zor sözü azərbaycan dilində

zor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zor • 95.7613%
  • Zor • 4.0926%
  • ZOR • 0.1462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zor
Zor — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. Zor kəndi dağətəyi ərazidədir. Keçmişdə kəndin salındığı sahə Zəngəzur qəzasında yaşamış sarallı tayfasının qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış məntəqəsinə çevrilmiş və salındığı yerin adı ilə Zor adlanmışdır. Zor qəd. fars, "qala", "yarğanlı yer" deməkdir.
Zor (kənd)
Zor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (hazırkı Ermənistanın Sisyan mahalında) kənd adı. XX əsrin sonlarından kəndin adı mənbələrdə çəkilmir. Orta əsr erməni mənbələrində bu kəndin adı ilə orada bir nahiyə də Dzork adlandırılır. Buna əsasən erməni tarixçiləri toponimi erməni mənşəli sayır və dzor-"dərə" sözü ilə bağlayırlar. Lakin bu səhv fikirdir, ona görə ki, mənfi relyef formasını bildirən dzor sözü ayrılıqda nə yaşayış məntəqəsi, nə də inzibati-ərazi vahidi (nahiyə) adına çevrilə bilməz. Azərbaycan dilində "zor" sözü bulaq suyunun gurluğunu bildirmək məqsədilə əsasən bulaq adlarında işlənir (məsələn: Naxçıvanın 16 km-də Köhnə Vayxır kənd xarabalığı yaxınlığında "Yel suyu" adlandırılan "Zorbulaq" bulağı və s; Vayxır toponiminin özü də qədim farsca "xeyirli, yaxşı yer" mə'nasında farsca bah və xar yеr" sözlərindən ibarətdir). Ehtimal ki, Zor toponimi fars dilində zor, zur "qala" sözündən ibarətdir. XIV əsrdən sonra adı Zor Zəngəzur adı ilə əvəz olunur ki, bu da Zəngi (əslən kürd mənşəli) tayfasının adından və Zor toponimindən ibarətdir.
Zor (İğdır)
Zor — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kəndin adı 1901-ci ildə Zor adı ilə qaynaqlarında keçsə də 1960-cı ilsə adı yılında Qaraçomaq olaraq dəyişdirilmişdir. Uzun illər bu ad ilə bilinsə də 2014-cü ildə təkrar "Zor" olaraq dəyişdirilmişdir. İğdırdan mərkəzindən 39 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 570 nəfər kürd yaşayırdı.
Deyr əz-Zor mühafazası
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zor mühafəzəsi
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zor vilayəti
Deyr əz-Zövr vilayəti — Osmanlı İmperiyası tərkibində, 1857–1917–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Deyr əz-Zövr şəhəri idi.
Şəhr-i Zor sancağı
Şəhr-i Zor sancağı, Kərkük sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. Sancaq 6 qəzaya bölünürdü, qəzalar isə 1.150 kəndi əhatə edən 12 nahiyyədən ibarət idi. Vilayet de Mossoul. — Sandjak de Chéhrizor, page 847–865. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Şəhr-i Zor əyaləti
Şəhr-i Zor əyaləti — Osmanlı İmperiyası tərkibində, 1554–1862–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. Глава третья. Шехризурскiй эйалеть, 199–262. // Сiяхэт-намэ-и-худудь. Описанiе путешествiя по турецко-персидской границѣ, составиль Хуршидь–Эфенди, бывшiй секретарь турецкаго комиссара по разграниченiю между Турцiею и Персiею. Сь приложенiемь отчета персидскаго комиссара о томь же путешествiи. С турецкаго и персидскаго перевель М. А. Гамазовѣ. Сь картою. С.–Петербургь: Типографiя О. И. Бакста, 1877, 575 стр.
Fatin Rüştü Zorlu
