* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Tərkibində çox duz olan, duzlu. Şor su. Şor pendir. …Görürsünüz ki, Kür suyunun dadı nə acıdır, nə şordur, pis qoxusu var, nə iylidir. C.Məmmədquluzadə. [Kəblə Rəcəb:] Kor da bilir ki, balıq şordur. Ə.Haqverdiyev. Kamil qocanın ortaya qoyduğu çörəklə şor balığı acgözlüklə yeməyə başladı. M.Süleymanov. // Duzlu suya qoyulmuş, şoraba edilmiş, tutulmuş. Şor kələm. Şor xiyar. // Duzu çox düşmüş. Şor xörək. – Çay gec oldumu, xörək isti verildimi, bozbaş bir az şor oldumu, arvad döyüləcəkdi. T.Ş.Simurq. 2. Şoran. Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. S.Vurğun. Şor düzlərə böyük arxlar çəkilib; Toybayramın tamaşası yaxşıdır. Aşıq Əhməd. ◊ Şorunu-şitini çıxartmaq bax şitini (şitini-şorunu) çıxartmaq.
Azərbaycan dilinin izahlı lüğəti / şor2 is. Çürüdülüb süzülmüş ayrandan hazırlanan ağartı (qatı kütlə halında sadə pendir). [Sənəm] pəncərənin qabağında bir süfrə salardı, üstünə çörək, pendir, şor, kərə … qoyardı. E.Sultanov. [Göyçək] ayranı çürüdüb şor elədi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / şor1 Farscadır, duzlu deməkdir. Rus dilindəki сыр (соленый deməkdir) sözü də buradandır və Litva dilində də işlədilir. Bizdə şor yerinə ağrımşıl (ağrımşıq) kəlməsi işlədilib, sonra fars sözü onu işləklikdən məhrum edib. Şora çox duz vurmadıqda tez xarab olur. Adı da (duzlu) buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şor1 ŞOR – ŞİRİN Bu torpağın altında şor sular axır (M.İbrahimov); Şirin aşına zəhər qatma (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / şor1 ŞOR I is. Kəsmik. Bir az cılxa şor, bir eymə də turş qatıq göndərmişdi (Ə.Vəliyev). ŞOR II is. coğr. Qurumuş göllərin yerində əmələ gələn şoranlıq. ŞOR III is. İçində yağ və yumurta olan qoğal. ŞOR IV sif. Duzlu. Kor da bilir, balıq şordur (Ata. sözü).
Azərbaycan dilinin omonimlər lüğəti / şor2 1 I сущ. см. kəsmik; творог (творожный сыр, полученный от свертывания айрана, цельного или снятого, обезжиренного молока.) Motal şoru соленый бурдючный творог, yağlı (üzlü) şor жирный творог, yağsız (üzsüz) şor нежирный творог, bişirilmiş (qaynadılmış) şor отваренный творог, qurudulmuş şor обсушенный творог; şor çürütmək творожить, створожить молоко (превратить в творог) II прил. творожный: 1. относящийся к творогу. Şor suyu творожная вода (сыворотка), животнов. şor kütləsi творожная масса 2. предназначенный для творога. Şor parçı (tayqulpu) творожный ковш 3. приготовленный из творога. Şor pendiri творожный сыр, şor dürməyi лаваш с творогом, свернутый в трубочку 2 прил. 1. солёный: 1) содержащий соль, насыщенный солью. Şor su соленая вода, şor göllər соленые озёра 2) приготовленный впрок с солью, в растворе соли. Şor balıq солёная рыба, şor xiyar солёные огурцы 2. пересолёный. Şor (duzlu) xörək пересоленая еда 3 I сущ. 1. геол. солончаки, шоры (замкнутые бессточные участки пустыни, обычно с глинистым грунтом – образуются в условиях расположения сильно минерализованных грунтовых вод). Dəniz şoru морские шоры, çay şoru речные шоры 2. солонцы (почвы с большим содержанием натрия) II прил. 1. солончаковый (содержащий соли). Şor torpaq солончаковая почва 2. солонцовый (содержащий солонцы) 4 сущ. шор (народное название лекарства от пчелиного укуса) 5 I сущ. шорец, шорка; şorlar шорцы (тюркоязычная народность, живущая в Северном Алтае) II прил. шорский. Şor dili шорский язык
Azərbaycanca-rusca lüğət / şor1 I. i. curd, cottage cheese II. s. salt, salty; ~ su salt water; ~ balıq salt fish; ~ xiyar pickled cucumber; ~ yağ salty butter
Azərbaycanca-ingiliscə lüğət / şor1 is. 1) fromage m blanc ; fromage frais ; 2) salé, -e ; ~ su eau f salée ; ~ balıq poisson m salé
Azərbaycanca-fransızca lüğət / şor1 сущ. шур (ттугъ атӀана куьздамаз амукьдай экъи затӀ, къафун); // шурадин (мес. афар).
Azərbaycanca-ləzgicə lüğəti / şor2 прил. 1. уьцӀуь, уькӀуь (нугъ. чӀуь, цӀуь); (гзаф) кьел квай; şor su уьцӀуь яд; şor pendir уьцӀуь ниси; // кьеле ттур, кьелен це тур, цик кутур; şor xiyar уьцӀуь афнияр; 2. кьел квай, шуьрекат (ччил, накьв); ** şorunu-şitini çıxartmaq кил. şit (şitini, şitini-şorunu çıxartmaq).
Azərbaycanca-ləzgicə lüğəti / şorI (Lənkəran) sığırçın. – Bu gün nə yaxşı şor tutmağ olar II (Göyçay, Şamaxı) içinə yağ, yumurta, şor və s. doldurulmuş yağlı qoğal. – Anam təzə təndirimizzə şor bişirdi biziyçün (Şamaxı)
Azərbaycan dilinin dialektoloji lüğəti.