SSR sözü azərbaycan dilində

SSR

Yazılış

  • SSR • 99.7895%
  • ssr • 0.1403%
  • SSr • 0.0702%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan SSR
Gürcüstan Sovet Sosialist Respublikası (gürc. საქართველოს საბჭოთა სოციალისტური რესპუბლიკა) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 25 fevral 1921-ci ildə təşkil olunmuşdur. 1921-1936-cı illərdə rəsmi adı Gürcüstan Sosialist Sovet Respublikası idi. 25 fevral 1921-ci ildə yaradılmışdır. 1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibində olmuşdur. Yeganə və hakim partiya Gürcüstan Kommunist Partiyasıdır. Gürcüstan Sovet Sosialist Respublikası Zaqafqaziyanın şimal-qərb hissəsində yerləşirdi. Qonşu respublikalar bunlar idi: şimalda RSFSR, şərqdə və cənub-şərqdə Azərbaycan Sovet Sosialist Respublikası, cənubda Ermənistan SSR. Respublikanın Türkiyə ilə həmsərhəd ərazisi də var idi 1990-cı il noyabrın 14-də Gürcüstan SSR Ali Soveti müstəqil Gürcüstan Demokratik Respublikasının bərpasına qədər keçid dövrü elan etdi və bununla əlaqədar olaraq respublikanın adını Gürcüstan Respublikası adlandırdı. 1991-ci il martın 31-də Gürcüstanın dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi və nəticədə 1991-ci il aprelin 9-da Zviad Qamsaxurdiyanın başçılıq etdiyi Gürcüstan Ali Soveti SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi.
Latviya SSR
Latviya SSR (latış. Latvijas Padomju Sociālistiskā Republika‎) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 21 iyul 1940-cı ildə təşkil olunmuşdur.
Litva SSR
Litva Sovet Sosialist Respublikası (lit. Lietuvos Tarybų Socialistinė Respublika, Lietuvos TSR) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq respublikasından biri. 21 iyul 1940-cı ildə təşkil olunmuşdur.
Moldaviya SSR
Moldova Sovet Sosialist Respublikası və ya Moldaviya Sovet Sosialist Respublikası (mold. Република Советикэ Сочиалистэ Молдовеняскэ, Republika Sovetike Soçialiste Moldovenyaske) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2 avqust 1940-cı ildə təşkil olunmuşdur.
Moldova SSR
Moldova Sovet Sosialist Respublikası və ya Moldaviya Sovet Sosialist Respublikası (mold. Република Советикэ Сочиалистэ Молдовеняскэ, Republika Sovetike Soçialiste Moldovenyaske) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2 avqust 1940-cı ildə təşkil olunmuşdur.
Azərbaycan SSR
Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika) — Cənubi Qafqazın şərq hissəsində sosialist dövlət. 1920–1922-ci illərdə formal müstəqil, 1922–1936-cı illərdə ZSFSR tərkibində SSRİ-nin, 1936–1991-ci illərdə isə birbaşa SSRİ-nin ittifaq dövləti olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab Komitəsinə və Azərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi.
