KOB sözü azərbaycan dilində

KOB

Yazılış

  • KOB • 99.3716%
  • kob • 0.5386%
  • Kob • 0.0898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kob
Kobus kob (lat. Kobus kob) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Kobus kob
Kobus kob (lat. Kobus kob) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Cunşiro Kobayaşi
Cunşiro Kobayaşi (11 iyun 1991) — Yaponiyalı tramplindən xizəklə tullanan. Cunşiro Kobayaşi 2015-ci ildə Falundə təşkil edilən FİS Skandinaviya Dünya Xizək Çempionatında Yaponiyanı təmsil etmişdir. Kobayaşi normal təpələrdə 25-ci, böyük təpələrdə isə 13-cü yeri tutmuşdur. Kobayaşi Almatı və Hakubada keçirilən Qran-pri turnirinin üç dəfə qalibi olmuşdur. O, 2017 FİS Xizəklə Tullanma Qran-prisini ümumilikdə üçüncü pillədə başa vurmuşdur. 19 noyabr 2017-ci ildə Kobayaşi Vislada keçirilən Dünya Kubokunda ilk dəfə qalib gəlmişdir. O, ən azı bir Dünya Kubokunu qazanan on üçüncü Yaponiyalı xizəkçi olmuşdur.
Dayqo Kobayaşi
Dayqo Kobayaşi (d. 19 fevral 1983) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Doga Kobo
Doga Kobo (株式会社動画工房, Kabushiki-gaisha Dōga Kōbō) — Tokio şəhərinin Nerima xüsusi rayonunda yerləşən Yaponiya animasiya studiyası. 11 iyul 1973-cü ildə Toei Animation studiyasının keçmiş əməkdaşı Hideo Furusava tərəfindən qurulmuşdur. Studiya illərlə bir çox animelərin istehsalında iştirak etmişdir.
G.I. Joe: Kobranın Yüksəlişi
G.I. Joe: Kobranın Yüksəlişi (ingiliscə orijinal adı: G.I. Joe: The Rise of Cobra) 2009-cu ildə çəkilmiş triller, elmi fantastika, döyüş filmidir. Film Paramount Pictures və Hasbro tərəfindən istehsal olunmuşdur. Film G.I. Joe: A Real American Hero (G.I. Joe: The Real Amerika qəhrəmanı) kitabından ilhamlanaraq çəkilmişdir. Filmin rejissoru Stiven Sommersdir. O, dünya üzrə təxminən 301 milyon dollar gəlir əldə etmişdir. Filmin davamı G.I. Joe: Retaliation adlanır.
Home (Kobi Marimi mahnısı)
Home (azərb. Ev‎) — İsrailin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Kobi Marimi "Home" mahnısı ilə İsraili Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı yəhudi bəstəkarlar Ohad Şarqay və İnbar Veytzman tərəfindən bəstələnmişdir.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
KOBİA
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (qısaca: KOBİA) — Azərbaycan Respublikasında mikro, kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, sahibkarlara bir sıra dəstək və xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb, eləcə də Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2019-cu il tarixli Fərmanı ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Agentlik ilə əlaqəli şəkildə həyata keçirilir. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirməyə dair müsabiqənin təşkili KOBİA tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən KOB subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsi Agentlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təstiq edilmiş "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"na əsaən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur. Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: mikro, kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak edir; müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir; müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin edir; kiçik və orta biznes evlərində (KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir; KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin edir; dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür; müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görür beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və s. Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunmuş bir sıra vəzifələri həyata keçirir: sahibkarlığın inkişafını dəstəkləmək; ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək; sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək; müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq; müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək; sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək; startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək; potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək və s.
