Gənc qızın gündəliyi
" Gənc qızın gündəliyi " ilk dəfə 1947-ci ildə niderland dilində çap olunmuş avtobioqrafik əsərdir, 65-dən artıq dilə çevrilib və Holokostla bağlı olan ən çox oxunmuş kitabdır. Yüz ən çox satılmış kitabdan biridir. Gündəlik 1955-ci ildə Brodveydə səhnələşdirilmiş,Toni və Pulitser mükafatlarını qazanmışdır.
13-cü yaş gününə hədiyyə olaraq gündəlik alan Anna Frank, ona hər gün başına gələn maraqlı hadisələrdən yazmağa başlayır. Az sonra yəhudilərin soyqırımı başlayır və atası Otto öz ailəsini bu faciədən qorumaq üçün gizlətmək qərarına gəlir və onlar Annanın "Gizli artırma" adlandırdıqları, Ottonun iş yerində yerləşən kiçik otaqlarda yaşamağa başlayırlar.Daha sonra onlara Van Daan ailəsi və dentist cənab Dussel də qoşulur. Anna burada da yazmağa davam edir.
== Mövzusu ==
Anna gündəliyinə yazmağa bu sözlərlə başlayır:
Anna Kitti adlandırdığı gündəliyinə yazmağa 1942-ci il iyunun 12-dən başlayır. Hələ normal yaşayışına davam edən Anna dostları Hanneli və Sanne ilə söhbətlərindən, yəhudi liseyinə yazılmasından, burada dostluq qurduğu Ceklindən, ətrafa qarşı hisslərindən yazır. Tez-tez, heç kimi özünə əsl dost bilmədiyindən, yalnızlıqdan şikayətlənir. Yəhudi məktəbində oxudulmağa məcbur edilməsindən, Hitlerin anti-yəhudi qanunlarından, qohumların və özünün niyə Almaniyanı tərk etməli olduqlarından bəhs edir.