* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Eşitmək qabiliyyətini tamamilə və ya qismən itirmiş. Kar kişi. Bir qulağından kar. Anadangəlmə kar. – [Cahangir:] Qışqırmayın, mən kar deyiləm! İ.Əfəndiyev. // İs. mənasında. Qulağı eşitməyən adam. Karın könlündəki. – Kar iki dəfə gülər. (Ata. sözü). // məc. Laqeyd, heç bir şey eşitmək istəməyən adam haqqında. Elə bil kardır, söz eşitmir. ◊ Kar samit – dilç. Səs tellərinin iştirakı olmadan tələffüz edilən samit.
Azərbaycan dilinin izahlı lüğəti / kar2 is. [fars.] 1. İş, peşə, məşğələ. Nə karın sahibidir? Hansı kar yiyəsidir? – Qoç Koroğlu öz karında; Yalan olmaz ilqarında. “Koroğlu”. Qoy mən tox olum, özgələr ilə nədi karım. M.Ə.Sabir. Yox quru fəxr eləməkdən bizə hərçəndi səmər; Karımız yox, əlimizdən nə gəlir özgə hünər? Ə.Nəzmi. 2. Təsir. Zəxmi-sitəmin olmadı bu Seyyidə kari; Səd heyf, səd əfsus, günahkar ölürəm mən. S.Ə.Şirvani. ◊ Kar aşmamaq – nəticə hasil olmamaq, işə yaramamaq, bir nəticə çıxmamaq. Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı. “Koroğlu”. Bülbül dedi: – Bunlar ilə kar aşmaz; Bu baş-qulaq kamançaya yaraşmaz. A.Səhhət. Özgəyə ümid olmaq; Bizim üçün yaraşmaz; Özgənin köməyilə; İnsan üçün kar aşmaz. B.Vahabzadə. Kar etmək (eləmək) – təsir etmək, təsirini göstərmək. Arsıza bir sillə kar eləməz. (Ata. sözü). Xudayar katdaya aclıq çox kar eləmişdi. C.Məmmədquluzadə. [Hacı Murad:] Sənə söz kar eləmir. S.S.Axundov. Kar gətirmək – işə yaramaq, xeyir gətirmək. Kar görmək – bax kara gəlmək. [Əsir:] Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Ə.Haqverdiyev. Əbişin gözləri çanağından çıxmaq dərəcəsinə gəlmişdi. O, kar görməyən top açarları qaldırıb [yerə] çırpdı… S.Rəhimov. Kar salmaq – bax kar etmək. Padşahın gözləri tutulur, … təbib, dərman qalmır, hamısını eləyirlər, kar salmır ki, salmır. (Nağıl). Amma [molla] hər nə deyirsə, heç biri kar salmır. “M.N.lətif.” Kar vermək – əlverişli olmaq, işə yaramaq, faydası olmaq. [Xırdaxanım:] Nurcahan, bizə yatmaq kar verməz. N.Vəzirov. Kara düşmək – bax kara gəlmək. Kara gəlmək – işə yaramaq, lazım olmaq; köməyi, xeyri dəymək. [Molla Kazım:] Camaatın karına gəlirəm. Ə.Haqverdiyev. Usta Qiyas bir bükülü pulu [Kərimin] qabağına qoyur: – Kasıb yaşayırsan, kara gələr. M.İbrahimov. Kardan düşmək – işdən düşmək, yararsız hala gəlmək. İşləməyən kotan pas atar və kardan düşər… M.İbrahimov. Karına gəlmək – işinə yaramaq, köməyi olmaq. [Rüstəm:] Pristav yox, kətxuda da yox, adam döyən, camaat incidən yox, camaatın karına gələn bir adam olsun. S.Rəhimov. Söhbət lampa şüşəsinə çatanda mən tavandan sallanan elektrik lampasını göstərib soruşdum: – Niyə, bu, karınıza gəlmir? R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / kar3 f. 1) iş, əməl; 2) qazanc, fayda; 3) təsir; 4) peşə, sənət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kar4 (alm. Kar) sirk, dağların suayırıcı hissəsində təbii kasaya bənzər dərinlik, dik, qayalı yamaclarla və yarım əyilmiş diblə səciyyələnir. Nival iqlim şəraitində kiçik buzlağın (kar buzlağı), qarın və şaxta aşınmasının təsiri altında əmələ gəlir. kaр cirque, kar
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / kar1 Fars kəlməsidir. Bizdə tonok (глухой), tondor (оглушать), ton (оглохнуть), qulaqyok (qulaqsız) kimi sözlərdən istifadə edilib. Tünük (tonok) sözü bəzi dialektlərdə indi də qalmaqdadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kar1 1. KAR, SAĞIR (qulağı eşitməyən) [Bala Sultan:] Məgər qulaqlarınız kardır (sağırdır)? Adama neçə dəfə sözü deyərlər? (C.Məmmədquluzadə). 2. kar bax iş 1 3. kar bax təsir