Kobalt
Kobalt (Co), tarixi Azərbaycandilli mənbələrdə Zırnıxdaşı (az-əbcəd. زرنخ داشى‎) adlanırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element. Kobalt sözü almanca kobold (damdabacaya bənzər bir varlıq) sözündən gəlmişdir. Bu ad mədənçilər tərəfindən bəzi batil inanclara görə verilmişdir. Azərbaycanca tarixi mənbələrdə isə bu kimyavi elementin adı Zırnıxdaşı (az-əbcəd. زرنخ داشى‎) deyə keçir. Zırnıx əslində Sıçanotu (Arsenic) deməkdir və ərəbcə əl-Zərnix (الزرنيخ) sözündər gəlir; bunun səbəbi kobaltın ilkin filizləri tərkibində həmişə arsen (arsenik) olmasıdır, filizin əridilməsi arseni yüksək zəhərli və uçucu arsen oksidinə oksidləşdirir və filizin əhəngini artırır. Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və manqan olan məhsullar yemək məsləhətdir.
Kobaltasetat
Kobalt asetat (II) Со(CH3COO)2 - sirkə turşusunun kobalt duzu. Tetrahidrat şəklində sulu məhlullardan kristallaşır - qırmızı kristallardı. Kobalt asetatı sirkə turşusunun kobalt asetatla СоСО3 və ya kobalt hidrokdid ilə Со(OH)2 reaksiyası zamanı almaq olar C o ( O H ) 2 + 2 C H 3 C O O H → ( C H 3 C O O ) 2 C o + 2 H 2 O {\displaystyle {\mathsf {Co(OH)_{2}+2CH_{3}COOH\rightarrow (CH_{3}COO)_{2}Co+2H_{2}O}}} C o C O 3 + 2 C H 3 C O O H → ( C H 3 C O O ) 2 C o + H 2 O + C O 2 ↑ {\displaystyle {\mathsf {CoCO_{3}+2CH_{3}COOH\rightarrow (CH_{3}COO)_{2}Co+H_{2}O+CO_{2}\uparrow }}} Hiqroskopikdir. Suda (25 ° C-də 33,7%), sirkə turşusunda, izobutil və amil spirtində, amil asetatda yaxşı həll olunur, etanolda az həll olunur (25 ° C-də 0,29%). 1400 C-də kristallohidrat susuzlaşır və qismən parçalanma baş verir. Susuz kobalt asetat açıq – çəhrayi rəngdədir, sirkə anhidridinin kobalt nitrata Co(NO3)2 təsirindən alına bilər. Ozonla oksidləşərək və ya sirkə turşusunda elektroliz zamanı üç valentli kobalt asetat Со(ОСОСН3)3, əmələ gəlir. Açıq yaşıl kristallar şəklində kristallaşır və ~ 1000 C parçalanır. Kobalt asetat boyalar, laklar, qurutma yağları, şüşə, keramika, piqmentlər, sintetik liflərin istehsalında istifadə olunur. Sənayedə kobalt asetat oksosintez katalizatorları əldə etmək üçün tətbiq olur.
Kobaltin
Kobaltin — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Ferrokobaltin (16 %-dək Fe), nikelli kobaltin (3 %-dək Ni). Rəng – çəhrayı çalarlı qalayı-ağ; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,0-6,4; S – 5,5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Termoelektrik xassəlidir; Morfologiya – kristallar: tez-tez oktaedrik, heksaedrik, pentaqon-dodekaedrik; İkiləşmə: nadir hallarda {110} və {111} üzrə; Mineral aqreqatları: sıx, dənəvər kütlələr, damarcıqlar, püruzlar. Tipik hidrotermal mineraldır. Ən çox damar tipli və kontakt-metasomatik yataqlarda inkişaf edir. Qızıl-kvars, kolçedan və dəmir filizlərində, beş elementli Co-Ni-Ag-Bi-U filiz formasiyası yataqlarında qeyd edilir. Maqmatik kobaltının nadir tapıntıları bazit-hiperbazit süxurlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: safflorit, skutterudit, şmaltin, hersdorfit, maqnetit, argentit, pirit, xalkopirit, qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər: Kobalt (Kanada); Skutterud (Norveç); Tunaberq (İsveç); Kola yarımadası (Rusiya).
