* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2006 | ••••••• | 0.68 |
2008 | •••••••• | 0.73 |
2009 | •• | 0.16 |
2010 | •••••• | 0.54 |
2011 | ••••••• | 0.69 |
2012 | ••••••• | 0.69 |
2013 | •••••••••••••••••••• | 2.04 |
2014 | •••• | 0.34 |
2015 | ••••••• | 0.68 |
2016 | ••••••• | 0.69 |
2017 | ••••• | 0.49 |
2018 | •••••••••••••••••• | 1.80 |
1 is. dan. Naz, qəmzə, şivə. □ Qır vermək (satmaq) – nazlanmaq, naz eləmək.
Azərbaycan dilinin izahlı lüğəti / qır2 is. 1. Neft qalıqlarından hazırlanan, damlara, səkilərə və s.-yə salınan qara rəngli qatı maddə. Qır salmaq. Qır tiyanı. – Hava … qır qoxusu ilə dolub daha da ağırlaşırdı. Ə.Əbülhəsən. 2. Qəlyanın, müştükün içində və s. tüstü çıxan yerdə əmələ gələn qəliz maddə. Çubuğun qırını təmizləmək. 3. Kül rənginə çalar ağ, çal. Çal qış! Buyur, uğur olsun! Qır saçını cinlər yolsun. Ə.Cavad. // Tünd boz rəng.
Azərbaycan dilinin izahlı lüğəti / qır3 is. köhn. Düzən, çöl. Cənnət qoxan qırlar, əngin obalar; Bir atlazdır, yaşıl ucu görünməz. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / qır4 is. Dayaz quyudan su çəkmək və ya başqa məqsədlər üçün bir ucu qarmaq şəklində ağac və s. Qır ilə quyudan su çəkmək. Qır ilə ağacın başındakı meyvələri dərdim. – Yelkən xurma yarpaqlarından toxunmuş və qır ilə möhkəmlənmiş dəyirmi bir yelkən idi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / qır1 “Kül rəngində (boz) olan” deməkdir. Koroğlunun atlarından biri Qır, digəri isə Dür adlanıb. Hər ikisi rənglə bağlıdır. Dür “kəhər”, qır isə “boz” deməkdir. Dəmirqır at birləşməsi də var, onun da mənası “tünd-boz” deməkdir. İndi alınma söz olan kəhər doğma dür sözünü aradan çıxarıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Qır duzdur işlədirik, mənbələrdə qıra sözü var və rus dilinə “сплошь” kimi çevrilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Dilimizdə qır vermək ifadəsi var. Qır sözünün əsli ərəbcə ğunc kimidir və naz mənasında işlədilir. Ğunc vermək ifadəsindəki ğunc təhrif olunub və qır şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qır1 QIR I is. Evlərin damına salınan qara rəngli qatı maddə. Evlərin damındakı qır əriyib, divar aşağı süzülürdü (N.Babayev). QIR II is. köhn. Düzən, çöl. Cənnət qoxan qırlar, əngin obalar; Bir atlazdır yaşıl, ucu görünməz (A.Şaiq). QIR III f. Sındırmaq. Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır (Mir Cəlal).
Azərbaycan dilinin omonimlər lüğəti / qır1 1. кир (род асфальта); 2. серый, смурый; 3. говор, выговор, наречие, акцент, произношение; 4. манера, привычка; 5. кокетство, жеманство;
Azərbaycanca-rusca lüğət / qır2 1 I сущ. кир (род асфальта) II прил. 1. кировой. Qır təpəsi кировая сопка, qır tiyanı кировой котёл 2. пепельносерый, смурый (тёмно-серый) 2 сущ. устар. степь, поле
Azərbaycanca-rusca lüğət / qır1 i. asphalt; ~ tökmək to asphalt (d.), to lay* (d.) with asphalt; ~ vermək məc. d.d. to flirt (with), to coquet(te) (with), to give* oneself airs
Azərbaycanca-ingiliscə lüğət / qır1 is. goudron m, bitume f ; ~ tökmək goudronner vt, bitumer vt, asphalter vt
Azərbaycanca-fransızca lüğət / qır3 сущ. 1. къир; 2. къалияндин, муштукӀдин къене гумадикай арадал къведай экъи затӀ; 3. руьхъведин тав алай лацу, рехи; // мичӀи-рехи.
Azərbaycanca-ləzgicə lüğəti / qırə. 1) bitum, qara saqqız; 2) m. qara.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiI (Basarkeçər, Şərur) dəmyə. – Qır demi yerrərə de:rix’ (Basarkeçər) II (İmişli, Kürdəmir, Ucar) əyri. – Qır həvə ərişi qırıb tökür (İmişli); – Qır ağac tikintidə yaramaz (Ucar) III (Gəncə, Oğuz, Ucar) arabada təkəri saxlamaq üçün oxa keçirilən dəmir hissə. – Qır olmasa, teleqi təkər oxda durmaz (Oğuz); – Vəli aravıya qır saldı (Gəncə); – Arabanın oxu qırın arasında fırranır (Ucar) IV (Balakən, Qax, Zaqatala) sümük V (Salyan) xəsis VI (Salyan) tamam, büsbütün. – Ət qır yağdu
Azərbaycan dilinin dialektoloji lüğəti.