* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Güc, qüvvət, taqət. Əlinin giri yoxdur. Qolunun giri. – Tüfəngini qaparaq; Yalınayaq çaparaq; Güvənib öz girinə; Qoşdu döyüş yerinə. M.Rahim. □ Girdən düşmək (getmək) – qüvvətdən düşmək, gücdən düşmək, taqəti kəsilmək. [Adil:] Atam cəbhədən tayqılça, qolunun biri də girdən düşmüş halda qayıtdı. B.Bayramov. ◊ Girə düşmək – bax girə keçmək. Kamil usta, oturgilən yerinə; Lovğalanıb düşmə mənim girimə. “Aşıq Qərib”. Özün öz əlinlə düşdün girimə; Haqdan sana bir bəlayəm, sən nəsən? Abdal Valeh. [Mirzə Kərim:] Hərgah mənim dediklərimə əməl olunsaydı, girə də düşməzdin. Ə.Haqverdiyev. Girə keçmək – tora düşmək, tələyə düşmək, ələ keçmək, tutulmaq. [Tağı:] Rəhim xanın adamları indi bizi axtarmamış yer qoymayıblar. Qorxuram yoldaşlarımız girə keçələr. Ə.Haqverdiyev. [Ələmdar] …girə keçən dələduzları buraxdırıb qənimətin yarısını, bəzən də hamısını qamarlayıb götürərdi. S.Rəhimov. Girə salmaq – bax girə vermək. Əcəl səni salıb əcəb bu girə; Sənin də gərdənin keçər zəncirə. Aşıq Həsən. Girə vermək – ələ vermək, tora salmaq. İndi [Hatəmxan ağagil] üçün bu üstüörtülü ədavət pərdəsini yırtmaq – öz əli ilə … onu girə vermək (demək) idi. S.Rəhimov. Girinə gəlmək – əlinə gəlmək. …A kişi, tez özünü yetir … bəlkə heç olmasa o puldan üç il bundan irəli ianə qəsdi ilə yığılan pul qədəri girinə gələr. “Mol. Nəsr.”; // işinə yaramaq. Girinə keçmək – əlinə keçmək (düşmək). [Koroğlu:] Cəfər paşa, get, … bir də girimə keçsən öldürəcəyəm. “Koroğlu”. [Sultan bəy:] Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı. Ü.Hacıbəyov. Səhərdən Salman Rüstəm kişinin girinə keçməmişdi. Hara ayaq basırdı, deyirdilər, elə indicə bu tərəfə getdi. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / gir2 сущ. устар. сила, мочь. Bir işi görməyə giri yoxdur нет мочи сделать что либо; girdən düşmək лишиться сил ◊ girə vermək kimi выдавать, выдать кого; girə keçmək попасть в чьи-л. руки; girə salmaq kimi см. girə vermək; girinə keçmək kimin попадать, попасть в чь и руки; girinə gəlmək kimin доставаться, достаться кому, прийтись на чью долю
Azərbaycanca-rusca lüğət / gir1 [fars.] сущ. гуж, къуват, тӀакь(ат); girdən düşmək (getmək) гужунай аватун, къуватдай аватун, тӀакь атӀун; ** girə düşmək кил. girə keçmək; girə keçmək кӀирина гьатун, туруна гьатун, ракьара гьатун, гъиле гьатун, кьун; girə salmaq кил. girə vermək; girə vermək гъиле гун, кӀирина ттун, туруна ттун; girinə gəlmək гъилиз атун; кардиз атун; girinə keçmək кӀирина гьатун, гъиле гьатун.
Azərbaycanca-ləzgicə lüğəti / gir(Ağdam, Bakı, Quba, Lənkəran, Kürdəmir) güc, qüvvə. – Qucalmışam, hindi lap girdən düşmüşəm (Quba); – Girim olsaydı, birin sənə çəkərdim (Lənkəran)
Azərbaycan dilinin dialektoloji lüğəti.