KAB sözü azərbaycan dilində

KAB

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • KAB • 48.0000%
  • kab • 36.0000%
  • Kab • 8.0000%
  • KAb • 8.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cücə kabab
Cücə kababı
Daşarası kabab
Daşarası kabab — Azərbaycanın Qəbələ rayonunda hazırlanan kabab növü. Daşarası kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər. Bu kababın hazırlanmasında qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcandan istifadə edilir. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.
Dmitri Kabalevski
Dmitri Borisoviç Kabalevski (rus. Дми́трий Бори́сович Кабале́вский; 17 (30) dekabr 1904, Sankt-Peterburq – 14 fevral 1987, Moskva) — rus bəstəkarı, SSRİ xalq artisti (1963), Lenin mükafatı laureatı (1972), Sosialist Əməyi Qəhrəmanı (1974). D.B.Kabalevskinin yaradıcılığının və çoxcəhətli fəaliyyətinin rus musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri var. O, tanınmış bəstəkar, ictimai xadim, görkəmli alim, pedaqoq, pianoçu olmuşdur. Bəstəkarın yaradıcılıq irsi müxtəlif çeşidli əsərlərlə təmsil olunmuşdur. Buraya bir neçə opera və simfoniya, bir baletin və operetta, instrumental konsertlər və kamera ansambllar, f-no pyesləri və vokal əsərləri, teatr tamaşalarına və kinofilmlərə yazılmlş musiqi daxildir. D.B.Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini əvvəl musiqi texnikumunda sonra isə Moskva konservatoriyasında pianoçu və bəstəkarlıq ixtisasları üzrə davam etdirmiş tələbəlik illərində əsasən kamera janrlarında əsərlər bəstələmişdir. 30-cu illərdə yaradıcılığının ən məhsuldar dövründə Kabalevski orkestr və xor üçün “mübarizə poemasını” , 2-ci f-no konsertini, 3 simfoniyasını, R.Rollanın əsasında “Kola Brünyon” operasını bəstələyir. Müharibənin ilk aylarında kütləvi mahnılar, səs və orkestr üçün vokal monoloqlar,səs ila f-no üçün S.Marşakın sözlərinə 3 uşaq mahnısı, “7 şən mahnı”, vokal silsiləsi, “Böyük Vətən” kantatası meydana çıxır.Müharibə illərinin əsərlərindən danışarkən “Xalq qisasçıları” süitasını, “Od içində” operasını, N.M.Myaskovskiyə həsr olunmuş 24 prelüd silsiləsini (f-no üçün), 1944-cü ildə “Don Kixot” radio tamaşasına yazdığı musiqini qeyd etmək lazımdır.
Doktor Kaliqarinin kabineti (film, 1920)
Doktor Kaliqarinin kabineti (alm. Das Cabinet des Dr. Caligari‎) — 1920-ci ildə istehsal olunmuş Almaniya filmi. Verner Kraus — Doktor Kaiqari Konrad Feydt — Çezare Fridrix Fayer — Frants Lil Daqover — Ceyn Olsen (Frantsın nişanlısı) Hans Henrix Fon Tverdovski — Alan Rudolf Lettinqer — Doktor Opsen Filmi alman kino rejissoru Robert Vine çəkmişdir. Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 517. (az.) The Cabinet of Dr.
Düyü kababı
Düyü kababı (fars. چلوکباب‎) — İran mətbəxinin ən məşhur ənənəvi yeməklərindən biri. Kababın hazırlanması üçün yağdan, düyüdən və pomidordan istifadə olunur. Bu yemək ilk dəfə Naser od Din tərəfindən yeyilib. Bişmiş düyüdən ibarət olan İran yeməyidir. İranın "milli yeməyi" hesab olunur. Ehtimal ki, Qacar ​​sülaləsi dövründə yaradılmışdır. Kababın inqridentləri kərə yağı, soğan, pomidor və yumurtadır. Kabab ilə müşayiət olunan ənənəvi içki, karbonatlı sulardan hazırlanmışdır. Kabab əvvəlcə bişirilir sonra lavaşın içərisinə qoyulur.
Erotik Kabus hekayəsi (film, 1987)
Erotik Kabus hekayəsi (ing. Erotic Ghost Story) — 1987-ci ildə çəkilən filmdir. Erotik Kabus hekayəsi — Internet Movie Database saytında.
Fiber-optik kabel
Fiber optik kabel - kimi tanınan optik lif kabeli elektrik kabelinə bənzər bir qurğudur, ancaq işığın keçirilməsi üçün istifadə olunan bir və ya bir neçə optik lifdən ibarətdir. Optik fiber elementləri tipik olaraq xüsusi plastik təbəqələrlə örtülmüş və kabelin yerləşdiriləcəyi mühit üçün uyğun bir qoruyucu boru içindədir. Müxtəlif tipli kabellər müxtəlif məsafələr üçün istifadə olunur, məsələn, uzun məsafəli telekommunikasiya və ya binanın müxtəlif hissələri arasında yüksək sürətli məlumat bağlantısı təmin etmək üçün. Optik fiber iki arasındakı qırılma indeksindəki fərq səbəbiylə ümumi daxili əks üçün seçilən bir əsas və bir örtük qatından ibarətdir. Praktik liflərdəki örtük adətən bir qat akrilat polimeri və ya polimidlə örtülür. Bu örtük lifi zədələnmədən qoruyur, lakin optik dalğa toxuması xüsusiyyətlərinə kömək etmir. Fərdi örtüklü liflər (ya da lentlər və ya bantlar halında formalaşan liflər) kabel gövdəsini yaratmaq üçün ətrafında ekstrüde edilmiş sərt bir qatran tampon qatına və ya əsas boruya malikdirlər. Kabelin formalaşdırılması üçün tətbiqi asılı olaraq bir neçə qat qoruyucu örtük əlavə edilir. Sert liflər bəzən liflər arasındakı yüngül söndürən ("qaranlıq") şüşə qoyur, bir lifdən başqa bir sızma sızan işığı qarşısını almaq üçün. Bu elyaflar arasında çapraz müzakirəni azaldır və ya lif paketinin görüntüləmə proqramlarında işıq yaradır 2012-ci ilin sentyabr ayında NTT Yaponiya 50 km məsafədə 1 saniyədə 1 ədəd (1015bit / s) köçürmə qabiliyyətli bir fiber kabel nümayiş etdirmişdir Müasir fiber kabellər bir kabeldəki min fiberə qədər, terabaytlarda potensial bant genişliyi ilə saniyədə ola bilər.
Fiberoptik kabel