Belarusiya SSR
Belorusiya Sovet Sosialist Respublikası (belar. Беларуская Савецкая Сацыялістычная Рэспубліка) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Belorusiya SSR
Belorusiya Sovet Sosialist Respublikası (belar. Беларуская Савецкая Сацыялістычная Рэспубліка) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Ermənistan SSR
Ermənistan SSR (erm. Հայկական Խորհրդային Սոցիալիստական Հանրապետություն) — Ermənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 29 noyabr 1920-ci ildə təşkil olunmuşdur. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub. == Tarix == Ermənistan SSR-i əsasən İrəvan quberniyasına, qismən Yelizavetpol quberniyasına, Tiflis quberniyasına və Qars vilayətinə daxil olan ərazilər hesabına yaradılıb. Erməni müəllif Bədəlyanın 1953-cü ildə İrəvanda nəşr edilən "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı kitabının 51-ci səhifəsində verilən məlumatlara əsasən 1886-cı ildə aparılmış kameral sayımın nəticələri və həmin tarix üçün inzibati-ərazi bölgüsü nəzərə alınarsa ərazi olaraq İrəvan quberniyasının İrəvan qəzasının 90,40%-i, Aleksandropol qəzasının 100,00%-i, Yeni Bəyazid qəzasının 100,00%-i, Eçmiədzin qəzasının 100,00%-i, Şərur-Dərələyəz qəzasının Dərələyəz şöbəsi 100,00%-i, Naxçıvan qəzasının 5,40%-i, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 59,60%-i, Qazax qəzasının 44,50%-i, Tiflis quberniyasının Borçalı qəzasının 35,30%-i, Qars vilayətinin Qars dairəsinin 14,70%-i Ermənistan SSR-in tərkibinə daxil olmuşdur.
Estoniya SSR
Estoniya SSR (est. Eesti Nõukogude Sotsialistlik Vabariik) — Estoniya Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Qazaxıstan SSR
Qazaxıstan Sovet Sosialist Respublikası (qaz. Қазақ Советтік Социалистік Республикасы) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq dövlətindən biri. 5 dekabr 1936-cı ildə təşkil olunmuşdur. 2.717.300 kvatrat kilometr (1.049.200 mil) ərazisi ilə Rusiya Sovet Sosialist Respublikasından sonra SSRİ-nin ən böyük ikinci Respublikasıdır. Paytaxtı Almatı olmuşdur. Bu gün Mərkəzi Asiyada müstəqil dövlətdir.
Qırğızıstan SSR
Qırğızıstan Sovet Sosialist Respublikası (qırğ. Кыргыз Советтик Социалисттик Республикасы Kirgiz Sovettik Sotsialisttik Respublikasi; rus. Киргизская Советская Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq respublikasından biri idi. 14 oktyabr 1924-cü ildə təşkil olunmuşdur.
SSR İttifaqı
SSRİ (rus. СССР), və ya rəsmi adı ilə Sovet Sosialist Respublikaları İttifaqı (rus. Союз Советских Социалистических Республик), yaxud qısaca Sovet İttifaqı (rus. Советский Союз) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur.
Tacikistan SSR
Tacikistan Sovet Sosialist Respublikası (tac. Республикаи Советии Сотсиалистии Тоҷикистон) — Sovet İttifaqı respublikalarından biri. 16 oktyabr 1929-cu il tarixindən 9 sentyabr 1991-ci il tarixinədək mövcud olmuşdur.
Türkmənistan SSR
Türkmənistan SSR (türkm. Түркменистан Совет Социалистик Республикасы) — Türkmənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Ukrayna SSR
Ukrayna SSR (ukr. Українська Радянська Соціалістична Республіка, УРСР) — Ukrayna Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. == Ümumi məlumat == Ukrayna SSR 1917 il dekabrın 25-də təşkil edilmişdir. 1922 il dekabrın 30-dan SSRİ-nin tərkibində olub. == Dövlət quruluşu == Ukrayna SSR fəhlə, kəndli və ziyalıların sosialist dövləti, müttəfiq sovet sosialist respublikasıdır. Qüvvədə olan Konstitusiyası 1978 il aprelin 20-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Ukrayna SSR Ali Sovetidir. Ali Sovet respublikası hökumətini Nazirlər Sovetini təşkil edir və qanunlar verir.