Fatin Rüştü Zorlu (20 aprel 1910, Konstantinopol – 16 sentyabr 1961, İmralı, Bursa vilayəti) , Türk siyasətçisi və diplomatı. 27 may hadisələrindən sonra Yassıda məhkəmləri keçilirən zaman dönəmin baş naziri Adnan Menderes, maliyyə naziri Həsən Polatkan ilə birgə edam edildi. == Həyatı == Fatin Rüştü Zorlunun babası Rus İbrahim Paşa Osmanlı dövlətinə sığınaraq Əsənkaya- köhnə adıyla Zor kəndinə gəlir və burada kəndin bəylərindən olan Əli Paşanın qızıyla evlənir. Zorlu soyadının mənşəyi də bu kəndin adına söykənir. O, 20 aprel 1910-cu ildə İstanbulda anadan olmuşdur. 1936-cı ildə o illər xarici işlər naziri olan Tövfiq Rüştü Arasın qızı Əməl xanımla ailə həyatı qurur. 1936-cı ildə Sevin adındı bir qızı dünyaya gəlir. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Qalatasaray liseyində oxuduqdan sonra Paris Universitetinin siyasi elmlər fakültəsinə daxil olur. Bundan başqa Cenevrə Universitetində hüquq təhsili alır. Təshilini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq 1932-ci ildə Siyasi işlər idarəsində təcrübəçi kimi işə başlayır.
Hərbə-zorba
Hərbə-zorba — aşıq deyişmələrindəki mühüm mərhələlərdən biri. Bu mərhələdə aşıqlar sazlarını sinələrinə basaraq eyni hava, eyni kök, eyni şeir şəkli və eyni rədif üstündə biri-birinə meydan oxuyaraq mübaliğəli söz və ifadələrlə özlərinin sözsənət gücünü öyüb tərifləyir, qarşı tərəfi isə heçə sayır. Özünü öyüb tərifləyən aşıq onunla deyişmə meydanına çıxmağa cəsarət edən digər aşığı müxtəlif poetik təzyiq vasitələri ilə psixoloji sarsıntıya məruz qoymağa və bu üsulla da qorxudub qaçırtmağa çalışır.
Leonid Zorin
Leonid Henrixoviç Zorin (əsl soyadı Zaltsman; 3 noyabr 1924, Bakı – 31 mart 2020, Moskva) — Rusiya dramaturqu. == Həyatı == Leonid Zorin 3 noyabr 1924-cü ildə Bakıda anadan olub, 1948-ci ildən Moskvada yaşayıb. BDU-nu, daha sonra isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. L. Zorin 31 mart 2020-ci ildə 96 yaşında ürək tutmasından dünyasını dəyişib. == Yaradıcılığı == O, "Dostlar və illər" (1962), "Varşava melodiyası" (1967), "Pokrov darvazaları" (1974) və s. dram əsərləri də daxil olmaqla 50-yə yaxın pyesin müəllifidir. Dramaturqun əsərləri keçmiş SSRİ-nin bir neçə respublikasında və xaricdə dəfələrlə səhnələşdirilib. L. Zorin bir neçə filmin ssenarisinin hazırlanmasında da iştirak edib. == Təltif və mükafatları == Orden və medallarla təltif olunub.
Polyarnıye Zori
Polyarnıye Zori — Rusiya Federasiyasında yerləşən şəhər. Murmansk vilayətinə daxildir.
Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü
Qadın Zorakılığına Qarşı Mübarizə Günü (ing. International Day for the Elimination of Violence against Women) — BMT Baş Assambleyasının qərarı ilə qeyd edilən gün. BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir. BMT baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: “Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”. BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir.
Rixard Zorge
Rixard Zorge (alm. Richard Sorge‎; rus. Ри́хард Зо́рге; 4 oktyabr 1895[…], Bakı – 7 noyabr 1944[…], Suqamo[d], Tokio) — Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə. Zorge Ramzay ləqəbindən istifadə etmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir. Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir. Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur.
Rixard Zorgenin abidəsi (Bakı)
Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə abidə. Abidə 1981-ci ildə ucaldılmışdır. Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidənin açılış mərasimi 1981-ci ilin may ayında, Qələbə Günü ərəfəsində olmuşdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanmışdır. Şam, çinar, tut və Yaponiyadan gətirilmiş albalı ağacları ilə əhatələnmişdir. Heykəltəraş Vladimir Siqal, özü belə deyirdi: Rixard Zorgenin abidəsi uzunsov, əyilmiş bürünc lövhə formasında hazırlanmışdır. Bu radar qurğusunu xatırladır və abidənin mərkəzində Zorgenin üzünün ortası təsvir olunmuşdur. Onun baxışları xüsusi diqqət çəkir.
Rixard Zorgenin heykəli (Bakı)
Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə abidə. Abidə 1981-ci ildə ucaldılmışdır. Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidənin açılış mərasimi 1981-ci ilin may ayında, Qələbə Günü ərəfəsində olmuşdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanmışdır. Şam, çinar, tut və Yaponiyadan gətirilmiş albalı ağacları ilə əhatələnmişdir. Heykəltəraş Vladimir Siqal, özü belə deyirdi: Rixard Zorgenin abidəsi uzunsov, əyilmiş bürünc lövhə formasında hazırlanmışdır. Bu radar qurğusunu xatırladır və abidənin mərkəzində Zorgenin üzünün ortası təsvir olunmuşdur. Onun baxışları xüsusi diqqət çəkir.
Sosial işçilərə qarşı zorakılıq
Müştərilərin sosial işçilərə qarşı zorakılığı nadir baş verən hadisələrdən deyildir. Qərb ştatında lisenziyalı sosial işçilər üzərində aparılan araşdırmada, Rey (1996) Sosial işçilərə qarşı zorakılğın əsasən fəaliyyət yerlərində baş verdiyini müəyyənləşdirmişdir. Griffin (1995) Sosial iş hallarının daha da mürəkkəbləşdiyini və yardım prosesinin daha çox zorakılıqla dolu sosial kontekstdə təmin edildiyini bildirmişdir Cəmiyyət içərisində işləyən sosial işçilər ofisdə işləyən həmkarlarına nisbətən daha böyük təhlükə ilə üzləşirlər, çünki onlar tez-tez təhlükəli məhəllələrdə xidmət göstərirlər və əgər hər hansısa bir problem yaranarsa, dərhal dəstək göstəriləbilmir. Newhill(1996) Amerika Birləşmiş Ştatlarının iki ştatında NASW (Sosial İşçilərin Milli Assosiasiyası) üzvləri arasında keçirilən sorğuda respondentlərin 59 faizinin zorakı müştərilərlə işləmək üzrə təlimlər keçdiyini müəyyən edib. Bütün sosial işçilər risk altında olsalar da, araşdırmalar göstərir ki, daha gənc və daha az təcrübəli kadrlar daha çox müştəri hücumu riski altındadır. Elmi ədəbiyyatda qadın və ya kişi sosial işçilərdən hansıların daha çox zorakılıq və təhdid riski altında olub-olmaması ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın sosial işçilər müştərilər tərəfindən edilən fiziki zorakılığa xüsusilə həssasdırlar. Tryon (1986) qadınların da kişi həmkarları kimi tez-tez fiziki hücumlara məruz qaldığını bildirmişdir. Sosial işçilər ikinci dərəcəli və ya əvəzedici travma kimi tanınan şəfqət yorğunluğu (compassion fatigue) ilə üzləşə bilər. Şəfqət yorğunluğu prosesi, sosial işçilərin müştərilərinin əlamətlərini və simptomlarını yaşamalarının potensial psixoloji nəticəsidir.
Zorakı cinayət
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir. Dövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar. Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.
Zorakı detektiv (film, 2015)
