* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | •••••••••••••• | 0.42 |
2008 | •••••••••••••••• | 0.49 |
2009 | ••••••••••• | 0.32 |
2010 | •••••••••••••••••••• | 0.64 |
2011 | ••••••••••• | 0.34 |
2012 | ••••••••••• | 0.34 |
2013 | ••••• | 0.15 |
2015 | •••••• | 0.17 |
2018 | ••••••••••••••• | 0.45 |
2019 | ••••• | 0.14 |
2020 | ••••• | 0.13 |
1 is. Bəzi heyvanların və insanın bədənində çıxan sərt, qalın tük. Keçi qılı. At qılı. – Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda, ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov. Möhkəm sarılmış keçi qılı sicim [xanın] biləklərini zəncir kimi kəsdi. M.Rzaquluzadə. ◊ Qıl kimi – çox nazik, çox incə. Qüssəsindən başımın qıl kimi incəlmiş tənim. Füzuli. Elə ki həşərat yavuq gəldi, buqələmun nazik qıl kimi dilini çıxarıb həşərat tərəfə uzadır. H.Zərdabi. Qıl qədər – azacıq, lap az, zərrə qədər. Qıldan asılmaq – əmanətə bənd olmaq, bir təsadüfdən asılı olmaq, təhlükə altında olmaq. [Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur; ürəyim qıldan asılır, indi qırılar, bir saatdan qırılar, – deyirəm. Ə.Haqverdiyev. Qılı qıldan seçmək – incədən incəni seçmək, ən xırda şeyi seçmək, görmək. Aralarından qıl keçməmək – çox yaxın, mehriban dostlar haqqında. …Cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qıl2 I сущ. 1. щетина. Donuz qılı свиная щетина 2. волос, волосина II прил. щетинный ◊ qıl kimi (nazik) тонкий как волос; qıl qədər немножечко, чуточку, мало-мальски; qılı qıldan seçmək различать всякие тонкости; qıldan (tükdən) asılı qalmaq висеть на волоске; aralarından qıl keçməz кто на короткой ноге с кем, водой не разольешь кого
Azərbaycanca-rusca lüğət / qıl1 i. bristle; hair; at ~ı horse-hair; ◊ həyatı ~dan asılı olmaq ≅ to escape death by a hairbreadth
Azərbaycanca-ingiliscə lüğət / qıl1 is. poil m ; at ~ı crin m ; ~ kimi mince comme une pelure d’oignon
Azərbaycanca-fransızca lüğət / qıl1 сущ. чӀар (векъи, къалин); at qılı балкӀандин чӀар(ар); keçi qılı цӀегьрен чӀар(ар); ** qıl kimi чӀар хьтин, гзаф шуькӀуь; qıl qədər чӀар кьван, тӀимил кьван, лап тӀимил.
Azərbaycanca-ləzgicə lüğəti / qıl