Göy göllər (Kabarda-Balkariya)
Göy göllər (kab.-çərk. Шэдхъурей) — Kabarda-Balkariyanın Çerek rayonunda yerləşən 5 karst gölündən ibarət qrup. Nalçikdən təxminən 30 km cənubda (düz bir xəttdə) Çerek Balkarski çayının vadisində, Çerek Balkarski və Çerek-Bezengiyski çaylarının Çerek çayına qovuşmasından 6 km yuxarıda yerləşirlər. Göllərə Aşağı Göy göl (Tserik-Kol, Çerek-Kol), Yuxarı Göy göl, həmçinin Quru göl və Gizli göl daxildir. Aşağı Göy göl yaşıl-mavi rəngə və daimi su temperaturu 9.3 °C-yə malikdir. Gölün adı Tserik-Köl, balkarcadan "çürük göl" kimi tərcümə olunur. Səbəb isə suyun tərkibində həll olmuş hidrogen sulfid olmasıdr. Bu səbəbdən suyunun çürümüş yumurtaları xatırladan xüsusi bir qoxusu var. Dəniz səviyyəsindən 809 m yüksəklikdə yerləşir. Gölün sahəsi 0,0216 km²-dir (235 × 120–180 m).
Həvəskar kababı
Qoyun əti — 330 qram, baş soğan — 60 qram, göy soğan — 40 qram, cəfəri və reyhan — 10 qram, sumaq — 3 qram və ya nar şərab — 5qram, duz, istiot. Xammallar və hazırlanma qaydası tikə kababda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa hissəsindən qabırğa sümükləri ilə birlikdə 5–6 tikə ət kəsilir və şişə taxıldıqda həmin tikələrin üstü bir tərəfə baxmalıdır.
Jan Kabu
Jan Kabu (fr. Jean Cabut; 13 yanvar 1938[…], Şalon-an-Şampan, Marna (departament), Fransa – 7 yanvar 2015[…], XI arondisman, Fransa) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Jan Kabut