Kobani
Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني‎, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür. Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.
Kobani blokadası
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Kobani blokadası (2014)
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Kobaninin mühasirəsi
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Kobaqoş (Uçalı)
Kobaqoş (başq. Ҡобағош, rus. Кубагушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 81 km, kənd sovetliyindən (Mindyak): 16 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 18 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Kobartizm
Kobartizm-Kobartizm cərəyanının adı.Bu cərəyan yaradılmış yeni bir cərəyandır."Kobart"sözü hərfi tərcümədən qədim Türk dilinə aiddir və mənası "üzə çıxarmaq"dır.Qədim Türk dilinin yazılı abidələrində belə bu sözdən istifadə edilmişdir. "Yok çığan bodunığ kop kobartdım".(Müflisləşmiş xalqı üzə çıxartdım) Kobartizm cərəyanının əsas məzmunu bundan ibarətdir ki,layiq olan mövzunu,məlumatı üzə çıxartmaq.Hal-hazırda gündəmdə elə mövzular aktualdır ki,bu cəmiyyətə xüsusilə də yeni nəsilə və eləcə də cəmiyyətin bütün təbəqələrinə ziyan vurur,inkişafdan geri qalmağa məcbur edir.Məhz buna görə də bizlər daim bizi inkişafa aparacaq məlumatları üzə çıxartmalıyıq.Bu mövzuların sayından və kateqoriyasından asılı olmayaraq cəmiyyətə xidmət etməli və ən əsası inkişaf etdirməlidir.
Kobb-Duqlas istehsal funksiyası
Amerikan alimləri Ç.Kobb və P.Duqlasın adları ilə bağlı yaratdıqları «Kobb-Duqlas funksiyası» ekonometrik nailiyyətlərin ən geniş tətbiq məhsullarındandır. ABŞ-nin XX əsrin 20-ci illərində emal sənayesinə hesablanan «Kobb-Duqlas funksiyası» istehsal həcminin istehsalın əsas faktorları əmək və kapitaldan asılılığını ifadə edir. Bu funksiyaya görə istehsal həcmi iki faktorla istifadə edilən istehsal vasitələri kapital və əməyin miqdarı ilə təyin olunur. İstehsal funksiyasının ümumi düsturu Y = AF(K,N) şəklindədir. Bununla belə, Kobb-Duqlas kimi spesifik düsturlar da mövcuddur: Y = AKθ N1-θ. Burada (1-θ) və θ uyğun olaraq əmək və kapitalın gəlirdəki xüsusi çəkilərini göstərir. Kobb-Duqlas funksiyası iqtisadiyyatı dəqiq təsvir etdiyinə və riyazi cəhətdən asan təfsir olunduğuna görə iqtisadçılar tərəfindən geniş istifadə edilir. Məsələn, Kobb-Duqlas funksiyasından istifadə etməklə kapitalın marjinal məhsuldarlığını (KMM) aşağıdakı şəkildə ifadə edə bilərik: KMM = θAKθ-1 N1-θ = θA(K/N)-(1-θ) = θY/K Kobb–Duqlas istehsal funksiyası qeyri xəttidir: Y = ALαKβε Ancaq funksiyanın hər iki tərəfini təbii loqarifm götürməklə xətti hala transformasiya etmək mümkündür: lnY = lnA + αlnL + βlnK + lnε Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağıdakılardır: Mənfəətin və xərclərin xüsusi çəkisinin dəyişmədiyi, yığımın olmadığı və istehsalın (əmək və kapital) elastikliyinin vahidə bərabər olduğu fərz edilir; İstehsal amillərinin bir-birini əvəz etmələri sıfırla vahid ara­sın­da tərəddüd edir və adətən vahiddən kiçikdir; Qarşılıqlı əvəzet­mələrin hüdudu texniki inkişaf səviyyəsi ilə müəyyən edilir; Əməyin kapital ilə əvəz olunması imkanları nəzəri cəhət-dən sonsuzdur; İstehsal amil­ləri keyfiyyətinin dəyişməsi nəzərə alınmır, yəni, texniki tərəq­qidən sərfnəzər edilir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, fun­ksiya yalnız ekstensiv iqtisadi artım üçün münasibdir. İstehsal funksiyalarının irəli sürülməsi tarixi sənayeləşmə dövrünə təsadüf edir.
