qırmızı-qəhvəyi sözü azərbaycan dilində

qırmızı-qəhvəyi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırmızı-qəhvəyi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəhvəyi
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı isə dastanda da, araşdırmalarda da "Dürat" olaraq göstərilir.
Qəhvəyi itburnu
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Qəhvəyi nonnula
Qəhvəyi nonnula (lat. Nonnula brunnea) — nonnula cinsinə aid heyvan növü.
Qəhvəyi rəng
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı isə dastanda da, araşdırmalarda da "Dürat" olaraq göstərilir.
Qəhvəyi tinamu
Qəhvəyi tinamu (lat. Crypturellus obsoletus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. == Xarici keçidlər == New Scientist. I'm Sweet Enough 21 January 2006.
Qırmızı
Qırmızı və ya Qızıl – rənglərdən biri. == Ümumi məlumat == Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir.Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır.Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir. Bu göz ruhu özü qırmızı olmaqla bərabər, geyimi də yalnız və yalnız qırmızı təsəvvür edilmişdir. Bu etiqad azərbaycanlılarda da olmuş və o, əski çağlardan yaşaya-yaşaya gəlib çağımıza da çatmışdır.
Boz-qəhvəyi torpaqlar
Boz-qəhvəyi torpaqlar — yayıldığı quru bozqır landşaft tipi Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun şimal qurtaracağında formalaşmışdır. == Morfoloji tərkibi == Bu torpaqlarda humus qatının qalınlığı 40-50 sm-dir və dənəvər-xırda kərtənli struktura malikdir. Qranulometrik tərkibcə ağır gillicəlidir. Məsaməliliyi 54-58%-da tərəddüd edir. Qrunt suyu 3,0-4,0 m dərinlikdə yerləşir. Suya davamlı aqreqatların miqdarı 50-60%-dir. Boz qəhvəyi torpaqlar taxıl, tərəvəz və üzümçülük altında istifadə olunur və gələcəkdə üzüm plantasiyalarının inkişaf etdirilməsi üçün çox əlverişlidir. == İqlimi == Quru subtropik bozqır iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Orta illik temperatur 13,0-14,20C arasında dəyişir. Yağıntının orta illik miqdarı 280-320 mm təşkil edir və onun yüksək miqdarı ilin soyuq dövründə düşür.
Boz qəhvəyi torpaqlar

Qəhvəyi dazı sovkası
Dağ-meşə qəhvəyi torpaqlar
Qəhvəyi dağ-meşə torpaqları — inkişaf etdiyi kserofit meşə və kolluqlar iqlimi Aralıq dənizi iqlim tipinə yaxındır. == Yayıldığı ərazilər == Böyük və Kiçik Qafqazın orta və alçaq dağ qurşağını, Naxçıvan MR, Qanıx-Əyriçay vadisi və Lənkəran rayonunu əhatə edir. Dəniz səviyyəsindən 600-1200 m hündürlükdə, güclü parçalanmış dağlarda, bitki örtüyü yaxşı inkişaf etmiş meşəaltı və kserofil ot örtüklü palıd-vələs meşələri altında inkişaf etmişdir. Bu torpaqlar Lənkəran rayonunda 400-600 m yüksəkliklərdə əsasən cənub yamaclarda palıd-vələs meşələri altında yayılmışdır. == İqlimi == İsti yayı və mülayim qışı ilə səciyyələnir. Orta illik temperatur 8,4°-10,8°C, ən soyuq ayların temperaturu 1,2°-3,4°C arasında dəyişir. yağıntıların miqdarı 350-600 mm olub, əsasən yaz və payız fəsillərində düşür. Lənkəran rayonunda bu torpaqlar alçaq dağlıqda, yarımrütubətli subtropik iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Lənkəran rayonunun cənub qurtaracağından fərqli olaraq şimal hissədində insanın antropogen təsiri nəticəsində meşələr qırılmış və onların yerində taxıl, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri becərilir. Burada yayılan qəhvəyi torpaqlar dağ və düzən qəhvəyi torpaqlara ayrılır.