Kaba dağı insidenti
Kaba dağı insidenti (加波山事件, Kaba-san ciken) – 1884-cü ildə Yaponiyada Liberal partiyanın radikal üzvlərinin Meyci hökuməti üzvlərinə qarşı planlaşdırdıqları sui-qəsd cəhdi. 23 sentyabr 1884-cü ildə 16 üsyançı İbaraki prefekturasının Kaba dağı regionunun sakinləri üçün inqilab manifesti yaymışdırlar. 24 sentyabrda yerli polislər və Tokiodan göndərilmiş qoşunlar üsyançılarla toqquşmuş, nəticədə bir polis və bir üsyançı ölmüşdür. Kaba dağı insidenti 1880-ci illərin əvvəllərində Yaponiyada baş verən bir sıra insidentdən biri idi. Bu insidentlərin çoxu Kanto regionunda baş verirdi. Bu insidentlərin iki ümumi xarakteristikası var idi: azadlıq və insan hüquqları hərəkatı ilə əlaqədar olması; Meyci hökumətinin iqtisadi islahatlarının fermerləri yoxsullaşdırmasından sonra iqtisadi tələblər. Kaba dağı insidenti hər iki xarakteristikaya malik olmaqla yanaşı, 1882-ci ildə baş vermiş Fukuşima insidentinə də cavab xüsusiyyəti daşıyırdı. Kaba dağı üsyançılarının bəziləri Fukuşima insidentində iştirak etməklə yanaşı, sui-qəsd hədəflərindən biri Fukuşima insidentinin yatırılmasında rol oynamış, Fukuşima prefekturasının keçmiş meri Mişima Miçitsune idi. Kaba dağı üsyançıları arasında Liberal partiyanın lideri Kono Hiranakanın qohumu Kono Hiromi də var idi. Hər ikisi də Fukuşima insidentinə görə tutulsalar da, Hiromi həbs cəzasından qaça bilmişdi.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabablar

Kababçı

Kabaddi
Kabaddi — Asiyada qədim və populyar komanda oyunu, özündə güləşlə yanaşı, bənövşə və digər bu kimi uşaq oyunlarının xüsusiyyətlərini cəmləşdirir. Kabaddinin vətəni Hindistan hesab olunur. Beynəlxalq səviyyədə ilk yarışma isə 1985-ci Dəkkədə keçirilmişdir. 1990-cı ildə kabaddi Pekin Asiya Oyunlarının proqramına daxil edildikdən sonra Asiya Oyunlarında əsas idman növlərindən biri olmuşdur. Kabaddi üzrə qadınlar arasında birinci yarış 2010-cu ildə Quançjouda keçirilmişdir. Oyunun qaydalarına görə hər biri 12 oyunçudan ibarət (7 oyunçu meydançada, 5 oyunçu ehtiyatda) olan iki komanda, əvvəl orta xətlə iki hissəyə ayrılmış 12,5 m х 10 m ölçülü meydançanın özlərinə aid yarısında qarşı-qarşıya mövqe tutmalıdırlar. Oyun o zaman başlayır ki, tərəflərdən biri, meydançanın orta xəttini keçərək qarşı tərəfin sahəsinə daxil olur və fasiləsiz olaraq "Kabaddi! Kabaddi!" deyə qışqırır. Onun əsas vəzifəsi — nə qədər ki qışqıra bilir — əli ilə, yaxud ayağı ilə rəqib komandanın bir, yaxud bir neçə oyunçusuna toxunmaq və bundan sonra meydançaının orta xəttini keçərək öz komandasına aid hissəyə qaçmaqdır. Lakin rəqib oyunçuya toxunduqdan sonra, nə qədər ki, meydançanın rəqib komandaya aid hissəsindədir, rəqib komanda oyunçlarının onu saxlamaq hüquqları var.
Kabaddi üzrə Dünya Kuboku 2014
Kabaddi üzrə Dünya Kuboku 2014 (ing. 2014 World Kabaddi Cup) — Hindistanın Pəncab ştatında kabaddi idman növünün dairəvi üslubu üzrə sayca beşinci dəfə keçirilmiş dünya kuboku uğrunda turnir. Kabaddi üzrə dünya kuboku uğrunda oyunlarda 11 ölkənin kişilərdən ibarət yığma komandası və 8 ölkənin qadınlardan ibarət yığma komandası (cəmi 19 komanda) mübarizə aparmışdır. Argentina Avstraliya Kanada Danimarka İngiltərə Hindistan İran Pakistan İspaniya İsveç ABŞ ing. Government College Stadium, Gurdaspur ing. Multi Purpose Sports Stadium, Dhudike ing. Nehru Stadium, Rupnagar ing. A.S. College Stadium, Khanna, Ludhiana ing. Guru Arjun Dev Sports Stadium, Chohla Sahib, Tarn Taran ing. Guru Nanak Stadium, Sultanpur Lodhi ing.
Kabadüz
Kabadüz (ing. Kabadüz) — Ordu ilinin ilçəsi. Mələt çayının şərqində mövcud şərqi Qara dəniz hissəsində, 2 belde, 12 kənd və 5 məhəlləsi olan ilçədir. İlçənin ərazisi 340 km² əhatə edir. 1870-ci ildə kənd olan Kabadüz 31 dekabr 1987-ci ildə bələdiyyə statusu alaraq bir qəsəbəyə çevrildi. 1990-cı ildə ilçə oldu. Kabadüz Ordunun 21 km cənubunda, 600 m hündürlük bir silsilədə yerləşir. Xalqının əksəriyyətini Xorasan türkmənləri təşkil edir. Mahalın yüksək yaylaları və bu yaylalardakı otlaqlar heyvandarlığın inkişafına kömək edir. Mahalda parnik, ceviz və kivi becərilməsi də inkişaf edir.
Kabaena adası
Kabaena — İndoneriyaya daxil olan ada. Sulavesidən cənub-şərqdə yerləşir. Sahəsi — 873 km². Əhalisi (2010) — 26535 nəfər. Kabaena adası Flores dənizinin şimalında, Sulavesidən 19 km cənub-şərqdə qərarlaşır. Uzunluğu 49 km, maksimal eni 28,3 km-dir. Vulkanik mənşəllidir. Daxili hissəsi kifayət qədər hündürdür. Maksimal hündürlüyü 1800 metrdir (Sabanpapula). Adada çoxlu sayda dərin mağaralar vardır.
Kabal (Mortal Kombat)
Kabal (ing. Kabal) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir.
Kabalaka
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.

kab sözünün rus dilinə tərcüməsi

"kab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kab nədir? #kab sözünün mənası #kab nə deməkdir? #kab sözünün izahı #kab sözünün yazılışı #kab necə yazılır? #kab sözünün düzgün yazılışı #kab leksik mənası #kab sözünün sinonimi #kab sözünün yaxın mənalı sözlər #kab sözünün əks mənası #kab sözünün etimologiyası #kab sözünün orfoqrafiyası #kab rusca #kab inglisça #kab fransızca #kab sözünün istifadəsi #sözlük