sorbsiya sözü azərbaycan dilində

sorbsiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sorbsiya • 77.7778%
  • Sorbsiya • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sorbsiya prosesləri
Sorbsiya prosesləri Təbii və nəzəri tədqiqatlar əsasında müəyyənləşdirilmişdir ki,təbii alümosilikatlar əsasinda effektiv sorbentlər hazırlamaq mümkündür və onlar cox baha olan aktiv kömür əvəzinə tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən tənzimlənməsində istifadə oluna bilər. Dispers sistemlər sahəsində effektiv sorbentlərdən istifadə etməklə onların ağır metal ionlarından və zərərli üzvi maddələrdən təmizlənməsinə nail olunmuşdur.Müəyyən edilmişdir ki, monokation formalı sorbentlərdə sorbsiya prosesi daha intensiv gedir və mübadilə kationları sorbentin adsorbsiya aktivliyinə əsaslı təsir göstərir. Neft və qaz quyularının qazılması prosesində işlədilən gil məhlullarının stabilliyi, axıcılıq və tiskotropluğunun quyu divarlarına su vermə qabilliyyətinə, quyu daxili təzyiqin tənzimlənməsini və s. xüsusiyyətlərini təmin edən bir sıra yeni effektiv kimyəvi reagentlər hazırlanmış və sənaye miqyasında sınaqdan keçirilmişdir. Dərin neft quyularının qazılması zamanı quyu dibi temperaturun tədricən artırılmasını nəzərə alaraq 0-200 C0 temperatur intervalında bentonit,kaolinit və seolit əsaslı suspenziyaların stabilləşməsi,onların kolloid kimyəvi və struktur-mexaniki xassələrinin mövcud olan və laboratoriya tərəfindən təklif edilən yeni reagentlər vasitəsilə tənzimlənməsi prosesi tədqiq edilərək kaolinit və seolit əsaslı dispers sistemlərin daha yüksək termostabilliyə malik olması aşkar edilmişdir. Tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsinin optimal şəraiti işlənib hazırlanmışdır. Beləliklə prosesin gedişində kinetik və hidrodinamik amillərin rolu analiz olunmuş və sorbsiya prosesinin dinamik şəraitdə aparılması qanunauyğunluqları işlənib hazırlanmışdır.Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq tullantı sularınin neft məhsulları və kationaktiv boyalardan təmizlənməsinin sorbsiya-koaqulyasiya üsulu işlənib hazirlanmışdır. Müəyyən olunmuşdur ki, tullantı sularının neft məhsulları və kationaktiv boyalardan sorbsiya-koaqulyasiya üsulu ilə təmizlənməsinin effektivliyi onlarin formalaşması şəraitindən və təbiətindən asılıdır. Bu prosesdə istifadə olunan ”Gəncə” flikoaqulyantı asılqan hissəciklərin flokulyasiya və koaqulyasiyasına səbəb olur və onların çökməsini sürətləndirir. Model tullantı sularının neft məhsullarından və kationaktiv boyalardan təmizlənməsinin təcrübi nəticələrinin analiz nəticəsində bir sıra parametrlərin optimal qiymətləri təyin olunmuş və təmizlənmə prosesinin prinsipial sxemi verilmişdir.

sorbsiya sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. физ., хим. сорбция (поглощение твёрдым телом или жидкостью какого-л. вещества из окружающей среды). Qazın sorbsiyası сорбция газа

    Azərbaycanca-rusca lüğət / sorbsiya

Oxşar sözlər

#sorbsiya nədir? #sorbsiya sözünün mənası #sorbsiya nə deməkdir? #sorbsiya sözünün izahı #sorbsiya sözünün yazılışı #sorbsiya necə yazılır? #sorbsiya sözünün düzgün yazılışı #sorbsiya leksik mənası #sorbsiya sözünün sinonimi #sorbsiya sözünün yaxın mənalı sözlər #sorbsiya sözünün əks mənası #sorbsiya sözünün etimologiyası #sorbsiya sözünün orfoqrafiyası #sorbsiya rusca #sorbsiya inglisça #sorbsiya fransızca #sorbsiya sözünün istifadəsi #sözlük