,5-6 sm, təxminən çılpaq və ya vəzicikli-tükcüklü, çiçək altlıqları 1-3, xətvari, çılpaq, kənarları vəzicikli və ya bütöv armudvari, çılpaqdır. Kasayarpaqları 5, yumurtavari, bəzən yarpaqvari formalı, kənarları bütöv və ya bir az lələkvari-pərli, bəzən bütövdür.
Qızılgülün adı
Qızılgülün adı (it. Il nome della rosa — postmodernist roman. Eco nun orta əsrlər və xristianlıq dünyasından bəhs edən əsəri. [1] Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 il­dən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədi. Yazıçının Boloniya universitetində professor, filosof, tarixçi olması və Orta əsrlər barədə dərin biliyi romanı uğurlu edən səbəblərdəndir. == Məzmun == Bu roman ədəbi dəyəri inanılmaz dərəcədə yüksək olan dedektif ünsürlərlə dolu tarixi polisiyə romanıdır. Eco hər bir ipucunu , dəlilləri oxucunun əlinə verərək , sanki bizim hadisələri araşdırmağımızı istəyir. Xristianlıq tarixinin də dərinliklərinə enir , xristianlığın ayrı-ayrı qollarını detallı bir şəkildə oxucuya danışır. Kitabı oxuyaraq xristianlığın hansı qollarının imperatora yaxın , hansının papaya daha yaxın olduğunu görmək olar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2004 •••••••••••• 0.67
2006 •••••••• 0.45
2008 •••••••••••••••••••• 1.22
2009 ••••••••••• 0.64
2010 ••• 0.18
2011 •••••• 0.34
2012 •••••••• 0.43
2014 ••• 0.17
2017 •••••••••••••• 0.81
2019 ••• 0.14

"qızılgülü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qızılgülü nədir? #qızılgülü sözünün mənası #qızılgülü nə deməkdir? #qızılgülü sözünün izahı #qızılgülü sözünün yazılışı #qızılgülü necə yazılır? #qızılgülü sözünün düzgün yazılışı #qızılgülü leksik mənası #qızılgülü sözünün sinonimi #qızılgülü sözünün yaxın mənalı sözlər #qızılgülü sözünün əks mənası #qızılgülü sözünün etimologiyası #qızılgülü sözünün orfoqrafiyası #qızılgülü rusca #qızılgülü inglisça #qızılgülü fransızca #qızılgülü sözünün istifadəsi #sözlük