kov sözü azərbaycan dilində

kov

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kov • 67.7419%
  • Kov • 16.1290%
  • KOV • 16.1290%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baş Kov
Baş Kov — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dağın adı mənbədə Baş Koy kimidir. İrəvan quberniyasının Aleksandropol qəzasında Baş Kov yaylaq (yenə orada) və Azərbaycanda Qovdağ (İsmayıllı rayonu) adı ilə eynidir. Peçeneqlərin qədim rus salnamələrində Kou (Kov) tayfasının adını əks etdirir. Orta əsrlərdə peçeneqlərin və ya qıpçaqların Kov (Qov) tayfasının adındandır. Rus salnaməsində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berendə, 1146-cı ilə məlumatda Qarabörk, yaxud Qarapapax (rusca yazılışda mənbədə Çernıy klobuk) və 1151-ci ilə aid məlumatda Kou (Kov) tayfalarının adları çəkilmişdir. 1170–1172-ci ilə aid məlumatdan aydın olur ki, kovlar bərəndələrin bir hissəsi idi. N. A. Baskakova görə rus salnaməsində adı çəkilən Tork (Türk), Berende və Kov tayfaları Uz tayfa birləşməsinə mənsub idi. Mənşəcə peçeneqlərə ya da uzlara mənsub olmuş Qov, Bərəndə (Vərəndə) və Qarabörk (Qarapapax) tayfaları Cənubi Qafqazda bir sıra coğrafi adlarda saxlanılmalıdır. Rus mənbələrində Kou kimi yazılmış Qov tayfasının adı Azərbaycanda Qovlar (Sabirabad rayonu) və Qovlar-Sarılı (Xanlar rayonu), Qovdərə (Lerik rayonu) və Qovdağ (İsmayıllı rayonu) adlarında saxlanılmışdır.
Dactylis kovarovicii
Gilermo Kovas
Gilermo Kovas (ing. Guillermo Covas; 1 fevral 1915, La Plata – 30 avqust 1995) — Argentina botaniki. Gilermo Kovas Sumaqkimilər üzrə ixtisaslaşmışdır.
Katarjina Kovalska
Katarjina Kovalska (7 aprel 1985, Lipno, Polşa) — Polşalı marafonçu. Katarjina Kovalska Polşanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Katarjina Kovalska birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneəli qaçış yarışlarında qüvvəsini sınadı və məsafəni 9 dəqiqə 47.02 saniyəyə qət edərək 47 atlet sırasında 30-cu yeri tutdu. Katarjina Kovalska özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Katarjina Kovalska 3000 metr məsafəyə maneəli qaçışda təsnifat mərhələsində məsafəni 9 dəqiqə 48.60 saniyəyə qət edərək 11-ci yeri tutdu. Katarjina Kovalska növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Kati Kovaç
Kati Kovaç (tam adı: Kati Kovaç, mac. Kati Kovács; 25 oktyabr 1944, Verpelet[d], Xeveş[d]) — Macarıstan pop-rok müğənnisi, söz yazıçısı və aktrisa, Ferens List və Koşut mükafatları laureatı. Macarıstanın ən populyar müğənnisi olan Kovaç musiqi albomları, mükafatları və ölkə daxili və xaricində təqdimatları, beynəlxalq səviyyədə tanınması ilə bərabər bu günə qədər çox aktiv bir karyeraya malikdir. Kovaç macar musiqi tənqidçiləri tərəfindən təriflənən çox güclü mezzo-soprano səsi ilə tanınır: tənqidçilər onu "Macarıstanın ən yaxşı qadın səsi" adlandırırlar. O, opera, rok, caz, pop, rəqs, blüz və rok-n-roll janrlarında ifa edə bilir. Kovaç səhnəyə ilk dəfə 1962-ci ildə çıxmışdır. O, milli səviyyədə ilk dəfə 1965-ci ildə Macarıstanın "Ki mit tud?" adlı seminal televiziya istedad şousunda qələbə qazandığı zaman məşhur olmuşdur. Bir il sonra, 1966-cı ildə Macarıstanda keçirilən televiziya rəqs musiqi festivalını qazanan "Sənin oyuncağın olmayacağam" (mac. Nem leszek a játékszered) mahnısı ilə bir az daha böyük uğurlara imza atdı. 1968-ci ildə bəzi filmlərdə, məsələn, "Gün keçdi" (mac.
Kiçik Kovlar
Kiçik Kovlar — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Kovak
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Kovalevin binası (Azov)
Kovalevin binası— Rostov vilayəti Azov şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Azov şəhəri Moskovskaya küçəsi ev 23 ünvanında yerləşir. Bina 1912-ci ildə inşa edilmişdir. Bina iki mərtəbədən ibarətdir. 1992-ci ilin 12 dekabr tarixli 302 saylı qərarla Azov şəhərinin regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. Üstəlik qoruma altına alınmışdır. 1912-ci ildə Rostov vilayəti, Azov şəhəri, Moskovskaya küçəsində iki mərtəbəli bina inşa edilmişdir. Bina yaxınlıqda yerləşən binanın qarşı tərəfində yerləşirdi. Onun sahibi və inşa etdirəni Q. İ. Kovalyov olmuşdur. Binanın inşası başaçatdıqdan dərhal sonra burada Kovalyovun universal mağazası yerləşidi.