Qobi iri qəhvəyi yarasası
Qəhvəyi dağ-meşə torpaqları

Al-qırmızı
Al-qırmızı — qeyri-spektral rənglər qrupundan biri. Onun üçün təbii standart rəng bənövşəyi rəngdir, bu rəng, mavi (ya da bənövşəyi) rəngin qırmızı ilə qarışdırılması ilə əldə edilə bilər. Kolorimetriyada, bənövşəyi rəng mavi və ya tünd qırmızı ilə qarışdırmaqla əldə edilən bir sıra rəngə aiddir. == Ədəbiyyat == Ball, Philip. Bright Earth, Art and the Invention of Colour. Hazan (French translation). 2001. ISBN 978-2-7541-0503-3. Heller, Eva. Psychologie de la couleur: Effets et symboliques.
Qırmızı ağcaqayın
== Təbii yayılması == Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır. Tоxumlarla, kök zoğları ilə çoхalır. == Ekologiyası == Soyuğa davamlı, işıqsevən, quru, məhsuldar torpaqlarda yaxşı bitən, yarımkölgəyə dözən bitkidir.
Qırmızı bayraq
Qırmızı bayraq — Siyasətdə qırmızı bayraq əsasən sosializm, kommunizm, marksizm, həmkarlar ittifaqları, solçu siyasət və tarixən anarxizmin simvoludur. Fransız İnqilabından bəri solçu siyasətlə əlaqələndirilir.Sosialistlər bu simvolu 1848-ci il inqilabları zamanı qəbul etdilər və 1871-ci ildə Paris kommunası tərəfindən istifadə edilməsi nəticəsində kommunizm simvoluna çevrildi. Çin, Vyetnam və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox sosialist dövlətin bayraqları belə tərtib edildi. Qırmızı bayraq, Fransa Sosialist Partiyası (PS), Almaniya Sosial Demokrat Partiyası (SDP) və İspaniya Sosialist İşçi Partiyası (PSOE) kimi bəzi demokratik sosialistlər və sosial demokratlar tərəfindən də simvol kimi istifadə olunmağa başladı. Britaniya siyasətinin köklü partiyalarından olan Leyboristlər Partiyası 1980-ci illərin sonuna qədər bu simvoldan istifadə etdi. Fransız İnqilabından əvvəl və bəzi kontekstlərdə bu gün də qırmızı bayraqlar və ya pankartlar, itaətsizlik və müharibənin simvolu kimi qəbul edilir.Keçmişdə bəzi istifadə nümunələri; Orta əsrlərdə donanma gəmiləri müharibə elan etmək üçün, mühasirəyə alınan şəhərin təslim olmayacağını bildirmək və ya Osmanlı imperiyasında, sultanın mövqeylərini göstərmək üçün qırmızı bayraq gəzdirirdilər.
Qırmızı vəba
Qırmızı vəba (The Scarlet Plague), Cek London tərəfindən postapokaliptika janrında yazılmış və 1912-ci ildə London Magazine-də yayımlanan qiyamət sonrasını ifadə edən romandır. Kitabın 2020-ci ildə Koronavirus epidemiyasına çox bənzər olduğu, xüsusilə Londonun yaşadığı dövrdə yazıldığı qeyd edilməlidir. O dövrdə hazırda olduğu kimi dünya ölkələri bir-birinə bu qədər səyahətlə bağlanmamışdı. == Süjet == Hekayə 2073-cü ildə, idarəolunmaz bir epidemiya olan Qırmızı Ölümün planetin əhalisinin sayının azaldıqdan altmış il sonra baş verir. James Smith, qırmızı vəba epidemiyasından sonra sağ qalanlardan biridir və hələ də San Fransisko bölgəsində qalır və nəvələri Edvin, Hoo-Hoo və Hare-Lip ilə birlikdə səyahət edir. Nəvələri gəncdir və çoxsaylı insan yaşadığı dünyada ibtidai ovçu kimi yaşayırlar. Dil qabiliyyətləri kimi ağılları da məhduddur. Edvin, "Granser" dedikləri Smithdən qırmızı ölüm adlandırılan xəstəlikdən danışmağını istəyir. Smith, İngilis professoru olduğu zaman vəba xəstəliyindən əvvəlki həyat hekayəsini danışır. 2013-cü ildə, "Beşinci Morgan, Maqnatlar Şurası tərəfindən Amerika Birləşmiş Ştatlarının Prezidenti təyin edildikdən" bir il sonra xəstəlik meydana gəldi və sürətlə yayıldı.
