kor sözü azərbaycan dilində

kor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kor • 75.0635%
  • Kor • 23.5406%
  • KOR • 1.3959%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kor Bayquş
Kor Bayquş (بوف کور: Buf-e kur) - İran yazıçısı Sadiq Hidayətin 1936-cı ildə nəşr etdiyi romandır. Kor Bayquş romanını Azərbaycan dilinə İlqar Əlfi tərcümə etmiş və 2015-ci ildə Xəzər jurnalında nəşr etmişdir. == "Süjet”, yaxud əvvəl hanı, son hanı? == Sadiq Hidayətin "Kor bayquş” romanı öz içinə boylanan, ordakı qaranlıqda güzgülənən insanın hekayətidir. Qəhrəmanın taleyi doğuluşla ölüm arasındakı keçiddə iki qadına "ilişir”. Onlardan biri rəqqasə anası, digəri fahişə arvadıdır. Qəhrəmanın atası Hindistanda bütlər qarşısında mərasim rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur. Qızla ailə qurur və az sonra qardaşı da yanına gəlir. İki qardaş bir-birinə çox oxşayır – xüsusən zövqləri – əmisi də qəhrəmanın anasına vurulur. Anasını həm əmisi, həm də atası sevir və bu "aşiqlər”in dueli fərqli olur: Atası və əmisi kobra olan otağa girirlər, çığırtı gəlir, ilangəzdirən otağın qapısını açır və bir-birinə oxşayan iki kişidən biri canını qurtarır.
Kor bağırsaq
Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır.
Kor bucaq
Kor bucaq — 90 dərəcədən böyük 180 dərəcədən kiçikdir.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Kor qışlaq
Kor qışlaq — coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7–8 ay qışlaqda qorunub saxlanır, otarılır. Qışlaqların təxminən 6 min illik yaşı var.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Kor məhəbbət (film, 2006)
Kor məhəbbət (Hind: फ़ना, Urdu: فناء, Rom: Fanaa) — Aamir Xan və Kajolun baş rollarda çəkildiyi 2006-cı il Bollivud filmidir. Filmin musiqi tərtibatçısı Jatin-Lalit, montaj rejissoru isə Ravi K. Chandran olmuşdur. == Süjet xətti == Zooni (Kajol) kor, lakin çox gözəl bir qızdır. Bir gün o, bələdçi Rehan (Aamir Khan) ilə tanış olur və ona aşiq olur. Gözündən əməliyyat olunarkən Rehanı itirir. O, Rehanın öldüyünü düşünür, lakin illər sonra bunun doğru olmadığını başa düşür. == Aktyorlar və rolları == Kacol ... Zooni Ali Beig Aamir Khan ... Rehan Qadri / Rehan Khan Rishi Kapoor ... Zulfikar Ali Beig Kirron Kher ...
Kor qanun (film, 1983)
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Kor qanun
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Kor həlqə sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Kor ilgək sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
HTC korporasiyası
High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır. Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.
Hacıabad (Korani)
Hacıabad (fars. حاجي آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Hempton Kort
Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır. Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir. Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir. 1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur. == Tarixi == Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessans və qotik tərzlərdə inşası davam etmişdir.
Herbert Estuardo Meneses Koronado
Herbert Estuardo Meneses Koronado — Qvatemalanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Hernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
IX korpus (film, 2012)
IX korpus qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film "Səlnamə" kinostudiyasında istehsal edilmişdir. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib. == Məzmun == Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. Filmdə korpusun daxilində “Ruskaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan və qəhrəmanlığından bəhs edilir. == Mükafat == 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
I Agel (Korinf çarı)
Agel (q.yun. Ἀγέλας) — yunan mifologiyasında personaj. O, Korinf çarı İksionun oğlu və davamçısıdır. Korinf çarı Agel Heraklın övladlarından, Aletin nəvəsi idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər Agelin e.ə. 1029-ci ildən 992-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Primnis olmuşdur.
I Qafqaz korpusu
Osmanlı ordusunun I Qafqaz korpusu (türkcə: I Kafkas Kolordusu ya da I Kafkas Kolordusu), Osmanlı ordusunun ordu korpuslarından biri. I Dünya Müharibəsi dövründə yaradılmışdır. == Yaradılması == === 1916 dekabr, avqust 1917, yanvar 1918 === 1916 dekabr, avqust 1917, yanvar 1918-ci illərdə korpusun strukturu belə idi: Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, 36-cı Qafqaz diviziyası === 1918 iyunda strukturu === 1918-ci ilin iyun ayında korpusun strukturu belə idi: Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, XV diviziya == Komandanları == General-leytenant Yusif İzzət paşa — 1916–1917-ci illər. Kazım Qarabəkir paşa — 1917 dekabr 27-dən, 1918 dekabrın 25-nə qədər. == Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəsi == Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir. Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir. == Ləğvi == 1916-cı ilin sentyabrında yaradılan ordu korpusu, 1918-ci ilin oktyabr ayının 21-də Mudros barışığına görə ləğv edilmişdir. Ordu korpusu ləğv edilsə də şəxsi heyəti Kazım Qarabəkir paşanın rəhbərliyi altında Türkiyə İstiqlaliyyət müharibəsinin sonuna qədər döyüşmüşdür.
