Quşarmuduyarpaq sorbariya
Quşarmuduyarpaq sorbariya (lat. Sorbaria sorbifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sorbariya cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Asiyanın mülayim zolaqlarını, Koreyanı, Yaponıya adalarını, Xokkaydonu, Xonsyunu, Çin əyalətlərini, Orta Asiyanın şimalını, Cənubi Uralı, Sibiri, Uzaq Şərqi və Saxalini əhatə edir. Avropanın və Şimali Amerikanın bir çox yerlərinə introduksiya olunmuşdur.
== Botaniki təsviri ==
3 metr hündürlüyü olan, budaqları dik duran koldur. Yarpaqları təkləkvari, 25 sm uzunluğunda, 9-13 yarpaqcıqlardan ibarətdir. Yarpaqları erkən yazda açılarkən narıncı, yayda açıq-yaşıl, payızda-oktyabr ayında tökülərkən sarı və yaxud qırmızı rəng alır. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri ağ, ətirili, iri pramidal, 25 sm uzunluğu olan süpürgəvari çiçək qrupunda yerləşir. Çiçək qrupları-uzunluğu 25 sm-dək olan, piramidal süpürgələrdir.