Özbəkistan SSR
Özbəkistan Sovet Sosialist Respublikası, Özbəkistan SSR (özb. Ўзбекистон Совет Социалистик Республикаси) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 27 oktyabr 1924-cü ildə təşkil olunmuşdur. Özbəkistan Sovet Sosialist Respublikası, qısaca olaraq Özbəkistan SSR və ÖzSSR, Sovet Özbəkistanı da adlanır, Sovet İttifaqının müttəfiq respublikalarından biri olan sovet respublikasıdır. 1924-cü il oktyabrın 27-də SSRİ-də qondarma milli-ərazi demarkasiyası nəticəsində yaranıb.] SSRİ Sovetlərinin 3-cü Qurultayının 13 may 1925-ci il tarixli Sovet Sosialist Respublikaları İttifaqının yaradılması haqqında Müqavilə Özbəkistan SSR-ə də şamil edildi. 1991-ci il sentyabrın 1-də ÖzSSR SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi və Özbəkistan Respublikasına çevrildi. Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Tacikistan SSR, Əfqanıstanla həmsərhəddir. == Yaranması == 1924-cü il inzibati-ərazi islahatı nəticəsində Xarəzm Sovet Sosialist Respublikası, Buxara Sovet Sosialist Respublikası ləğv edildi və onların ərazisində, habelə RSFSR-in tərkibində olan keçmiş Türküstan MSSR ərazisində iki yeni ittifaq respublikası - Türkmənistan SSR və Özbəkistan SSR yarandı. Özbəkistan SSR-in tərkibinə Buxara SSR-nin böyük hissəsi, Xarəzm SSR, habelə Səmərqənd vilayəti, Fərqanə vilayətinin böyük hissəsi və Türküstan MSSR Sırdərya vilayətinin Daşkənd rayonunun əraziləri qatıldı. Eyni zamanda, Özbəkistan SSR-in cənub hissəsində Tacikistan MSSR yarandı.
Azərbaycan SSR EA
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
Azərbaycan SSR XKS
Azərbaycan SSR Xalq Komissarları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasının ali icraedici hakimiyyət orqanı. == Tərkibi == 1920-ci il aprel ayının 28-də Azərbaycan SSR İnqilab Komitəsi yeni hökumətin — Azərbaycan SSR Xalq Komissarları Sovetinin aşağıdakı tərkibini təsdiq etdi: Nəriman Nərimanov — XKŞ-nin sədri və xalq xarici işlər komissarı; Çingiz İldırım — xalq hərbi-dəniz işləri komissarı; Möhsün İsrafilbəyov — xalq hərbi-dəniz işləri kommisarlığı siyasi idarəsinin rəisi. Həmid Sultanov — xalq daxili işlər komissarı; Əliheydər Qarayev — xalq əmək və ədliyyə komissarı; Qəzənfər Musabəyov — xalq kənd təsərrüfatı, ticarət, sənaye və ərzaq komissarı; Mirzə Davud Hüseynov — xalq maliyyə komissarı; Nəsir Tağıyev - xalq maliyyə komissarının müavini; Səməd ağa Ağamalıoğlu — xalq əkinçilik komissarı; Dadaş Bünyadzadə — xalq torpaq və xalq fəhlə-kəndli müfəttişliyi komissarı; Cəmil bəy Vəzirov — xalq poçt, teleqraf və yollar komissarı; Abid Alimov — xalq səhiyyə və himayə komissarı; Ağahüseyn Kazımov - xalq səhiyyə və himayədarlıq komissarının müavini. Bu, Azərbaycanın sovet hökumətinin ilk kabineti idi. 1920-ci ilin avqustunda isə Kiçik Xalq Komissarları Soveti yaradıldı. Onun əsas vəzifəsi Azərbaycan SSR İnqilab Komitəsinin səlahiyyətinə aid olan məsələləri ətraflı müzakirə etmək və hazırlamaq idi. Xalq komissarlarının hamısı, Xalq Təsərrüfatı şurasının və Fövqəladə Komissiyasının, Hərbi İnqilabi Səhra Tribunalının nümayəndələri Kiçik Xalq Komissarları Sovetinin üzvü idilər. 1 may 1920-ci il tarixində müstəqil xalq kənd təsərrüfatı komissarlığı yaradıldı və bu vəzifə Səməd ağa Ağamalıoğluna tapşırıldı. Həmçinin Xalq Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Ərzaq Komissarlığının bazasında Xalq Neft Sənayesi və Dəniz Donanması Komissarlığı və Xalq Ərzaq Komissarlığı təsis edildi. 5 may 1920-ci ildə Qəzənfər Musabəyov xalq ərzaq komissarı təyin edildi.