Jurinea korotkovae
Jurinea korotkovae (lat. Jurinea korotkovae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kamerata Kornello
Kamerata Kornello(it. Camerata Cornello) — İtaliyada kommuna. Lombardiyanın Berqamo əyalətində yerləşən kommunanın 565 əhalisi var. Yuxarı Brembana vadisində, Brembo çayının sağ tərəfində, Berqamo şəhərindən təxminən 33 kilometr şimalda yerləşir. Bələdiyyə Brembana Vadisinin dağ icmasının bir hissəsidir. Sahəsi 12 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Kamp de Les Korts
Kamp de Les Korts (Les Korts kimi də adlandırılır) — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərində yerləşən idman stadionu. 1957-ci ildə Barselona FK Kamp Nouya köçənə qədər klub ev oyunlarını burada keçirirdi. Les Korts klubun prezidenti Joan Qamper tərəfindən Barselonanı öz stadionu ilə təmin etmək üçün hazırlanmış üzunmüddətli planın nəticəsi kimi tikilmişdi. Stadion Barselonanın ev stadionu kimi Camp de la Indústria stadionunu əvəzləmişdi. 1922-ci ildə açılan stadion ilk əvvəllər 20000 tamaşaçı tutumuna malik olub. Stadionda ilk oyun Barselona və Sent Mirren klubları arasında olub. 13 may 10923-cü ildə stadionda Atletik Bilbao və CE Evropa arasında İspaniya Kral Kubokunun finalı, 21 dekabr 1924-cü ildə İspaniya və Avstriya milli komandaları arasında oyun təşkil olunub. 24 iyun 1925-ci ildə stadion məlum hadisədən sonra altı ay müddətində bağlı qalıb. Belə ki, oyun zamanı Barselona klubunun azerkeşləri İspaniya himnini fitə basıb və Britaniya Kral Donanması orkestrinin ifa etdiyi God Save the King himnini alqışlayıblar. Migel Primo de Rivera diktaturası Kataloniya millətçiliyini təbliğ edən Joan Qamperi ittiham edib.
Kiira Korpi
== Karyerası == === 2002–2003-cü illər: === Kiira Korpi 2003-cü ilin 10 – 12 yanvarında baş tutan gənclər arasında Finlandiya Çempionatında mübarizə apardı. Nəticədə o, gənclər arasında Finlandiya Çempionatının gümüş medalına sahib oldu. Daha sonra isə Kiira Korpi 24 mart-2 apreldə Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Qısa proqramda 17-ci pillənin, sərbəst proqramda isə 20-ci pillənin sahibi olan Kiira Korpi ümumi nəticədə 33.0 balla gənclərin Dünya Çempionatını 19-cu pillədə başa vurdu. === 2003–2004-cü illər: === Kiira Korpi 2003–2004-cü illər mövsümündə gənclər arasında Sloveniya və Polşa Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Sloveniyanın Bled şəhərinin ev sahibliyində baş tutan gənclərin ISU Sloveniya Qran-Prisində mübarizə apardı. Qısa proqramda 2.5 balla beşinci pillənin sahibi olan Kiira Korpi sərbəst proqramda 8.0 balla yeddinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə gənclərin ISU Sloveniya Qran-Prisini 10.5 balla altıncı pillədə başa vurdu. Gənclərin ISU Sloveniya Qran-Prisindən sonra Kiira Korpi 1 – 2 noyabrda Polşada baş tutan gənclərin ISU Polşa Qran-Prisində mübarizə apardı. Qısa və sərbəst proqramlarda dördüncü pillələrin sahibi olan Kiira Korpi gənclərin ISU Polşa Qran-Prisini ümumi nəticədə də 6.00 balla dördüncü pillədə başa vurdu.
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. == Tarixi == Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Kora Kempbel
Kora Kempbel (d. 28 may 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Kora Kempbel, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Kora Kempbel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Korab-Koritnik Təbiət Parkı
Korab-Koritnik Təbiət Parkı (alb. Parku Natyror i Korab-Koritnikut) ― Albaniyanın şərqində yerləşən təbiət parkı. Park nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin qorunmasına xidmət edən Avropa yaşıl kəmərinin bir hissəsini təşkil edir. Ərazi vadilər, çaylar, buzlaq gölləri, mağaralar, kanyonlar, o cümlədən sıx iynəyarpaqlı və enliyarpaqlı meşələrdən ibarət 555.5 m² dağlıq ərazinin əhət edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı IV kateqoriyaya daxil etmişdir. Korab-Koritnik Təbiət Parkı şimaldan Kosovo ilə sərhəddən başlayaraq cənubda Şimali Makedoniya sərhəddindəki Deşa dağlarına qədər uzanır. Təbiət parkı Korab dağlarının və Koritnik dağının adını daşıyır. Korab zirvəsi 2,764 metr (9,068 ft) yüksəkliyi ilə həm Albaniya, həm də Şimali Makedoniyanın ən yüksək zirvəsidir. Dağ həm də Avropada birdən çox ölkə üçün ən yüksək nöqtə olan iki zirvədən biri və Avropanın ən məşhur 18-ci dağ zirvəsidir. Zirvə paçalanmış dağ massividir və əsasən Paleozoy dövrünə aid şist və əhəng daşından və həmçinin Triasa aid ciddi şəkildə zədələnmiş gips süxurlarından ibarətdir.

