girdab sözü azərbaycan dilində

girdab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • girdab • 84.8485%
  • Girdab • 12.1212%
  • GİRDAB • 3.0303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2018 •••••••••••••• 0.15

girdab sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. bax burulğan 1-ci mənada. …Gah sahil, gah girdab olur məskənim; Nə qədər bəlalı başım var mənim! A.Şaiq. Gah olur ki, cəbhə yarıb ordular basan; Bir igidi kiçik bir çay girdaba salır. S.Vurğun. Sabah qışsız, boransız bir həyat qurulanda; Bu girdabın suları aynatək durulanda… R.Rza. 2. məc. Ağır, qorxulu hal, həyatın keşməkeşi, çıxılmaz vəziyyət. Noldu qəmimə gətirmədin tab; Qorxutdu məgər səni bu girdab? Füzuli. Batıb burulğana itir gözündən; Həyatın da belə girdabları var. O.Sarıvəlli.

    Azərbaycan dilinin izahlı lüğəti

girdab sözünün etimologiyası

  • 1 Farscadır. Əsli girdə ab kimidir. Girdə -“dairəvi, çevrəyə bənzəyən” deməkdir, ab isə “su”. Girdab –“suyun girdə yeri”, yəni “burulğanı”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

girdab sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 GİRDAB Yenədəmi kəndimizi yüz min dərə-təpələrə, yüz min quyulara, girdablara .. mübtəla etmək istəyirsiniz (N.Nərimanov); BURULĞAN De, azmı həyatın qasırğasında; Düşdü burulğana, tufana könlüm? (M.Rahim); GİCO (dan.).

    Azərbaycan dilinin sinonimlər lüğəti

girdab sözünün rus dilinə tərcüməsi

  • 1 1. водоворот, пучина; 2. омут;

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. 1. водоворот: 1) вихревое движение воды в реках, морях и т.п., а также место, где происходит это движение, водоворот. Dərin girdab глубокий водоворот, çay girdabı речной водоворот 2) перен. стремительное, увлекающее за собой движение. Hadisələr girdabı водоворот событий 2. омут: 1) глубокая яма на дне реки, озера, болота 2) перен. обстановка, окружение и т.п., которые увлекают, затягивают человека и могут его погубить. Həyatın girdabı омут жизни 3. пучина: 1) водная глубь, морская бездна. Dəniz girdabı морская пучина 2) глубокий провал в болоте, топь 3) перен. средоточие, скопление чего-л. неприятного. Qayğılar girdabı пучина забот ◊ girdaba düşmək попадать, попасть в омут; ölüm girdabından qurtarmaq вырвать из лап смерти кого

    Azərbaycanca-rusca lüğət

girdab sözünün inglis dilinə tərcüməsi

girdab sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. кил. burulğan 1); 2. пер. уьмуьрдин гзаф залан (четин, кутӀам) рекьер, гзаф кӀеве гьатай, эхкъечӀиз тежер везият.

    Azərbaycanca-ləzgicə lüğəti

girdab sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) burulğan, su burulğanı; 2) m. təhlükəli yer, xatalı yer; 3) m. əziyyət, çətinlik.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"girdab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#girdab nədir? #girdab sözünün mənası #girdab nə deməkdir? #girdab sözünün izahı #girdab sözünün yazılışı #girdab necə yazılır? #girdab sözünün düzgün yazılışı #girdab leksik mənası #girdab sözünün sinonimi #girdab sözünün yaxın mənalı sözlər #girdab sözünün əks mənası #girdab sözünün etimologiyası #girdab sözünün orfoqrafiyası #girdab rusca #girdab inglisça #girdab fransızca #girdab sözünün istifadəsi #sözlük