şoq sözü azərbaycan dilində

şoq

Yazılış

  • şoq • 88.8889%
  • Şoq • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adəm Şoqensukov
Adəm Şoqensukov (31 avqust (13 sentyabr) 1916, Baksan, Terek vilayəti – 5 may 1995, Baksan, Kabardin-Balkariya) — Kabardin şairi, nasir, dramaturq və publisist. Kabardin-Balkar MSSR xalq şairi (1969). Əsərlərini Kabardin və rus dillərində yazmışdır. == Bioqrafiyası == Adəm Şoqentsukov 1916-cı il avqustun 31-də Rusiya İmperiyasının Terek vilayətinin Nalçik dairəsinin Kuçmazukino (indiki Baksan şəhəri) kəndində anadan olmuşdur. İbtidai kənd məktəbində təhsil alır. 1940-cı ildə Kabardin-Balkar Universitetinin dil və ədəbiyyat fakültəsini bitirir. O, 1938-ci ildə ilk əsərlərini nəşr etdirir. 1939-cu ildə şeirlər silsiləsinə SSRİ Yazıçılar İttifaqına qəbul olunur. 1941-ci ilin noyabrından müharibənin sonuna kimi Adəm Şoqensukov Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, Qafqazdan Praqa, Budapeşt və Vyanaya yürüş etmişdir. Tərxis olunduqdan sonra Adəm Şoqentsukov Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Aşikaqa şoqunatı
Aşikaqa şoqunatı – Yaponiyada mövcud olmuş şoqunat. == Ümumi məlumat == Minamoto dövrü (1192—1333)ndən sonra gələn yapon şoqunatının ikinci böyük mərhələsi Aşikaqa şoqunatı kimi tanınır. O iki yüz ildən çox davam edib. Sülalənin əsasını qoyan Aşikaqa Takauci şoqunun qərargahını Kamakuradan, yenidən Yaponiyanın paytaxtı olan Kyotoya keçirdi. Şoqun sarayı Kyotonun rayonlarından biri Muromatidə yerləşirdi. Bu mərhələnin adı da burdan yaranıb- "Muromati mərhələsi". == Xüsusiyətləri == Aşikaqa mərhələsi yapon şoqunat tarixində san ki ara dövrü vəziyətini tutur. Yapon şoqunatının başlanğıc dövrü ilə onun son dövrü arasında bir növ körpü olaraq, onu fərqləndirən cəhət odur ki, bu mərhələdə(XIV-ci əsrin ortasından XVI-ci əsrin ikinci yarısına qədər) ölkənin sosial-siyasi və iqtisadi həyatı durğunluq dövrü yaşayır.Ancaq XVI-cı əsrin ikinci yarısı mərhələsi istisna təşkil edir. Bu zaman hadisələr çox sürətlə cərəyan edirdi. Əslində bu dövrü ancaq şərti olaraq Aşikaqa dövrünə aid etmək olar: həmin vaxta qədər Aşikaqa evindən olan şoqunlar artıq demək olar ki hakimiyəti tamamilə itirmişdilər.
Aşikaqa şoqunluğu

Tokuqava şoqunatı
Tokuqava şoqunatı – Yaponiyada mövcud olmuş şoqunat. == Tarixi == Yaponiyanı XVIII əsrin başlanğıcından Tokuqava nəsli idarə edirdi. XIX əsrin 50-60-cı illərində Yaponiya özünütəcrid siyasətindən əl çəkməyə məcbur oldu. Ölkədə 1868-ci ildə inqilab baş verdi. Nəticədə mütləq monarxiya burjua-mülkədar monarxiyasına çevrildi. 1868-ci il inqilabından sonra sənaye sürətlə inkişaf etdi. Yaponiyanın səciyyəvi xüsusiyyəti ölkədə Qərbi Avropa və ABŞ-nin elmi-texniki nailiyyətlərindən istifadə etməklə sürətli sənaye çevrilişinin baş verməsi idi.
Tokuqava şoqunluğu