kor sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Görmək qabiliyyətini itirmiş, gözü görməyən. Kor uşaq. Kor qoca. – Kor quşun yuvası öz-özünə düzələr. (Ata. sözü). Kor rəssam əlini oğlunun başına çəkərək gülümsədi. İ.Əfəndiyev. □ Kor etmək (eləmək) – gözlərini çıxartdırmaq. [Alı kişi:] bir paşanın sözü ilə məni kor elədin. “Koroğlu”. Bir parasın Şah İsmayıl özü kor edibdir, bir parasın Şah Abbas özü, … onlar məsrəfdən çıxıbdır, bir zada yaramazlar. M.F.Axundzadə. Kor olmaq – görmək qabiliyyətini itirmək. Bir azdan sonra Hacının bir gözü kor oldu. Ə.Haqverdiyev. [Qurbanqulunun] əvvələn, bir gözü çiçəkdən kor olmuşdu, ikinci də, burnu qəribə iri idi… T.Ş.Simurq. 2. is. Kor adam. Korlar məktəbi. Korlar üçün əlifba. – Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə. Dilənçilərin duaları, korların sızıltısı … deyirdi ki, imperatorun konsulxanası açıqdır. M.S.Ordubadi. [Mehriban:] …Korlar işığı, gözəlliyi necə duyurlarsa, mən də məhəbbəti eləcə hiss edirəm. İ.Əfəndiyev. // Zəif görən, gözü pis görən. 3. məc. Ətrafdakı hadisələri, işləri görməyən, dərk etməyən, başa düşməyən, hiss etməyən. [Cahan:] Bəs mənim gözlərim kordur?! Ü.Hacıbəyov. [Əbdül:] Mənim gözüm kor deyil. Ə.Haqverdiyev. [Südabə:] Gözəlliyə qarşı kordur gözlərin. H.Cavid. // məc. Küt, qanmaz, anlamaz, cahil. [Elxan:] Saxlan oyunlar oyuncağı, tapdanmış qul! Hədəfsiz kor kütlə! C.Cabbarlı. Savadsız, elmsiz insan kordur. M.İbrahimov. 4. məc. Qatı, kəsif, bərk. Getdikcə ətraf dərələr kor dumanla doldu. S.Rəhimov. [Xan:] Bu kor qaranlıqda bu azğın seli keçmək olmayacaq, gərək dan ağarmasını gözləyək. M.Rzaquluzadə. // məc. Aydın olmayan, bəlli olmayan, yaxşı seçilməyən; zəif. Kor işıq. 5. Qoşulduğu sözlərə pislik, məşumluq məfhumu verir: Kor tale. Kor qüvvələr. – Axı bunlar nədir ki, əlində kor fələyin; Kaş çiçəyi olaydın, eyvandakı dibçəyin. B.Vahabzadə. 6. məc. Çıxış yolu olmayan, ardı kəsik olan. Kor xətt. Kor küçə. □ Kor çay coğr. – heç bir hövzəyə tökülməyib yarıda quruyan çay. // Pəncərəsi olmayan, pəncərəsiz. Evin kor divarı. 7. Qaranlıqda, dumanlı havada yalnız cihazların köməyi ilə icra edilən. Kor uçuş. Təyyarənin kor enişi. ◊ Kor bağırsaq anat. – yoğun bağırsağın, soxulcanvari çıxıntısı olan hissəsi. Kor qalmaq – cəhalətdə qalmaq, maarif işığından məhrum olmaq, dünyadan xəbərsiz olmaq. [Rüstəm:] Mən kor qaldım, savadsız oldum. S.Rəhimov. Kor qoymaq – 1) dağıtmaq, xaraba qoymaq, heçə çıxarmaq, puç etmək. [Aslan bəy:] Sən mənim ətək-ətək tökdüyüm pulu, çəkdiyim zəhməti kor qoydun. A.