Zorakı detektiv- 2015-ci ildə Cənubi Koreyada istehsalı macəra, komediya janrında film. Film 24 sentyabr 2015-ci ildə təqdim edilmişdir. Filmin mövzusu "Qatardakı qıraq adamlar" filmindən götürülmüşdür. Dae-man(Kvon Sanq-Vu) ölkənin ən qorxulu cinayətləri haqqında öz bloqunda yazan biridir. Ən böyük arzusu detektiv olmaq olan Dae-man bir neçə dəfə buna çalışsa da, bütün cəhdləri uğursuz olmuş və sonda komiks mağazası açmışdır. Bir gün ən yaxın dostu olan detektiv Jun-sunun üzərinə ağır bir cinayət böhtanı atılır və o həbs edilir. Dae-man isə dostunun günahsız olduğunu isbat etmək üçün araşdırmalara başlayır. Bu zaman o, detektiv Noh(Sunq Donq-İl) ilə birləşir və bu cinayətlə əlaqəli başqa cinayətlərin də olduğunu aşkara çıxarırlar.
Zorakılıq
Şiddət və ya zorakılıq — qüvvət, güc, kəskinlik, sərtlik mənasında izah olunur.
Zoran Kaliniç
Zoran Kaliniç (20 iyul 1958) — Yuqoslaviyanı və Müstəqil Komandanı təmsil edən stolüstü tennisçi. Zoran Kaliniç Yuqoslaviyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Zoran Kaliniç Müstəqil Komandanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
2017 İslam Həmrəyliyi Oyunlarında zorxana
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Bakı Kristal Zalında baş tutacaq.
Məişət zorakılığı
Məişət zorakılığı — bu anlayış barədə indi hətta körpə uşaqlarımız da bilir. Bəlkə də səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir. Əvvəllər də yəni, yüz il bundan əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gün də aktual məsələlər sırasındadır. Zorakılıq sözünün mənası "hücum etmək" deməkdir. Qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlayan, zor tətbiq edən deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində "döymək", "cinsi zorlama" və.s fiziki zorakılıq canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.
İqtisadi zorakılıq
İqtisadi zorakılıq — şəxsə iqtisadi ziyan vuran hər hansı hərəkət və ya davranış. Bu, əmlaka vurulan ziyan, maliyyə resurslarına, təhsilə və ya əmək bazarına çıxışın məhdudlaşdırılması və ya iqtisadi öhdəliklərin yerinə yetirilməməsi (məsələn, alimentin ödənilməməsi) şəklində təzahür edə bilir. Ümumdünya Səhiyyə Təşkilatı bunu daha böyük qruplar tərəfindən fərdlərə qarşı törədilən kollektiv zorakılıq forması kimi müəyyən edir. Bu termin adətən onu cinsi, psixoloji və iqtisadi zorakılığı özündə ehtiva etsin deyə fiziki gücdən istifadə və ya hədələmədən kənar zorakılığın daha geniş forması kimi qiymətləndirən feminist nəzəriyyə ilə əlaqələndirilir. Argentina qanunvericiliyində bu, məişət zorakılığının bir forması kimi müəyyən edilir.
Qeyri-zorakılıq
Qeyri-zorakılıq — şiddəti qəbul etməmək və hər hansı məqsədə çatmaq üçün zorakılıqdan istifadə etməkdən imtinadan ibarət dəyər sistemi, etik və sosial anlayış. Qeyri-zorakılıq özünü fundamental dini, etik, fəlsəfi inanc və praqmatik siyasi strategiya kimi göstərə bilər. Xristianlıqda zorakılıq etməmək əmrləri Dağdakı Xütbədə verilmişdir. Onlardan biri belə idi: “Kim səni sağ yanağına vursa, digər yanağını da ona çevir” (Mf. 5:39). Buddizm, caynizm və hinduizmdə qeyri-zorakılıq anlayışı zorakılığın əksi olan və "canlı mövcudatlara zərər verməmək" mənasını verən ahimsa ideyasından irəli gəlir. Mahatma Qandinin ahimsa anlayışını qeyri-zorakılığın sinonimi kimi istifadə etdikdən sonra bu anlayış müasir Avropa mədəniyyətində bərqərar oldu. Bununla belə, ahimsa anlayışı Qandinin başa düşdüyü kimi, qeyri-zorakılığın aktiv, fəal tərəfini gizlədirdi. Qandi sonradan qeyri-zorakılığa dair fikirlərini ifadə etmək üçün hind fəlsəfəsində yeni “ satyaqraha ” konsepsiyasını işləyib hazırladı. Cəmiyyətə və hökumətə vətəndaş təsirinin bir yolu olaraq, sosial transformasiyaya aparan mübarizə strategiyası, qeyri-zorakılıq Hindistanda Britaniya hakimiyyətinə qarşı onilliklər boyu davam edən mübarizədə Mahatma Qandi tərəfindən həyata keçirildi.
