* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Qəbir, məzar. Atanın goru haqqı (and kimi işlədilir). – Qırxında öyrənən gorunda çalar. (Ata. sözü). [Hümmətəli:] Yox, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. Ü.Hacıbəyov. Hazırlan qətlə, edamə! Əcəb gorun, məzarın var! Ə.Nəzmi. □ Gora getmək – ölmək, basdırılmaq. ◊ Gor qonşusu məc. – çox yaxın qonşular haqqında. [Piti Namaz:] Mənnən nahaq qaçırsan, Bağır dayı. Gor qonşuyusuq, birbirimizə lazımıq biz. İ.Məlikzadə. Gora (goruna) aparmaq – qoruyub saxlamaq, işlətməmək, sərf etməmək (adətən istehza kimi işlənir). Bir sandıq yığmışam, xərcləməyə yer tapmıram. Saxlayıb özümnən gora aparmayacağam ki! M.Hüseyn. Gora başıaşağı getmək – ölərkən özündən yaxşı xatirə qoymamaq, xəcalətli getmək. İndi ömrümün son çağında gora başıaşağı gedirəm. S.Rəhimov. Gora kəfənsiz gedəsən! (getsin!) – qarğış ifadəsi. Meynələrdə qora; İlişdim, düşdüm tora; Səni mənnən eləyən; Kəfənsiz getsin gora. (Bayatı). Goruna od qalansın! – qəbri(n) yansın! (qarğış ifadəsi). Goruna od qalansın; A bu sarsaq kişini əkən dədə! “M.N.lətif.” Baş gora aparmaq – ölmək, ölüb getmək. Bədbəxt, mən o kəsə deyərəm ki, bu beş qara günü ləzzət-damaq ilə keçirib baş gora aparmaya. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / gor2 сущ. 1. устар. могила 2. разг. тот свет ◊ gora getmək отправиться на тот свет; gor qonşusu сосед по гроб жизни, сосед до гроба, вечный сосед; gor əzabı çəkmək испытывать смертельные муки; gora salamat baş aparmayacaq не сносить ему головы; goru varmı ki, kəfəni də olsun kimin ни кола ни двора у кого; bir ayağı burda, bir ayağı gorda одной ногой в могиле (в гробу); goruna and içmək kimin поклясться могилой кого; goruna and vermək kimin заклинать кого могилой кого, чьей; goruna od qalansın! будь он проклят; gorun çatlasın! см. goruna od qalansın! goruna aparmaq унести с собой в могилу; iynə ilə gor qazmaq тянуть лямку; gor yuxusuna getmək заснуть могильным сном; gora girmək лечь, ложиться в могилу; cəhənnəmə-gora ki чёрт с ним (с ней), к чёрту; üzünü gor görsün kimin чтоб сдох(ла) кто
Azərbaycanca-rusca lüğət / gor1 [fars.] сущ. сур; gora getmək суруз фин; ** gor qonşusu пер. сад-садаз гзаф мукьва къуншийрин гьакъинда; gora (goruna) aparmaq суруз тухун, туьтӀуьна, харж тавуна хуьн (мес. пул); gora başıaşağı getmək суруз кьил агъада аваз фин, хажалатлу яз фин, рекьидамаз вичелай са хъсан амал тун тавун; goruna od qalansın! сурук цӀай акатуй! (къаргъиш); baş gora aparmaq кьин, кьена фин.
Azərbaycanca-ləzgicə lüğəti / gor