Şaiq. [Qızıl Arslan:] Eldənizin yurdunu kor qoydun, mənim belimi sındırdın. M.S.Ordubadi; 2) məc. cəhalətdə saxlamaq, gözünü bağlı qoymaq, maarif işığından məhrum etmək. Köhnə zamanın üzü qara olsun, yaxşıca kor qoydu babanı. Mir Cəlal. Kor quruş (qəpik) – bir qəpik də olsa. [Pərzad] həm Əlidən oldu, həm də Vəlidən: kəbindən bir kor quruş gəlmədi. Mir Cəlal. Kor düyün – 1) açılması çətin olan düyün; 2) məc. həlli çətin olan məsələ. Kor etmək – heç etmək, yox etmək, puça çıxarmaq. Sözüm bəyənilib, işim saz olub; Sən Allah, siftəmi kor eyləməynən. Aşıq Ələsgər. Kor ilan zool. – cücülərlə bəslənən ilanabənzər sürünən heyvan. Kor yapalaq – 1) bayquş; 2) məc. məşumluq, nəhslik simvolu kimi işlənir. Gözünün üstündə Buxara papaq; Əntərə bənzəyir o kor yapalaq. S.Vurğun. Bu olan iş deyil, o kor yapalaq; Məni pəncəsindən buraxmaz ki, sağ. M.Rahim. Kor olmaq – gözü tutulmaq, suyu kəsilmək. Bulağın gözü kor olubdur. Kor olsun! – qarğış, nifrət məqamında işlənir. Dam üstədir damımız; Qoşadır eyvanımız; Sən ordan bax, mən burdan; Kor olsun düşmanımız. (Mahnı). [Pəri:] Laçınım, kor olsun Pərin, mən sənin başına bəla gətirdim. Ə.Məmmədxanlı. Kor öküz kimi – heç bir iş görməyən, fəaliyyətsiz. [Bayraməli bəy:] …Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan elə də kor öküz kimi yat… N.Vəzirov. Kor siçan zool. – yer altında yaşayan gəmirici; köstəbək. Kor tutduğun( u) buraxmaz – tərs, inadkar, yekəbaş adam haqqında. Kor höcət – tərs, inadcıl, höcət adam haqqında. Heç kəsi bəyənmir, özü də ki, kor höcətin lap böyüyüdür. M.Süleymanov. Kor çiban – başı olmayan, gözsüz çiban. Kor şeytan – guya insanlara pislik gətirən mövhumi qüvvə… Şeytandan murad həmin kor şeytandır ki, taskülahından zınqırov asılıb. C.Məmmədquluzadə. Adamlar həmişə bir fəlakətə, uğursuzluğa düçar olanda kor şeytandan görərdilər. Mir Cəlal. Kor şeytan deyir ki…, kor şeytan nə deyir… – bax dəli şeytan deyir… (“dəli”də). Yurdu kor olmaq (qalmaq) – öləndən sonra nəsli qalmamaq, yurduna sahib duran övladı qalmamaq. [Şiraslan] Əmiraslan babasına hiss etdirmək istəyirdi ki, onun yurdu kor deyildir. S.Rəhimov. [Hacı:] Mən elə-belə adam deyiləm ki, yurdum kor qalsın, sabah başımı yerə qoyandan sonra var-dövlətimin başına qarğa-quzğun yığışsın. Mir Cəlal. Lənət sənə, kor şeytan! – bax lənət.