Heyvan zorakılığı
Heç bir heyvana əziyyət, işgəncə etmək, suda boğaraq və ya atəşdə yandıraraq öldürmək caiz deyildir. Heyvana işgəncə etmək, qeyri-müslim vətəndaşa işgəncə etməkdən daha böyük günahdır. Qeyri-müslim vətəndaşa əziyyət etmək də müsəlmana əziyyət etməkdən daha böyük günahdır. (Dürr-ül muxtar) Məqsədsiz olaraq bir heyvanı öldürmək caiz deyildir. Axirətdə, “Onu nə üçün öldürdün?” deyə sorğuya çəkiləcəkdir. Heyvanları bir-biriylə döyüşdürmək də caiz deyildir. Heyvanların haqqına riayət etməli, onlara mərhəmət edilməlidir. Hədisi-şərifdə, “Mərhəmət et ki, mərhəmət olunasan!” buyuruldu. (Şirə) Zərərli heyvanları öldürmək caiz olduğu kimi, dələ, porsuq kimi heyvanları dərisi və kürkü üçün, maral, ceyran kimi heyvanları əti üçün öldürmək də caizdir. Donuz xaric, əti yeyilməyən müxtəlif heyvanları pul qarşılığı müsəlman olmayanlara ixrac etmək də caizdir.
Uşaqlara qarşı zorakılıq
Uşaqlara qarşı zorakılıq — uşaqlara qarşı qəddarlıq və ya pis rəftar. Fiziki və/və ya emosional zorakılıq, cinsi zorakılıq, laqeydlik, laqeydlik və insan alveri və ya məsul şəxs kontekstində uşağın sağlamlığına, sağ qalmasına, inkişafına və ya ləyaqətinə faktiki ziyan vura bilən və ya nəticələnə bilən digər istismar formalarını ala bilər. əlaqə, etibar və ya güc. ÜST-ə görə, uşaq istismarı ömür boyu ciddi nəticələrə səbəb olan qlobal problemdir. Uşağa qarşı fiziki zorakılıq böyüklər tərəfindən uşağa qəsdən döyülməsi, xəsarət yetirilməsi, zədələnməsi və ya şikəst edilməsidir. Fiziki zorakılığın əlamətlərinə xəsarət, psixoloji zərər və inkişaf qüsurlarına səbəb ola biləcək qançırlar, sıyrıntılar, qaynaqlar, yanıqlar, aşınmalar, yaralar, sınıqlar və kobud müalicə daxildir. Çox vaxt cismani cəza ilə fiziki zorakılıq arasındakı xətt bulanıq olur. Fiziki zorakılığı müəyyən edən mədəni normalar çox müxtəlifdir və həm peşəkarlar, həm də ictimaiyyət arasında hansı hərəkətlərin fiziki zorakılıq təşkil etdiyi barədə konsensus yoxdur. Bəzi ekspertlər hesab edirlər ki, cismani cəzaya icazə verən mədəni normalar uşaqlara qarşı zorakılığa səbəb olur və bu normaları dəyişdirmək üçün kampaniya aparıblar. 1979-cu ildən 2023-cü ilə qədər 65 (65) ölkədə valideynlər tərəfindən fiziki cəza qadağan edilib.
Zorba (Talin)
Zorba, Sorik — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.
Zornia partita
Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.
Rixard Zorge parkı
Zorge parkı – Bakı şəhərinin Nəsimi rayonunda yerləşən park. Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin adını daşıyır. Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşir. Sahəsi 2,39 hektardır. 2012-ci ildə təmir olunub. == Haqqında == Bakının çox geniş ərazidə yerləşən köhnə parkı olan Zorge parkı bir neçə əyləncə yerini, o cümlədən uşaqlar üçün müasir attraksion parkını birləşdirir. Burada əhalinin istirahət etməsi üçün gözəl şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb. 1981-ci ildə parkda kəşfiyyatçı Rixard Zorgenin xatirəsinə abidə ucaldılıb. Abidənin müəllifləri - heykəltaraş V.Tsiqal və arxitektor R.Əliyev konstruksiyanın əsas mahiyyətini orijinal şəkildə çatdırmağa müvəffəq olublar. Divar şəklində abidənin üzərində kəşfiyyatçının təsviri həkk olunub.

