KAF sözü azərbaycan dilində

KAF

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • KAF • 58.9286%
  • kaf • 26.7857%
  • Kaf • 10.7143%
  • KAf • 3.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
KAF Çempionlar Liqası
Afrika Çempionlar Kuboku / Liqası
Di Kaffari
Denis "Di" Kaffari (ing. Dee Caffari) (1973-cü il təvəllüdlü)-Malta əsilli Britaniyalı qadın yaxtaçı və 2006-cı ildə ilk qadın-yaxtaçı olmuşdur ki köməksiz və durmadan qərbə doğru nəhəng küləklərə qarşı yelkən gəmiylə səfər etmiş və buna görə Britaniya imperiyası ordeninə(MBE)layiq görülmüşdü. İkinci dəfə isə şərqə doğru istiqamət alan Kaffari, hər iki istiqamətdə köməksiz və durmadan dünyanı dövr etmiş ilk qadın-yaxtaçı olmuşdu.
Echinops kafirniganus
Echinops kafirniganus (lat. Echinops kafirniganus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Florensiya kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Frans Kafka
Frans Kafka (alm. Franz Kafka‎;3 iyul 1883[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…] – 3 iyun 1924[…]) — almandilli əşkinazi yəhudisi romançı və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung‎), "Məhkəmə" (alm. Der Process‎), "Qəsr" (alm. Das Schloss‎) və "Milenaya məktublar"(alm. Briefe an Milenas‎) hesab olunur.
Frans Kafka dərnəyi
Frans Kafka Dərnəyi - Praqada Alman dili və ədəbiyyatı mirası adına 1990-cı ildə qurulan və adını Franz Kafka dan alan və mənfəət güdməyən dərnək. Dərnək hər il "Frans Kafka" mükafatına sponsorluq edir.Günümüzdə qlobal olaraq 1000-ə yaxın üzvü var. Bəzi üzvlər arasında "Nobel" mükafatı sahibi Güntür Grass və dərnəyin vitse-prezidenti Vladimir Zelezni sayıla bilər. Cəmiyyətin məqsədləri arasında mərkəzi Avropada yaşayan çex, alman və yahudi xalqları arasındaki mədəni müxtəlifliyi artırmaqdır. Ayrıca Frans Kafkanın bütün əsərlərini çexcəyə çevrilməsini hədəfləyir. Frans Kafka dərnəyi Yaroslav Rona tərəfindən yaradılan Frans Kafka heykəli kampanyası başladıb. Heykəl 2003-cü ildə Çexiya crespublikasının paytaxtı Praqada açıldı. Dərnəyin binalarında indi Kafkanın kitablarının bir nüsxəsi və toplamda 1000 kitab və məqalə yer alır.
Frans Kafka heykəli
Frans Kafka heykəli (çex. Pomník Franze Kafky) – 2003-cü ildə heykəltaraş Yaroslav Rona tərəfindən hazırlanmış heykəl. Çexiyanın paytaxtı Praqa şəhərinin qədim Yəhudi kvartalında Duşni (Müqəddəs Ruh) küçəsindəki kiçik bir meydanda quraşdırılmışdır. Kafka bu küçədə (№27) yaşamışdır. Heykəl Frans Kafkanın "Amerika" romanının bir səhnəsi əsasında hazırlanıb: siyasi namizəd seçki kampaniyası zamanı nəhəng adamın çiyinlərinə çıxır və küçələr boyunca dolaşır. Bürüncdən hazırlanmış heykəl 3,75 metr yüksəkliyində, 800 kq ağırlığındadır. Vikianbarda Frans Kafka heykəli ilə əlaqəli mediafayllar var.
Frans Kafka muzeyi
