qırışıqlı sözü azərbaycan dilində

qırışıqlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırışıqlı • 93.9394%
  • Qırışıqlı • 6.0606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qırışıqlı dağlar
Qırışıqlı dağlar(rus. горы складчатые, ing. folded mountains) - inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s. ).
Qırışıqlı qabıqyeyən
Qırışıqlı qabıqyeyən (lat. Scolytus rugulosus Ratz.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Böcək sürfə mərhələsində ağacın gövdəsində (qidalanma nəticəsində sürfə tərəfindən açılmış yarıqda) qışlayır. Mart ayında puplaşmağa başlayır. Böcəklər pupdan may ayının ortalarında çıxır. Təbiətdə onların uçuşu 50–60 günədək davam edir. Uçuş müddətində böcəklər tumurcuqların oturaq hissəsinə, sonra isə şam ağacının gövdəsini gəmirərək 1–2 sm uzunluğunda yol açaraq oraya yumurta qoyurlar. Bir dişi fərd hər dəfə 30-dək, ümumiyyətlə 120-dən 130-dək yumurta qoya bilir. Yumurta qoyduqdan sonra, dişi fərd öz bədəni ilə həmin oyuğun deşiyini tutur və ölür. Bu hal yumurtaların təbii düşmənlərdən xilas olmasına şərait yaradır.
Alp qırışıqlığı
Alp qırışıqlığı — Yer qabığı təbəqələrində kaynozoy və qismən mezozoy eralarında əmələ gəlmiş qırışıqlıq. İlk dəfə Alp dağlarında öyrənildiyindən "Alp qırışıqlığı" adlandırılmışdır. Mezozoyun əvvəlindən başlamış, neogendə şiddətlənmiş və kaynozoyun sonunda zəifləmişdir. Alp qırışıqlığı yenə də davam edir. Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlmişdir. == Zolaqları == İki zolağdan ibarətdir: 1-ci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlüs, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Birmanın dağ silsilələrini, 2-ci zolaq isə uzaq şərqdə meridional istiqamədə uzanan Sakit okean ətrafı dağ silsilələrini-Koryak silsiləsini, Kamçatka yarmadasını, Saxalin, Yapon adalarını və Malay arxipelaqını, And dağlarını, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakıdağ silsilələriini və dərin sualtı yarğanları əhatə edir.Alp qırışıqlığı zolaqları tektonik hərəkətlər nəticəsində baş verən qırışıqlar, örtüklər və üstəgələmələrlə, intruziyaların yayılması, seysmikliyi və vulkanizmi ilə xarakterizə olunur.
Baykal qırışıqlığı
Baykal qırışıqlığı, Şatski, 1932 - proterozoyun sonu (rifey kompleksi) — kembrinin başlanğıcında baş vermiş qırışıqlıq prosesləri. Baykal qırışıqlığı nəticəsində dünyanın müxtəlif yerlərində geniş əyalətlərin geosinklinal inkişafı başa çatmışdır. Baykal qırışıqlığı nəticəsində əmələ gələn geoloji qurumlar baykalidlər adlanır. Baykal qırışıqlığı vilayətləri Şimal-Şərqi Avropa platformasını, Sibir platformasının qərb hissənini (Turuxan zonası, Yenisey tirəsi, Yuxarı Sayan) əhatə edir. Baykalidlər habelə Hindistanda, Ərəbistan yarımadasında, Orta və Yaxın Şərqin alp strukturlarının özül çıxıntılarında qeyd edilir. Qərbi Avropada Baykal qırışıqlığı assint və kadom qırışıqları uyğundur. == Həmçinin bax == Sibir == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Hertsin qırışıqlığı
== Hertsin qırışıqlığı == Yer qabığının müxtəlif sahələrində paleozoy erasının II yarısında( Devonun sonu- Triasın əvvəlləri) baş verən qırışıqlıq, qranitoidli intruziv maqmatizm və dağəmələgəlmə proseslərinin məcmuyunə deyilir. Paleozoy geosinklinallarında baş vermiş hertsen qırışıqlığı qırışıq dağ sistemlərinin – hersinidlərin yaranmasına səbəb olmuşdur. Hertsin qırışıqlığı nəticəsində Qərbi, Mərkəzi və Cənubi Avropanın Şimal- qərbi Afrikanın, Şimali Qafqazın, Uralın, Tyan- Şanın, Altayın, Appalaçların, Cənubi Amerika adalarının, Avstraliya Alplarının qırışıq dağ qurğuları yaranmışdır.
Qırışıqlıq
Qırışıqlıq — yer qabığının bu və ya digər sahəsində olan qırışıqların məcmusuna deyilir. Qırışıqlığın üç morfoloji tipini ayırırlar: 1. geosinklinal, 2. platforma və 3. aralıq və ya keçid qırışıqlıq tipi. Yerin inkişaf tarixində qırışıqlıq sistemlərinin əmələ gəlmə dövrlərinə əsasən arxey, proterozoy, kaledon, hersin və alp qırışıqlıqları ayırırlar. Bəzi alimlər baykal, sakit okean və qırışıqlıqlar da ayrılmasını təklif edirlər. == Bünövrə qırışıqları == Bünövrə qırışıqları qədim qırışıq bünövrədə təkrar deformasiya nəticəsində əmələ gəlmiş qırışıqlardır. Bu zaman bünövrə üzərində yatan çökmə süxurlarda örtük qırışıqları inkişaf edir. Bünövrə qırışıqları adətən kəskin bucaq uyğunsuzluğu ilə müxtəlif mənşəli daha gec, o cümlədən platforma struktur-formasion kompleksləri ilə örtülür və ya bilavasitə yer səthinə çıxır.
Qırışıqlıq epoxası
Qırışıqlıq epoxası-(rus. эпоха складчатости, ing. folding epoch) qırışıq əmələgəlmə və eləcə də dağəmələgəlmə və qranitoidli in-truziv maqmatizm proseslərinin güclənmə epoxası. Q. e.-da struktur planın əsaslı surətdə yenidən qurul¬ması və qırışıqlıq sistemi və ya vilayətlərin inkişafında müəyyən dönüş baş verir.
Qırışıqlıq fəzası
Qırışıqlıq fəzası(rus. - фаза складчатости, ing. folded phase) -(tektogenez) – uzunmüddətli və fasiləsiz tektonik hərəkətlərin, (xüsusilə qırışıq əmələgəlmənin) nisbətən qısa müddətli sürətlənməsi hadisəsi, qalxma və yuyulma sayəsində yaranan bucaq qeyri-uyğunluğu şəklində öz əksini tapır.