zor sözünün leksik mənası və izahı

  • 1 [fars.] 1. is. Güc. Muzdur anladı ki, çox pulun zoru da çox olurmuş. S.M.Qənizadə. [Mirzə Həsən:] Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Ə.Haqverdiyev. [Harun:] Düşmənin zoru qabağında könül xof eyləməz. Ü.Hacıbəyov. □ Zor etmək (eləmək) – güclə məcbur etmək, güc tətbiq etmək. [Məhərrəm:] Odur ki, [Səriyyəyə] zor etməyə haqqınız və ixtiyarınız yoxdur. C.Cabbarlı. Zor gəlmək – üstün olmaq, qalib çıxmaq, məcbur etmək. Zor ilə – 1) zorla. Mən səndən ayrılmazdım; Zor ilən ayırdılar. (Bayatı). Naəhl olana mətləbi andırmaq olurmu?! Söz qanmıyana zor ilə qandırmaq olurmu?! M.Ə.Sabir. Mexaniki zor ilə maşınxanadan kənara çıxardılar. H.Nəzərli; 2) var gücü ilə. Keçmiş kösöyü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu. Zor işlətmək (göstərmək) – zor etmək, gücdən istifadə etmək, zorakılıq etmək. [Vahidov Telliyə dedi:] Bəzən zor işlətmək lazımdır ki, sevdiyin adamı xoşbəxt edəsən. Ə.Məmmədxanlı. Zora çəkmək – çətinliyə salmaq, bərkə çəkmək, məcbur etməyə çalışmaq. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. Zora salmaq – çətinliyə salmaq, gücə salmaq. Molla dartındı, ancaq qolunun məngənəyə düşdüyünü görüb zora salmadı. S.Rəhman. Zoruna dönüm! – tərif və təşviq ifadəsi (birinə ürək vermək, bir işə cəsarətləndirmək və təhrik etmək üçün işlənir). Qüvvətlə sıx döşünə tüfəngin qundağını; Vur, zoruna dönüm, vur, baş qaldıran yağını! R.Rza. // Qolugüclülük, qolunun gücü. Zor vermək – 1) güc vermək. [Aslan bəy:] Xoş gəldin, get ancaq bundan sonra ağlına zor vermə… N.Vəzirov; 2) ağır təsir etmək. Ayrılıq zor verdi ana qəlbinə; Gəl! – deyib yanına çağırdı yenə. S.Vurğun. 2. sif. Çox güclü, qüvvətli, böyük. Açarın gücü qıfıldan zordur. (Ata. sözü). [Paşa Qəribə:] Mən bilirəm sən qəribsən, ancaq deyirlər ki, çox zor aşiqsən. “Aşıq Qərib”. // Çox bacarıqlı, qoçaq, əlindən hər şey gələn. Kişi zor adamdır. // zərf Çox, xeyli. [Rüstəm bəy:] Çingiz, nə çox yatmışıq, balam? – dedi, – zor yatdıq. Çəmənzəminli. 3. sif. Çətin, çətin başa gələ bilən, zehni və yaxud cismani güc tələb edən, çox ağır. Zor məsələ. – Müqim bəy … sabahkı işin çox zor iş olduğunu kəsdirdi, təkrarən öz nitqini nəzərdən keçirməyə başladı. S.Rəhimov. // Zordur şəklində – çox çətindir. Uff, … bu qədər məşəqqətdən sonra ona yaxınlaşmaq yenə də zordur, – dedi. H.Nəzərli. 4. is. Məcburiyyət. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur. C.Məmmədquluzadə. [General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki, gəlməmişik xoşluqla bura. B.Vahabzadə. // Zərf mənasında. Məcburiyyət altında, məcburən, istəmədən, öz xahişi olmadan. …Tacir yarı zor, yarı xoş hambalı padşahın yanına apardı. (Nağıl). 5. Zorla şəklində zərf – 1) güc işlədərək (işlədilərək), güc tətbiq edərək (edilərək), məcburiyyət altında. Qızı gətirdilər saraya zorla; Hər şeyi sarayda anladı Leyla. B.Vahabzadə; // istəməyə-istəməyə, özünü məcbur edərək. [Əlləzoğlu] sifətini eybəcər bir şəklə saldı, qədəhin az qala yarısını zorla püstə ağzına təpdi. İ.Hüseynov; 2) çox çətinliklə, güclə. Özünü zorla çəkib aparan qoyunların yelini südlə dolu idi. M.İbrahimov. Ancaq tüfəng çox uzun və ağır olduğundan onun əli tətiyə zorla çatırdı. M.Rzaquluzadə; 3) güclə, güc-bəla ilə, çox çətinliklə (bu mənada bəzən “zor-bəla ilə” şəklində işlənir). İşin öhdəsindən zorla gəldi. Zorla özünü saxlaya bildi. Onu zor-bəla ilə razı sala bildilər.