    Azərbaycan dilinin izahlı lüğəti / kor

kor sözünün rus dilinə tərcüməsi

  • 2 1 прил. слепой: 1. лишенный зрения, способности видеть. Kor qoca слепой старик, kor gözlər слепые глаза 2. перен. не замечающий, не видящий происходящего вокруг 3. перен. невежественный, непросвещенный. Kor kütlə слепая масса, elmsiz insan kordur без знаний человек слеп 4. перен. плохо различаемый, слабый. Kor işıq слепой свет 5. перен. действующий, проявляющийся стихийно, случайный. Kor tale слепая судьба, kor fələk слепая фортуна, злой рок, kor təsadüf слепой случай 6. перен. не имеющий выхода, продолжения. Kor dalan слепой тупик 7. перен. без окна. Evin kor divarı слепая, глухая стена дома (без окон) 8. совершаемый, производимый без участия зрения, без видимых ориентиров. Kor uçuş слепой полет II в знач. сущ. слепой, слепая: 1. человек, лишенный зрения. Korlar cəmiyyəti общество слепых, korlar üçün əlifba азбука для слепых 2. человек, обладающий слабым зрением, плохо видящий; зоол. kor ilan слепун, kor siçan слепыш, kor yapalaq сыч, сова; kor yağış слепой дождь; kor dərə геогр. слепая долина; kor eləmək, etmək: 1. ослеплять, ослепить (лишить зрения кого- л.) 2. сводить, свести на нет; kor qalmaq1 ослепнуть: 1. потерять зрение, лишиться зрения 2. перестать замечать, понимать происходящее ◊ kor qalmaq2 остаться темным (не получить образования); kor qoymaq: 1. оставлять, оставить кого-л. без образования; 2. сводить, свести на нет что-л.; kor olmaq: 1. быть слепым(-ой); 2. см. kor qalmaq1; 3. вносить, внести беспорядок во что-л.; расстраивать, расстроить что-л.; 4. губить, погубить что-л.; kor olsun! пусть ослепнет! kor qəpik də verməmək гроша медного не давать (не дать); kor qəpiyə də dəyməz гроша ломаного не стоит; kor düyün гордиев узел (трудноразрешимая задача); kor şeytan черт полосатый; проклятый, распроклятый черт; kor şeytan deyir ki, … так и подмывает …, так и хочется …, так и тянет …; korlar şəhəri deyil … не на тех напал; не обманешь; yurdu kor olmaq быть (остаться) без наследника, не иметь продолжателя рода; lənət sənə, kor şeytan! lənət kor şeytana! тьфу ты, пропасть! тьфу, ты черт! 2 прил. диал. тупой, нережущий

    Azərbaycanca-rusca lüğət / kor

kor sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. a blind, a blind person; ◊ Kor kora kor deməsə bağrı partlayar at. söz. ≅ The pot calls the kettle black; Kor koru tapar, su da çuxuru at. söz. ≅ Birds of a feather flock together II. s. 1. (gözü görməyən) blind; bir gözü ~ blind in one eye; tamam ~ stone-blind; bat-blind; ~ adam a blind man* / person; ~ yapalaq brown owl, branowl; ~ etmək: 1) to blind (d.); (güclü işıqla) to dazzle (d.); 2. bax korlamaq; ~ olmaq to become* / to get* blind; bir gözü(ndən) ~ olmaq to become* / to get* blind in one eye; to lose* the sight of one eye; 3. məc. (yalnız bir çıxışı olan) blind; ~ küçə blind street; ~ cığır blind path; ~ xiyaban blind alley; ~ quyu blind ditch; ~ bucaq riyaz. obtuse angle; ◊ ~ qoymaq (dağıtmaq, uçurmaq) to destroy (d.), to ruin (d.), to demolish (d.); (ziyan vurmaq) to shatter damage (d.); ~ bəxt / tale rough luck, ill-fate

    Azərbaycanca-ingiliscə lüğət / kor

kor sözünün fransız dilinə tərcüməsi

  • 1 is. aveugle m ; tamam ~ aveugle né, -e, aveugle de naissance ; ~ etmək 1) aveugler vt ; rendre vt aveugle ; éblouir les yeux ; 2) ~ olmaq devenir vi (ê) aveugle ; perdre la vue ; hənd. ~ bucaq obtusangle m