Frans Kafka muzeyi – Çexiyanın paytaxtı Praqa şəhərinin Mala-Strana rayonunda, Karl körpüsünün solunda yerləşən və yazıçı Frans Kafkaya həsr olunmuş muzey. İlk Kafka sərgisi 1999-cu ildə Barselonada açılmış, 2002-03-cü illərdə Nyu-Yorkdakı Yəhudi muzeyinə transfer edilmişdir. 2005-ci ilin yayında Praqada indiki muzey açılmışdır. Muzeydə bir çox Frans Kafka kitabları, eləcə də, orijinal məktublar, gündəliklər və rəsmlər sərgilənir. Muzeyin kitab mağazasında ziyarətçilər Kafkanın istənilən əsərini satın ala bilərlər. Muzey iki hissədən ibarətdir: Ekzistensialist məkan və Xəyali topoqrafiya. Vikianbarda Frans Kafka muzeyi ilə əlaqəli mediafayllar var.
Frans Kafka mükafatı
Kafka mükafatı alman dilli Avstriya yazıçısı Frans Kafkanın şərəfinə verilən beynəlmiləl ədəbi mükafatdır. 2001-ci ildən Frans Kafka Cəmiyyəti və Praqa şəhəri sponsorluğu ilə verilir. Mərasim Praqada keçirilir. Qalib gələnlərə $10000, diplom və kiçik bürünc heykəlcik verilir. Mükafatı almaq üçün lazım olan xüsusiyyətlər humanist dəyərlər və tolerantlığı təbliğ etməsidir. ABŞ Roçester Universiteti Janet Heydiger Kafka mükafatı adlı başqa bir ədəbi mükafat verir. Bunlar çox zaman eyni adla adlansalar da eyni mükafat deyillər. Filip Rot, İvan Klima, Harold Pinter, Haruki Murakami və b. bu mükafatın sahibi olmuşlar.
Frans Kafkanın başı
Frans Kafkanın başı (çex. Hlava Franze Kafky) və ya Kafka heykəli – heykəltaraş David Çerni tərəfindən hazırlanmış və bohemiyalı almandilli yazıçı Frans Kafkaya həsr olunmuş heykəl. Çexiyanın paytaxtı Praqa şəhərində Quadrio ticarət mərkəzinin yaxınlığında quraşdırılmışdır. Kinetik heykəl 11 metr hündürlüyündədir və 42 fırlanan paneldən ibarətdir. Metalmarfoz Vikianbarda Frans Kafkanın başı ilə əlaqəli mediafayllar var.
Gecə kafesi
Gecə kafesi — məşhur holland rəssam Vinsent van Qoqun 1888-ci ildə Arlda çəkdiyi rəsm əsəri. Adı aşağı sağ küncdə, rəssamın imzasının düz altında qeyd olunan Gecə kafesi hal-hazırda Yel Universitetinin İncəsənət Qalereyasında saxlanılır.
Hökm(Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Jen Mironosets Baş Kafedral kilsəsi
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi — Bakıda kilsə, Bakı yeparxiyasının mərkəzi. Hal-hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Dionisiy Sveçnikovdur. Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır. 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır.
Kafalar Qarışıq (film, 2018)
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Kafarlı
Kafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Kafe
Kafe (fr. Café) — ictimai yeməkxana və istirahət yeridir. Kiçik restorana oxşayan, ancaq məhsullarının çeşidi az olan bu yemkxana oraya gələn insan kontiqentinə görə gənclik, uşaq və s. bölünür. Bundan əlavə yemək çeşidinə görə dondurma kafesi, şirniyyat kafesi də olur. Kafelər ayrı-ayrı binalarda, əsasən restoranlardan fərqli olaraq binalara yaxın tiklilərdə yerləşirlər. Bəzən zolların kənarında da yerləşir. İqlimdən asılı olaraq dənizkənarı, çaykənarı kafelər fəaliyyət göstərir. Yay vaxtı kafelər yerləşən binaların kənarında açıq səma altında da kafelər işləyirlər. SSRİ dağıldıqdan sonra bu ad getdikcə az işlədilməyə başlamışdır.
Kafe stadionu