    Azərbaycan dilinin izahlı lüğəti / zor
  • 3 fars. zur Çox güclü, qüvvətli // çox bacarıqlı, qoçaq. (“Koroğlu” dastanının lüğəti) Bir zor pəhləvan gəlib, Dəmirçioğlunu, Eyvazı, İsabalını tutub əllərini bağlayıb, Koroğlunu da iki dəfə yıxıb, bu dəfə də yıxsa, öldürəcək. (“Koroğlunun Dərbənd səfəri”)

    Azərbaycan dastanlarının leksikası / zor

zor sözünün etimologiyası

zor sözünün sinonimləri (yaxın mənalı sözlər)

zor sözünün antonimləri (əks mənalı sözlər)

zor sözünün rus dilinə tərcüməsi

  • 1 1. сильный; 2. усиление, насилие, напор; 3. трудный, тяжелый; 4. сила, насилие;

    Azərbaycanca-rusca lüğət / zor
  • 2 I сущ. 1. сила. Zor işlətmək применять силу; pul zoruna силой денег 2. насилие, принуждение. Zor izləri следы насилия II прил. разг. 1. сильный: 1) обнаруживающий решительность, твёрдость духа; обладающий упорством, настойчивостью. Zor adamdır он очень сильный человек 2) мощный. Zor rəqib сильный соперник (конкурент) 2. трудный. Zor məsələ трудная задача, zor iş трудное дело III нареч. разг. сильно, хорошо. Zor işlədik (мы) хорошо поработали, zor dedi (он) хорошо сказал IV предик. zordur трудно. Şimalda işləmək zordur трудно работать на Севере ◊ zor vermək напрягать, напрячь силы; zor etmək приложить все силы; zor işlətməklə almaq брать, взять силой; zora salmaq kimi ставить в затруднительное положение кого; zora düşmək надломиться, надрываться, надорваться; zora çəkmək kimi испытывать, испытать кого

    Azərbaycanca-rusca lüğət / zor

zor sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. force, vigor; violence; might, strength; ~ ilə: 1) (güc vasitəsilə) by force, by means of force; 2) (var qüvvəsi ilə) with all one’s might / strength; ~ vermək: (güc vermək) to exert all one’s strength / energy; to put* forth one’s strength; to strain oneself; to make* an intense effort; ~ eləmək (məcbur etmək) to force (d.), to constrain (d.); to enforce (d.), to coerce (d.); Ona zor eləməyə çalışmayın, getməyəcək Don’t try to force / to coerce him / her, he / she won’t go; ~ işlətmək / göstərmək: 1) (güc tətbiq etmək) to force (d.), to use (physical) force (+to inf.); 2) (zorakılıq etmək) to use violence / brute force; ~ işlətmədən without use of / using force; ~ gəlmək to overpower (d.), to overcome* (d.); ~a salmaq to overstrain (d.); özünü ~a salmaq to overstrain oneself, to exert oneself to the utmost; to overtax one’s strength; to knock oneself up idiom.; səsini / boğazını ~a salmaq to overstrain one’s voice; ~u çatmaq to cope (with), to manage (d.); Mənim buna zorum çatmaz I won’t cope with it II. s. 1. (güclü, qüvvətli) forceful, powerful; vigorous, strong; (yağış, külək və s.) heavy, hard; (isti) fierce, violent; (iradə) strong; (əsər, tamaşa, pyes) powerful, impressive, (maşın, mühərrik) powerful; (qəzəb, kin və s.) violent / towering; Onun zor həvəsi var He has violent passion; (hiss) intense; (təsir) potent; (şaxta) hard; 2. (çox böyük, iri) very big; 3. (ağır, çətin) hard; ~ iş hard work; 4. (əla) d.d. super, excellent