Azərbaycan SSR iqtisadiyyatı
Azərbaycan SSR iqtisadiyyatı — Azərbaycan SSR ərazisində formalaşmış, SSRİ iqtisadiyyatının bir parçası. Azərbaycan SSR iqtisadiyyatı Zaqafqaziya iqtisadi rayonuna daxil idi. == Sənaye == Əsas aparıcı sənaye sahələri: Neft Qaz Kimya Maşınqayırma və metaləritmə Yüngül Yeyinti Azərbaycan SSRi məkanında ən qədim neft və qaz çıxarılma rayonu olmuşdur. Neft və qaz əsasən Abşeron yarımadası, Kür-Araz ovalığı və dəniz sahələrində çıxarılırdı. Neftayırma sahəsi əsasən Bakıda cəmləşmişdi. Respublikanın Daşkəsən rayonunda dəmir filizi, alunit çıxarılırdı. Respublika iqtisadiyyatına tələb olunan elektrik enerjisinin 90 % İstilik Elektrik Stansiyaları ödəyirdi. İri elektrik stansiyaları:Azəırbaycan İstilik Elektrik Stansiyası, Əli-Bayramlı İstilik Elektrik stansiyası. Mingəçevir SES isə ən iri SES stansiya idi. Metallurgiya sənayesi isə əsasən Sumqayıt və Kirovabadda cəmləşmişdi.
Azərbaycan SSR tarixi
Azərbaycan SSR tarixi — Azərbaycanın 1920–1991-ci illəri əhatə edən tarixi. 28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi. 1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər. 3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
Azərbaycan SSR MİK
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (Azərbaycan SSR MİK) — 1921–1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunverici, sərəncamverici və nəzarətedici orqanı. == Tarixi == Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk tərkibi 1921-ci ilin may ayında Birinci Ümum-Azərbaycan Sovetlər qurultayında seçilmişdir. İlk sədri Muxtar Hacıyev olmuşdur. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, respublika hökumətinin verdiyi qanun layihələrinə baxaraq təsdiq edirdi. Respublikanın siyasi və ictimai həyatının ümumi normaları, respublika büdcəsi mütləq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində müzakirə və təsdiq olunurdu. Komitə sovetlər qurultayları qarşısında məsul idi və ona hesabat verirdi. Komitənin sessiyaları iki ayda bir dəfə çağırılırdı və sessiyalararası dövrdə onun funksiyalarını Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həyata keçirirdi. 1937-ci il Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmışdır.