Kobb salatı
Kobb salatı — dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, Amerika perseyası, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanan ABŞ mətbəxinin salatı. Yeməyə bəzən qara zeytun əlavə edilir. Salatın necə yaranmasını izah edən müxtəlif hekayələr mövcuddur. Deyilənə görə, 1930-cu illərdə Hollivudda Qəhvəyi Derbi restoranında bu yeməyin yeyildiyi deyilir. Çünki həmin gün bu restoranda imza günü idi. Bu yeməyə görə restoran sahibi Robert Houard Kobb mükafata layiq görülmüşdür. Hekayələr əsasında məlum olub ki, salat Kobb və ya onun şefi Paul C. Posti tərəfindən yaranıb. Əfsanəyə görə, Kobb gecə yarısına qədər yatmayıb və mətbəxdə bəzi inqredintlər ilə qarışdırdıb. Sonda Fransız sousu ilə qarışdırılıb. Başqa əfsanələrə görə, Robert Kreis başqa restoranda icraçı şefi işləmişdir.
Kobe
Kobe (神戸市, Kōbe-shi) — Yaponiyanın Honşu yarımadasında, Hyogo prefekturasının inzibati mərkəzidir. VIII əsrdən Kobe Yaponiyanın əsas portlarından biri, xarici ticarət mərkəzi idi. Portun yük dövriyyəsi 150 mln. ton (Xarici ticarət dövriyyəsi- 1/3), metallurgiya, mühəndislik, hərbi, kimya, həmçinin toxuculuq sənayesi inkişaf etmişdir. Kobedə ənənəvi firmalar topdansatış və kreditorlarların, habelə Yapon arağı (sake) istehsalçıları var idi. Bundan əlavə, Kobe əhəmiyyətli dini mərkəz və məşhur "Üç müqəddəs" Ikuta, Nagata və Minatogava Şinto ziyarətgahı, olmuşdur. XIX əsrin ortalarından, şəhər ölkənin modernləşdirilməsi, sənaye və süni mirvari istehsalı əsas mərkəzlərindən biri olmuşdur. Kobe 1995-ci il zəlzələsi zamanı dəhşətli zərər çəkmiş, lakin tezliklə yenidən potensial əldə etmişdir. Şəhərin sahəsi 552.26 km ² [1] Əhalinin sayı — 1,538,840 nəfər (1 May 2010) [2], əhalinin sıxlığı -. 2786.44 pers / Km ².
Kobe Universiteti
Kobe Universiteti (yap. 神戸大学) — Yaponiyanın Kobe şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1949-cu ildə qoyulmuşdur.
Kobe limanı
Kobe limanı — Hanşin Sənaye Bölgəsində yerləşən Keihanşin ərazisindəki Hyoqo prefekturasındakı Kobe şəhərində Kansa Yaponiyanın dəniz limanıdır. Rokkonun dağı ətəyində yerləşən düz ərazilər məhduddur və Port adası, Rokko adası, Kobe hava limanı və digərlərini yaradılması üçün süni adaların konstruksiyaları həyata keçirilir. Orta əsr dövründə liman Hyoqo no Tsu (yap. 兵 庫 津) kimi tanınırdı. 1858-ci ildə Amiti və Ticarət müqaviləsi Hyoqqo limanını əcnəbilərə açdı. İkinci Dünya müharibəsi sütunlarından sonra Müttəfiq Qüvvələri, daha sonra Birləşmiş Ştatların Qüvvələri tərəfindən işğal edildi. (Sonuncu 1973-cü ildə dönmüşdür.) 1970-ci illərdə liman dünyadakı ən çox konteynerləri idarə etdi. 1973–1978-ci illərdə dünyanın ən sıx konteyner limanı idi. 1995-ci ildə Böyük Hanşin zəlzələsi nəticəsində limanın şəhər hissəsinin çoxunun məhv edildi və oradakı obyektlərin və xidmətlərin çoxununun fəaliyyətinin dayandırılmasından sonra təxminən 10 trilyon yen və ya 102,5 milyard dollar həcmində zərərl hesablandı və bu Yaponiyanın ÜDM-lərinin 2,5 faizini təşkil edərdi. Kobe sahəsindəki əmlakın yalnız 3% -i zəlzələnin sığortası ilə əhatə olunduğuna görə, itkilərin əksəriyyəti sığortalanmadı, Tokioda isə 16% idi.