    Azərbaycanca-ingiliscə lüğət / zor

zor sözünün fransız dilinə tərcüməsi

  • 1 I is. force f ; vigueur f ; violence f ; ~ ilə par force, au moyen de force ; de toutes ses forces ; ~ eləmək forcer vt, obliger vt, contraindre vt ; ~ eləməyə çalışmayın, o bizimlə getməyəcək n’essayez pas de le forcer, il ne viendra pas avec nous ; ~ işlətmək recourir à la force, avoir recours à la force ; recourir à la violence (à la brutalité) ; ~ işlətmədən sans recourir à la force, sans avoir recours à la force ; ~a salmaq forcer vt, imposer un effort excessif à ; səsini ~a salmaq forcer sa voix ; özünü ~a salmaq donner (se) de la peine ; ~ gəlmək vaincre vt ; avoir le dessus ; ~u çatmaq avoir la force ; mənim buna ~um çatmır cela est au-dessus de mes forces II sif. fort, -e, vigoureu//x, -se, robuste ; puissant, -e ; violent, -e ; difficile, compliqué, -e, dur, -e ; ~ iş affaire f compliquée ; super (pl invar), formidable, excellent, -e ; Zordur! C’est super! III zərf. fort, fortement, bien ; ~ işlədik Nous avons beaucoup travaillé ; ~ yeyib içdilər ils ont bien mangé et bien bu

    Azərbaycanca-fransızca lüğət / zor

zor sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] 1. сущ. зур, гуж; zor etmək (eləmək) зур авун, гужуналди мажбурун, гуж гъалибун; zor ilə а) зуруналди, гужалди; б) вири гужуналди; zor işlətmək (göstərmək) зур къалурун, зур агъурун, гужуникай менфят къачун; zora çəkmək кӀеве ттун, кӀеве акӀурун, четинвиле ттун, мажбур ийиз алахъун; zora salmaq гужа ттун, четинвиле ттун, кӀеве ттун; zor vermək а) гуж гун; б) гзаф залан эсер авун; 2. прил. гзаф гужлу, къуватлу, чӀехи; // еке алакьун авай, викӀегь, гъиляй гьар са затӀ къведай (мес. кас); 3. нареч. гзаф, хейлагъ; 4. прил. четин, четин кьиле фидай, гзаф залан (мес. кар); zordur четин я, залан я; 5. сущ. мажбурвал; 6. zorla нареч. зуруналди а) зурдалди, мажбурвилелди, гуж гъалиб авуна; кӀанивал авачиз, разивал авачиз, такӀанз-такӀанз; б) гужалди, гзаф четинвилелди, гуж баладалди.

    Azərbaycanca-ləzgicə lüğəti / zor

zor sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağcabədi) ağır, çətin. – Bu, çox zor işdi, öhdəsinnən gəlmiyəjəx’səη II (Şəki) 1. çox 2. yaxşı. – Biyil zor baramamız olcaxdı; – Köçüf gəlmaxda laf zor iş görüfsəη

Azərbaycan dilinin dialektoloji lüğəti.

"zor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zor nədir? #zor sözünün mənası #zor nə deməkdir? #zor sözünün izahı #zor sözünün yazılışı #zor necə yazılır? #zor sözünün düzgün yazılışı #zor leksik mənası #zor sözünün sinonimi #zor sözünün yaxın mənalı sözlər #zor sözünün əks mənası #zor sözünün etimologiyası #zor sözünün orfoqrafiyası #zor rusca #zor inglisça #zor fransızca #zor sözünün istifadəsi #sözlük