Azərbaycan SSR dövründə
Azərbaycan SSR hakimiyyətində
Azərbaycanda SSR tarixi
Gürcüstan SSR-in himni
== Sözləri ==
Gürcüstan SSR-nin himni
== Sözləri ==
Gürcüstan SSR Elmlər Akademiyası
Gürcüstan Milli Elmlər Akademiyası (GMEA) (gürc. საქართველოს მეცნიერებათა ეროვნული აკადემია) Gürcüstanın elmini öyrənən bir cəmiyyətidir. 1990-cı ilin noyabr ayına qədər Gürcüstan SSR Elmlər Akademiyası adlandırıldı. Akademiya Gürcüstanda elmi tədqiqat işlərini əlaqələndirir və xarici ölkələrin akademiyaları və elmi mərkəzləri ilə əlaqələri inkişaf etdirir. == Tarixi == GMEA 1941-ci ilin fevral ayında Tiflisdə yaradıldı. Akademiyanın qurucusu akademikləri Giorgi Akhvlediani (dilçilik), İvane Beritaşvili (fiziologiya), Arnold Çikobava (İbero-Qafqaz dilləri), Giorgi Chubinashvili (incəsənət), Simon Janashia (tarix), Alexander Janelidze (geologiya), Korneli Kekelidze (filologiya), Niko Ketsxoveli (botanika), Tarasi Kvaratsxeliya (subtropik mədəniyyətlər), Niko Muskhelishvili (riyaziyyat, mexanika; Akademiyanın ilk prezidenti), İlia Vekua (riyaziyyat; Akademiyanın ikinci prezidenti), Akaki Shanidze (dilçilik), Alexander Tvalchrelidze (mineralogiya), Dimitri Uznadze (psixologiya), Kiriak Zavriev (konstruktiv mexanika) və Philip Zaitsev (zoologiya) idi. Akademiyanın digər görkəmli üzvləri arasında Ekvtime Takaişvili (tarix), Şalva Nutsubidze (fəlsəfə), Giorgi Sereteli (şərqşünaslıq), Simon Kauxchishvili (klassik filologiya), Konstantine Gamsaxurdia (ədəbiyyat), Giorgi Melikishvili (tarix), Nikoloz Berdzenishvili (tarix)., Revaz Dogonadze (fizika), Malxaz Abdushelishvili (antropologiya), Guram Mchedlidze (paleobiologiya) və Levan Chilashvili (arxeologiya) var idi. == Mövcud üzvlər == Bu gün Akademiyanın üzvləri arasında tanınmış elm adamları Tamaz Qamkrelidze (dilçilik), David Muskhelishvili (tarix), Revaz Qamkrelidze (riyaziyyat), Simon Xeçinaşvili (med.), George Nakhutsrishvili (botanika), Vladimer Papava (iqtisadiyyat), David Lordkipanidze (paleeoantropologiya) və s. var. Gürcüstan Milli Elmlər Akademiyasının prezidentləri: Niko Muskhelishvili (1941–1972), İlia Vekua (1972–1977), Yevgeni Xaradze (1977–1986), Albert Tavxelidze (1986–2005) və Tamaz V. Gamkrelidze (2005–2013).
Gürcüstan SSR xalq artisti
Gürcüstan SSR xalq artisti — Gürcüstan SSR xalq artisti adı 27 may 1936-cı ildə təsis olunmuşdur.
Gürcüstan SSR xalq artistlərinin siyahısı
== 1920-ci illər == === 1929 === Dmitri Arakişvili == 1940-cı illər == === 1943 === Veriko Ancaparidze == 1960-cı illər == === 1965 === Leyla Abaşidze === 1966 === Tengiz Abuladze == ? ==
Kişilər arasında rus daması üzrə SSRİ çempionatı 1988
Kişilər arasında rus daması üzrə 48-ci SSRİ çempionatı 1988-ci ilin oktyabrında, Bakı şəhərinin mərkəzi sayılan Beş Mərtəbə adlanan yerin yaxınlığında, yenicə açılan respublika şahmat mərkəzində keçirilmişdir. Yarışma iki mərhələdə aparılırdı. Birinci mərhələ 10–20 oktyabr aralığında 32 damaçının iştirakı ilə keçirilmişdir. İsveçrə sistemi üzrə 9- yur keşirilmişdir. İkinci mərhələ 21–30 oktyabr aralığında dairəvi sistem üzrə keçirilmişdir. Bu mərhələdə 10 qrosmeyster və 2 master iştirak edirdi. Birinci və ikinci yerləri moskvalı Nikolay Abasıyev və kiyevli Mixayil Raxunov, bürünc medalı isə mariyampoleli Arunas Norvayşas tutmuşdur. == Yarış cədvəli == == Ədəbiyyat == Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Klassik güləş üzrə SSRİ çempionatı 1938
IX Klassik güləş üzrə SSRİ çempionatı 1938-ci ilin 24 — 26 noyabr aralığında Sevastopolda, 1 — 3 dekabr aralığında Bakıda, 6 — 8 dekabr aralığında Leninqrad baş tutmuş yarışma. == Medalçılar == == Ədəbiyyat == Всё о спорте: Справочник Т. 1, 2-е издание / Сост. А. А. Добров. — М.: Физкультура и спорт, 1978; Спортивная борьба: Справочник / Сост. Б. М. Чесноков — М.: Физкультура и спорт, 1954.