Kovaq
Kovasna
Kovasna (şəhər) — Rumıniyada şəhər.
Kovasna (judets)
Kovasna judetsi (rum. Judeţul Covasna Rumınca tələffüz: [koˈvasna], mac. Kovászna) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. 2007-ci ildə əhalinin sayı 223 364 nəfər təşkil edirdi, sıxlığı — 103,73 nəf./km². 2002-ci ildə etnik tərkibi: macarlar — 73,8 % (164 158 nəf.) rumınlar — 23,3 % (51 790 nəf.) qaraçılar — 2,7 % (5973 nəf.) 2011-ci ildə etnik tərkibi: macarlar — 73,74 % (150 468 nəf.) rumınlar — 22,02 % (45 021 nəf.) qaraçılar — 4,05 % (8267 nəf.) başqaları — 0,19 % Judetsə 2 bələdiyyə, 3 şəhər və 40 kommuna daxildir. Sfıntu-Qeorqe (rum. Sfântu Gheorghe), Şepşisentdyord (mac. Sepsiszentgyörgy) Tırqu-Sekuesk (rum. Târgu Secuiesc), Kezdivaşarxey (mac. Kézdivásárhely) Baraolt (mac.
Kovasna (şəhər)
Kovasna (Rumınca tələffüz: [koˈvasna] ( dinlə); mac. Kovászna;alm. Kowasna‎)- Rumıniyanın Kovasna judetsində şəhər. Şəhər öz mineral suları və mofetləri ilə məşhurlaşmışdır. Şəhərin tabeliyində sadəcə Çiurus (mac. Csomakőrös) kəndi var. Kəndin əhalisi 451 nəfərdir və əksəriyyəti Sekel-Macarlardır. 1567 - Sənədlərdə ilk dəfə adı çəkilib. 1880 - Bu tarixdən etibarən Kovasna sağlamlıq mərkəzi kimi inkişaf edib. 1952 - Kovasna şəhərə çevrilib.
Kovaç adası
Kovaç adası (bolq. остров Ковач, ‘Ostrov Kovach’ \'os-trov ko-'vach\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən qərbində yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 630 m, eni 240 metrdir. Qrod adasından 100 m məsafədə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Cənubi Bolqarıstanda yerləşən Kovaç şəhərinin adını daşıyır. Ada Şipot burnundan 1.08 km qərbdə, Kornvoll adasından 760 m cənub-şərqdə, Misnomer burnundan 1.17 km şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. Livingston Island to King George Island.
Kovboy
Kovboy (en. cow-inək, boy-oğlan) - Amerikada at belində inək otaranlara və buna yaxın peşəli insanlara verilən ad. Şimali Amerikaya ilk dəfə avropalılar 17-ci əsrdə gəliblər. Yüz ildən artıq onlar Atlantik okeanının sahilində yaşayıblar. 19-cu əsrin əvvəllərində Birləşmiş Ştatlar (BŞ) qərbə tərəf istiqamət alarkən sərhəd Missisipi çayı boyunca idi. 1845-ci ildə Texas da BŞ-ın tərkibinə daxil oldu. 1853-cü ilədək isə bu ölkə Alyaskanı çıxmaq şərtilə müasir ərazilərə yiyələndi. Bu hadisə 2 mühüm problem yaratdı. Birincisi, minlərlə avropalı, daha doğrusu amerikalı Qərbə miqrasiya etdi ki bu geniş düzənliklərdə və onlardan da kənarlarda yeni həyat başladı. İkincisi isə Vətəndaş müharibəsi oldu (1861-1865).
Kovboy Bibop
Cowboy Bebop (yap. カウボーイビバップ, azərb. Kovboy Bibop‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Film Takaki Tononun həyatının 10 ildən çoxunu əhatə edir. 5 santimetr saniyəyə Ninja Scroll Vampir ovçusu D: Qana susama Cowboy Bebop — Internet Movie Database saytında.
Kovdor
Kovdor — Rusiya Federasiyasında yerləşən şəhər. Murmansk vilayətinə daxildir.
Kovellin
Kovellin — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – tünd-göydən qarayadək, çox vaxt, xüsusilə nəm olduqda, əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozdan qarayadək; Parıltı – tutqun; qatran və yarımmetal parıltısından metal parıltısınadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,60–4,76; Sərtlik – 1,5–2,5; nazik təbəqələri əyilgəndir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – yarımkeçirici xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir hallarda; lövhəcik şəkilli; Mineral aqreqatları: yaxmalar, təbəqələr, toz şəkilli, his-, torpaq- və vərəqvari, bütov sıx kütlələr, damarcıqlar, püruzlar. Tipik ekzogen mineraldır. Mis filizi, polimetal, kolçedan yataqlarının törəmə sülfidlərlə zənginləşmə zonaları üçün səciyyəvidir. Həm ilkin (xalkopirit, tetraedrit, tennantit, enargit və b.), həm də törəmə (bornit, xalkozin və b.) mis minerallarının dəyişilməsi zamanı əmələ gəlir. İlkin hidrotermal mineral kimi nadir hallarda bəzi sulfid yataqlarında qeyd edilir. Lavalarda da kovellinin nadir tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: xalkozin, xalkopirit, enargit, idait, bornit və b. Mineralın tapıldığı yerlər: Byutt (ABŞ); Syerra-de Famatina (Argentina); Mansfeld, Badenveyler (Almaniya); Vezuvi vulkanı, Kalabona (İtaliya); Karpuşin, Beryozov (Rusiya); Kavau ad.
