* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Birağızlı, əyri qılınc; yatağan. Gorda ilə vurmaq. – Qorodovoy börkünü başına basıb, gordası qılçasına dolaşadolaşa yüyürüb getdi… Çəmənzəminli. Nizə və gorda davasında [Qəhrəmanın] başına və üzünə bir neçə zərbə dəydi. Ə.Vəliyev. Pristav … dəstəsi qotazlı gordasını pilləkənə toxundurmasın deyə, əlinə götürmüşdür. Ə.Abasov.
Azərbaycan dilinin izahlı lüğəti / gorda2 Xəncərşəkilli iri bıçaq. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, bir ac qurdam, Çənlibeldə ağır yurdam, Qan çıxardar indi gordam, Tök malını, get, bəzirgan! (“Koroğlunun Bayazid səfəri”) (“Koroğlu-Hümmət”)
Azərbaycan dastanlarının leksikası / gorda2 сущ. ятаган (старинное рубящее и колющее оружие, среднее между саблей и кинжалом, с изогнутым клинком)
Azərbaycanca-rusca lüğət / gorda(Ağdam, Bakı, Cəbrayıl, Cəlilabad, Kəlbəcər, Qarakilsə, Salyan) xəncərşəkilli iri bıçaq. – Vəli gordeynan qoyunun başını kəsdi (Cəbrayıl)
Azərbaycan dilinin dialektoloji lüğəti.