Qırmızı yerdəyişmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Qırmızı yosunlar
Qırmızı yosunlar (lat. Rhodophyta) — sarımtıl qırmızı, mavi-yaşıl-qırmızı rəngli çoxhüceyrəli (ən bəsit formaları — birhüceyrəli) yosunlar tipi. Bəzi qruplar hüceyrələrin divarlarında kalsium karbonat çökdürdüyündən çökmələrdə fosil halında qalır. Mezo-kaynozoyda qırmızı yosunlar süxurəmələgətirən orqanizmlər olub mərcan qrumlarının (biogermlər və riflər) formalaşmasında iştirak edir. Qırmızı yosunlar normal duzluluqlu isti dənizlərdə 3–160 m (optimal — 20–50 m) dərinlikdə yayılmışdır. Hazırda 3800 növü vardır. Xəzərdə 25 növü məlumdur, onlardan laurensiya, polisifoniya, melobeziya və s. yosunlar geniş yayılmışdır.
Qırmızı çalağan
Qırmızı çalağan (lat. Milvus milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır. == Yayılması == Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir.
Qırmızı çay
Qırmızı üzgəcli
Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağzı başın ucunda yerləşir və yuxarıya doğru yönəlmişdir. Üzgəcləri tünd qırmızı rəngdə olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularından ovlanmış qızılüzgəclərin uzunluğu 33 sm-ə, kütləsi isə 590 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub çaylarda, su anbarlarında, şirinsulu körfəz və limanlarda yaşayır. Orta ömrün uzunluğu 6 ilə qədər olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qırmızı şlam
Qırmızı şlam Qırmızı şlam boksitlərdən Bayer üsulu ilə alüminium –oksid alınması prosesinin qalığıdır. Müxtəlif məlumatlara əsasən təkcə MDB ölkələrində 100-150 milyon ton qırmızı şlam toplanıb qalmışdır. Bu tullantılar alüminum istehsalı zavodlarının yaxınlığında cox böyük ərazini tutur və potensial təhlükə mənbəyidir. Buna misal kimi 2010-cu ildə Macarıstanda qırmızı şlamla bağlı baş verən ekoloji fəlakəti göstərmək olar. Bu zaman 1,1 milyon kubmetr həcmində zəhərli maddələr ətraf mühitə dağılmış, insan itgisi olmuşdur. Bu səbəbdən zavod 472 milyon avro cərimə edilmişdir. Azərbaycanda da (Gəncə şəhəri) bu cür şlam 60 hektara qədər ərazinin tutur və burada 12 milyon ton alunit, 20 milyon ton boksit tullantısı toplanmışdır.Bu ərazinin torpaq qatı ilə örtülməsinə baxmayaraq , yenə təhlükə mənbəyi olaraq qalır. Ədəbiyyat materiallarının analizi göstərir ki, qırmızı şlamın emalının həm piro-, həm də hidrometallurgiya üsulları ilə işlənməsi təklif olunur. Pirometallurgiya texnologiyaları qırmızı şlamdakı dəmir tərkibli komponentlərin maqnitlənən hissəsinin, qeyri-maqnit hissədən ayrılmasına əsaslanır və cox yüksək temperaturda aparılır. Bu üsul enerji daşıyıcılarının qiymətlərinin cox yüksək olması baxımından perspektivli sayılmır.
Qırmızı ətirşah
Geranium sanguineum (lat. Geranium sanguineum) - ətirşah cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2020 •••••••••••••••••••• 0.13

qırmızı-qəhvəyi sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#qırmızı-qəhvəyi nədir? #qırmızı-qəhvəyi sözünün mənası #qırmızı-qəhvəyi nə deməkdir? #qırmızı-qəhvəyi sözünün izahı #qırmızı-qəhvəyi sözünün yazılışı #qırmızı-qəhvəyi necə yazılır? #qırmızı-qəhvəyi sözünün düzgün yazılışı #qırmızı-qəhvəyi leksik mənası #qırmızı-qəhvəyi sözünün sinonimi #qırmızı-qəhvəyi sözünün yaxın mənalı sözlər #qırmızı-qəhvəyi sözünün əks mənası #qırmızı-qəhvəyi sözünün etimologiyası #qırmızı-qəhvəyi sözünün orfoqrafiyası #qırmızı-qəhvəyi rusca #qırmızı-qəhvəyi inglisça #qırmızı-qəhvəyi fransızca #qırmızı-qəhvəyi sözünün istifadəsi #sözlük