* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Üz, sifət, üz-göz. Bir onun sir-sifətinə bax. Sir-sifəti qızarmaq. – [Səfdərin arvadı:] Sir-sifətlərini boyamaq [Zivərgilin] heç yadlarından çıxmır. S.Vəliyev. Səməd diqqətlə … nə sir-sifətində, nə də xasiyyətində heç bir dəyişiklik olmayan Yusifə baxdı. İ.Hüseynov. // Üzün ifadəsi. Sir-sifətindən görünür… Sir-sifətindən bəllidir… – [Hacı Bayram:] Sir-sifətindən kamallı oğlana oxşayırdı. Ə.Haqverdiyev. ◊ Sir-sifətini turşutmaq (yığmaq) – bax qaşqabağını sallamaq (turşutmaq, tökmək). Alməmmədov indi də ağzında acı bir şey varmış kimi sir-sifətini yığıb tamsınatamsına stolun qırağındakı düyməni basdı. B.Bayramov. [Məmməd] nə üçünsə sir-sifətini turşudub üzünü yana çevirdi. V.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / sir-sifət1 İkinci hissə ərəbcədən alınmadır. Bəs sir? Bir neçə versiya mümkündür: 1. Söz çör-çöp qəlibi üzrə yaranıb. 2. Söz tərtəmiz (büsbütün, sapsarı, gömgöy..) modeli üzrə yaranıb. 3. Kəlmə iki müstəqil sözdən düzəlib. 4. Qaşqabaq modeli üzrə düzəlib və s. Birinci yaramır: sir dəyişir: sirini-sifətini bir günə salıb ki, (amma çör-çöpdə çör dəyişmir). ikinci də yaramır (sifət isimdir), 3-cü və 4-cü üzərində dayanmağa dəyər: hər ikisində tərəflər müstəqil sözdən əmələ gəlib. Sir(sırt)üst sözünün dəyişmiş formasıdır, söz bütövlükdə üst-baş (görkəm) kəlməsinin sinonimidir. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sir-sifət2 сущ. лицо, физиономия. Bir onun sir-sifətinə bax посмотри-ка на его физиономию, sir-sifətdən dönmək утратить былую красоту, sir-sifəti dəyişdi kimin изменился в лице кто, sir-sifətindən görünür видно по физиономии ◊ sir-sifətini turşutmaq корчить недовольную мину; sir-sifətdən çıxmaq утратить (потерять) человеческий образ (облик); sir-sifətindən zəhər (zəhrimar) damır (yağır, tökülür) kimin противно смотреть на кого
Azərbaycanca-rusca lüğət / sir-sifət1 сущ. ччин, суфат, сумра, тӀиш-пӀуз; ** sir-sifətini turşutmaq (yığmaq) кил. qaşqabaq (qaşqabağını sallamaq, turşutmaq, tökmək).
Azərbaycanca-ləzgicə lüğəti / sir-sifət