bozarmaq sözü azərbaycan dilində

bozarmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bozarmaq • 88.8889%
  • BOZARMAQ • 9.2593%
  • Bozarmaq • 1.8519%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

bozarmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Boz rəng almaq, bozlaşmaq. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi. // Solmaq, rəngi qaçmaq, rəngi getmək. Qızın rəngi gül kimi bozarmışdı. M.Hüseyn. 2. Yetişməyə başlamaq, biçilmək (dərilmək) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır. 3. Çiskinləşmək, tutqunlaşmaq; soyuqlaşmağa başlamaq, duman və soyuq olmaq. Havalar bozarmışdır; Ağ saqqallı qış gəlir. S.Rüstəm. Payız fəsli olduğu üçün hava yaman bozarmışdı. P.Makulu. // Yaxınlaşmaq, əlamətləri görünməyə başlamaq. Payız bozarır, dağüstü şəhərinin özündə və ətrafında meşələrdə ağaclar lütləşir. S.Rəhimov. 4. Bişməyə, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq. 5. məc. Üzə qabarmaq; hörmətsizcəsinə, ədəbsizcəsinə, qabacasına cavab vermək, acıqlanmaq. Həsənov yenə bozarmaq istəyir, lakin cəsarət etməyib susur. M.İbrahimov. Tahir dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üstünə bozardı… M.Hüseyn. ◊ Qızarıb-bozarmaq – bax qızarmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / bozarmaq

bozarmaq sözünün etimologiyası

  • 1 Göyər, qızar tipli kəlmələrlə heç bir model yaxınlığı yoxdur, yəni boz sifətindən boz –ar –maq feili əmələ gəlməyib. Mənbələrdə buza feili var və rus­caya “реветь” kimi tərcümə edilib. “Dədə -Qorqud” da “nə bozlarsan” cümləsi var; el içində üzünə bozarmaq ifadəsi işlədilir. Hamısı mənfi məna ilə: “cavab qay­tar­maq, söz demək, çəmkirmək” anlamları ilə bağlıdır. Deməli, bozar sözü “bö­yür­mək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bozarmaq

bozarmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

bozarmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BOZARMAQ – AÇILMAQ Payız fəsli olduğu üçün hava yaman bozarmışdı (A.Makulu); Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı (Çəmənzəminli). BOZARMAQ – QIZARMAQ Qızın rəngi kül kimi bozarmışdı (M.Hüseyn); Utandığından rəngi qızarmışdı (“Azərbaycan”).

    Azərbaycan dilinin antonimlər lüğəti / bozarmaq

bozarmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. сереть, становиться серым; 2. терять окраску, облекнуть, полинять; 3. дерзить, грубить;

    Azərbaycanca-rusca lüğət / bozarmaq
  • 2 глаг. 1. сереть, посереть, становиться, стать серым 2. становиться, стать пасмурным (о погоде) 3. блёкнуть, поблёкнуть, линять, полинять, терять, потерять окраску 4. начинать жариться, вариться (о мясе) 5. перен. дерзить, надерзить, грубить, нагрубить

    Azərbaycanca-rusca lüğət / bozarmaq

bozarmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. to grey, to turn grey; 2. (hava) to become* gloomy / dull; 3. to lose* colour, to fade, to grow* dim; bir kəsin üzünə ~ to cheek smb.; Müəllimin üzünə bozarma Don’t cheek your teacher

    Azərbaycanca-ingiliscə lüğət / bozarmaq

bozarmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) prendre une teinte grise ; devenir vi (ê) gris ; -e ; 2) devenir vi (ê) sombre (gris, couvert)(hava haqq.) ; bir kəsin üzünə ~ dire des impertinences à qn

    Azərbaycanca-fransızca lüğət / bozarmaq

bozarmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. рехи хьун, рехи ранг акъатун, рех ягъун; 2. рангар атӀун, лацу хьун; хъипи хьун, алахьун (ранг); 3. цӀехуь хьун, гуьдай (атӀудай) вахт агакьун (мес. мухан, халидин); 4. рагъул хьун, циф гьатун, атӀугъун; къай галай циф атун, мекьи жез авалун (гьава); 5. чурч хун, ранг дегиш хьун, чраз авалун (мес. як); 6. пер. ччиниз къудгъунун, гаф элкъуьр хъувун, ччина акъвазун, векъидаказ жаваб гун; ** qızarıb-bozarmaq кил. qızarmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / bozarmaq

Oxşar sözlər

#bozarmaq nədir? #bozarmaq sözünün mənası #bozarmaq nə deməkdir? #bozarmaq sözünün izahı #bozarmaq sözünün yazılışı #bozarmaq necə yazılır? #bozarmaq sözünün düzgün yazılışı #bozarmaq leksik mənası #bozarmaq sözünün sinonimi #bozarmaq sözünün yaxın mənalı sözlər #bozarmaq sözünün əks mənası #bozarmaq sözünün etimologiyası #bozarmaq sözünün orfoqrafiyası #bozarmaq rusca #bozarmaq inglisça #bozarmaq fransızca #bozarmaq sözünün istifadəsi #sözlük