Kobe məscidi
Kobe məscidi (神戸モスク, Kōbe Mosque) və ya Kobe Müsəlman Məscidi (神戸ムスリムモスク, Kōbe Muslim Mosque) – 1935-ci ilin oktyabrında Hyoqo prefekturasının Kobe şəhərində açılmış məscid. Yaponiyadakı ilk məsciddir. Məscid 1928-1935-ci illərdə Kobe İslam Komitəsi tərəfindən yığılmış ianələr hesabına tikilmişdir. 1943-cü ildə Yaponiya İmperiya donanması tərəfindən müsadirə edilmişdir. Lakin bugünə kimi fəaliyyət göstərməyə davam edir. Məscid Kobenin əcnəbilərin üstünlük təşkil etdiyi Kitano rayonunda yerləşir. Bünövrə və quruluşunun hesabına 1945-ci ildə hava hücumlarına və 1995-ci ildə Böyük Hanşin zəlzələsinə tab gətirə bilmişdir. Məscid bir çox qədim qərb üslubunda tikilmiş tikililərin yerləşdiyi turistik ərazidə yerləşir. Məscid Yaponiyadakı bir çox Qərb dini tikililərin müəllifi olmuş çex memar Yan Yosef Zvaqrın (1885–1969) layihəsi əsasında ənənəvi hind üslubunda tikilmişdir. Yaponiyada İslam Tokio məscidi Vikianbarda Kobe məscidi ilə əlaqəli mediafayllar var.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Koberq adası
Koberq adası (ing. Coburg Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Hazırda adada yaşayış yoxdur (2012). Koberq adası Elsmir adasını (şimalda) Devon adasından (cənubda) ayıran Cons boğazının şərq girişində yerləşir. Koberq adası Elsmir adasının cənub-şərq sahilindən 20 km cənub-şərqdə, Keyp Tennison bölgəsində (Qleyşer boğazı vasitəsilə) və Devon adasındakı Fitz Roy burnundan 30 km şimal-şərqdə (Ledi Ann boğazı vasitəsilə) yerləşir. Adanın sahəsi 344 km², sahil xəttinin uzunluğu 138 km-dir. Şərq sahilindəki böyük Marina yarımadası istisna olmaqla, ada demək olar ki, düzbucaqlıdır. Adanın şimaldan cənuba uzunluğu 37 km, eni isə şimalda 6 km-dən cənubda Marina yarımadasının ərazisində 22 km-ə qədər dəyişir. Adanın relyefi dağlıqdır və maksimal hündürlüyü dəniz səviyyəsindən 823 metrdir. Orta hündürlüklər cənuba doğru azalır.

"kob" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kob nədir? #kob sözünün mənası #kob nə deməkdir? #kob sözünün izahı #kob sözünün yazılışı #kob necə yazılır? #kob sözünün düzgün yazılışı #kob leksik mənası #kob sözünün sinonimi #kob sözünün yaxın mənalı sözlər #kob sözünün əks mənası #kob sözünün etimologiyası #kob sözünün orfoqrafiyası #kob rusca #kob inglisça #kob fransızca #kob sözünün istifadəsi #sözlük