Kovenant (hüquqşünaslıq)
Kovenant (ing. covenant) ingilis qanunvericiliyində — borclu olan şəxs üçün qanuni məcburi olan hər hansı bir hərəkəti həyata keçirmək və ya hər hansı bir hərəkəti etməkdən çəkinmək öhdəliyi. Müqavilələr müxtəlif sahələrdə istifadə olunur: satış qiyməti təyin edilərkən, bir müqaviləni bağlamaq üçün bir şərt olaraq və s. Müqavilələr maliyyələşdirmə əməliyyatlarının məcburi bir hissəsidir; olmadıqda, bir bankdan və ya bir institusional investordan borc almaq çox vaxt mümkün deyildir. Müqavilələr və veto səlahiyyətləri tez-tez müştərək müəssisələrdə, İngilis qanun səhmdar müqavilələrində və birləşmə və birləşmələrdə istifadə olunur. Maliyyə müqavilələri öhdəlik götürən tərəfin iqtisadi göstəricilərinin müəyyən bir səviyyədə saxlanılmasını nəzərdə tutur. Məsələn, öz vəsaiti kapitalı, kapitalın adekvatlıq əmsalı, üçüncü şəxslərin girov qoyduğu əmlak payı, alacaq məbləği və s. Üçün minimum və ya maksimum dəyərlər təyin olunur. Maliyyə olmayan kovenantlar Pozitiv kovenantlar (ing. positive covenant) — bir hərəkət etmək öhdəlikləridir.
Kovent-Qarden
Kovent-Qarden (ing. Covent Garden) — London şəhərinin rayonu. Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. Kovent-Qarden uzun müddət əyləncə və bazarlıqla bağlı olmuşdur. Rayonda 13 teatr və köhnə bazarın əsas bazarlıq sahəsi ətrafında 60 pab və bar yerləşir.
Koventri
Koventri — Böyük Britaniyada, İngiltərədə şəhər. Qərbi Midlends qraflığında yerləşir. Koventri şəhərində Yaquar Lend Rover avtomobil istehsalı şirkətinin mərkəzi qərargahı yerləşir. Koventri əhalisinin sayına görə Böyük Britaniyada 11-ci, İngiltərədə 9-cu, Qərbi Midlends qraflığında isə 2-ci böyük şəhərdir. Şəhər paytaxt Londondan 153 kilometr şimal-qərbdə yerləşir.
Kovil nunatakı
Kovil nunatakı (bolq. Ковилски нунатак, ‘Kovilski Nunatak’ \'ko-vil-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2020 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Kovil şəhərinin adını daşıyır. Kovil nunatakı 78°02′20″ c. e. 87°02′59″ q. u. koordinatlarında yerləşmişdir. Qoldtiveyt dağından 24.93 km qərbdə, Habli dağından 12.68 km şimal-qərbdə, Helfert nunatakından 15.46 km cənub-şərqdə yerləşmişdir.
Kovlar
Kovlar (əvvəlki adı: Qovlar) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Quruzma kənd inzibati ərazi dairəsi tərkibindəki Qovlar kəndi Kovlar kəndi adlandırılmışdır. 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Kovlus (Puldəşt)
Kovlus (fars. كولوس‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (50 ailə).
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
Kovsər surəsi
Əl-Kovsər (Kövsər) surəsi Quranın 108-ci surəsidir (Məkkədə nazil olmuşdur, 3 ayədir). Qurandakı ən qısa surədir. İlk ayətində Kövsərdən danışıldığı üçün bu ad verilmişdir. Surənin mətni belədir: Bismillahir-rəhmanir-rəhim 1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! 2. Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! 3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur!

kov sözünün leksik mənası və izahı

kov sözünün rus dilinə tərcüməsi

kov sözünün ləzgi dilinə tərcüməsi

kov sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qax) böyük çəllək

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kov nədir? #kov sözünün mənası #kov nə deməkdir? #kov sözünün izahı #kov sözünün yazılışı #kov necə yazılır? #kov sözünün düzgün yazılışı #kov leksik mənası #kov sözünün sinonimi #kov sözünün yaxın mənalı sözlər #kov sözünün əks mənası #kov sözünün etimologiyası #kov sözünün orfoqrafiyası #kov rusca #kov inglisça #kov fransızca #kov sözünün istifadəsi #sözlük