Klassik güləş üzrə SSRİ çempionatı 1941
XII Klassik güləş üzrə SSRİ çempionatı 1941-ci ilin 10 — 12 may aralığında Bakıda (yarım yüngül) və Leninqradda (yarım ağır), 17 — 19 may aralığında Kiyevdə, 26 — 29 may aralığında Lvovda (ən yüngül), 7 — 9 iyun aralığında Nijni Novqorodda (yüngül), 15 — 17 iyun aralığında Kazanda (yarım orta) baş tutmuş yarışma. 5–7 iyul tarixlərində isə Böyük Vətən müharibəsi ilə əlaqədar keçirilməmişdir. == Medalçılar == == Ədəbiyyat == Всё о спорте: Справочник Т. 1, 2-е издание / Сост. А. А. Добров. — М.: Физкультура и спорт, 1978; Спортивная борьба: Справочник / Сост. Б. М. Чесноков — М.: Физкультура и спорт, 1954.
Latviya SSR-in himni
== Sözləri == == Status == Himn 1990-cı ildə öz statusunu itirib Müasir Latviyada himndən açıq şəkildə istifadə etmək qadağandır.
Latviya SSR-nin himni
== Sözləri == == Status == Himn 1990-cı ildə öz statusunu itirib Müasir Latviyada himndən açıq şəkildə istifadə etmək qadağandır.
Litva SSR-in himni
== Tarixi == Litva SSRİ-nin tərkibinə daxil olandan sonra 1940-1941 və 1944-1950-ci illərdə himn kimi "İnternasional"dan istifadə edilirdi. İ.V.Stalinin şəxsiyyət kultunun ləğv olunması kampaniyası zamanı himnin ikinci bəndi - Stalin haqqında misralar şair Vasis Reymerisin mətniylə əvəzlənmişdir.
Litva SSR-nin himni
== Tarixi == Litva SSRİ-nin tərkibinə daxil olandan sonra 1940-1941 və 1944-1950-ci illərdə himn kimi "İnternasional"dan istifadə edilirdi. İ.V.Stalinin şəxsiyyət kultunun ləğv olunması kampaniyası zamanı himnin ikinci bəndi - Stalin haqqında misralar şair Vasis Reymerisin mətniylə əvəzlənmişdir.
Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı
Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı (azərb-kiril. Мирзә Фәтәли Ахундов адына Азәрбајҹан ССР Дөвләт мүкафаты) — Azərbaycan SSR-də ədəbiyyat və incəsənətin müxtəlif sahələrində fərqlənən əsərlərə görə Azərbaycan SSR Nazirlər Soveti tərəfindən iki ildən bir verilən mükafat. == Haqqında == Mükafat Azərbaycan SSR-də bədii ədəbiyyat, musiqi, teatr, təsviri sənət, kino incəsənəti və jurnalistika sahələrində nəzərə çarpan əsərlərin təşviqi məqsədilə 15 dekabr 1964-cü ildə təsis olunmuşdur. Mükafata layiq görülən şəxslərə "Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı" adı, döş nişanı, diplom və 2500 manat məbləğində pul mükafatı verilirdi. Mükafat M. F. Axundov adına Mükafatlandırma Komitəsinin təqdimatına əsasən Azərbaycan SSR Nazirlər Soveti tərəfindən iki ildə bir dəfə, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu gündə verilirdi. Mükafatı almaq üçün irəli sürülən namizədlərin və əsərlərin siyahısı iki ay əvvəldən Azərbaycan SSR mətbuatında dərc olunurdu. 