    Azərbaycanca-fransızca lüğət / kor

kor sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. буьркьуь; kor adam буьркьуь кас; // kor etmək (eləmək) буьркьуь авун, вилер акъудиз тун; kor olmaq буьркьуь хьун, вилериз ахкун тавун; 2. сущ. буьркьуьди, буьркьуь кас; korlar məktəbi буьркьуьбурун школа; kor kora rişxənd edər. Ata. sözü буьркьуьда буьркьуьдаз буьгьда; 3. пер. гъавурдик квачир, гъавурда такьар, кьиле затӀ авачир; авам, буьндуьгуьр, къанмаз; 4. пер. къати, чӀулав (мес. циф); 5. пер. вилеривди кьатӀуз тежер; зайиф; çırağın kor işığı чирагъдин буьркьуь экв; 6. пер. акъатдай рехъ авачир, гуьгъ атӀанвай (мес. куьче); // kor çay геогр. буьркьуь вацӀ, гьуьлуьв, вирив ва мс. агакь тавуна зуранал кьуру жезвай вацӀ; 7. пер. дакӀар авачир (мес. кӀвалин цал); 8. мичӀи ва я циф авай гьавада вилериз такваз приборрин куьмекдалди ийизвай; kor uçuş йифен мичӀивилик (ва я цифедикай) затӀни такваз (буьркьуьдаказ) лув гун (самолётди); ** kor bağırsaq анат. буьркьуь рад; kor qalmaq авамвиле (мичӀивиле) амукьун, марифдин экуьникай магьрум хьун, дуьньядикай хабарсуз хьун; kor qoymaq а) чукӀурун, харапӀадиз элкъуьрун; гьич авун, пуч авун; б) пер. авамвиле хуьн, марифдин экуьникай магьрум авун; kor quruş (qəpik) чат кепек, са кепекни; kor düyün а) буьркьуь тӀвал, штӀухар фейи тӀвал, ахъайиз гзаф четин тӀвал; б) пер. штӀухар алай кар, штӀух, гьялун гзаф четин месэла; kor etmək гьич авун, пуч авун; kor ilan зоол. буьркьуь гъуьлягъ, гъуьлягъдиз ухшар пепеяр недай галчӀур жедай са гьайван; kor yapalaq а) тӀиб, байкъуш; б) пер. буьркьуь сункь, нягьсвилин символ; kor olmaq пер. яд амукь тавун, кьурун, вил кӀев хьун (мес. булахдин); kor olsun! буьркьуь хьу(ра)й! вилер кьурай! (къаргъиш); kor öküz kimi буьркьуь яц хьтин (хьиз), са карни тийир (тийиз), ваякьан (хьиз); kor siçan зоол. крот (чилин кӀаник яшамиш жедай саралайдай чакъвалайдай са гьайван); kor tutduğun(u) buraxmaz. Ata. sözü буьркьуьда кьурди ахъайдач (терс, гьуьжеткар касдикай рахадамаз); kor höcət гзаф терс, гьуьжеткар кас; kor çiban буьркьуь буьвел, кӀуф авачир буьвел, курд; kor şeytan гуя инсанриз писвал ийидай са къува; yurdu kor olmaq (qalmaq) гум атӀун, несил хкатун, кӀвализ (къулаз) иесивалдай велед амукь тавун; lənət sənə, kor şeytan! кил. lənət.

    Azərbaycanca-ləzgicə lüğəti / kor

kor sözünün türk dilinə tərcüməsi

kor sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Naxçıvan) üzümdə və pambıqda olan xəstəlik adı. – Qozaları kor basıb II (Ağdam, Şərur, Zəngilan) küt, kəsməyən. – Ə:, pıçax kordu, bülöyü gəti, munu itiliyəx’ (Ağdam)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kor nədir? #kor sözünün mənası #kor nə deməkdir? #kor sözünün izahı #kor sözünün yazılışı #kor necə yazılır? #kor sözünün düzgün yazılışı #kor leksik mənası #kor sözünün sinonimi #kor sözünün yaxın mənalı sözlər #kor sözünün əks mənası #kor sözünün etimologiyası #kor sözünün orfoqrafiyası #kor rusca #kor inglisça #kor fransızca #kor sözünün istifadəsi #sözlük