qırışıqlı sözünün leksik mənası və izahı

qırışıqlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

qırışıqlı sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. морщинистый. Qırışıqlı dəri морщинистая кожа, qırışıqlı əllər морщинистые руки, qırışıqlı üz морщинистое лицо 2. складчатый. Qırışıqlı dağlar геол. складчатые горы, qırışıqlı hərəkətlər складчатые движения 3. рифлёный. тех. Qırışıqlı dəmir рифлёное железо, qırışıqlı polad рифлёная сталь

    Azərbaycanca-rusca lüğət / qırışıqlı

qırışıqlı sözünün inglis dilinə tərcüməsi

qırışıqlı sözünün ləzgi dilinə tərcüməsi

"qırışıqlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırışıqlı nədir? #qırışıqlı sözünün mənası #qırışıqlı nə deməkdir? #qırışıqlı sözünün izahı #qırışıqlı sözünün yazılışı #qırışıqlı necə yazılır? #qırışıqlı sözünün düzgün yazılışı #qırışıqlı leksik mənası #qırışıqlı sözünün sinonimi #qırışıqlı sözünün yaxın mənalı sözlər #qırışıqlı sözünün əks mənası #qırışıqlı sözünün etimologiyası #qırışıqlı sözünün orfoqrafiyası #qırışıqlı rusca #qırışıqlı inglisça #qırışıqlı fransızca #qırışıqlı sözünün istifadəsi #sözlük