Kafe stadionu (port. Estádio do Café) — Braziliyanın Londrina şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 31,019 nəfərdir. "Londrina" və "Matsubara" klubları ev oyunlarını bu stadionda keçirirlər. Açılışı 22 avqust 1976-cı ildə olmuşdur.
Kafedra
Kafedra (q.yun. καθέδρα «oturmaq yeri»): Kafedra — xristian kilsəsində yepiskopun fəxri yeri, yepiskop hakimiyyətinin simvolu. Kafedra — natiq üçün yüksək kürsü. Kafedra — ali məktəblərdə bir fənn üzrə alimlərin elmi-pedaqoji birliyi. Kafedra — film (SSRİ, 1982).
Kafedral
Kafedral ― bir yepiskopluğun mərkəzi olan, başqa bir deyişlə kilsə iyerarxiyası içində inzibati bir orqan olan, yepiskopun davamlı olaraq olduğu məkandır. Bu məkana içində iştirak edən kilsə də daxildir. Katoliklər və anqlikanlar baxımından etibarlı bir termindir.
Kafedral meydanı (Vilnüs)
Kafedral meydanı (lit. Katedros aikštė) — Vilnüsün Əski şəhərinin baş meydanı. Sovet dövründə Gedimin meydanı adını daşıyırdı. Meydan Gediminas təpəsinin dibində yerləşir. Kafedral meydanının yeri yazılı mənbələrdə ən erkən qeyd olunmuş Vilnüsün yerlərindən biridir. Xronikalarda və əfsanələrdə onun adı Şventaragis vadisi kimi keçir. Dəmir qurd haqqında əfsanəyə görə, Böyük Knyaz Gediminas öz röyasında Şvenrargis vadisində dəmir qurdu görüb. Röyasındaki dəmir qurdun mənası onun bu yerdə yenilə bilməyən qalanı tikməyə çağırış olduğunu izah edilib. Və 1323-cü ildə Vilnüs şəhərinin əsası bu yerdə qoyulub. Şventaragis vadisində və onun yanındaki Gediminas təpəsində hərəsində bir saray tikilib.
Kafi-ül Mülk (Şəbüstər)
Kafi-ül Mülk (fars. کافی‌الملک‎, Kâfi ol Molk) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,340 nəfər yaşayır (415 ailə).
Kafi şərt
Kafi şərt - Verilmiş hökmün alındığı hər hansı şərt. Kafi şərt zəruri olmaya da bilər. Kafi şərt zəruri şərtlə yanaşı riyaziyyatın çox mühüm anlayışlarından biridir. Riyaziyyatın çox teoremləri "zəruri" və "kafi" dir terminləri ilə ifadə olunur. Müəyyən bir hökmün doğruluğu üçün bir və ya bir - neçə kafi şərt söyləmək olar. Məsələn, qabarıq dördbucaqlının paraleloqram olması üçün aşağıdakı şərtlərin hər biri kafidir. 1) İstənilən iki tərəfin bir-birinə bərabər və paralel olması; 2) Qarşı tərəflərin cüt-cüt bərabər olması; 3) Dördbucaqlının simmetriya mərkəzinin olması və s. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Kafil (Çaypara)
Kafil (fars. كفيل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (25 ailə).
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.

kaf sözünün leksik mənası və izahı

kaf sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

kaf keşməx’: (Meğri) ac qalmaq. – Heyvannar kaf keşdilə dünənnəri

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kaf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kaf nədir? #kaf sözünün mənası #kaf nə deməkdir? #kaf sözünün izahı #kaf sözünün yazılışı #kaf necə yazılır? #kaf sözünün düzgün yazılışı #kaf leksik mənası #kaf sözünün sinonimi #kaf sözünün yaxın mənalı sözlər #kaf sözünün əks mənası #kaf sözünün etimologiyası #kaf sözünün orfoqrafiyası #kaf rusca #kaf inglisça #kaf fransızca #kaf sözünün istifadəsi #sözlük