* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2009 | ••••••••• | 0.16 |
2010 | •••••••••••••••••••• | 0.36 |
2014 | •••••••••• | 0.17 |
2016 | •••••••••• | 0.17 |
2019 | •••••••• | 0.14 |
1 F.Ələkbərov “Allah, Məhəmməd, ya Əli” kitabında yazır: “Hicri 61-ci il məhərrəmin 10-unda Hüseynin ətrafında 90-a yaxın adam vardı, bunlardan 40-ı ən sadiq olanlar idi” (səh.45). 40-lar buna işarədir. R.Gülpınarlı “İslamda təriqətlər və məzhəblər...” kitabında (səh.14-15) yazır: “Peyğəmbər qohumlarından 40 nəfəri yanına dəvət edir və islamı yaymaq üçün kömək göstərmələrini arzulayır. Əli birinci razılığını verir və xəlifə rütbəsini Məhəmməd ona tövsiyə edir”. 40-lar bu şəxslərdir. Əli də onların biridir. İkinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qırxlarQırx nəfərdən ibarət abdallar. Prof. Bəşir Əhmədov “Etimologiya lüğəti”ndə R.Gülpınarın “İslamda təriqətlər və məzhəblər” kitabına istinadən yazır: Peyğəmbər qohumlarından 40 nəfəri yanına dəvət edir və islamı yaymaq üçün kömək göstərmələrini arzulayır. Əli birinci razılığını verir və xəlifə rütbəsini Məhəmməd ona tövsiyə edir. Qırxlar bu şəxslərdir. Əli də onlardan biridir. Alı xan deyərlər mənim adıma, Darda qalsam, qırxlar yetər dadıma. Hər vaxt mənim Pəri düşər yadıma, Pərim, gedərgisən, haçan gələssən? (“Alı xan”) * Qurbani der, arayıban tapmışam, Qırxlar məclisindən bir pay qapmışam. Kəbədisə mən də birin yapmışam, Min könüldən bir yol gedə o burca. (“Qurbani”) * Qırxlar məclisində söylənir adım, Ərşə bülənd olub dadü fəryadım... (“Qurbani”) * Qırxlar məclisində əzildi gilə, Oxudu lal dilim, döndü bülbülə, Xuda, sən kömək et Şah İsmayilə, Bəlkə, ala bilə bu Gülüzarı. (“Şah İsmayıl”)
Azərbaycan dastanlarının leksikası