Çaba Şoqor
Çaba Sogor (12 may 1964) — Macarıstan azlığı təmsil edən Rumıniya siyasətçisidir. Hal-hazırda Sogor Avropa Xalq Partiyasının (EPP) adından Avropa Parlamentinin üzvüdür. O, həmçinin Rumıniyada Macarlar Demokratik İttifaqının üzvüdür. == Təhsil == O, 1983-cü ildən 1988-ci ilədək Cluj Universitetinin teologiya fakultəsində təhsil almışdır. Sogor həmçinin Sürix və Bazel universitetlərindən teologiya üzrə magistr dərəcəsi almışdır. Macar və Rumın dilləri ilə yanaşı, o, Alman və İngilis dillərini mükəmməl bilir və Fransız dilini başa düşür. == Peşəkar karyera == O, 1990-cı ildən Rumıniya Macarları Demokrat İttifaqının üzvü kimi öz siyasi fəaliyyətini başlamışdır. 1995-ci ildən o, İttifaq Nümayəndələrinin üzvüdür. Bu partiyanın üzvü kimi o, Cluj Konqressinə ilk dəfə seçilmişdir. Sogor həmçinin 1988-ci ildən 1999-cu ilə qədər Rumıniyada Ciceu islahatlar kilsəsində pastor kimi xidmət göstərmişdir.
Şoqan
Şoqan — İranın Şimali Xorasan ostanının Cacərm şəhristanının Colgə Şoqan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 628 ailədən ibarət idi.
Şoqo Kamo
Şoqo Kamo (12 dekabr 1915 - 14 sentyabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şoqo Taniquçi
Şoqo Taniquçi (15 iyul 1991, Kumamoto) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şoqoro Tsuboy
Şoqoro Tsuboy (坪井正五郎, Tsuboy Şoqoro, 22 fevral 1863, Edo[d] – 26 may 1913, Sankt-Peterburq) – Yaponiya arxeoloqu və fiziki antropoloqu. == Həyatı == Şoqoro Tsuboy 1863-cü ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. 1884-cü ildə Tokio Universitetində zoologiya üzrə bakalavr təhsili alarkən Şozo Arisaka ilə birlikdə Mukoqaoka qabıq təpəsində qazıntı işləri aparmış və Yayoy dulusçuluğunun ilk nümunələrini kəşf etmişdir.O, 1884-cü ildə Antropologiya Assosiasiyasının əsasını qoymuşdur. Tokio Universitetindən antropologiya üzrə məzun olduqdan sonra 1889–92-ci illərdə Britaniya və Fransada təhsil almışdır. Qayıtdıqdan sonra 1893-cü ildə Tokio Universitetində antropologiya üzrə ilk kursları təşkil etmişdir. Ryuzo Torii 1892-ci ildə Tsuboyun tələbəsi olmuşdur.Tsuboy yaponların mənşəyi haqqında irəli sürdüyü nəzəriyyələrə görə tanınır. Məsələn, onun nəzəriyyəsinə görə aynu mifologiyasındakı koropokkurular arxipelaqın ilk sakinlərini təmsil edirlər. O, Koqoişi strukturları haqqında nəzəriyyələr də vermişdir. Lakin onun nəzəriyyələri daha sonra qüvvədən düşmüşdür. Tsuboy yokoanalarda və qabıq təpələrində apardığı qazıntı işləri haqqında ətraflı hesabatlar yazmışdır.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. == Tarixi == "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.

"şoq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şoq nədir? #şoq sözünün mənası #şoq nə deməkdir? #şoq sözünün izahı #şoq sözünün yazılışı #şoq necə yazılır? #şoq sözünün düzgün yazılışı #şoq leksik mənası #şoq sözünün sinonimi #şoq sözünün yaxın mənalı sözlər #şoq sözünün əks mənası #şoq sözünün etimologiyası #şoq sözünün orfoqrafiyası #şoq rusca #şoq inglisça #şoq fransızca #şoq sözünün istifadəsi #sözlük