* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Çox qızmaqdan qırmızı rəng almaq, közərmək. Dəmir ocaqda qızardı. 2. Şiddətli od üstündə tavada və s.-də qırmızı oluncaya qədər qovrulub bişmək. Ət qızarmışdır. – Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü… Mir Cəlal. 3. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, allanmaq. Şaxtadan yanaqları qızarmışdır. Ağlamaqdan (tüstüdən və s.-dən) gözləri qızarmaq. – [Fərhad:] …Gözlərim ağrıyır. Onun üçün bir az qızarıb. Ə.Haqverdiyev. [Gəlinin] yanaqları alma kimi qızarmışdır. Çəmənzəminli. Al geyib, qızarıb yenə üfüqlər; Bir azdan gözünü açacaq səhər. S.Vurğun. 4. Yetişmək, dəymək (meyvələr haqqında). Narlar, zoğallar qızarmağa başlamışdır. Almalar lap qızarıbdır. – Çöllərdə qızararkən şehli moruq kolları; Ha getdimsə uzandı qədim Şirvan yolları. Ə.Cəmil. 5. Uzaqdan görünmək (qırmızı şey və işıq haqqında). Yaşıllıq arasında kəndin kirəmit damları qızarır. Taxıl əkininin içində lalələr qızarır. 6. məc. Utanmaq, xəcalət çəkmək. Sənin yerinə mən qızarmalıyam. – Məmməd Həsən əmi lap karıxdı, … sonra qızara-qızara (z.) üzünü tutdu atlıya. C.Məmmədquluzadə. Ara-sıra uşaqlar analarına baxıb, bir də qonaqlarına baxıb qızarırdılar. M.S.Ordubadi. // Xəcalətindən qan üzünə vurub yanağı qırmızı olmaq, rəng verib rəng almaq (bəzən təşbehlərlə işlənir). Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı. A.Divanbəyoğlu. // Acıqdan, hirsdən üzünün rəngi dəyişib qırmızılaşmaq. Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. M.S.Ordubadi. ◊ Qızarıb-bozarmaq – xəcalətdən və ya acıqdan rəng verib rəng almaq. [Məmməd] güldükcə Əli əmniyyəbaşı qızarıb-bozarırdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / qızarmaq1 Kök qırdır (r-z əvəzlənməsi baş verib), qırmızı sözündə qır hələ də qalır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qızarmaq6 1. QIZARMAQ, ALLANMAQ, QIRMIZILAŞMAQ 2. qızarmaq bax utanmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / qızarmaq1 QIZARMAQ – AĞARMAQ Günəş üfüqdə yandı; Qızardı yavaş-yavaş (M.Müşfiq); Hamıdan gec yatıb qalxdınız erkən; Ağardı dan yeri gözlərinizdə (B.Vahabzadə). QIZARMAQ – BOZARMAQ Kişinin sifəti bozardı (Ə.Vəliyev); Zoyanın yanaqları qızardı (S.Vəliyev). QIZARMAQ – SIRTILMAQ Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı (A.Divanbəyoğlu); Səndə təqsir odur ki, uşaq vaxtında fağırı haqq yerə, nahaq yerə o qədər döydün ki, axırda sırtıldı... (Ə.Haqverdiyev).
Azərbaycan dilinin antonimlər lüğəti / qızarmaq1 1. краснеть, покраснеть, алеть, румянеть, рдеть, зардеть; 2. жариться, поджариться; 3. перен. стыдиться, устыдиться;
Azərbaycanca-rusca lüğət / qızarmaq2 глаг. 1. краснеть; покраснеть: 1) становиться, стать красным, приобретать, приобрести красный цвет; румянеть, зарумянеть. Yarpaqlar yavaşyavaş qızarır листья постепенно краснеют, pomidorlar qızarır помидоры краснеют, almalar qızarır яблоки краснеют 2) становиться, стать красным от прилива крови к коже; покрываться, покрыться румянцем, зарумянеть, зарумяниться. Soyuqdan əlləri qızarıb руки покраснели от холода, istidən qızarmaq краснеть от жары, küləkdən qızarmaq краснеть от ветра, yüngülcə qızarmaq слегка покраснеть 3) стыдиться, испытывать чувство неловкости. Dostuna görə qızarmaq краснеть за друга, hərəkətinə görə qızarmaq kimin краснеть за поступок чей, ictimaiyyət qarşısında qızarmaq краснеть перед общественностью, sözündən qızarmaq kimin краснеть от слов чьих; qızarmağa məcbur etmək kimi заставить краснеть кого-л. 4) только несов. выделяться своим красным цветом, виднеться (о чём-л. красном). Almalar qızarırdı яблоки краснели, bayraqlar qızarırdı флаги краснели 2. румяниться, зарумяниться, румянеть (поджариваясь, приобретать красноватый цвет – о цвете выпекаемых и жареных изделий), зарумянеть
Azərbaycanca-rusca lüğət / qızarmaq1 f. 1. to redden, to turn / to grow* red; (soyuqdan) to redden; (həyəcandan, açıqdan) to flush, to turn red in the face; (utanmaqdan) to blush; bir şeyə görə ~ to blush for smth. Yarpaqlar qızarır The leaves are reddening; 2. (qovrulmaq) to be* roasted / fried / toasted; to get* fried / roasted / toasted
Azərbaycanca-ingiliscə lüğət / qızarmaq1 гл. яру хьун (1. яру жедалди ифин (мес. ракь, цӀивин ва мс.); 2. яру жедалди чурун (мес. гъед, картуф); 3. къекъифун (мес. хъуькъвер, ччин, вилер); 4. дигмиш хьун (яру емишар, мес. чумалар, пӀинияр ва мс.); 5. яруз акун, яру хьана акун (яргъай аквазвазвай яру затӀар, экв ва мс.); 6. пер. регъуь хьун, хажалат чӀугун); ** qızarıb-bozarmaq яру(ни)-цӀару хьун, ранг гуз ранг къачун (хъиляй, хажалатдикай ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / qızarmaq