1970-ci ildə Azərbaycan SSR Dövlət mükafatının təsis edilməsindən sonra mükafat ləğv olunmuşdur. == Əsasnaməsi == M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı haqqında əsasnamə 15 dekabr 1964-cü ildə qəbul olunmuşdur. Əsasnamədə deyilir: Azərbaycan Sovet sosialist mədəniyyətini, xüsusilə bədii əsəbiyyatı, musiqini, teatr və təsviri incəsənəti, kinematoqrafiya və jurnalistikanı daha da inkişaf etdirmək məqsədilə respublikanın daha çox fərqlənən və əsərləri partiyanın və xalqın yüksək tələbatını ödəyən yaradıcı işçiləri həvəsləndirmək üçün Azərbaycan SSR hökuməti görkəmli mütəfəkkir, filosof və dramaturq Mirzə Fətəli Axundov adına üç mükafat təsis etmişdir: 1. M. F. Axundov adına respublika mükafatları iki ildə bir dəfə Azərbaycan sovet ədəbiyyatı, musiqisi, teatr, təsviri və kino incəsənəti sahəsində yüksək ideya-bədii əhəmiyyəti olan, mükafatlar verilən vaxta kimi ən azı yarım il qabaq geniş ictimaiyyət tərəfindən bəyənilmiş daha görkəmli əsərlər üçün verilir.
Moldova SSR-in himni
Moldova SSR-in dövlət himni (mold. Имнул де Стат ал РСС Молдовенешть; rum. Imnul de Stat al RSS Moldovenești; rus. Гимн Молдавской ССР, Gimn Moldavskoj SSR) — 1945–1991-ci illərdə Moldova SSR-in dövlət himni.
Moldova SSR-nin himni
Moldova SSR-in dövlət himni (mold. Имнул де Стат ал РСС Молдовенешть; rum. Imnul de Stat al RSS Moldovenești; rus. Гимн Молдавской ССР, Gimn Moldavskoj SSR) — 1945–1991-ci illərdə Moldova SSR-in dövlət himni.
Molodoy kommunist (jurnal, SSRİ)
Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunist və Molodoy bolşevik — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı. == Tarixi == 1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Molodoy kommunist // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Naxçıvan MSSR-in SSRİ-dən çıxması
Naxçıvan MSSR-in SSRİ-dən çıxması — 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub. == Tarixçə == Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.
Ordu generalı (SSRİ)
Ordu generalı — SSRİ-də Ali hərbi rütbə. SSRİ-də bu rütbəni ilk dəfə Georgi Jukov alıb. == SSRİ ordu generalları == 1. Georgi Jukov 2. Kirill Meretskov 3. İvan Tyulenov 4. İosif Apanasenko 5. Dmitri Pavlov 6. Nikolay Vatutin 7. Rodion Malinovski 8.
Pavilyon “Azərbaycan SSR” (Moskva)
"Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər. Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi.
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı 1963
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı —1963-cü ildə keçirilən Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı SSRİ-nin qadınlar arasında şahmat üzrə yeddinci çempionatıdır. Noyabrın 15-dən dekabrın 15-dək Bakıda keçirildi. Çempionat eyni vaxtda FİDE bölgə turnirində keçirildi. Turnirdə iştirak etmək hüququ Ranniku, Zatulovskaya və Kuşnir qazandı.

"ssr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ssr nədir? #ssr sözünün mənası #ssr nə deməkdir? #ssr sözünün izahı #ssr sözünün yazılışı #ssr necə yazılır? #ssr sözünün düzgün yazılışı #ssr leksik mənası #ssr sözünün sinonimi #ssr sözünün yaxın mənalı sözlər #ssr sözünün əks mənası #ssr sözünün etimologiyası #ssr sözünün orfoqrafiyası #ssr rusca #ssr inglisça #ssr fransızca #ssr sözünün istifadəsi #sözlük