gizlin sözü azərbaycan dilində

gizlin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gizlin • 94.5783%
  • Gizlin • 5.1205%
  • GİZLİN • 0.3012%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abşeron gizlinləri (film, 2008)
Abşeron gizlinləri filmi rejissor Ömür Nağıyev tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edir. == Məzmun == Film Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edir. Filmdə Abşeron yarımadasının Mərdəkan, Türkan, Binə, Qala, Şüvəlan, Dübəndi, Bəndüstü Xaşaxuna kimi qədim yaşayış yerlərindəki bizim eradan əvvəl III–II minilliklərdən qalma yerüstü, yeraltı abidələri, kurqanları, petroqlifləri-şəkil yazıları, onların tarixindən bəhs olunur. Azərbaycan tarixinin qədimliyini sübut edən bu abidələrdəki yazılar Qobustandakı, Gəmiqayadakı rəsmlərlə çox oxşardır. Tarixə qısa səyahət etməklə Azərbaycanın qədim yaşayış yeri kimi bəşər tarixinin təşəkkül tapdığı məskənlərdən biri olduğu aydın görünür.
Gizlindən Qeydlər
"Yeraltından Qeydlər" (rus. Записки из подполья) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır. Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. "Mən xəstə bir adamam" ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosyal həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir pisixi təhlil xarakteri də daşıyır. Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır. == Digər obrazlar == Yeraltı adamı - baş personaj Anton Antonıç Setoçkin - yeraltı adamının masa rəisi Apollon - yeraltı adamının yaşlı qulluqçusu Liza - yeraltı adamının fahişəxanada yatdığı gənc bir fahişə Simonov - yeraltı adamının məktəb yoldaşı.

gizlin sözünün leksik mənası və izahı

  • 1 bax gizli 1 və 4-cü mənalarda. [Nabat:] Mən də sənin kimi gizlin, gündə ocaqda yumurta bişirib yeyərəm? S.S.Axundov. [Yetər:] Məşədi Fatma, Allahdan gizlin deyil, daha səndən niyə gizlin olsun, sənin qızın bizə çox xoş gəlib. Çəmənzəminli. gizlin-gizlin bax gizli-gizli. Gizlin-gizlin sənlə etdim ilqar; İndi bildim səndə yoxmuş etibar… Aşıq Abbas. [Rövşən:] Yenə gizlin-gizlin işlər görürsən? S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / gizlin

gizlin sözünün sinonimləri (yaxın mənalı sözlər)

gizlin sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 GİZLİN – AÇIQ Yəqin bir-birinə gizlin sözləri varmış (M.Hüseyn); Buna görə də qızını yola salarkən açıq ürəklə Həsəni evə gətirməyi ona tapşırardı (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / gizlin

gizlin sözünün rus dilinə tərcüməsi

  • 1 I прил. тайный (представляющий тайну для кого-л., неизвестный). Gizlin görüş тайная встреча, gizlin əlaqə тайная связь II нареч. тайно, втайне, тайком. Gizlin gəlmək тайно приходить; gizlin saxlamaq держать в тайне

    Azərbaycanca-rusca lüğət / gizlin

gizlin sözünün inglis dilinə tərcüməsi

gizlin sözünün ləzgi dilinə tərcüməsi

"gizlin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gizlin nədir? #gizlin sözünün mənası #gizlin nə deməkdir? #gizlin sözünün izahı #gizlin sözünün yazılışı #gizlin necə yazılır? #gizlin sözünün düzgün yazılışı #gizlin leksik mənası #gizlin sözünün sinonimi #gizlin sözünün yaxın mənalı sözlər #gizlin sözünün əks mənası #gizlin sözünün etimologiyası #gizlin sözünün orfoqrafiyası #gizlin rusca #gizlin inglisça #gizlin fransızca #gizlin sözünün istifadəsi #sözlük