Azərbaycan dilinin sinonimlər lüğəti / kar1 KAR I is. [ fars. ] İş. Bəsdir oxudun, az qala canın tələf oldu; Bu kardan əl çək (M.Ə.Sabir). KAR II is. [ fars. ] Təsir. Söz kar etmir qoduğa; Hey deyir: “inqa-inqa”... (S.Rüstəm). KAR III is. [ şot. ] coğr. Dağ yamaclarının yuxarı hissəsində buzlaq sirkindən yuxarıda taxçavari dərinlik. KAR IV sif. Eşitməyən, eşitmə qabiliyyətini itirmiş. Özümüz yanırıq öz dərdimizə; Dünyanın qulağı kar olmuş bizə (B.Vahabzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / kar2 1 прил. глухой 1. полностью или частично лишённый слуха. Kar qarı глухая старуха, bir qulağından kar глухой на одно ухо, anadangəlmə kar глухой от рождения 2. перен. безразличный, равнодушный, не желающий слышать (о человеке). Elə bil kardır (он) как будто глухой; в знач. сущ. глухой, глухая. Karla lalın nə söhbəti глухому с немым не о чем говорить, karlar məktəbi школа для глухих, karlar cəmiyyəti общество глухих; kar olmaq: 1. быть глухим; 2. стать глухим, оглохнуть; kar samit лингв. глухой согласный (согласный, произносимый без участия голоса) 2 прил. геол. геогр. каровый (созданный деятельностью вод, дождя и снега – о чашеобразных углублениях). Kar gölləri каровые озера, kar buzlaqları каровые ледники 3 сущ. разг. 1. дело, работа. Nə karın sahibidir каким делом занят 2. действие (влияние, воздействие) 3. польза, выгода, прибыль. Kar gətirmək приносить пользу, kar çıxarmaq извлекать прибыль ◊ kar aşmır kimsiz, nəsiz не получается, не обходится без кого, без чего; kar vermir не подходит, не с руки; kar etmir kimə nə не действует на кого что; kar görmür см. kara gəlmir; kara düşmək см. kara gəlmək; kara gəlmək оказаться нужным; kardan düşmək оказаться ненужным, негодным; karına gəlmək: 1. kimin оказаться нужным для кого; пригодиться; 2. приходить на помощь кому
Azərbaycanca-rusca lüğət / kar1 I. i. deaf man* / woman* / girl / boy / child*; ~lar top.i. the deaf II. s. 1. deaf; tamam ~ stone-deaf; bir qulağı ~ deaf of an ear / deaf in one ear; 2. dilç. voiceless; ~ samit voiceless consonant; ~ etmək (bir kəsi) to deafen (d.); ~ olmaq to be* deaf; O kişi kardır That man is deaf; (eşitmək qabilliyyətini itirmək) to become* / to grow* deaf; O, kar olub He has become / grown deaf; Bu səs bizi kar edəcək This nose will deafen us III. i. 1. (peşə, məşğuliyyət) occupation; O nə karın sahibidir? What is his occupation? 2. (iş) dealing; bir kəslə ~ı olmaq to have* dealings with smb., to have* smth. to do with smb.; Mənim onunla heç bir karım yoxdur I have no dealings with him / her; I have nothing to do with him / her; 3. (təsir, təsir qüvvəsi) effect, efficacy; ◊ ~ aşmamaq: 1) (nəticə verməmək) to yield no results; to be* of no effect; 2) (kifayət etməmək) to be* not sufficient; Bundan kar aşmaz, bir az da əlavə et It is not sifficient, add some more; ~ vermək to come* in handy (to), to stand* smb. in good stead; ~ eləmək / salmaq to have* / to produce effect (on, upon); to take* effect; Mənim sözlərim ona kar eləmədi My words didn’t have an effect on him; Dərman kar eləmədi / salmadı The medicine didn’t take effect; ◊ ~ görmək to help (d.), to render assitance (to); ~a gəlmək to prove useful (to), to be* of use (to), to come* in handy (to), to be* helpful (to); Qutunu atma, bir gün karına gələr Don’t throw the box away, it may come in handy some time or other
Azərbaycanca-ingiliscə lüğət / kar2 Lit. deaf woodcock / Cf. deaf as a post / deaf as an adder / deaf as a stone / stone deaf * глухая тетеря (тугой на ухо, глухой человек)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / kar1 is. 1) sourd m, -e f ; dilç. sourd, -e ; ~ samit consonne f sourde ; ~ olmaq devenir vi (ê) sourd, -e ; 2) affaire f, occupation f ; o, nə ~ın sahibidir? Quelle est son occupation? mənim onunla heç bir ~ım yoxdur je n’ai aucune affaire avec lui ; 3) effet m, effectivité f ; ~ eləmək faire de l’effet (sur) ; mənim sözlərim ona ~ eləmədi mes paroles n’ont pas eu de l’effet sur lui ; ~a gəlmək être nécessaire
Azərbaycanca-fransızca lüğət / kar1 1. прил. биши; kar adam биши кас; 2. сущ. бишиди, биши кас; 3. пер. ван текъвер кьасардай, яб тагур (кас), япалух.
Azərbaycanca-ləzgicə lüğəti / kar2 [fars.] сущ. 1. кар, кӀвалах, кеспи, пеше; 2. эсер, таъсир; ** kar etmək (eləmək) кар авун, эсер авун, таъсир авун; kar vermək кар гун (авун), кардиз виже атун, файда хьун; kara gəlmək кардиз атун, са кардиз виже атун, бакара акьун (атун), лазим хьун; куьмек (хийир, файда) хьун; kardan düşmək кардай фин, кӀвалахиз тежер, виже техкъвер гьалдиз атун; karına gəlmək кардиз виже атун, бакара акьун (атун), куьмек хьун.
Azərbaycanca-ləzgicə lüğəti / karI (Qax) bazu sümüyü. – Bir tarafı yaslam olan sumuqdu kar II (Quba) yoğun oxlov. – A qiz, u kari urdan kütür, gürmisən düşüb yərə
Azərbaycan dilinin dialektoloji lüğəti.